Month: November 2024

  • Adam bıçaqlamaqda təqsirləndirilən keçmiş diplomatın həbs müddəti uzadılıb

    Bir nəfəri bıçaqlamaqda təqsirləndirilən keçmiş diplomat Emin İbrahimovun barəsində həbs qətimkan tədbiri uzadılıb.

    Nizami rayon Məhkəməsində keçirilən prosesdə müstəntiqin vəsatəti əsasında Emin İbrahimov barəsində tədbir daha 2 ay uzadılıb.

    Qeyd edək ki, Emin İbrahimov bu ilin iyul ayında cinayət məsuliyyətinə cəlb olunub. Onun, iyulun 22-də Kamal Şükürov Hacıəli oğlu adlı Qaraçuxur qəsəbəsinin sakininə bıçaqla xəsarət yetirdiyi iddia olunur. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağız zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

    Emin İbrahimov 2007 – 2020-ci illərdə Azərbaycan Respublikasının diplomatik xidmətində olub. O, 2012 – 2016-cı illərdə Azərbaycan Respublikasının ABŞ-dəki səfirliyində, 2016 – 2019-cu illərdə Azərbaycan Respublikasının Uruqvaydakı Diplomatik Nümayəndəliyində işləyib.

  • Türkiyədə cinayətkar dəstələrə qarşı əməliyyat keçirilib, 130 şübhəli saxlanılıb

    Türkiyənin doqquz vilayətində beş müxtəlif cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib.

    Bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.

    Bildirilib ki, “Kuyu-40” əməliyyatı nəticəsində 130 nəfər saxlanılıb, onlardan 99-u həbs olunub.

    Əməliyyatlar nəticəsində həmçinin 40 sənədsiz tapança, 23 sənədsiz ov tüfəngi, çoxlu sənəd aşkarlanıb.
    //report

  • Sumqayıt komandasına texniki məğlubiyyət verilib

    AFFA İntizam Komitəsi U-12 Liqasında çıxış edən “Ərgünəş” (Sumqayıt) komandasına texniki məğlubiyyət verib.

    Bu barədə qurumun son iclasında qərar qəbul olunub.

    Sumqayıt təmsilçisi təyin edilən vaxtda meydana çıxmadığına görə “Ələt”lə görüş baş tutmayıb. Bu səbəbdən “Ərgünəş”ə 0:3 hesablı texniki məğlubiyyət verilib.

  • İtaliya A Seriyasında ilin məşqçisi mükafatına namizədlərin adları müəyyənləşib

    İtaliya A Seriyasında ilin məşqçisi mükafatına namizədlərin adları müəyyənləşib.

    Mükafat üçün Simone İnzaqi (“İnter”), Can Pyero Qasperini (“Atalanta”) və Tyaqo Motta (“Bolonya”/”Yuventus”) mübarizə aparacaq.

    “İnter”, “Atalanta” və “Yuventus” həmçinin ilin ən yaxşı klubu adı uğrunda mübarizə aparacaq.

    Qeyd edək ki, mərasim dekabrın 2-də keçiriləcək.

  • Levandovski “Barselona” ilə müqavilənin müddətini uzatmaq istəyir

    Polşa millisinin futbolçusu Robert Levandovski İspaniyanın “Barselona” klubu ilə müqavilənin müddətini uzatmaq istəyir.

    Bu barədə “Diario Sport” nəşri məlumat yayıb.

    36 yaşlı hücumçu özünü Kataloniya təmsilçisində əla hiss edir və sözləşməni yeniləməkdə qərarlıdır.

    Onun hazırkı müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatacaq. Lakin forvard matçların 50 faizində iştirak etsə, bunun daha bir il uzadılması variantı aktivləşəcək.

    Levandovskinin isə 2027-ci ilin yayınadək sözləşmə bağlamaq niyyətində olduğu iddia edilir.

    Qeyd edək ki, o, cari mövsüm İspaniya La Liqasında keçirdiyi 13 oyunda 14 qola imza atıb.
    //report

  • Ağcabədidə qanunsuz ov edən şəxslər saxlanılıblar

    Ağcabədidə qanunsuz ov edən şəxslər saxlanılıblar.

    Ağcabədi rayonunda polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı İ.Quliyev və qardaşı R.Quliyev saxlanılıblar. Onlardan 2 ədəd ov tüfəngi və müvafiq icazələri olmadan qanunsuz olaraq ovladıqları çöl quşları aşkarlanıb.

    Həmin şəxslər barəsində İnzibati Xətalar məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilib.

  • İstanbul boğazında gəmilərin hərəkəti ikitərəfli dayandırılıb

    İstanbul boğazında gəmilərin hərəkəti ikitərəfli dayandırılıb.

    Bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib.

    Qeyd olunub ki, buna səbəb əlverişsiz hava şəraiti, o cümlədən qatı dumandır.

  • Житель Хачмаза скончался от отравления угарным газом

    Житель Хачмаза скончался от отравления угарным газом.

    Инцидент произошел на улице Расулзаде города Хачмаз.

    Согласно информации, 67-летний Таваккюль Гурбанов задохнулся угарным газом в ванной комнате своего дома.

    По факту проводится расследование.

  • Xaçmazda 67 yaşlı kişi dəm qazından boğulub

    Xaçmaz sakini dəm qazından boğulub.

    Hadisə şəhərin M.Rəsulzadə küçəsində baş verib.

    Belə ki, 67 yaşlı Təvəkkül Qurbanov yaşadığı evin hamam otağında dəm qazından boğularaq ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Türkiyədə torpaq sürüşməsi olub, ölən və yaralılar var

    Türkiyənin Rizə şəhərində torpaq sürüşməsi olub.

    Median.Az “Haber Global”a istinadən xəbər verir ki, hadisə Çayali rayonunun Çarşıbaşı məhəlləsində qeydə alınıb.

    İlkin məlumata görə, təbii fəlakət nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.