Month: November 2024

  • Депутаты бьют тревогу: медицинские пункты в плачевном состоянии

    Медицинские пункты в регионах находятся в плачевном состоянии.

    Как сообщает АПА, об этом заявил председатель Комитета Милли Меджлиса по здравоохранению Ахлиман Амирасланов во время обсуждения проекта государственного бюджета на 2025 год на совместном заседании комитетов Милли Меджлиса по природным ресурсам, энергетике и экологии, труду и социальной политике, здравоохранению, международным отношениям и межпарламентским связям.

    “Я посетил районы и увидел состояние медицинских пунктов. Там используют оборудование времен СССР, в районах не хватает кадров. Нужно поднять вопрос о первичной медико-санитарной помощи, которая в районах находится в плохом состоянии, этот вопрос необходимо поднять и найти решение. Эту проблему еще более усугубляет выход на пенсию врачей, достигших 65-летнего возраста”, – подчеркнул председатель комитета.

  • Komitə sədri: “Rayonlarda ilkin tibbi yardım pis vəziyyətdədir”

    “Bölgələrdə tibb məntəqələrinin binaları, vəziyyəti acınacaqlı vəziyyətdədir”.

    APA xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə keçirilən iclasında gələn il üçün dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

    “Mən rayonlara səfər etdim və tibb məntəqələrinin vəziyyətini gördüm. Orada olan cihazlar sovetdənqalmadır, rayonlarda kadr çatışmazlığı var. İlkin tibbi yardım məsələsi gündəmə gəlməlidir. Rayonlarda ilkin tibbi yardım pis vəziyyətdədir, bu məsələ qaldırılmalı və həllini tapmalıdır. Bu problemi daha da dərinləşdirən məsələ 65 yaşı tamam olmuş həkimləri təqaüdə göndərməklə bağlıdır”, – deyə komitə sədri vurğulayıb.

  • “Boeing” 2 mindən çox işçisini ixtisar edəcək

    ABŞ-də yerləşən “Boeing” qlobal aviasiya şirkəti işçi qüvvəsini 10 faiz azaltmaq planı çərçivəsində 2 mindən çox əməkdaşını işdən çıxaracaq.

    Median.Az-ın “Haber Global”a istinadən xəbərinə görə, bu barədə Vaşinqton ştatının Məşğulluq Təhlükəsizliyi Departamentindən məlumat verilib.

    Məlumata görə, “Boeing” dekabr ayında 2 min 199 əməkdaşını işdən azad edəcək.

    Xatırladaq ki, şirkət sentyabr ayında fabrik işçilərinin tətilə başlamasından sonra xərcləri azaltmaq üçün işə qəbulu dondurmaq, səyahətləri dayandırmaq və vacib olmayan xərcləri təxirə salmaq kimi tədbirlər görməyi planlaşdırdığı barədə açıqlama vermişdi. Həmçinin oktyabr ayında işçi qüvvəsini 10 faiz azaltmaq niyyətində olduğunu da bəyan etmişdi.

    ABŞ KİV-də yer alan xəbərlərdə 17 min “Boeing” işçisinin ixtisarlardan təsirlənəcəyi bildirilmişdi.

  • Leyla Əliyeva COP29 çərçivəsində dəniz canlılarına dair panel müzakirələrində iştirak edib

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin (İB) təsisçisi və rəhbəri Leyla Əliyeva IDEA İB və “Great Whale Conservancy” təşkilatının əməkdaşlığı çərçivəsində həyata keçirilən “Dəniz ekosisteminin sağlamlığında və iqlim dəyişikliyinin azaldılmasında dəniz məməlilərinin rolu” mövzusunda panel müzakirələrində iştirak edib.

    BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunan tədbirdə çıxış edən Leyla Əliyeva dəniz canlılarının ekoloji balans və iqlim dayanıqlılığının təmin edilməsi baxımdan əhəmiyyətini vurğulayıb.

    Dünyanın ən iri məməliləri olan balinaların karbon dioksidinin atmosferdə miqdarının azaldılmasında oynadığı rolu vurğulayan Leyla Əliyeva bildirib ki, 1985-ci ildə qüvvəyə minən müvafiq moratoriuma baxmayaraq, balina ovu hələ də bir sıra ölkələr tərəfindən davam etdirilməkdədir.

    Daha sonra Xəzər suitilərinin populyasiyasının XX əsrin əvvəli ilə müqayisədə 6 dəfəyə yaxın azalması panel iştirakçılarının diqqətinə çatdırılıb.

    IDEA tərəfindən ötən 13 il ərzində icra olunan fəaliyyətlərə toxunan Leyla Əliyeva gənclər və geniş auditoriya üçün həyata keçirilən məlumatlandırma tədbirləri, könüllülərin iştirakı ilə baş tutan sahilyanı ərazilərin təmizlənməsi aksiyaları, balıq körpələrinin suya buraxılması və Xəzər dənizinin unikal biomüxtəlifliyinin qorunmasına yönələn bir sıra digər tədbirləri qeyd edib.

    Panel müzakirələrinin davamında “Great Whale Conservancy” təşkilatının təsisçisi və direktoru Maykl Fişbax və Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyinin baş direktoru Tariyel Eybatov müxtəlif dəniz canlıları, o cümlədən balinaların və suitilərin dəniz ekosistemi üçün əhəmiyyəti və su hövzələrinin çirklənməsinin ətraf mühitə təsiri barədə tədbir iştirakçılarına ətraflı məlumat veriblər.

  • General-mayor Fərid Əliyevə Müdafiə Nazirliyində yeni vəzifə həvalə edildi

    Müdafiə Nazirliyinin (MN) Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsinin icrası general-mayor Fərid Əliyevə həvalə edilib.

    O, bir müddətdir ki, bu vəzifəni icra edir.

    Qeyd edək ki, Fərid Əliyevə Prezident İlham Əliyevin sərəncamı ilə ötən il general-mayor ali hərbi rütbəsi verilib.

  • Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildilər

    Prezident İlham Əliyev Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az xəbər verib.

    Sərəncama əsasən, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü və 96-cı maddələrinə uyğun olaraq, hakim vəzifəsinə aşağıdakı namizədlər birinci instansiya məhkəmələrinin hakimləri təyin ediliblər:

    Ağır cinayətlər məhkəmələri üzrə:

    Gəncə Ağır Cinayətlər Məhkəməsi

    İbişov İlkin İlqar oğlu

    Müslümov Bəhruz Firizman oğlu

    Lənkəran Ağır Cinayətlər Məhkəməsi

    Nəbiyev Cavanşir Şirvan oğlu

    Nuriyev Aqil Abdul oğlu

    Şəki Ağır Cinayətlər Məhkəməsi

    Aşurova Günay Raqif qızı

    Hərbi məhkəmələr üzrə:

    Tərtər Hərbi Məhkəməsi

    Qənbərov Tağı Ədalət oğlu

    İnzibati məhkəmələr üzrə:

    Gəncə İnzibati Məhkəməsi

    Hüseynov Nurəli Əvəz oğlu

    Sumqayıt İnzibati Məhkəməsi

    Mahmudlu-Abbaszadə Mehriban Tapdıq qızı

    Məmmədli Qəşəm Fərhad oğlu

    Şəki İnzibati Məhkəməsi

    Şirinova Əsədova Günel Soltan qızı

    Kommersiya məhkəmələri üzrə:

    Gəncə Kommersiya Məhkəməsi

    Məmmədli Əbülfəz Namiq oğlu

    Şəki Kommersiya Məhkəməsi

    Hüseynova Elnarə Ramiz qızı

    Şirvan Kommersiya Məhkəməsi

    Nəbiyev Rəmzi Sultan oğlu

    Bakı şəhərinin rayon məhkəmələri üzrə:

    Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi

    İbrahimova Aytəkin Nazim qızı

    Nəsibov Samir Nadir oğlu

    Bakı şəhəri Xətai Rayon Məhkəməsi

    Şövkətli-Mənsimli Leyla Şahin qızı

    Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi

    Həsənov Teymur Həsən oğlu

    Məmmədova Günel İqbal qızı

    Bakı şəhəri Yasamal Rayon Məhkəməsi

    Əsədzadə Aytəkin Aqil oğlu

    Rayon (şəhər) məhkəmələri üzrə:

    Ağstafa Rayon Məhkəməsi

    Mürsəlova Heyran Mehman qızı

    Astara Rayon Məhkəməsi

    Meybullayeva Şəfiqə Eldar qızı

    Balakən Rayon Məhkəməsi

    Cəfərova Arifə Namus qızı

    Bərdə Rayon Məhkəməsi

    Məhərrəmov Bayram Yusif oğlu

    Xaçmaz Rayon Məhkəməsi

    Bayramov Samir Zakir oğlu

    İmişli Rayon Məhkəməsi

    Ağakişiyeva Lətafət Almazxan qızı

    Lənkəran Rayon Məhkəməsi

    Ələsgərov Elvin Əvəz oğlu

    Masallı Rayon Məhkəməsi

    Hüseynov Elşən Təbrizoviç

    Siyəzən Rayon Məhkəməsi

    Quluzadə Günel Cəbrayıl qızı

    Sumqayıt Şəhər Məhkəməsi

    İsmayılova Günel Rza qızı

    Nəsimiyev Fərid Aydın oğlu

    Şəmkir Rayon Məhkəməsi

    Heydərova Nazlı Azər qızı

    Şirvan Şəhər Məhkəməsi

    İmanov Əli Sərməz oğlu

    Tovuz Rayon Məhkəməsi

    Hacıyev Süleyman Aslan oğlu

    Zaqatala Rayon Məhkəməsi

    Məmmədova Zərifə Faiq qızı.

  • В Азербайджане цена на бензин АИ-95 будет регулироваться государством

    В Азербайджане уже несколько месяцев, как началось производство бензина АИ-95, который реализуется по регулируемой цене – 1.60 AZN за литр.

    Как сообщает АПА, об этом заявил начальник отдела экономики Министерства энергетики Рауф Гурбанов в ходе обсуждения предлагаемых изменений в закон “Об эффективном использовании энергетических ресурсов и энергоэффективности” на сегодняшнем заседании парламентского комитета природных ресурсов, энергетики и экологии.

    Он отметил, что цена на бензин марки АИ-95 пока не включена в перечень продукции, реализуемой по регулируемым ценам: “В ближайшее время Кабмин включит АИ-95 в этот список. Бензин АИ-98 у нас в стране не производится. Поэтому его цена не регулируется”.

  • Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək – RƏSMİ

    “Azərbaycanda bir neçə aydır ki, Aİ-95 markalı benzinin istehsalına başlanıb, tənzimlənən qiymətlərlə 1,60 AZN-ə satılır”.

    APA xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsində Energetika Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri Rauf Qurbanov bildirib.

    O bildirib ki, amma hələ Aİ-95 markalı benzinin qiyməti tənzimlənən qiymətlərlə satılan məhsullar siyahısına daxil edilməyib:

    “Yaxınlarda Nazirlər Kabineti tərəfindən Aİ-95-i bu siyahıya salacaqlar. Aİ-98 markalı benzin isə bizdə istehsal edilmir. Ona görə onun qiyməti tənzimlənmir”.

    Qeyd edək ki, hazırda Azərbaycanda Aİ-92 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənir.

  • В Азербайджане пропал гражданин Ирана

    В Азербайджане пропал гражданин Ирана.

    Как сообщает Report, Мажид Али оглу Пуржафар (1985 г.р.), торгующий сухофруктами в селе Тюркоба Масаллинского района, два дня назад оставив свой паспорт и мобильный телефон в магазине, где работал, ушел в неизвестном направлении и не вернулся.

    По данному факту ведется расследование.

  • Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb

    Azərbaycanda İran vətəndaşı itkin düşüb.

    “Report”un xəbərinə görə, Masallı rayonu Türkoba kəndində quru meyvələrin satışı ilə məşğul olan, 1985-ci il təvəllüdlü, İran vətəndaşı Majid Ali oğlu Pourjafar iki gündür işlədiyi mağazada pasportunu və mobil telefonunu qoyaraq həmin yerdən naməlum istiqamətdə gedib və geri qayıtmayıb.

    Faktla bağlı araşdırma aparılır.