Month: November 2024

  • Лондон и Нью-Дели возобновляют переговоры о свободной торговле

    Великобритания и Индия возобновляют переговоры, направленные на заключение соглашения о свободной торговле.

    Об этом говорится в заявлении канцелярии британского премьера Кира Стармера, распространенном по итогам его встречи с главой правительства Индии Нарендрой Моди в Рио-де-Жанейро.

    “Соединенное Королевство стремится к новому стратегическому партнерству с Индией, в том числе к заключению торгового соглашения, а также к расширению нашего сотрудничества в таких сферах, как обеспечение безопасности, образование, технологии, борьба с изменением климата”, – сказано в документе.

    Переговоры были приостановлены восемь месяцев назад в связи с началом предвыборного периода в обоих государствах. Их возобновление было запланировано на ноябрь.

    В канцелярии указали, что годовой торговый оборот между двумя странами превышает $50 млрд, из которых $21 млрд приходится на британский экспорт.

  • London və Yeni Dehli azad ticarət danışıqlarını bərpa edirlər

    Böyük Britaniya və Hindistan azad ticarət razılaşmasına nail olmaq üçün danışıqları bərpa edir.

    Bu barədə Böyük Britaniyanın baş naziri Kir Starmerin ofisinin bəyanatında deyilir.

    Sənəddə qeyd olunub ki, Böyük Britaniya Hindistanla yeni strateji tərəfdaşlığa, o cümlədən ticarət sazişinə, eləcə də təhlükəsizlik, təhsil, texnologiya və iqlim dəyişikliyi kimi sahələrdə əməkdaşlığı genişləndirməyə sadiqdir.

    Qeyd edək ki, hər iki dövlətdə seçki dövrünün başlaması ilə əlaqədar danışıqlar səkkiz ay əvvəl dayandırılmışdı. Danışıqların bərpası noyabr ayına planlaşdırılırdı. İki ölkə arasında illik ticarət dövriyyəsi 50 milyard dolları ötür ki, bunun da 21 milyard dolları Britaniya ixracının payına düşür.

  • В Гарадагском районе Баку водитель легковушки пострадал при наезде на препятствие

    В Гарадагском районе Баку 28-летний мужчина пострадал в дорожно-транспортном происшествии.

    Легковой автомобиль, которым управлял Шамистан Эвез оглу Гахраманов, 1996 года рождения, наехал на препятствие у обочины дороги.

    Пострадавшего с травмами различной степени тяжести доставили в больницу.

    По факту ведется расследование.

  • Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb

    Bakının Qaradağ rayonunda 28 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

    1996-cı il təvəllüdlü Qəhrəmanov Şəmistan Əvəz oğlunun idarə etdiyi minik avtomobili yol kənarındakı maneəyə çırpılıb.

    Yaralı ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

  • В Чехии оценили ущерб от сентябрьских наводнений в €2,4 млрд

    Глава министерства финансов Чехии Збынек Станъюра оценивает общий ущерб от произошедших в республике в сентябре наводнений как минимум в 60 млрд крон (примерно 2,4 млрд евро).

    Его слова приводит информагентство CTK.

    “К сегодняшнему дню общая сумма ущерба составляет примерно 60 млрд крон. Ожидаю, что она еще возрастет”, – отметил Станъюра, уточнив, что подсчет суммы ущерба от стихийного бедствия еще не завершен.

    Согласно информации, из-за необходимости выделения незапланированных средств на борьбу с наводнениями резко возросли бюджетные расходы Чехии. Дефицит госбюджета на 2024 был увеличен на 30 млрд крон (примерно 1,17 млрд евро), до 282 млрд крон (около 12 млрд евро). Власти были также вынуждены повысить на 10 млрд крон (примерно 400 млн евро), до 241 млрд крон (около 9,85 млрд евро), дефицит на 2025 год, заложенный в утвержденный парламентом бюджет.

    Напомним, что жертвами наводнений в Чехии во второй половине сентября стали шесть человек. Около 20 тыс. граждан были вынуждены покинуть свои дома из-за угрозы затопления.

  • Sentyabr daşqınları Çexiyaya 2,4 milyard avro zərər vurub

    Sentyabr ayında ölkədə baş verən daşqınların ümumi zərərini ən azı 60 milyard kron (təxminən 2,4 milyard avro) dəyərində qiymətləndiririk.

    Bu barədə Çexiya maliyyə naziri Zbynek Stanjura deyib.

    O qeyd edib ki, təbii fəlakətdən dəymiş ziyanın məbləğinin hesablanması hələ başa çatmayıb və rəqəmlər dəyişə bilər.

    Daşqınlardan ən çox zərər dövlət əmlakına dəyib. Ölkə təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün vəsaitin bir hissəsini Avropa İttifaqının fondlarından alacaq.

    Daşqınlara qarşı mübarizəyə planlaşdırılmamış vəsaitlərin ayrılması zərurəti ilə əlaqədar dövlət büdcəsinin xərcləri kəskin artıb. 2024-cü il üçün dövlət büdcəsinin kəsiri 30 milyard kron (təxminən 1,17 milyard avro) artırılaraq 282 milyard krona (təxminən 12 milyard avro) çatdırılıb.

  • Təhsil müəssisələrinə istiliyin verilmə vaxtının dəyişdirilməsi təklif olunur

    Təhsil müəssisələrinə istiliyin verilmə vaxtının dəyişdirilməsi təklif olunur.

    Bu təkliflə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanın) Səbinə Əliyeva parlamentdə gələn ilin büdcə zərfinin müzakirəsində çıxış edib.

    O qeyd edib ki, bir sıra bölgələrdə soyuqların daha tez düşməsi nəticəsində orta məktəblərin, məktəbəqədər təhsil və digər uşaq müəssisələrinin soyuq olmasının uşaqlar arasında xəstəliyin artmasına, eyni zamanda qeyd edilən vəziyyətin şagirdlərin məktəblərdən yayınmasına səbəb olduğunu nəzərə alaraq, həmin uşaq müəssisələrində qış və yay mövsümünə keçidin 15 noyabr – 15 aprel tarixləri üzrə deyil, havanın temperaturuna uyğun tətbiq edilməsi və bu məqsədlə qış mövsümündə məktəblərin isidilməsi üçün əlavə maliyyə vəsaitinin ayrılmasına böyük ehtiyac var.
    //report

  • Almaniyanın xarici işlər naziri Bakıya GƏLİR

    Almaniyanın xarici işlər naziri Annalena Berbok Azərbaycana səfər edəcək.

    Modern.az-ın əldə etdiyi məlumata görə, o, Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edəcək.

    Məlumatı Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə də təsdiqləyib.

    Berbokun Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşü də gözlənilir.

    Qeyd edək ki, Berbok Azərbaycandan əvvəl Ermənistana səfər edəcək və bu ölkənin xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək.

  • Azərbaycan klubu doğma meydanına qayıdır

    I Liqada çıxış edən “İmişli” komandası növbəti ev oyununu Heydər Əliyev adına İmişli şəhər stadionunda keçirəcək.

    Bu barədə “Report”a Peşəkar Futbol Liqasının (PFL) texniki-idman direktoru Elgiz Abbasov məlumat verib.

    O, sözügedən arenaya PFL tərəfindən geniştərkibli baxış həyata keçirildiyini bildirib:

    “Stadionun ot örtüyü futbol oynamaq üçün yaxşı vəziyyətə gətirilib. Bununla əlaqədar olaraq “İmişli” klubuna təşəkkür edirik. Futbol oynamaq üçün isə yalnız ot örtüyü kifayət etmir. Burada otaqların da daha yaxşı vəziyyətə gətirilməsi lazımdır. Əvvəlcədən olan qeydlər üzrə müvafiq işlər həyata keçirilməkdədir. Proses hələ də davam edir. 2-3 gün ərzində bu işlərin tam yekunlaşması nəzərdə tutulur”.

    PFL rəsmisi prosesi diqqətdə saxladıqlarını vurğulayıb:

    “Qlobal problemin ortaya çıxacağını düşünmürük. Çünki hazırda iş davam edir və bir neçə gün lazımdır ki, bu məsələlər aradan qalxsın. Amma istənilən halda PFL bunu diqqətdə saxlayacaq. Hər hansı qlobal bir şey ortaya çıxmasa, “İmişli” növbəti ev oyununu doğma meydanda keçirəcək. Bununla bağlı əlavə məlumat veriləcək”.

    Qeyd edək ki, “İmişli” I Liqanın VIII turunda “Qaradağ Lökbatan”ı qəbul edəcək. Qarşılaşma 27, 28 və ya 29 noyabrda təşkil olunacaq.

  • Təmizlikçi işləyən ahıl qadının 25 min manatını ələ keçirən filial müdiri HƏBS OLUNDU

    İkisi təqaüdçü olmaqla dörd nəfəri piramida şəbəkəsinə cəlb edən “Defanti Team” MMC-nin filial müdiri həbs edilib.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Fikrət Şakir oğlu Talıbov barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

    Fikrət Talıbov müştərilərə söz verib ki, ona verəcəkləri pulu şirkət vasitəsilə Rusiyada yerləşən restoranlara investisiya olaraq qoyacaq. Oradan gələn gəlirdən isə həm müştəri, həm də şirkət hər ay pul qazanacaq.

    Bu niyyətlə zərərçəkmişlərin birindən 25 840, birindən 11 000, birindən 10 200, sonuncudan isə 3 400 manat alıb.

    Onun əməlindən başqa əziyyət çəkənlərin də olduğu istisna edilmir. Hazırda Binəqədi Rayon Polis İdarəsində istintaq davam edir.

    Aldanıb 25 mindən çox pulunu itirən zərərçəkmişin 70 yaşı var. Ahıl qadın şəhərdə təmizlikçi işləyir.