Month: November 2024

  • В Азербайджане в следующем году может быть повышена зарплата полицейских

    В следующем году будет рассмотрен вопрос повышения заработной платы сотрудников Министерства внутренних дел.

    Как сообщает Report, об этом заявил министр финансов Самир Шарифов на состоявшемся сегодня совместном заседании комитетов Милли Меджлиса по природным ресурсам, энергетике и экологии, труду и социальной политике, здравоохранению, международным отношениям и межпарламентским связям.

    Министр напомнил, что в этом году увеличены зарплаты сотрудников Внутренних войск.

  • Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər

    “Gələn il Daxili İşlər Nazirliyinin əməkdaşlarının əməkhaqlarının artırılması məsələsinə baxılacaq”.

    “Report” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında bildirib.

    Nazir bu il Daxili Qoşunların əməkdaşlarında maaşların artırıldığını xatırladıb.

  • Бывший чиновник ОАО “Азерсу” предстал перед судом

    Состоялось первое подготовительное судебное заседание по уголовному делу бывшего начальника Сураханского районного управления водоканала Мехмана Гашимова, обвиняемого в получении взятки.

    На заседании под председательством судьи Бакинского суда по тяжким преступлениям Расима Садыгова были уточнены анкетные данные обвиняемого.

    Избранная в отношении его мера пресечения в виде ареста оставлена без изменения. Принято решение о передаче уголовного дела на судебное расследование. Следующее заседание суда назначено на 27 ноября.

    Отметим, что Мехман Гашимов был освобожден от занимаемой должности в результате комплексных проверок, проведенных в местных отделениях упраздненного ОАО “Азерсу”. Он обвиняется в получении крупной взятки с использованием должностных полномочий.
    //oxu.az

  • Keçmiş “Azərsu” ASC-nin sabiq vəzifəli şəxsi hakim qarşısında

    Rüşvət almaqda təqsirləndirilən Suraxanı rayon Sukanal İdarəsinin sabiq rəisi Mehman Həşimovun cinayət işinin ilk məhkəmə hazırlıq iclası keçirilib.

    Oxu.az-ın məlumatına görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıqovun sədrliyi ilə keçirilən ilk hazırlıq iclasında təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib.

    Onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılıb. Cinayət işinin məhkəmə istintaqına verilməsi ilə bağlı qərar qəbul edilib. Məhkəmənin növbəti iclası noyabrın 27-nə təyin edilib.

    Qeyd edək ki, Mehman Haşımov ləğv edilmiş “Azərsu” ASC-nin yerli şöbələrində həyata keçirilmiş kompleks yoxlamalar nəticəsində tutduğu vəzifəsindən azad edilib. O, vəzifə səlahiyyətlərindən istifadə edərək külli miqdarda rüşvət almaqda təqsirli bilinərək barəsində materiallar toplanaraq ittiham irəli sürülüb.

  • Azərbaycanda onkoloji tibb xidmətlərinin maliyyələşdirilməsi artırılacaq

    “Azərbaycanda onkoloji tibb xidmətləri ilə bağlı əlavə vəsaitlərin ayrılmasına dair yaxın zamanlarda təkliflər hazırlanacaq”.

    “Report” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında çıxışı zamanı bildirib.

    Nazir qeyd edib ki, onkoloji tibb xidmətlərinin maliyyələşdirilməsi vacib məsələdir və hər il bu sahəyə 60 milyon manat ayrılır:

    “Bundan əlavə, ehtiyat fondlarından da əlavə vəsaitlər ayrılır.

    Onkoloji tibb xidmətləri hamımızı narahat edən məsələdir. Biz Səhiyyə Nazirliyi, İcbari Sığorta Bürosu, Milli Onkologiya Mərkəzi və Maliyyə Nazirliyi ilə birgə müzakirələr apararaq, bu xidmətlər üçün əlavə vəsaitlərin ayrılması yollarını araşdırmalıyıq. Yaxın zamanda müvafiq təkliflər hazırlanıb hökumətə təqdim ediləcək”.

  • Lökbatanda fəhlə hündürlükdən yıxılaraq ÖLDÜ

    Bakıda tikintidə faciəli hadisə baş verib.

    Lent.az-ın məlumatına görə, hadisə Bakının Lökbatan qəsəbəsində qeydə alınıb.

    Orada inşa edilən binaların birində fəhlə işləyən Şirvan şəhər sakini, 1973-cü il təvəllüdlü Əlisahib Siruz oğlu Hüseynov yıxılaraq xəsarət alıb.

    Aldığı xəsarətdən sonra Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilən Ə.Hüseynov orada ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • В одном из сел Агдеринского района начинается реализация проекта на 1.5 млн манатов

    В рамках восстановительных и реконструкционных работ на освобожденных территориях продолжаются мероприятия по обеспечению населенных пунктов устойчивым электроснабжением.

    Как сообщает iqtisadiyyat.az, эти мероприятия осуществляются и в Агдеринском районе.

    Начинаются работы по прокладке линии электропередачи напряжением 35 кВ для обеспечения внешнего электроснабжения населенного пункта Умудлу.

    Согласно информации, указанные работы обойдутся в 1.5 млн манатов.

  • Ağdərənin bir kəndində 1.5 milyon manatlıq layihəyə başlanılır

    Azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri çərçivəsində yaşayış məntəqələrinin dayanıqlı elektrik enerjisi ilə təminatı üçün tədbirlər davam etdirilir.

    İqtisadiyyat.az xəbər verir ki, bu tədbirlər Ağdərə rayonunda da həyata keçirilir.

    Belə ki, rayonun Umudlu yaşayış məntəqəsinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq elektrik veriliş xəttinin çəkilməsi işlərinə başlanılır.

    Məlumata görə, kəndin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq elektrik veriliş xəttinin çəkilməsi işləri 1.5 milyon manata başa gələcək.

  • Пашинян проинформировал чиновников об увольнении сообщением в WhatsApp

    Премьер-министр Армении Никол Пашинян сообщил чиновникам о своем решении относительно их увольнения через WhatsApp.

    Об этом пишет газета “Грапарак”.

    “Бывший председатель Комитета государственных доходов Рустам Бадасян был на прогулке, когда получил это сообщение ночью, но не решился перезвонить, чтобы узнать, розыгрыш это или телефонный “вирус”. Однако позвонил близким, чтобы обсудить ситуацию”, – пишет газета со ссылкой на свои источники.

    По данным издания, Бадасян в близком кругу до поздней ночи обсуждал шокирующее сообщение, пытаясь понять, что делать: ответить или подождать до утра. Во встрече участвовал и другой уволенный – глава Следственного комитета Аргишти Кярамян, а также их друг – мэр Еревана Тигран Авинян.

    При этом газета пишет о возможных рокировках в команде Пашиняна. В частности, Кярамяну прочат пост главы государственной Контрольной службы, экс-министра территориального управления и инфраструктур Гнела Саносяна тоже намерены “пристроить”.

    В связи с громкими увольнениями некоторые детали случившегося обнародовала и газета “Жоговурд”. По ее данным, министр территориального управления и инфраструктуры Гнел Саносян за день до случившегося был с Николом Пашиняном на одном из мероприятий, однако Пашинян ничего ему не сказал лично. А позже Саносяну позвонил руководитель аппарата правительства РА Араик Арутюнян и сообщил, что Пашинян требует написать заявление по собственному желанию, сообщает газета.

    Отмечается, что в неопределенной ситуации оказались и главы 10 областей, сумевшие за это время выстроить отношения с Гнелом Саносяном. Многие ждут, кто же будет следующим министром и кому из них придется написать заявление об уходе.

  • Paşinyan məmurları “WhatsApp” mesajı ilə şoka saldı

    Ermənistan baş naziri Nikol Paşinyan məmurları işdən çıxarılmaları barədə qərarını “WhatsApp” vasitəsilə bildirib.

    Bu barədə “Hraparak” qəzeti yazır.

    “Dövlət Gəlirlər Komitəsinin keçmiş sədri Rustam Badasyan gecə gəzintidə olarkən bu mesajı alıb, lakin zəng edib bunun zarafat və ya telefon “virusu” olduğunu öyrənməyə cəsarət etməyib. Bununla belə, vəziyyəti müzakirə etmək üçün yaxınlarına zəng edib”, – qəzet öz mənbələrinə istinadən yazır.

    Nəşrin məlumatına görə, Badasyan yaxın çevrəsində gecəyarısına qədər şokedici mesajı müzakirə edib və nə edəcəyini anlamağa çalışıb: cavab versin, yoxsa səhərə qədər gözləsin.

    Görüşdə işdən çıxarılan digər şəxs – İstintaq Komitəsinin rəhbəri Arqişti Karamyan və onların dostu – İrəvan meri Tiqran Avinyan da iştirak ediblər.

    Qəzet eyni zamanda Paşinyanın komandasında mümkün rotasiyalardan yazıb.

    Xüsusilə, Karamyanın Dövlət Nəzarət Xidmətinin rəhbəri vəzifəsinə təyin ediləcəyi, keçmiş ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyanın da “yerləşdiriləcəyi” gözlənilir.

    Səs-küylü işdən çıxarmalarla bağlı bəzi təfərrüatı “Joxovurd” qəzeti də açıqlayıb.

    Qəzetin məlumatına görə, ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan hadisədən bir gün əvvəl Nikol Paşinyanla eyni tədbirdə olub, lakin Paşinyan ona şəxsən heç nə deməyib. Daha sonra Sanosyana Ermənistan hökumət aparatının rəhbəri Arayik Arutyunyan zəng edərək Paşinyanın öz xahişi ilə ərizə yazmasını tələb etdiyini bildirib.

    Qeyd olunub ki, bu müddət ərzində Qnel Sanosyanla münasibətlər qura bilmiş 10 vilayət rəhbəri də qeyri-müəyyən vəziyyətdə qalıb. Bir çox vilayət rəhbəri növbəti nazirin kim olacağını və onlardan hansının istefa ərizəsi yazmalı olacağını gözləyir.