Month: December 2024

  • Kuril adalarında zəlzələ baş verib

    Rusiyanın Kuril adalarında 6.7 bal gücündə zəlzələ baş verib.

    Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən məlumat verilib.

    Məlumata görə, zəlzələ 140 km dərinliyində qeydə alınıb.

    Xəsarət alanlar və ya dağıntılar barədə hələ məlumat yoxdur.

  • Türkiyəli pilot: “Təyyarənin salonunda balonun partlaması iddiası insan zəkasına lağ etməkdir”

    “AZAL-ın təyyarəsinin salonunda balonun partladığını iddia etmək insan zəkasına lağ etməkdir. Təyyarənin quyruğuna baxsanız, çöldən içəriyə qəlpələrin girdiyini asanlıqla görə bilərsiniz”.

    Median.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında elektronika mühəndisi, kapitan-pilot Ahmet İzgi bildirib.

    O qeyd edib ki, AZAL-ın təyyarəsinin qəzaya uğramasının səbəbi transponder kodunun Qroznı tərəfindən verilməsinə rəğmən Rusiyaya aid “Pantsir-S1” hava hücumundan müdafiə sisteminin onu mülki təyyarə deyil, hərbi təyyarə və ya dron olaraq görməsi və sonra atəş açmasıdır.

    “İkinci məsələ isə təyyarənin təcili olaraq eniş tələb etdiyi zamanda buna icazə verilməməsi və təyyarəni Xəzər dənizi istiqamətində yönləndirmələridir. Bu da böyük sual yaradır, qəzanın izlərini silmək kimi görünür”, – deyə ekspert bildirib.

    Ahmet İzgi hadisənin ağır cinayət olduğunu vurğulayaraq, bunu törədənlərin cəzalandırılmasının vacibliyini qeyd edib.

    Dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.

  • Глава МИД Украины выразил соболезнования Азербайджану

    Министр иностранных дел Украины Андрей Сибига выразил соболезнования Азербайджану в связи с крушением пассажирского самолета AZAL вблизи города Актау в Казахстане.

    Глава МИД опубликовал об этом пост в своем аккаунте в соцсети X.

    “Крушение самолета, принадлежащего Azerbaijan Airlines (AZAL) – это ужасное происшествие. Выражаем соболезнования Азербайджану”, – говорится в сообщении.

    25 декабря самолет Embraer 190 авиакомпании Azerbaijan Airlines (AZAL), следовавший из Баку в Грозный, упал недалеко от казахстанского города Актау. На борту самолета находились 67 человек, 38 из которых погибли, 29 – выжили.

  • Ukrayna XİN başçısı Azərbaycana başsağlığı verib

    Ukraynanın xarici işlər naziri Andriy Sibiha AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib.

    Başsağlığının mətnini Ukrayna XİN başçısı öz “X” hesabında yerləşdirib.

    “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması dəhşətli hadisədir. Azərbaycana başsağlığı veririk”, – paylaşımda qeyd olunur.

    Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

  • “Azərbaycan Sənaye Korporasiyası” ləğv edilir – SƏRƏNCAM

    Prezident İlham Əliyev “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

    Sərəncama əsasən, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti ləğv edilir.

    “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin aşağıdakı müəssisələri Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməlidir:

    1. “Azərbaycan alüminiumu” Açıq Səhmdar Cəmiyyəti;

    2. “Azəralüminium” Məhdud Məsuliyyətli Cəmiyyəti;

    3. “Azərpambıq Aqrar Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti.

  • Gələn il fəsillərin Azərbaycana daxilolma vaxtı AÇIQLANDI

    Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2025-ci ildə fəsillərin Azərbaycana daxilolma vaxtını təqdim edib.

    Bu barədə Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

    Bildirilib ki, Günəşin illik zahiri hərəkəti Yerin Günəş ətrafında illik hərəkətinin təzahürüdür. Bu zahiri hərəkət zamanı Günəşin fəzada cızdığı dairə ekliptika adlanır. Həmin dairə üzərində 4 səciyyəvi nöqtə var. Bu nöqtələr yaz və payız bərabərlikləri, qış və yay günəşduruşu nöqtələridir. Yer Günəş ətrafında dolanarkən Günəşin bu nöqtələrdən keçmə anı astronomik fəsillərin başladığı tarixi göstərir.

    Yaz bərabərliyi günü Günəşin şüaları Yer ekvatoruna düz bucaq altında düşdüyündən gündüz ilə gecənin uzunluğu bərabərləşərək bütün coğrafi enliklərdə 12 saat olur. Həmin gün Günəş göy ekvatorunu kəsərək Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir. Şimal yarımkürəsində astronomik yaz, Cənub yarımkürəsində isə astronomik payız başlayır. 2025-ci ildə yaz fəsli Azərbaycana martın 20-si saat 13:01-də daxil olacaq.

    Yay günəşduruşu günü Yerin Şimal yarımkürəsi maksimal şəkildə Günəşə tərəf yönəlir. Gündüz və gecənin uzunluğu ekvatorda ilboyu dəyişməyib 12 saat qalır, qütblərə doğru getdikcə isə bu fərq 24 saatadək artır. Nəticədə yay günəşduruşu günü Şimal qütbündə 24 saat gündüz, Cənub qütbündə 24 saat gecə olur. Bizim yerləşdiyimiz coğrafi enlikdə isə gündüz 15 saat 3 dəqiqə 23 saniyə, gecə 8 saat 56 dəqiqə 37 saniyə davam edir. Bu andan etibarən Şimal yarımkürəsində astronomik yay, Cənub yarımkürəsində isə astronomik qış başlayır. 2025-ci ildə yay fəsli Azərbaycana iyunun 21-i saat 06:42-də daxil olacaq.

    Payız bərabərliyi günü Günəşin şüaları Yer ekvatoruna yenidən düz bucaq altında düşdüyündən gündüz ilə gecənin uzunluğu bərabərləşərək bütün coğrafi enliklərdə 12 saat olur. Həmin gün Günəş göy ekvatorunu kəsərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçir və Şimal yarımkürəsində astronomik payız, Cənub yarınkürəsində isə astronomik yaz başlayır. Payız fəsli 2025-ci ildə Azərbaycana sentyabrın 22-si saat 22:19-da daxil olacaq.

    Qış günəşduruşu günü isə Yerin Cənub yarımkürəsi maksimal şəkildə Günəşə tərəf yönəlir. Həmin gün Cənub qütbündə 24 saat gündüz, Şimal qütbündə isə 24 saat gecə olur. Bizim yerləşdiyimiz coğrafi enlikdə gündüz 15 saat 3 dəqiqə 23 saniyə, gecə 8 saat 56 dəqiqə 37 saniyə davam edir. Bu andan etibarən Şimal yarımkürəsində astronomik qış, Cənub yarımkürəsində isə astronomik yay başlayır. 2025-ci ildə qış fəsli Azərbaycana dekabrın 21-i saat 19:03-də daxil olacaq.

    Yerlə Günəş arasındakı orta məsafə 149 597 870 km-dir. Lakin Yerin Günəş ətrafında hərəkəti elliptik orbit boyunca olduğundan bu məsafə il ərzində dəyişir. Yer orbitinin Günəşə ən yaxın olduğu nöqtə periheli, Günəşdən ən uzaq olduğu nöqtə afeli adlanır. Bu fərq hesabına Şimal yarımkürəsində qış fəsli daha yumşaq, Cənub yarımkürəsində isə yay fəsli daha mülayim keçir. Bu il Yer kürəsi perihelidən yanvarın 4-ü saat 17:28-də (147 103 686 km), afelidən isə iyulun 3-ü saat 23:54-də (152 087 738 km) keçəcək.

  • Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsi təsdiqləndi

    Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsini təsdiqləyib.

    President.az xəbər verir ki, Fondun gələn il üçün gəlirləri və xərcləri bərabər olmaqla 7 milyard 676,4 milyon manat proqnozlaşdırılır ki, bu da 2024-cü ilin büdcəsinə nisbətən 10.45% çoxdur.

    Bundan başqa, dövlət başçısı “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 94-VIIQ nömrəli Qanununun tətbiqi barədə Fərman imzalayıb.

  • Prezident TƏSDİQLƏDİ – Bəzi sahələr üzrə ödənişi nağd qəbul edənlər cərimələnəcəklər

    Qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının alqı-satqısı üzrə və rəsmi reyestrlərdə qeydiyyata alınmış daşınar əmlakın alqı-satqısı üzrə (avtomobil satışı istisna olmaqla) ümumi məbləği on beş min manatdan artıq olan ödənişləri nağdsız qaydada həyata keçirməyən vergi ödəyicilərinə maliyyə sanksiyası tətbiq ediləcək.

    Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişikliklərdə öz əksini tapıb.

    Qanuna əsasən, həmin vergi ödəyicilərinə aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq ediləcək.

    Bu Qanun 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

  • AZAL приостанавливает полеты в ряд городов России

    ЗАО Azerbaijan Airlines (AZAL) приостанавливает полеты в ряд городов России.

    Как сообщает Median.Az со ссылкой на пресс-службу AZAL, принимая во внимание предварительные результаты расследования крушения самолета Embraer 190 авиакомпании AZAL, выполнявшего рейс J2-8243 Баку – Грозный, в результате стороннего физического и технического вмешательства, а также риски, которые могут возникнуть в безопасности полетов, на основании решения Государственного агентства гражданской авиации Азербайджана AZAL приостанавливает рейсы из Баку в следующие аэропорты российских городов с 28 декабря 2024 года до завершения окончательного расследования:

    – Минеральные Воды;

    – Сочи;

    – Волгоград;

    – Уфа;

    – Самара;

    Отметим, что 25 декабря AZAL принял решение о приостановке полетов из Баку в Грозный и Махачкалу.

    По соображениям безопасности также принято решение о приостановке полетов других авиакомпаний по указанным направлениям, наряду с Грозным и Махачкалой.

    В связи со сложившейся ситуацией пассажиры, имеющие билеты по этим направлениям, имеют право на полный возврат средств или бесплатное переоформление билетов.

  • AZAL Rusiyanın bir sıra şəhərlərinə uçuşları dayandırır

    AZAL Rusiyanın bir sıra şəhərlərinə uçuşları dayandırır.

    Bu barədə məlumatı “Azərbaycan Hava Yolları” aviaşirkəti (AZAL) yayıb.

    Bildirilib ki, “Azərbaycan Hava Yolları” aviaşirkəti (AZAL) “Embraer 190” təyyarəsinin qəzaya uğraması ilə bağlı aparılan ilkin araşdırmaların nəticələrini və uçuşların təhlükəsizliyində yarana biləcək riskləri nəzərə alaraq, Bakıdan Rusiyanın aşağıdakı hava limanlarına reysləri 28 dekabr 2024-cü il tarixindən yekun araşdırma başa çatana qədər Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin qərarına əsasən dayandırır:

    • Mineralnıye Vodı;

    • Soçi;

    • Volqoqrad;

    • Ufa;

    • Samara;

    • Qroznı;

    • Mahaçqala;

    Qeyd edək ki, dekabrın 25-də AZAL Bakıdan Qroznı və Mahaçqala şəhərlərinə uçuşların dayandırılması barədə qərar vermişdi.

    Təhlükəsizlik səbəbindən qeyd edilən istiqamətlər üzrə digər aviaşirkətlərin də uçuşlarının dayandırılması barədə qərar qəbul edilmişdir.

    Mövcud vəziyyətlə əlaqədar olaraq, bu istiqamətlər üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və ya biletlərin ödənişsiz dəyişdirilməsi hüququna malikdirlər.

    Bununla yanaşı, aviaşirkət bütün uçuş təhlükəsizliyi tələbləri və qaydaları rəhbər tutaraq Moskva, Sankt-Peterburq, Yekaterinburq, Həştərxan, Kazan və Novosibirsk şəhərlərinə uçuşları davam etdirəcək.