Month: November 2024

  • Xəzərdə suyun azalması balıq ehtiyatına ciddi təsir edir – VİDEO

    Xəzərdə suyun səviyyəsinin enməsi balıq ehtiyatına ciddi təsir edir.

    Vaxtilə bütün dünyada yığılan qara kürünün 90 faizini təmin edən Xəzər dənizində indi balıq növləri təhlükə ilə üz-üzədir.

    Ekoloq Rövşən Abbasov “Xəzər Xəbər”ə bildirib ki, dəniz suyunun azalması ciddi ekoloji, iqtisadi və sosial problemlərə səbəb ola bilər. İlk olaraq Xəzər dənizində yaşayan unikal flora və fauna növləri üçün yaşayış mühiti darala, bəzi növlər isə məhv ola bilər. Məsələn, nərə balıqları və onların istehsal etdiyi qara kürünün azalması ehtimalı yüksəkdir.

    Ekoloqun sözlərinə görə, balıq ehtiyatının azalması balıqçılıq sənayesinə böyük zərbə vura bilər. Sahilboyu turizm obyektləri və xidmətlərə tələbat azalar, iqtisadi fəaliyyət zəifləyər. Bu isə yerli bazarı idxaldan daha çox asılı hala salar.

    Qeyd edək ki, son 30 ildə Xəzərdə suyun səviyyəsi təxminən 2,5 m azalıb. Son illərdə isə illik azalma həyəcandoğuran 20-30 santimetrə çatıb. Bu sürətli dayazlaşma təcili tədbirlər tələb edən ciddi ekoloji və iqtisadi risklər yaradır.

    Ətraflı süjetdə:

  • Tikinti işləri aparanların nəzərinə – 5 min manata cərimələnə bilərsiz – VİDEO

    İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti bir sıra rayonlarda bələdiyyələrə məxsus müxtəlif təyinatlı torpaq sahələrini hərrac yolu ilə satışa çıxarır. Torpaq sahələrinin satışı kənd təsərrüfatı məhsullarının istehsalı, heyvandarlıq, fərdi yaşayış evinin tikintisi və sahibkarlıq fəaliyyətinin göstərilməsi kimi kateqoriyalar əsasında həyata keçiriləcək.

    Qanunvericiliyə əsasən, torpaqların təyinatına uyğun istifadəsi vacib məsələlərdəndir. Yəni əkin-biçin üçün nəzərdə tutulan torpaqda fərdi ev və ya hər hansı obyekt tikmək, ərazini hasara almaq yolverilməzdir.

    Təəssüf ki, bəzən istifadəçilərin kifayət qədər məlumatlı olmaması səbəbindən, bəzən də bilərəkdən qanunvericiliyin bu tələbi kobud şəkildə pozulur. Nəticədə, həm torpağın səmərəliliyi və münbitliyinə ziyan vurulur, həm də mülkiyyətçinin qanunsuz tikdiyi ev və ya obyekt sökülməli olur.

    Lakin Torpaq Məcəlləsinə yeni edilən dəyişiklik təsərrüfat təyinatlı ərazilərdə tikinti işlərinin aparılmasını tam məhdudlaşdırmır.

    Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, qanuna əsasən, artıq bələdiyyələr və ya digər qurumlar tərəfindən satılan torpaqlarda, xüsusən kənd təsərrüfatı təyinatlı torpaqlarda tikinti işləri aparmaq olar:

    “Həmin torpağın ümumi sahəsi 3 hektardan artıq olmalıdır və ərazinin ümumi sahəsinin maksimum 5 faizə qədərində tikinti işləri aparıla bilər. Fərdi yaşayış evi, inzibati bina, hotel və digər iaşə obyektləri bu şərtlər altında kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilə bilər”.

    Qeyd olunan tələbləri pozan, qanunvericiliyə uyğun olmayan tikinti işləri həyata keçirən şəxslər İnzibati Xətalar Məcəlləsinin 247-ci maddəsinə görə, 500 manatdan 5000 manatadək cərimə edilir. Hətta qanun pozuntusunun ciddiliyindən asılı olaraq Cinayət Məcəlləsinin 188-ci maddəsinə görə, 3 ildən 5 ilədək azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər.

    Ətraflı Baku TV-nin süjetində:

  • İcra başçısının birinci müavini vətəndaşı məhkəməyə verdi – Uduzdu

    Sabirabad Rayon İcra Hakimiyyətinin birinci müavini Həsən Həsənov xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib.

    “Qafqazinfo” xəbər verir ki, onun verdiyi şikayətə Şirvan Şəhər Məhkəməsində baxılıb.

    Vəzifəli şəxs Sabirabadın Qəzli kənd sakini olan 1970-ci il təvəllüdlü Arif Məmmədovun Cinayət Məcəlləsinin 148-ci (Təhqir) maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilməsini tələb edib.

    Araşdırmalar zamanı məlum olub ki, 2023-cü ildə də H.Həsənov vətəndaşdan məhkəməyə şikayət edib. H.Həsənov A.Məmmədovun ictimaiyyət arasında onu təhqir etdiyini bildirib. Həmin vaxt Sabirabad Rayon Məhkəməsi işə baxıb və proses zamanı Arif Məmmədov vəzifəli şəxsdən məhkəmədə üzr istəyib. Bunu əsas götürən Sabirabad Rayon Məhkəməsi işə xitam verib. Lakin Həsən Həsənov Qəzli kənd sakini olan Arifin ictimaiyyət arasında – hamının qarşısında ondan üzr istəməsini də tələb edib. A.Məmmədov da bununla razılaşıb.

    Bu səbəbdən Sabirabad Rayon İcra Hakimiyyəti başçısının Quruzma, Qaraqaşlı, Kovlar, Yenikənd və Qəzli kənd sakinləri ilə keçirilən səyyar görüşünün vaxtı 2023-cü ilin noyabrından 2024-cü ilin 5 fevralına keçirilib. O tarixdə Quruzma kəndindəki şadlıq evlərindən birində icra başçısının sakinlərlə səyyar görüşü keçirilib və bütün rayon rəhbərliyi də orada olub. Arif Məmmədov görüşdə iştirak etsə də, mikrofonu götürərək icra başçısının birinci müavinindən üzr istəməyib.

    Səyyar görüşdən sonra H.Həsənov Arif Məmmədovun onu yenidən təhqir etməsi iddiası ilə növbəti dəfə məhkəməyə üz tutub. O, akt tərtib etdirərək A.Məmmədovun insanlar arasında onu söydüyünü bildirib. Akta bir sıra vəzifəli şəxslər, eləcə də İcra Hakimiyyətinin əməkdaşları imza atıblar.

    Eyni məzmunlu şikayətə bu dəfə Şirvan Şəhər Məhkəməsində baxılıb. Lakin məhkəmə A.Məmmədovun icra başçının müavinini yenidən təhqir etməsi iddiasını təsdiq edən sübutların yetərsiz olmasını əsas gətirərək ona bəraət verib.

  • Европейские разведчики в Армении продолжают шпионить за Азербайджаном – ВИДЕО

    Так называемые “наблюдатели” Европейского союза, размещенные на границе с Азербайджаном и занимающиеся сбором разведданных, продолжают свою “деятельность”.

    В распоряжении ordu.az появились новые видеокадры, доказывающие это.

    Как видно из видео, около 10:25 в направлении села Агкенд Зангиланского района, на территорию Гафанского аэропорта из села Сюник прибыли два автомобиля Toyota Евросоюза, из которых вышли четыре сотрудника ЕС (одна из них – женщина) и стали вести наблюдение за нашей территорией.

    В 11:20 в направлении села Фаталитепе Губадлинского района из села Корнидзор Горусского района прибыли два легковых автомобиля ЕС марки Toyota, из которых вышли пять сотрудников Евросоюза и так же наблюдали за нашими территориями с помощью приборов наблюдения.

    Около 11:00 в направлении села Гушчу Айрым, на магистрали Тбилиси – Иджеван остановились три транспортных средства и трое сотрудников ЕС наблюдали за территорией.

    В направлении указанного села в 12:40 на магистрали Тбилиси – Иджеван зафиксированы два автомобиля и шесть сотрудников ЕС, которые вели съемку наших территорий.

    Кроме этого, два Jeep Евросоюза остановились в другом направлении границы, пять человек следили за азербайджанской территорией. Данные видеокадры еще раз доказывают, что предположения о возможной провокации обоснованы. “Рейды” “наблюдателей” ЕС совместно с армянскими военными можно расценить как активизацию реваншистских сил в Армении, которые вдохновляются вооружением страны и неконструктивной позицией Еревана на переговорах.

    Тем самым Евросоюз еще раз демонстрирует, что не заинтересован в достижении мира между Азербайджаном и Арменией.

  • Avropa İttifaqı Azərbaycanla sərhəddə casusluq fəaliyyətini davam etdirir – VİDEO

    Avropa İttifaqının (Aİ) Azərbaycanla sərhəddə yerləşdirilmiş və kəşfiyyat materialları toplamaqla məşğul olan “müşahidəçiləri” “fəaliyyətləri”ni davam etdirirlər.

    Bununla bağlı Ordu.az-a yeni görüntülər daxil olub.

    Məlum olub ki, saat 10:25-də Zəngilan rayon Ağkənd kəndi istiqamətində, Qafan Aeroportunun ərazisinə Sünik kəndi istiqamətindən Aİ-yə məxsus 2 ədəd “Toyota” markalı nəqliyyat vasitəsinin gəlməsi və içindən 4 nəfər Aİ-nın əməkdaşının düşməsi (1 nəfər qadın) bizim ərazini müşahidə etməsi görüntülənib. Saat 11:20-də Qubadlı rayonu Fətəlitəpə kəndi istiqamətində, Gorus rayonu Kornidzor kəndi ərazisindən Aİ-yə məxsus 2 ədəd “Toyota” markalı minik avtomobillərinin gəlməsi, avtomobillərdən 5 nəfər Aİ-nin əməkdaşlarının düşməsi, müşahidə cihazı ilə ərazilərimizi müşahidə etmələri qeydə alınıb.

    Quşçu Ayrım kəndi istiqamətində isə saat 11:00-də sərhəddə, Tbilisi-İcevan magistral yolunda 3 ədəd nəqliyyat vasitəsinin dayanması və 3 nəfər Aİ əməkdaşı ərazini müşahidə ediblər.

    Sözügedən kənd istiqamətində saat 12:40-da Tiblisi-İcevan magistral yolunda Aİ-yə məxsus 2-ədəd nəqliyyat vasitəsinin dayanması və 6 nəfər əməkdaşın bizim ərazilər istiqamətində çəkiliş və müşahidə aparması görüntülənib.

    Aİ-yə məxsus olan 2 ədəd “Jeep” markalı avtomobil sərhədin digər istiqamətində 5 şəxsin Azərbaycan ərazisini müşahidə etməsi qeydə alınıb.

    Bu aktivləşmələr bir daha göstərir ki, təxribat ehtimalı əsassız deyil.

    Aİ “müşahidəçiləri”nin erməni hərbçilərlə birgə sərhəd “reydlərini” Ermənistanda revanşist qüvvələrin aktivləşməsi, ölkənin silahlandırılması, danışıqlarda daha qeyri-konstruktiv mövqe tutması kimi qiymətləndirmək olar.

    Aİ bununla bir daha nümayiş etdirir ki, Azərbaycan və Ermənistan arasında sülh əldə olunmasında maraqlı deyil. Əksinə, Ermənistanı revanşizmə həvəsləndirir, Azərbaycanla sülh danışıqlarından çəkilməyə sövq edir.

  • 15 yaşlı övladını əxlaqsızlığa cəlb edən şəxsi döyən ana və qızı HƏBS OLUNDULAR

    Şirvan şəhərində ictimai yerdə dava-dalaş salmış qadınlar həbs ediliblər.

    “Qafqazinfo” xəbər verir ki, Şirvan Şəhər Məhkəməsinin hökmü ilə şəhər sakini 1962-ci il təvəllüdlü Solmaz Məmmədova və qızı 1986-cı il təvəllüdlü Zərifə Məmmədova (şərti ad-soyadlar) xuliqanlıq əməlində təqsirli biliniblər.

    S.Məmmədovaya 2 il, qızına isə 2 il 6 ay həbs cəzası verilib. Onlar məhkəmə zalında həbs ediliblər.

    Bildirilib ki, Z.Məmmədova bir müddət əvvəl 15 yaşlı qızı Şəbnəmin (şərti) Cavid adlı şəxslə intim münasibətdə olmasını öyrənib. Onlar məsələ ilə bağlı polisə müraciət ediblər və araşdırmalara başlanılıb, həmçinin Cavid adlı şəxs tutulub.

    Zərifə və anası yeniyetmə qızı evdə sorğu-sual edərkən Şəbnəm Ləman və Fəridə adlı qızların onu əxlaqsızlığa cəlb etdiklərini deyib. Bundan sonra tərəflər arasındakı münasibətlər kəskinləşib. Zərifə anası ilə birgə qızının rəfiqələrinə Şəbnəmlə əlaqə saxlamalarını qadağan edib.

    Hadisə baş verən gün isə Z.Məmmədova və anası Solmaz Ləmanın polis şöbəsindən çıxdığını görüblər. Onlar əsəbi halda Ləmana hücum edərək döyüblər, saçını yolublar.

    Bundan sonra ana və qızı barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb.

  • Азербайджанские пограничники в рамках учений обезвредили условных нарушителей на границе с Грузией – ФОТО

    Государственная пограничная служба (ГПС) Азербайджана провела учения на границе с Грузией в ходе которых были отработаны действия по обезвреживанию потенциальных нарушителей государственной границы.

    Как передает сотрудник Report из Газаха, об этом сообщил командующий пограничными войсками ГПС генерал-лейтенант Араз Мамедов.

    Мероприятие состоялось на территории заставы Бабакар отдельной пограничной дивизии “Газах”.

    В ходе учений азербайджанские пограничники успешно справились с поставленной задачей и обезвредили трех условных нарушителей границы. Мамедов отметил высокий уровень подготовки и профессионализм личного состава.

    “Благодаря современным технологиям, в частности, установленным в районе камерам видеонаблюдения, мы можем мониторить территорию протяженностью 20 км и своевременно предотвращать любые попытки нарушения границы”, – подчеркнул Мамедов.


  • Azərbaycan-Gürcüstan sərhədində şərti sərhəd pozucuları zərərsizləşdiriliblər – FOTO

    Azərbaycan və Gürcüstan sərhədində dövlət sərhədini pozmağa cəhd göstərən üç şərti sərhəd pozucusu zərərsizləşdirilib.

    “Report”un Qazaxa ezam olunmuş əməkdaşı xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Divizyasında Gürcüstan istiqamətindən sərhədi pozmağa cəhd göstərən üç sərhəd pozucusu sərhədçilər tərəfindən zərərsizləşdirilib.

    DSX-nin Sərhəd Qoşunları Komandanı general-leytenant Araz Məmmədov deyib ki, Gürcüstan sərhədində yerləşən Babəkar zastavasında şərti sərhəd pozucusunun saxlanması əməliyyatı keçirilib.

    Məlumata görə, ərazidə quraşdırılan kameralar vasitəsilə 20 km-lik ərazini müşahidə etmək mümkündür.

    Qeyd olunub ki, sərhəd pozucuları aşkar olunduqdan sonra zastavaya məlumat verilir və onların zərərsizləşdirilməsi istiqamətində işlər görülür.


  • В Азербайджане скончался ханенде

    В городе Мингячевир скончался Рамиз Беширов, известный в западном регионе как ханенде.

    Соответствующая информация распространилась в социальных сетях.

    Отмечается, что он скончался из-за болезни.

  • Azərbaycanda xanəndə vəfat etdi

    Mingəçevir şəhərində yaşayan, qərb bölgəsində xanəndə kimi tanınan Ramiz Bəşirov vəfat edib.

    Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

    Onun xəstəlik səbəbindən vəfat etdiyi qeyd olunub.