Month: November 2024

  • Pensiya yaşı azaldılacaq? – Komitə sədri cavab verdi

    “Heç bir ölkənin gündəmində pensiya yaşının azaldılma məsələsi yoxdur”.

    “Report” xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentdə çıxışı zamanı deyib.

    Komitə sədri bildirib ki, yaxın 10 ilə qədər Dövlət Sosial Müdafiə Fondunun (DSMF) dayanıqlılığı təmin olunmamışdı:

    “200 mindən çox pensiyaçı DSMF hesabına pensiya alır. Çünki onların pensiya kapitalı yox idi. Bundan yumşaq başqa nə yanaşma ola bilər? Pensiya yaşının azaldılması kiminsə istəyinə bağlı olan məsələ deyil”.

  • Найден пропавший в Баку 13-летний подросток (ОБНОВЛЕНО)

    Найден пропавший в Баку подросток.

    Об этом сообщили в пресс-службе Министерства внутренних дел (МВД).

    Сотрудники 15-го отделения Сабунчинского районного управления полиции нашли 13-летнего К.А. и передали его семье.

    * * * * *

    В Сабунчинском районе Баку без вести пропал подросток.

    Как сообщает lent.az, 13-летний Кянан Аташов, проживающий в поселке Кюрдаханы, вышел из дома и не вернулся.

    По данному факту в 15-м отделении полиции проводится расследование.

  • Bakıda itən 13 yaşlı oğlan tapılıb (YENİLƏNİB)

    Bakıda itən yeniyetmə tapılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən keçirilən axtarış tədbirləri nəticəsində itkin düşmüş 13 yaşlı K.A. tapılaraq ailəsinə təhvil verilib.

    * * * * *

    Bakıda yeniyetmə itkin düşüb.

    Lent.az xəbər verir ki, Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yaşayan 13 yaşlı Kənan Ramin oğlu Ataşov evdən çıxaraq, bir daha geri qayıtmayıb.

    Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində araşdırma aparılır.

  • Flora Kərimova bu səbəbdən Səhiyyə Nazirliyini məhkəməyə verdi

    Xalq artisti Flora Kərimova Səhiyyə Nazirliyini məhkəməyə verib.

    Bu barədə Qaynarinfo-ya sənətkarın vəkili Elcan Həsənli məlumat verib. 

    Vəkil bildirib ki, məhkəməyə müraciət etməkdə məqsəd Səhiyyə Nazirliyi tərəfindən Sevinc Heydərovaya verilən sertifikatın ləğv edilməsi tələbidir:

    “2021-ci ildə Sevinc Heydərova plastik cərrahiyyə ixtisası üzrə sertifikasiyadan keçirilib və praktik fəaliyyətlə məşğul olunmasına icazə verilib. Biz də həmin sənədin ləğv olunması ilə bağlı məhkəməyə müraciət etmişik”.

    Elcan Həsənli bildirib ki, bu sənədi Sevinc Heydərovaya Səhiyyə Nazirliyi verib:

    “Bizim bu məsələ ilə bağlı iki məhkəmə prosesimiz var. Onlardan biri hazırda davam edir. Həmin prosesdə tələbimiz vurulmuş ziyanla bağlıdır. İndiki iddia isə sırf Sevinc Heydərovaya verilən sertifikatın ləğv edilməsi ilə bağlıdır. Bu sənədi ona nazirlik verib və bu səbəbdən də nazirliyi məhkəməyə vermişik”.
    Qeyd edək ki, Xalq artisti Flora Kərimova 2021-ci ildə gözlərinin üstünü estetik əməliyyat etdirib. Əməliyyatı plastik cərrah kimi tanınan həkim Səbinə Heydərova aparıb. Müğənni əməliyyatdan sonra əks fəsadlarla qarşılaşıb, eyni zamanda gözlərinin görmə qabiliyyəti tamamilə zəifləyib.

  • Азербайджанец, спасший пассажиров горевшего в Анталье самолета, остался обижен на авиакомпанию

    Житель Краснодарского края (Россия) азербайджанского происхождения Султан Султанов, который помог открыть аварийную дверь и выпустить пассажиров из горевшего самолета Superjet в Анталье (Турция), обратился за помощью к выполнявшей рейс авиакомпании “Азимут”, но не получил ее.

    Об этом мужчина рассказал в интервью РИА Новости.

    В публикации отмечается, что из-за произошедшего Султанов опоздал на пересадку до Египта. Мужчина рассказал, что 25 ноября обратился к стойке “Азимута” в аэропорту Антальи, где ему сказали, что “они здесь ни при чем и ничем не могут помочь”, а также предложили обратиться в турецкую авиакомпанию, которая выполняла рейс.

    Султанов также пытался обратиться по горячей линии “Азимута”, но ничего не смог добиться.

    Авиакомпания при этом объявила, что выплатит пассажирам 100 тыс. рублей (1 500 манатов – ред.) в счет возмещения потерь.

    Султанов добавил, что ему обидно, что со стороны компании “было ноль внимания”, ему не нужны их деньги, а только “моральная помощь в тот момент”.

  • Antalyada yanan təyyarənin sərnişinlərini xilas edən azərbaycanlı aviaşirkətdən şikayətçidir

    Türkiyənin Antalya şəhərində yanan Rusiya təyyarəsinin sərnişinlərini xilas etməklə gündəmə gələn soydaşımız Sultan Sultanov reysi həyata keçirən “Azimut” aviaşirkətindən narazılığını bildirib.

    S.Sultanovun şikayətini “RIA Novosti” agentliyi dərc edib.

    Belə ki, insident səbəbindən S.Sultanov Türkiyədən Misirə uçan təyyarəyə gecikib. Soydaşımız kömək üçün “Azimut” aviaşirkətinə müraciət edib. Lakin şirkətdən bildiriblər ki, 100 min rubl (1 500 manat) kompensasiyadan savayı digər reyslərə gecikən sərnişinlərə heç bir yardım göstərilməyəcək.

    S.Sultanov isə qeyd edir ki, onun məqsədi aviaşirkətdən əlavə maddi yardım almaq deyil, sadəcə olaraq, hesab edir ki, aviaşirkət təhlükə ilə üz-üzə qalan sərnişinlərə mənəvi dəstək olmalıdır.

    Xatırladaq ki, ötən gün Rusiyanın Krasnodar diyarında yaşayan soydaşımız Sultan Sultanov Türkiyənin Antalya şəhərində yanan Rusiya təyyarəsinin sərnişinlərini xilas edib.

    Belə ki, Rusiyanın “Azimut” aviaşirkətinə məxsus sərnişin təyyarəsi noyabrın 24-də Türkiyənin Antalya şəhərinə eniş edərkən alovlanıb. Krasnodar sakini olan həmyerlimiz Sultan Sultanov sərnişinlərin təxliyə olunmasına kömək edib. O, eyni reyslə uçurmuş və yanğın başlayandan sonra gənc stüardessanın təşviş içində olduğunu, təcili çıxış qapısını aça bilmədiyini görüb. S.Sultanov qapını açmağa kömək edib və ekipaj üzvləri ilə birlikdə uşaqları və böyükləri yanan təyyarədən çıxarıb.

  • Суд снял обвинения с бизнесмена в уклонении от уплаты 1.5 млн манатов налогов

    Предпринимателю Ягубу Хидаятову, против которого территориальный Департамент налогов №11 Министерства налогов (ныне Государственная налоговая служба при Министерстве экономики – ред.) выдвинул гражданский иск на сумму 1 515 139 манатов, вынесен оправдательный приговор.

    Как сообщает Report, в ходе процесса в Гянджинском апелляционном суде под председательством судьи Ализамина Абдуллаева он был оправдан в связи с отсутствием состава преступления и признан невиновным.

    Также была отменена мера пресечения в виде подписки о невыезде в отношении Я.Хидаятова, а гражданский иск налогового органа против него оставлен без рассмотрения.

    По версии следствия, бизнесмен, занимаясь заготовкой и экспортом плодоовощной продукции, не представлял декларации в налоговый орган и уклонился от уплаты в госбюджет налога на прибыль на общую сумму 1 515 139 манатов.

    Бардинский районный суд в январе 2022 года признал Хидаятова виновным по статье 213.1 (уклонение от уплаты налогов, взносов по страхованию от безработицы, обязательному медицинскому страхованию или обязательному государственному социальному страхованию в значительном размере) Уголовного кодекса Азербайджана.

    Бизнесмен был приговорен к 2 годам исправительных работ с удержанием 20% заработка в пользу государства, в его отношении была избрана мера пресечения в виде подписки о невыезде.

    Также суд частично удовлетворил гражданский иск налогового органа, постановив взыскать с предпринимателя 102 053 маната в пользу бюджета.

    Стороны, недовольные приговором, подали апелляционные жалобу и протест, Гянджинский апелляционный суд не удовлетворил ни жалобу, ни протест.

    Затем на решение апелляционного суда была подана жалоба в Верховный суд. Согласно решению, уголовное дело было возвращено в апелляционную инстанцию.

  • Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verildi

    Vergilər Nazirliyinin (indiki İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti – red.) 11 saylı Ərazi Vergilər Departamentinin 1 515 139 manat mülki iddia qaldırdığı sahibkar Yaqub Raquf oğlu Hidayətova bəraət verilib.

    “Report”un əldə etdiyi məlumata görə, Gəncə Apellyasiya Məhkəməsində hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə onun əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilib və təqsirsiz elan edilib.

    Eləcə də, Yaqub Hidayətovun barəsində olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunaraq vergi orqanının ona qarşı qaldırdığı mülki iddiası da baxılmamış saxlanılıb.

    Ona qarşı irəli sürülmüş ittihamda bildirilib ki, təqsirləndirilən şəxs meyvə-tərəvəz məhsullarının tədarükü və ixrac edilməsi fəaliyyəti ilə məşğul olarkən vergi orqanına bəyannamə təqdim etməyib və ümumilikdə 1 515 139 manat məbləğində gəlir vergisini dövlət büdcəsinə ödəməkdən yayınıb.

    Bərdə Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il hökmü ilə o, Cinayət Məcəlləsinin 213.1 (Xeyli miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) maddəsi ilə təqsirli bilinib.

    Hökmə əsasən, qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla iki il müddətinə islah işləri cəzasına məhkum edilib və barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib. Eləcə də vergi orqanının onun barəsində olan mülki iddiası qismən təmin edilib. Belə ki, Yaqub Hidayətovdan 102 053 manat tutulub dövlət büdcəsinə ödənilməsi qərara alınıb.

    Hökmdən narazı qalan tərəflər apellyasiya şikayəti və protesti versələr də, Gəncə Apellyasiya Məhkəməsi həm şikayəti, həm də protesti təmin etməyib.

    Daha sonra apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə müraciət edilib. Ali Məhkəmənin qərarına əsasən, cinayət işi apellyasiya instansiyası məhkəməsinə qaytarılıb.

  • Lamiyə Vəliyeva akfrikalı idmançı ilə ailə həyatı qurur – FOTO

    İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva subaylığın daşını atır.

    İdman.biz-ə daxil olan məlumata görə, 22 yaşlı paraatlet ailə həyatı qurur.

    Məlumata əsasən, o, Cənubi Afrika Respublikasından olan idmançı ilə evlənir. Dördqat dünya çempionumuz artıq əcnəbi atletlə Bakıda nikaha da daxil olub. Lakin cütlüyün hələlik toy mərasimi keçirilməyib. Bunun yaxın vaxtlarda olması planlaşdırılır.

    Paralimpiya ulduzu zənglərə cavab verməsə də, atası Rövşən Vəliyev məsələyə münasibət bildirib. O, məlumatı təsdiqləyib və qızının cənubi afrikalı idmançı ilə ailə qurmağa hazırlaşdığını deyib.

    Qeyd edək ki, Tokio-2020 Yay Paralimpiya Oyunlarında 1 qızıl və 1 gümüş medal qazanan Lamiyə Vəliyeva Paris-2024-də də eyni uğuru təkrarlayıb.

  • Снежная погода не застанет столицу врасплох: в Баку приняты все необходимые меры

    В соответствии с утвержденными планами во всех районах Баку приняты меры по подготовке к зимнему сезону.

    Об этом сообщили в Исполнительной власти (ИВ) города Баку.

    В первую очередь, была приведена в готовность спецтехника коммунальных служб столичных районов, в ряде жилых и нежилых зданий проведены ремонтные работы, приняты дополнительные меры.

    “В целях контроля за проводимыми работами ИВ города Баку назначены ответственные лица в каждом районе, которые совместно с представителями местных исполнительных властей обеспечивают регулярное проведение подготовительных мероприятий к снежной погоде, проверяют состояние выполнения данных поручений и проведенных работ”, – подчеркивается в сообщении.

    Отмечается, что в рамках этих работ в Низаминском, Бинагадинском и Насиминском районах столицы были проведены оперативные совещания с участием ответственных лиц ИВ города Баку, районного руководства, коммунально-хозяйственных, управленческих и организационных структур, образовательных учреждений и других соответствующих органов, а также представителей частного сектора для обсуждения подготовительных мероприятий к снежной погоде. На совещаниях были заслушаны отчеты руководителей каждой сферы.

    Подчеркивается, что каждая структура должна точно знать свои обязанности в зимние месяцы, уметь оперативно устранять возможные проблемы, на местах должен быть создан достаточный запас соли и необходимого инвентаря.

    Каждая организация должна активно участвовать в проведении подготовительных мероприятий к сезону и принимать соответствующие меры по очистке прилегающей территории от снега и льда во время осадков. Решено привлекать к работам по уборке снега не только технику коммунальных служб, но и имеющуюся технику управлений, организаций, муниципалитетов и частных структур.

    На совещаниях было определено конкретное распределение обязанностей между структурами в районах, даны поручения ответственным лицам. Также руководителей предприятий общественного питания, частных структур, представителей общественности призвали активно участвовать в очистке принадлежащих им территорий в снежные дни в соответствии с правилами, принятыми в европейских странах.