Month: December 2024

  • Пашинян и Берсе обсудили вопрос заключения мирного договора с Азербайджаном

    Премьер Армении Никол Пашинян обсудил с генеральным секретарем Совета Европы Аленом Берсе по телефону вопрос заключения мирного договора с Азербайджаном.

    Как передает Median.Az со ссылкой на армянские СМИ, об этом сообщила пресс-служба армянского кабмина.

    Собеседники обсудили также сотрудничество Армении с СЕ.

  • Paşinyan və Berse Azərbaycanla sülh müqaviləsi məsələsini müzakirə ediblər

    Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Şurasının Baş katibi Alen Berse ilə telefon danışığında Azərbaycanla sülh müqaviləsinin bağlanması məsələsini müzakirə edib.

    Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, tərəflər Ermənistanın Avropa Şurası ilə əməkdaşlığını da müzakirə ediblər.

  • İtaliyada dünyada ilk dəfə döyünən ürək transplantasiyası keçirilib

    İtaliyanın Paduya şəhərində dünyada ilk dəfə döyünən ürəyin transplantasiyası keçirilib.

    Bu barədə “Report” şəhərin Xəstəxana-Universitet İdarəsinə istinadən xəbər verir.

    Rəhbərlik əməliyyatı “səhiyyə inqilabı” adlandırıb. Bu cür təcrübə ilə həkimlər ürək transplantasiyasının nəticələrini yaxşılaşdıra biləcəklər.

    “Beləliklə, həm toplama, həm də transplantasiya zamanı işemiya və reperfuziyanın zədələnmələri aradan qaldırılacaq və əməliyyatdan sonrakı ürək fəaliyyətinin yaxşılaşdırılması ilə orqanın funksiyasının daha sürətli bərpası təmin ediləcək”, – məlumatda deyilir.

    Paduya Xəstəxana-Universiteti İdarəsinin məlumatına görə hazırda xəstənin səhhəti yaxşıdır. O, xəstəxanadan evə getməyə hazırlaşır.

  • Təcili tibbi yardım avtomobili həkimin maşını ilə toqquşdu, xəsarət alan xəstə öldü

    Təcili tibbi yardım avtomobili ilə bir neçə gün bundan əvvəl Astaradan Lənkərana gətirilən xəstə ölüb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, Astara rayon sakini, 1956-cı il təvəllüdlü A.Əhmədova insult keçirməsi səbəbindən Astaradan Lənkərana gətirilirmiş.

    Onu aparan təcili tibbi yardım avtomobili köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Digah kəndi ərazisində Lənkəran rayon Şağlaküçə kənd sakini, 1990-cı il təvəllüdlü N.Şərifzadənin idarə etdiyi “Hyundai Tucson” markalı minik avtomobili ilə toqquşub.

    Qəza nəticəsində təcili yardım avtomobilində olan xəstə A.Əhmədova və xəstənin yaxınları, 1977-ci il təvəllüdlü E.Əhmədova və 1988-ci il təvəllüdlü S.İbrahimov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar. A.Əhmədova təcili olaraq reanimasiya şöbəsinə yerləşdirilib. O bu gün dünyasını dəyişib.

    Qeyd edək ki, “Hyundai Tucson”un sürücüsü N.Şərifzadə Lənkəran Rayon Təcili Tibbi Yardım Şöbəsinin əməkdaşıdır.

  • Hərbi xidmətə çağırılan şəxslərin NƏZƏRİNƏ

    Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinələrin aparılması prosesi davam etdirilir.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) məlumatında deyilib.

    Bildirilib ki, prosesin elektron infrastruktur üzərindən həyata keçirilməsi təmin edilir ki, bu da müayinələrin çevikliyini və şəffaflığını şərtləndirir:

    “Belə ki, çağırışçının yekun tibbi müayinəsinin aparılması üçün Mərkəzi Hərbi-Həkim Komissiyasının rəyi təsdiq edilərək Nazirliyin “Tibbi şəhadətləndirmə” altsisteminə müvafiq göndəriş daxil edilir. Göndəriş əsasən çağırışçılar, onlar üçün avtomatik təyin edilən e-növbəlilik qaydasında Agentliyin Tibbi Qiymətləndirmə Mərkəzində əyani müayinələrdən keçirlər. Müayinə edilənlər aşağıdakı 4 kateqoriya üzrə yekun tibbi müayinələrə cəlb edilirlər:

    Sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında (“B” kateqoriyası);

    Həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında (“Ç” kateqoriyası);

    Dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında (“C” kateqoriyası);

    Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında (“D” kateqoriyası)

    Müayinənin yekun qərarı da e-sistemə daxil edilir və həmin qərar barədə çağırışçıya elektron qaydada məlumat göndərilir”.

  • “Yeni pandemiya qapını döyür” – ABŞ-dan xəbərdarlıq

    ABŞ-da inəklər arasında yayılan və insanlara keçə bilən H5N1 quş qripi virusu mutasiya əlamətləri göstərir. Mütəxəssislər quş qripinun hər an yeni bir pandemiyaya səbəb ola biləcəyi ilə bağlə xəbərdarlıq edib.

    Fransa mətbuat agentliyi AFP-nin xəbərinə görə, növbəti pandemiya quş qripi virusu (H5N1) ola bilər.

    “Science” jurnalında dərc olunan araşdırmada ABŞ-da inəklərə təsir edən quş qripi virusunun insanlar arasında daha sürətli yayılmasının yalnız bir mutasiyaya bağlı olduğu qeyd edilib. ABŞ-da quş qripi ilə yoluxmuş 58 nəfərdən ikisinin heyvanlarla birbaşa təmasının olmadığı müəyyən edilib, bu isə virusun yayılması ilə bağlı narahatlıqları artırıb.

    SAS İnstitutundan epidemioloq Meq Şeffer bildirib ki, “quş qripi hər an pandemiya yarada bilər” fikrini təsdiqləyən bir neçə faktor var. Qlazqo Universitetindən virusoloq Ed Hatçinson isə bunun H5N1-in bizim üçün daha təhlükəli hala gəlməsinə yalnız bir addım uzaqlıqda olduğunu göstərdiyini vurğulayıb. O, quş qripi ilə yoluxmuş bir gəncin genetik dizisinin virusun hüceyrələrə daha yaxşı bağlanmaq üçün təkamülə başladığını sübut etdiyini qeyd edib. Hatçinson əlavə edib ki, H5N1-in nəzarətsiz yayılmasına icazə verilməsi insanlarda asanlıqla infeksiyalara səbəb ola bilər və belə bir pandemiya olduqca ağır keçər, çünki insanlarda bu virusa qarşı güclü immunitet yoxdur.

    Ölümcül quş qripi növü H5N1 ilk dəfə 1996-cı ildə Çində aşkarlanıb və son dörd ildə sürətlə yayılaraq hətta Antarktika kimi toxunulmamış bölgələrə də çatıb. Dünya Heyvan Sağlamlığı Təşkilatı 2021-ci ildən bu yana 300 milyondan çox ev quşunun məhv edildiyini, 79 ölkədə isə 315 vəhşi quş növünün öldüyünü bildirib. Yoluxmuş quşları yeyən məməlilər, məsələn, suitilər arasında da kütləvi ölümlər baş verib. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, 2003-cü ildən bəri qeydə alınmış 904 H5N1 yoluxma hadisəsinin yarısı ölümcül olub.

    Pandemiya riski səbəbindən ABŞ Kənd Təsərrüfatı Nazirliyi çiy südlərdə quş qripi testi aparmağı məcburi edib. Pastörizə edilməmiş südün H5N1 virusunun ötürülməsi baxımından ciddi risk yaratdığı məlumdur. Bununla yanaşı, ABŞ Prezidenti seçilən Donald Trampın Səhiyyə Nazirliyinə namizəd göstərdiyi Robert F. Kennedinin vaksin əleyhdarı və çiy süd tərəfdarı olması əlavə narahatlıq doğurur.

    Dünya Səhiyyə Təşkilatının məlumatına görə, 2023-cü ildə malariya xəstəliyindən 597 min nəfər həyatını itirib. Mütəxəssislər, dərmanlara davamlılıq, iqlim dəyişiklikləri və humanitar fəlakətlərin bioloji təhlükələri nəzarət altına almağı çətinləşdirdiyini bildirib. Ötən il dünya üzrə 263 milyon malariya hadisəsi qeydə alınıb ki, bu da əvvəlki ilə nisbətən 11 milyon çoxdur. Bu halların 94%-i Afrika qitəsində qeydə alınıb.
    //qaynar.az

  • Hindistanlı şahmatçı tarixin ən gənc dünya çempionu oldu

    18 yaşlı hindistanlı qrosmeyster Qukeş Dommaracu şahmat üzrə dünya çempionu olub.

    Şahmat tacı uğrunda görüşdə o, 17-ci dünya çempionu çinli Dinq Lirenə 7,5:6,5 hesabı ilə qalib gəlib.

    Sinqapurda keçirilən qarşılaşmanın həlledici görüşündə hindistanlı qara fiqurlarla oynayıb və 58-ci gedişdə qalib gəlib. Qukeş Vişvanatan Ananddan sonra şahmat üzrə ikinci hindistanlı dünya çempionu olub.

    Qeyd edək ki, Qukeş Dommaracu 18-ci dünya çempionudur. Bundan əlavə, o, şahmat tarixinə ən gənc dünya çempionu kimi düşüb.

  • İnstaqramda tanış olduğu 13 yaşlı qızı aldadıb 80 min aldı – Özünə biznes qurdu

    Bakıda 13 yaşlı qızdan külli miqdarda qızıl və pul alan şəxs cinayət məsuliyyətinə cəlb edilib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cəlilabad rayon Göytəpə şəhər sakini 2003-cü il təvəllüdlü E.Məmmədova 6 il həbs cəzası verilib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-Külli miqdarda zərər vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinib.

    Bu cinayətin üstü polis əməkdaşları tərəfindən açılıb. İstintaqla müəyyən edilib ki, E.Məmmədov instaqram sosial şəbəkəsində orta məktəbin 7-ci sinif şagirdi olan Aytacla (ad şərtidir) tanış olub. Onlar arasında səmimi münasibət yaranıb və E.Məmmədov yeniyetmə qıza biznes qurmaq istədiyini bildirib.

    Bundan sonra Aytac yaşadığı evdəki seyfdən gizli şəkildə 2500 manat, 3 min dollar və 80 min manata yaxın dəyəri olan qızıl-zinət əşyalarını götürərək yaşadığı Xətai rayonu Süleyman Vəzirov küçəsindəki binanın dəhlizində E.Məmmədova verib.

    Hadisənin üstü açılandan sonra Aytac E.Məmmədovun ona hədə-qorxu gələrək pul və qızılları aldığını bildirib. Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə iş başlanılıb. Lakin məhkəmə istintaqı zamanı hədə-qorxu iddiası təsdiqini tapmayıb və gənc oğlanın məktəbli qızı aldadaraq külli miqdarda qızıl və pul alması müəyyən edilib. Bu səbəbdən məhkəmə ona dələduzluq cinayəti üzrə cəza təyin edib.

    Qeyd edək ki, E.Məmmədov əldə etdiyi pul və qızıl-zinət əşyaları vasitəsilə özünə 8-ci kilometr bazarında ayaqqabı mağazası açıbmış.

  • ВС РФ вернули под свой контроль Новоивановку в Курской области

    Российские военнослужащие группировки войск “Север” в ходе наступательных действий вернули под свой контроль населенный пункт Новоивановка в Курской области.

    Об этом сообщили в Минобороны РФ.

  • Rusiya ordusu Kursk vilayətində daha bir məntəqədə nəzarəti bərpa etdi

    Rusiya ordusu Kursk vilayətində daha bir yaşayış məntəqəsinə nəzarəti bərpa edib.

    Median.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyi xəbər yayıb.

    “Şimal” qoşun qruplaşmasının bölmələri hücum əməliyyatları nəticəsində Novoivanovka yaşayış məntəqəsini azad ediblər”, – deyə hərbi qurumdan bildirilib.

    Qeyd edək ki, Rusiya ordusu bir gün əvvəl Darino və Plexovo kəndlərində, dekabrın 9-da isə Novaya Soroçina kəndində və Pokrovski qəsəbəsində nəzarəti bərpa etmişdi.