Month: December 2024

  • Zurabişvili postunda qalmaqda israr edir: Yeni prezidentin andiçmə mərasimi günü nə edəcək?

    “Prezidentin andiçmə mərasiminin hüquqi qüvvəsi yoxdur, ona görə də mən prezident olaraq qalıram və fəaliyyətimi davam etdirirəm”.

    Median.Az-ın “Sputnik Gürcüstan” “Telegram” kanalına istinadən xəbərinə görə, bu sözləri Gürcüstanın Prezidenti Salome Zurabişvili Britaniyanın “Rest Is Politics” podkastında deyib.

    Bazar günü – dekabrın 29-da yeni seçilmiş prezident Mixail Kavelaşvilinin andiçmə mərasimində nə edəcəyi ilə bağlı suala isə Zurabişvili maraqlı cavab verib.

    O qeyd edib ki, bu barədə bazar günü elan edəcək, çünki hakim partiya onun planlarından əvvəlcədən xəbərdar olmamalıdır.

    Xatırladaq ki, dekabrın 29-da Salome Zurabişvilinin prezident kimi səlahiyyət müddəti başa çatır və o, öz postunu tərk etməlidir. Zurabişvili isə bununla razılaşmır və vəzifəsindən getməyəcəyini iddia edir.

    Gürcüstanın Baş naziri İrakli Kobaxidze məsələ ilə bağlı bildirib ki, Zurabişvilinin müstəqil şəkildə prezident iqamətgahını tərk edəcəyinə ümid edir, çünki əks təqdirdə, onu zorla çıxarmaq lazım gələcək.

  • Çeçenistanda dekabrın 28-i matəm günü elan edilib

    Çeçenistan hakimiyyəti Qroznıya uçan təyyarənin Aktauda qəzaya uğramasından sonra dekabrın 28-ni matəm günü elan edib.

    Median.Az xəbər verir ki, RİA Novosti bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırovun fərmanına istinadən yazır.

    Dekabrın 25-də Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. 38 nəfər ölüb.

  • Türkiyə hərbçiləri İraqın şimalında 14 terrorçu öldürüb

    Türkiyə hərbçilərinin İraqın şimalında keçirdikləri antiterror əməliyyatı nəticəsində 14 terrorçu ölüb.

    Məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

    Bildirilib ki, İraqın şimalında Hakurk, Gara və Metinə bölgələrində PKK terror qruplaşmasının 14 silahlısı öldürülüb.

  • Qəbələ RLS-in rəhbərliyi dəyişib

    İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (ƏMDX) məxsus “Qəbələ Radiolokasiya Stansiyasının İnzibati Təsərrüfat Zonası və Texniki Mövqe” MMC-nin (Qəbələ RLS) direktoru Namiq Ələkbərov vəzifəsindən azad edilib.

    Median.Az “Report”a istinadla xəbər verir ki, bununla bağlı Dövlət Xidmətinin rəisi Mətin Eynullayev əmr imzalayıb.

    Onun digər əmri ilə RLS-ə rəhbərlik İlkin Şıxqəmzəyevə həvalə olunub.

    Xatırladaq ki, Qəbələ RLS 1985-ci ildə inşa edilib, 2013-cü ilə qədər Rusiyanın Müdafiə Nazirliyinin istismarında, 2013-2014-cü illərdə Azərbaycanın Müdafiə Nazirliyinin, ondan sonra isə dövlət əmlakı kimi ƏMDX-nin balansında olub.

  • Rəşad Nəbiyev: Təyyarəyə kənar müdaxilə olub

    “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus “Embraer 190” təyyarəsinin qəzaya uğramasından dərhal sonra Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq müvafiq komissiya yaradıldı. Komissiya üzvləri hadisə yerində qəzanın təfərrüatları ilə yaxından tanış olmaq və zərərçəkmişlərin vəziyyətini yaxından əyrənmək üçün Aktau şəhərinə ezam olunaraq, hadisə yerinə baxış keçirib, Azərbaycan, həmçinin digər ölkələrin zərərçəkən vətəndaşları ilə görüşüblər.

    Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev jurnalistlər açıqlamasında bildirib.

    Nazir qeyd edib: “Zərərçəkən sərnişinlər və sağ qalan təyyarə bələdçiləri bildiriblər ki, Qroznı üzərində olarkən partlayış səsi eşidiblər. Hətta təyyarə bələdçisinin birinin qolu yaralanıb. Həmçinin sosial şəbəkələrdən və mətbuatın yaydığı görüntüdən də görmək olur ki, bir xanım qolundan və ayağından xəsarət alıb. Bundan başq,a təyyarənin qanadında deşik izlərini görmək olar. Hava gəmisinin daxilində fuzlayjda və müxtəlif kəsici alətlərlərin zədələri var. Rusiya vətəndaşları olan zərərçəkənlər də bildiriblər ki, Qroznı üzərində 3 dəfə partlayış səsi eşidiblər. Onların dediyinə görə, partlayış səsləri kənardan gəlib, daha sonra təyyarəyə nəsə toxunub”.

    Onun sözlərinə görə, qəzanın ilk anından mətbuatda təyyarəyə quşların çırpıldığı yazılırdı. Amma mütəxəssislərin gəldiyi ilkin qənaət odur ki, yerdə olan təyyarə qalıqları və şahid ifadələri deməyə əsas verir ki, burada kənar müdaxilə olub. Ancaq kənar müdaxilənin hansı növ silahdan olduğunu istintaq müəyyənləşdirəcək. Bununla yanaşı, təyyarənin uçma trayektoriyasına baxılsa, onun uçuş istiqamətini Mahaçqala üzərindən Aktauya doğru götürdüyü aydın olur. Artıq burada təyyarəyə enişə icazənin verilib-verilməməsi istintaqın nəticəsinə görə müəyyən olunacaq. Bundan başqa, pilotun qəza enişini hansı məqsədlə etdiyini də istintaq müəyyən edəcək. GPS-in söndürülməsi ilə bağlı məsələ isə dəlillər ortaya qoyulduqdan sonra aydın olacaq”.

    Nazir həmçinin qeyd edib: “İstər yerli, istərsə də beynəlxalq mütəxəssislərin gəldiyi qənaət bundan ibarətdir ki, təyyarənin ekipajı qəhrəmanlıq göstərərək ən optimal eniş edib. Bunun nəticəsində də təyyarədə olan insanların böyük əksəriyyəti xilas edilib. Azərbaycan öz hüququndan istifadə edərək beynəlxalq məsləhətçiləri də prosesə cəlb edib. Artıq onlarla təmaslarımız var”.

    R.Nəbiyev əlavə edib ki, “Embraer” şirkətinin iki mütəxəssisi hadisə yerindədir, araşdırma qrupuna cəlb edilib. Eyni zamanda, Braziliyanın mütəxəssisləri də sabah hadisə yerində olacaqlar.

    “Qazaxıstan rəsmilərinin verdiyi açıqlamaya baxsaq, təyyarədə oksigen balonunun partlaması iddiasının Rostovda olan dispetçer tərəfindən irəli sürüldüyünə istinad edirlər. Hesab edirik ki, ilk növbədə, bu məlumatın düzgünlüyünü yoxlamaq lazımdır. Bu, maraqlı tərəfdən verilən məlumatdır. Bunu təkzib edən faktlarla bağlı da qeyd etdim ki, partlayış səsləri kənardan gəlib”, – nazir vurğulayıb.

  • Putin Şoyquya yeni vəzifə verdi

    Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurası yanında Elmi-Ekspert Şurasının yaradılması barədə tapşırıq verib. Bu quruma Təhlükəsizlik Şurasının katibi və Rusiya Federasiyasının keçmiş Müdafiə naziri Sergey Şoyqu rəhbərlik edəcək.

    Median.Az globallookpress.com-a istinadən xəbər verir ki, rəsmi sərəncamda bildirilir ki, bu addım Təhlükəsizlik Şurasının və onun işçi orqanlarının fəaliyyətinin elmi-metodoloji və ekspert-analitik təminatını gücləndirmək məqsədini daşıyır:

    “Rusiya Federasiyası Təhlükəsizlik Şurası yanında Elmi-Ekspert Şurası yaradılır. Bu şuraya sədr olaraq Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu təyin olunur.”

    Sənəd Rusiya Federasiyasının hüquqi aktlarının rəsmi dərc olunduğu saytda yerləşdirilib. Eyni sərəncamla Təhlükəsizlik Şurası yanında əvvəl mövcud olan Elmi Şura ləğv edilib.//baku.ws

  • AYNA: В праздничные дни автовокзалы в Азербайджане будут работать в усиленном режиме

    В связи с празднованием Дня солидарности азербайджанцев мира и Нового года автовокзалы и автостанции Азербайджана будут работать в усиленном режиме с 30 декабря 2024-го по 6 января 2025 года.

    Об этом сообщает Median.Az со ссылкой на Агентство наземного транспорта Азербайджана (AYNA) при Министерстве цифрового развития и транспорта.

    В праздничные дни будет осуществляться особый контроль за интервалами движения автобусов по маршрутам в соответствии с пассажиропотоком и соблюдением водителями правил безопасности при перевозке пассажиров.

    Граждане могут приобрести билеты в кассах автовокзалов, а также онлайн через портал biletim.az. В настоящее время на портале biletim.az можно приобрести билеты по 74 направлениям в 47 городов и районов страны.

  • AYNA: “Avtovağzallar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək”

    Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi məqsədilə 30 dekabr tarixindən 6 yanvar 2025-ci il tarixinədək respublikanın avtovağzal və avtostansiyaları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

    Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) məlumat yayıb.

    Bildirilib ki, AYNA şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişin daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən fasiləsiz və təhlükəsiz hərəkətin təmin edilməsi, təsdiq olunmuş cədvəl üzrə hərəkət qrafiklərinə ciddi riayət edilməsi ilə bağlı bütün avtovağzal və avtostansiyalara müvafiq tapşırıqlar verib.

    Bayram günlərində sərnişin axınına uyğun olaraq marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunacaq.

    Sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda əlavə avtobus buraxılması təmin ediləcək.

    Vətəndaşlar biletləri avtovağzalların kassalarından, həmçinin “biletim.az” portalından onlayn qaydada əldə edə bilərlər. Hazırda “biletim.az” portalında 47 şəhər və rayona 74 istiqamət üzrə bilet almaq mümkündür.

  • Daha bir tiktoker xanım həbs edildi

    Polisin sosial şəbəkələrdə əxlaqsızlığın təbliğinə qarşı keçirdiyi əməliyyatla saxlanılan tiktoker Tamilla Mehdiyeva həbs edilib.

    Median.Az Axar.az-a istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə xanım tiktoker Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə təqsirli bilinərək barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

    Qeyd edək ki, “TikTok” əməliyyatının istintaqı Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində aparılır.

    Xatırladaq ki, bu gün Yasamal Rayon Məhkəməsinin qərarı ilə “TikTok” sosial şəbəkəsində şairə kimi tanınan İlhamə Elşadqızı barəsində də eyni maddə üzrə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

  • Cud Bellinqem İspaniya La Liqasında dekabr ayının ən yaxşısı seçilib

    İspaniya təmsilçisi “Real Madrid”in yarımmüdafiəçisi Cud Bellinqem dekabrda La Liqanın ən yaxşı futbolçusu seçilib.

    O, 2024-cü ilin son ayında 3 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

    21 yaşlı oyunçu Antuan Qrizmann (“Atletiko Madrid”), Rafinya Dias (“Barselona”), Oyan Sanset (“Atletik Bilbao”) və Sandro Ramiresi (“Las Palmas”) qabaqlayıb.

    Qeyd edək ki, ötən ay La Liqada ən yaxşı futbolçu adına Vinisius Junior layiq görülüb.