Month: December 2024

  • Suriyada yoxa çıxan hüquq müdafiəçisinin işgəncə ilə öldürüldüyü məlum olub

    Suriyada Bəşər Əsədin hakimiyyəti dövründə hüquq müdafiəçiliyi ilə məşğul olan siyasi fəal Mazen Həmadinin həbsxanada cəsədi tapılıb.

    Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, Mazen Həmadi hələ 2012-ci ildə təqiblərə məruz qaldığı üçün mühacirət edib.

    Lakin ölkədə müharibə dayandıqdan sonra, 2020-ci ildə Suriyaya qayıdıb və fəaliyyətini bərpa edib. Bir neçə aydan sonra isə Mazen Həmadi yoxa çıxıb.

    Ötən gün isə M.Həmadinin cəsədi Suriyanın Sednaya həbsxanasından tapılıb. M.Həmadinin işgəncə nəticəsində öldüyü müəyyən edilib.

  • “İnteraz” TV rəhbərinin məhkəməsi: “İki milyon manatdan söhbət gedir, hamısı çantadan ola bilməzdi”

    “SalamNews” informasiya agentliyi və “İnteraz”ın rəhbəri Mətləb Bağırovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə şahidlər dindiriliblər.

    İlk olaraq Mətləb Bağırovun evinə keçirilmiş baxışda iştirak etmiş Daxili İşlər Nazirliyinin iki əməkdaşı şahid qismində ifadə verib.

    Onlar baxış keçirdikləri evdə dini kitablar və disk aşkar etdiklərini bildiriblər. Digər şahid Fərid Hüseynovun isə Mətləb Bağırovun bacısının həyat yoldaşı olduğu, eyni zamanda sürücüsü vəzifəsində çalışdığı bildirilib. O, təqsirləndirilən şəxsin saxlanılmasından danışıb. Deyib ki, onlar maşınla gedərkən Qaradağ postunda polis əməkdaşları tərəfindən saxlanılıblar. Daha sonra polis bölməsində ifadə veriblər. Şahid daha sonra sərbəst buraxıldığını, bir müddət sonra küçədə ictimai qaydanı pozduğuna görə saxlanıldığını, haqqında inzibati həbs seçildiyini bildirib. Dövlət ittihamçısı şahidə Mətləb Bağırova pul aparması ilə bağlı sual ünvanlayıb.

    F.Hüseynov bildirib ki, belə hallar olub, lakin ona bu barədə tapşırığı Mətləbin tanışı Tural adlı şəxs verib. O, “Kefsiz Hüseyn” və Anar adlı digər şahidləri də tanıdığını deyib. O, Mətləbin tanışı Tural adlı şəxsin tapşırığı əsasında Bakı şəhərində “Kefsiz Hüseyn” və Anar adlı şəxslərdən hər dəfə 10 min, 50 min manat dəyərində müxtəlif məbləğlərdə vəsait alaraq Mətləb Bağırova gətirdiyini əlavə edib. Onu da bildirib ki, onların hansı fəaliyyətlə məşğul olduğunu bilmir. Şahidin indiki ifadəsi ilə ibtidai istintaqa verdiyi ifadə ziddiyyət təşkil etdiyi üçün ilkin ifadəsi elan olunub. Şahid ifadəni təsdiq etməyib. Sualları cavablandıranda qeyd edib ki, pullarla bağlı proses 10-15 il ərzində olub. Bildirib ki, Mətləb Bağırovun çanta ticarəti biznesi olub və bu yollarla ona pullar gətirilib.

    Dövlət ittihamçısı: “Burada iki milyon manatdan söhbət gedir, bunların hamısı çantadan gələn gəlir ola bilməzdi”, – deyə etiraz edib. Şahid isə bildirib ki, məbləği dəqiq bilməyib.

    Proses yanvarın 6-da davam etdiriləcək.

    Qeyd edək ki, “Hacı Mətləb” kimi tanınan Bağırov Mətləb Mirzəmməd oğlu xaricdə dini təhsil alıb, “İnterAz” və “SalamNews” informasiya agentliklərinin təsisçisi olub. O, 2023-cü il yanvarın 30-da Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə həbs olunub. Cinayət işi üzrə zərərçəkmiş qismində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tanınıb. Ona qarşı cinayət yolu ilə əldə olunmuş əmlakı leqallaşdırma, yalançı sahibkarlıq, dini ekstremist materialları saxlama, qaçaqmalçılıq və digər maddələrlə ittiham irəli sürülüb.

    M.Bağırov Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi (Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçinin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi), 167-3.1-ci maddəsi (Dini ekstremist materialları saxlama), 193.2.2-ci maddəsi (Xüsusilə külli miqdarda gəlir əldə etməklə yalançı sahibkarlıq), 193-1.3.2-ci maddəsi (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pulları leqallaşdırma) və digər maddələri ilə təqsirləndirilir.

  • Обманул на 39 000 манатов: суд вынес приговор мошеннику

    В Абшеронском районном суде завершилось судебное следствие по уголовному делу обвиняемого в мошенничестве Имрана Асадова (здесь и далее имена и фамилии условные – ред.).

    Как сообщает pravda.az, на процессе под председательством судьи Джамили Сафиевой был зачитан приговор, согласно которому И.Асадову назначено наказание в виде ограничения свободы сроком на 1 год 6 месяцев с применением электронного браслета.

    Согласно обвинительному заключению, подсудимый, представившись надежным партнером в торговых отношениях, ввел в заблуждение своего знакомого, потерпевшего Галиба Габилова, директора ООО ELN Company. Асадов убедил Габилова, что реализует импортируемые компанией пищевые добавки, частично оплатив их стоимость.

    Таким образом, в период с 2019 по 2021 год Имран завладел пищевыми добавками и гигиеническими средствами общей стоимостью 39 847 манатов, хранившимися на складе ООО на 12-м километре дороги Баку – Губа в городе Хырдалан Абшеронского района. Он продал товар и присвоил вырученные деньги.

    На период следствия в отношении И.Асадова была избрана мера пресечения в виде полицейского надзора.

  • Tanışının şirkətinə qarşı 40 minlik dələduzluq edən şəxsə HÖKM OXUNDU

    Abşeron Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən İmran Əsədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə İ.Əsədova 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.

    İttihama görə, İmran Əsədov tanışı, zərərçəkmiş Qalib Qabilova (şərti) özünü alqı-satqı münasibətlərinin etibarlı tərəfdaşı kimi göstərib. O, zərərçəkmişin direktoru olduğu “ELN Company” MMC-in Azərbaycana idxal etdiyi qida əlavələrini satıb bir qisminin pulunu ödəyərək inandırıb. İmran bu minvalla 2019-2021-ci illərdə ümumi dəyəri 39 847 manat olan qida əlavələrini və gigiyenik vasitəni MMC-nin Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba yolunun 12-ci kilometrliyində yerləşən anbarından ələ keçirib sataraq pulunu ələ keçirib.

    İstintaq dövründə İmran Əsədovun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi.

  • Агададаш Агаев намерен отсудить у MedEra Hospital 450 000 манатов

    В Бинагадинском районном суде состоялось заседание по гражданскому иску Народного артиста Азербайджана Агададаша Агаева против MedEra Hospital.

    Как сообщает Report, истец не присутствовал на процессе.

    Суд принял решение о принятии гражданского дела к производству. Следующее заседание назначено на 16 января.

    Отметим, в иске артиста указано, что инцидент, произошедший в больнице, нанес ущерб его чести, достоинству и деловой репутации.

    Агададаш Агаев требует от MedEra Hospital компенсации морального ущерба в размере около 450 000 манатов.

    В свою очередь, MedEra Hospital также подала гражданский иск против А.Агаева.

    Напомним, что инцидент произошел в июле этого года.

    Нуреддин Джалилов, с которым у Агададаша Агаева возник конфликт, и сотрудница медучреждения Назакят Пашаева, в которую попал топор, брошенный артистом, признаны потерпевшими по уголовному делу.

    Также возбуждено уголовное дело в отношении Нуреддина Джалилова.

    Агададаш Агаев обвиняется по статье 221.3 (хулиганство, совершенное с применением предметов, используемых в качестве оружия) Уголовного кодекса Азербайджанской Республики.

  • Ağadadaş Ağayev mülki iddia qaldırdı: 450 min manat istəyir

    Xalq artisti Ağadadaş Ağayevin “Medera Hospital”a qarşı qaldırdığı mülki iddia üzrə məhkəmə prosesi keçirilib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə iddiaçı tərəf iştirak etməyib.

    Mülki işin məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunub.

    Proses yanvarın 16-da davam edəcək.

    Qeyd edək ki, Xalq artistinin iddiasında hospitalda baş verən insidentlə şərəf və ləyaqətinə, həmçinin işgüzar nüfuzuna zərər dəydiyi bildirilir.

    Ağadadaş Ağayev “Medera Hospital”dan ona dəyən 450 min manata yaxın mənəvi ziyanın ödənilməsini tələb edir.

    Həmçinin, “Medera Hospital”da Ağadadaş Ağayevə qarşı mülki iddia qaldırıb.

    Xatırladaq ki, hadisə bu ilin iyul ayında baş verib.

    Ağadadaş Ağayevin mübahisə etdiyi Nurəddin Cəlilov və müğənninin atdığı baltanın dəydiyi xadimə Nəzakət Paşayeva Xalq artistinin cinayət işində zərərçəkən qismində tanınıb.

    Eləcə də, onun mübahisə etdiyi Nurəddin Cəlilov barəsində də cinayət işi açılıb.

    Ağadadaş Ağayev Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.

  • Azərbaycan ilk – Bu şəxslər öləndən sonra orqanları çıxarılacaq

    “Bütün dünyada olduğu kimi, Azərbaycanda da donorlara ehtiyac var. İnsanlar Nazirlər Kabinetinin təsdiqlədiyi müvafiq formanı dolduraraq vəfat etdikdən sonra donor ola bilər. Tezliklə my.gov.az-da həmin sənədi doldurub, donor olmaq mümkün olacaq”.

    Bu barədə “Orqan transplantasiyasında müasir dövrün çağırışları” mövzusunda beynəlxalq elmi konfransda jurnalistlərə müsahibəsində Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova bildirib.

    O qeyd edib ki, orqan transplantasiyasına həsr olunan tədbirlərin keçirilməsi bu sahədə insanların maariflənməsi baxımından olduqca əhəmiyyətlidir: “Transplantasiyanın inkişafında bu kimi tədbirlərin keçirilməsinin böyük rolu var.

    Çünki insanların orqan donorluğu ilə bağlı fikirlər formalaşmalıdır. Qeyd edim ki, mən də orqan donorları reyestrinə düşmüşəm. Düşünürəm ki, ölümündən sonra da insanlar xeyirxahlıq edib, başqalarına həyat bəxş edə bilər. Burada əsas məsələ insanların sağlığında ölümdən sonra donor olmaq istəyidir”.

    Y.Abbasova orqan donorluğu ilə bağlı aparılan maarifləndirmə işlərindən də danışıb: “Xəstəxanalarda beyin ölümü baş verən xəstələrin yaxınları ilə görüşürük. Ümid edirəm ki, insanlar orqan donorluğunun əhəmiyyətini anlayacaqlar və bu istiqamətdə addım atacaqlar. Əsas məsələ orqan transplantasiyalarının hüquqi bazasının olmasıdır. Artıq hüquqi baza tam hazırdır. Bütün əməliyyatlar sənədləşmə prosesi düzgün qaydada aparıldıqdan sonra həyata keçirilə bilər. Donorluğa nəzarət etmək üçün Səhiyyə Nazirliyinin tərkibində Etika Komissiyası yaradılıb”.

  • Дорожная полиция обратилась к водителям

    Согласно законодательству Азербайджана, для четкой видимости государственных регистрационных знаков движущегося транспортного средства необходимо обеспечить их содержание в чистоте. Неисполнение этой обязанности рассматривается как нарушение правил эксплуатации транспортного средства и влечет за собой административную ответственность.

    Об этом говорится в соответствующем обращении Главного управления Государственной дорожной полиции к водителям.

    В обращении отмечается, что из-за наблюдающихся в последние дни дождливых погодных условий следует уделять больше внимания чистоте госномеров автомобилей.

    “К сожалению, встречаются водители, которые, пользуясь дождливой погодой, не придают значения чистоте государственных регистрационных знаков своих автомобилей, а то и намеренно искусственно пачкают номера, что приводит к неприятным последствиям”, – говорится в обращении.

  • Sürücülərə XƏBƏRDARLIQ: Cərimələnə bilərsiniz

    “Qanunvericiliyə əsasən, hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanlarının aydın görünməsi üçün onun təmiz saxlanılması təmin edilməlidir. Bu vəzifənin yerinə yetirilməməsi avtomobilin istismarı qaydalarının pozulması hesab edilir və inzibati məsuliyyət yaradır”.

    Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin dövlət qeydiyyat nişanları ilə bağlı sürücülərə müraciətində bildirilib.

    Müraciətdə qeyd olunur ki, son günlər müşahidə olunan yağmurlu hava şəraiti ilə əlaqədar avtomobillərin dövlət qeydiyyat nişanlarının təmizliyinə daha çox diqqət ayrılmalıdır:

    “Təəssüf ki, bəzən yağmurlu hava şəraitindən sui-istifadə edərək avtomobilinin dövlət qeydiyyat nişanlarının təmizliyinə əhəmiyyət verməyən, hətta bilərəkdən nişanların üstünü süni şəkildə çirkləndirən sürücülərə rast gəlinir ki, bu da xoşagəlməz nəticələrə səbəb olur”.

  • В Баку оштрафован крупный торговый центр

    ОАО “Торговый центр “Москва” (так называемый “Московский универмаг”) оштрафован за нарушение трудового законодательства.

    Как сообщает iqtisadiyyat.az, Государственная служба инспекции труда при Министерстве труда и социальной защиты населения составила протокол об административном правонарушении в отношении компании по статье 192.1 (привлечение работодателем физических лиц к выполнению каких-либо работ/оказанию услуг без вступления в юридическую силу трудового договора/контракта в порядке, предусмотренном Трудовым кодексом Азербайджанской Республики) Кодекса об административных проступках.

    Затем протокол был направлен в Насиминский районный суд для рассмотрения. На заседании под председательством судьи Анара Ибадзаде было объявлено решение, согласно которому к ОАО было применено административное взыскание, то есть наложен штраф.

    Напомним, что за нарушение трудового законодательства физические лица штрафуются на сумму от 1 000 до 2 000 манатов, должностные лица – от 3 000 до 5 000 манатов, юридические лица – от 20 000 до 25 000 манатов.

    Отметим, что “Московский универмаг” был зарегистрирован в 1998 году, уставной капитал составляет 1 283 758 манатов, законным представителем является Анар Бабаев.