Month: December 2024

  • Azərbaycanda “Xüsusi nəzarətdə olan dərman vasitələrinin Siyahısı” dəyişib

    Səhiyyə Nazirliyinin Kollegiyası “Xüsusi nəzarətdə olan dərman vasitələrinin Siyahısı”nda dəyişiklik edib.

    Bununla bağlı nazir Teymur Musayev yeni qərar imzalayıb.

    Qərara əsasən, siyahıdan 11 dərman vasitəsi çıxarılıb, yerinə 199 dərman vasitəsi əlavə edilib.

    Nazirliyin Hüquq şöbəsinə bu qərarın üç gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

  • Konsulluğun olmadığı yerlərdə hansı qurum fəaliyyət göstərəcək?

    Konsulluğun olmadığı xarici dövlətdə konsul funksiyasını diplomatik nümayəndəlik həyata keçirəcək.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məsələ Azərbaycan Respublikasının Konsul Nizamnaməsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.

    Layihəyə əsasən, qəbul edən dövlətin ərazisinin konsulluğun konsul dairəsinə aid olmayan hissəsində, həmçinin konsulluğun olmadığı xarici dövlətdə konsul funksiyalarını həmin dövlətdə akkretidə olunan Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi həyata keçirir.

  • Башар Асад сбежал из Сирии вместе с миллиардным состоянием?

    Появились сенсационные сообщения о том, что президент Сирии Башар Асад покинул страну после последних столкновений с оппозицией. По данным некоторых зарубежных СМИ, Асад отправил свою семью в Россию, но сам пока остается в Сирии. Ожидается, что после многолетней гражданской войны и международных санкций он может навсегда уехать, прихватив огромное состояние, сообщает Median.Az со ссылкой на ArkNews.

    Эта новость вызвала большой резонанс как в самой Сирии, так и на международной арене. Сирийские повстанцы на фоне последних боев вернули контроль над провинцией Хама и нацелились на Дамаск – столицу страны и оплот власти Асада.

    Состояние семьи Асада, спрятанное через подставные компании и сложные схемы владения активами, оценивается в сумму, равную 7-летнему бюджету всей Сирии. Известно о недвижимости и банковских счетах Асадов в Великобритании, России, Дубае, Ливане, Гонконге. Этими активами управляют близкие родственники президента через фирмы, контролирующие большую часть сирийской экономики.

    Если Башар Асад действительно сбежит, Сирию ждет новый период неопределенности. Судьба брошенных им богатств, их роль в будущем страны вызывают много вопросов. Международное сообщество готовится отследить активы Асада и направить их на благо сирийского народа.

    По данным ArkNews, реальный размер состояния Асадов составляет:

    – 5 млрд евро;

    – 16 млрд долларов;

    – 200 тонн золота;

    – замороженные 100 млн фунтов стерлингов в Великобритании;

    – доходы от нефти и газа (точная сумма неизвестна);

    – недвижимость в Сирии и за рубежом (в том числе в Европе);

    – наследство отца – Хафеза Асада (точная сумма неизвестна).

    В собственности Асада – роскошные автомобили Mercedes-Benz S-Class (был выделен государством), BMW 7 серии, дворцы в Алеппо, Дамаске и Латакии. У повстанцев в руках оказались танки, боевые самолеты и вертолеты, стратегическое оружие из арсеналов Асада. Они контролируют Тель-Рифат, Идлиб, Алеппо, Хаму, Дараа, Сувейду.

    Президент Турции Эрдоган заявил, что пока не получил позитивного ответа от Асада. Повстанцы продвигаются к Дамаску, а режим отступает, в том числе с ключевых трасс М4 и М5. Город Серакиб в Идлибе, важный транспортный узел, уже перешел под контроль оппозиции.

  • Bəşər Əsədin milyardlıq sərvəti – SİYAHI

    Suriya Prezidenti Bəşər Əsədin müxalifətlə son toqquşmalardan sonra ölkəni tərk etməsi barədə sensasiyalı xəbərlər yayılıb. Bəzi xarici medianın məlumatına görə, Əsəd ailəsini Rusiyaya göndərib, özü isə hələlik Suriyada qalır. Uzun illər davam edən vətəndaş müharibəsi və beynəlxalq sanksiyalardan sonra onun böyük sərvətlə birdəfəlik gedəcəyi gözlənilir.

    Bu barədə Median.Az “ArkNews”a istinadən məlumat verir.

    Bu xəbər həm Suriyanın özündə, həm də beynəlxalq arenada böyük əks-səda doğurub. Suriyalı üsyançılar son döyüşlərdən sonra Həma əyaləti üzərində nəzarəti bərpa edib və ölkənin paytaxtına – Əsəd hakimiyyətinin dayağı olan Dəməşqə yönəliblər.

    Mediada Suriya liderinin sərvəti barədə məlumatlar yayılıb. Bildirilir ki, Əsəd ailəsinin saxta şirkətlər və mürəkkəb aktiv sahibliyi sxemləri vasitəsilə gizlədilmiş sərvəti bütün Suriyanın yeddi illik büdcəsinə bərabər məbləğdədir. Ailənin Böyük Britaniya, Rusiya, Dubay, Livan və Honkonqda daşınmaz əmlakı və bank hesabları var. Bu aktivləri prezidentin yaxın qohumları Suriya iqtisadiyyatının böyük hissəsinə nəzarət edən şirkətlər vasitəsilə idarə edirlər.

    Nəşr Əsəd ailəsinin real sərvətinin bir qismini təqdim edib:

    – 5 milyard avro;

    – 16 milyard dollar;

    – 200 ton qızıl;

    – Böyük Britaniyada dondurulmuş 100 milyon funt sterlinq;

    – Neft və qazdan gəlirlər (dəqiq məbləğ məlum deyil);

    – Suriya və xaricdə (o cümlədən Avropada) daşınmaz əmlak;

    – Atası Hafiz Əsəddən qalan miras (dəqiq məbləğ məlum deyil).

    Bildirilir ki, prezidentin mülkiyyətində “Mercedes-Benz S-Class” (dövlət tərəfindən verilib), “BMW 7” avtomobilləri, Hələb, Dəməşq və Laziqiyyədə saraylar var.

    Müəllifin sözlərinə görə, əgər Bəşər Əsəd, həqiqətən, qaçarsa, Suriyanı qeyri-müəyyənlik dövrü gözləyir.

    “Onun tərk etdiyi sərvətin taleyi və ölkənin gələcəyindəki rolu çox suallar doğurur. Beynəlxalq ictimaiyyət Əsədin aktivlərini izləməyə və onları Suriya xalqının rifahına yönəltməyə hazırlaşır”, – deyə nəşrdə vurğulanıb.
    //oxu.az

  • Şirvanda 26 yaşlı qadın dəm qazından boğularaq ölüb

    Şirvanda 26 yaşlı qadın dəm qazından boğularaq ölüb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, Şirvan sakini, 1998-ci il təvəllüdlü Sərvinaz Mübariz qızı Məlikova hamam otağında olarkən dəm qazından boğularaq ölüb.

    Meyit müayinə olunmaq üçün Şirvan Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya bölməsinə yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda daha bir ərazidə piyada keçidləri yenilənib

    Bakının Əbdürrəhim bəy Haqverdiyev ilə Şəfayət Mehdiyev küçələrinin kəsişməsində piyada keçidləri yenilənib.

    Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

    “Bakıda piyada keçidlərinin yenilənməsi, hərəkət iştirakçılarının təhlükəsizliyinin artırılması istiqamətində tədbirlər davam etdirilir”, – deyə agentlik bəyan edib.

  • Tovuzda yanacaq çənini doğrayan zaman partlayış olub – Xəsarət alanlar var

    Tovuzda partlayış olub.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə Tovuz şəhərinin Təzə Bazar adlanan ərazisində qeydə alınıb.

    Sözügedən ərazidə yerləşən çilingər sexində yanacaq çənini doğrayan zaman partlayış olub.

    Nəticədə iki nəfər xəsarət alıb.

    Əraziyə Fövqəladə Hallar Nazirliyinin və huquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

  • Binədə qanunsuz tikililər sökülüb (VİDEO)

    Bakının Binə qəsəbəsi ərazisindəki qanunsuz tikililər sökülüb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Bildirilib ki, Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Binə qəsəbəsi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə nazirliyə müraciət edilib.

    Müraciət əsasında qurumun Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Suraxanı RİH nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikililər sökülüb.

  • Baş seysmoloq yüksək zəlzələ ehtimalı olan əraziləri açıqladı (VİDEO)

    Bakı və Abşeronda seysmik cəhətdən təhlükəli ərazilər var.

    Bu fikirləri “Xəzər xəbər”ə açıqlamasında Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

    Qurban Yetirmişli seysmik ərazidə inşa edildiyi məlum olan bina və fərdi evlərdən də danışıb.

    Onun sözlərinə görə, hazırlanan seysmik xəritə hansı zonanın neçə ballıq olması ilə bağlı ümumi təsəvvür yaradır, ehtimal olunan təh­lükəli zonaları müəyyən edir.

    Baş seysmoloq onu da əlavə edib ki, zəlzələ zamanı təhlükəli hesab olunan ərazilərlə bağlı mütəmadi olaraq təhlillər aparılır.

    Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

  • Исмайыллы примет современный облик: разрабатывается новый генплан

    Государственный комитет по градостроительству и архитектуре Азербайджана разрабатывает новый генеральный план города Исмайыллы с целью его модернизации и ускорения устойчивого развития.

    Об этом сообщил председатель комитета Анар Гулиев на своей официальной странице в социальных сетях.

    В рамках визита в Исмайыллы Анар Гулиев провел встречу с главой Исполнительной власти района Нахидом Багировым, в ходе которой они детально обсудили новый проект генплана. Согласно плану, будут реализованы проекты по обновлению улично-дорожной сети, формированию архитектурного облика и современной городской среды. Стороны уточнили этапы реализации предстоящих проектов.

    Во время визита Анар Гулиев также провел прием граждан из Исмайыллинского, Агсуинского, Гобустанского и Шамахинского районов. Он ответил на вопросы, касающиеся земельных отношений, получения разрешений на строительство и ввода объектов в эксплуатацию. Председатель комитета подробно рассказал об электронной системе разрешений, созданной для обеспечения прозрачности и объективности этих процессов.