Month: December 2024

  • Azərbaycanın meyvə ixracatçıları rus rublunun ucuzlaşmasından əziyyət çəkir

    Son vaxtlar Rusiyanın milli valyutası rublun ucuzlaşması, o cümlədən ABŞ dolları qarşısında dəyərdən düşməsi Azərbaycandan qonşu ölkəyə meyvə ixrac edən sahibkarları minlərlə manat ziyana salıb.

    Məsələ ondadır ki, Rusiyanın meyvə idxalçıları aldıqları malların pulunu rublla və tədricən ödəyirlər.

    Məzənnənin dəyişməsi isə Azərbaycanın iş adamlarının əldə etdikləri ixrac gəlirlərinin dollarla ifadədə azalmasına səbəb olur.

    “Report” vəziyyəti biznes dairələri ilə müzakirə edib.

    “Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Qadir Yusifov deyir ki, Rusiyaya xurma göndərən sahibkarlarımız ziyanla bacardıqca az üzləşmək üçün hələ ki, ixracı azaldıb: “İş adamları xurmanı ölkənin soyuducu anbarlarında saxlayıb, məzənnənin sabitləşməsini gözləyir. Çünki qeyri-müəyyənlik şəraitində ixrac sərf etmir, sahibkarlar ziyanla işləyir”.

    Onun sözlərinə görə, mövcud vəziyyət uzun müddət davam etsə, dövlətin dəstək mexanizmlərinə ehtiyac ola bilər.

    “Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Fərhad Qaraşov isə bildirir ki, Rusiya rublunun dəyərdən düşməsi fonunda nar ixracı kəskin azaldılıb: “Əvvəllər həftədə 3-4 TIR nar ixrac edilirdisə, hazırda qonşu ölkəyə satış 1 TIR-a düşüb. Rublun ucuzlaşması ilə əlaqədar alıcılıq qabiliyyəti aşağı düşdüyü üçün nar maya dəyərinə ixrac edilir. Yaxın vaxtlarda məzənnənin əvvəlki həddə qayıdacağı da gözlənilmir. Qiyməti artırıb bu vəziyyətdən daha az ziyanla çıxmaq da mümkün deyil. Çünki məhsul bahalaşanda satılmır. Nar həm də yaş meyvədir və onu uzun müddət saxlamaq mümkün deyil”.

    Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda 187 min ton xurma istehsal olunub, bunun 165 tonu ixrac edilib, o cümlədən 147 tonu Rusiyaya satılıb.

    Bundan başqa, ötən il ölkədə 190 min ton nar istehsal olunub, bunun 29 min tonu ixrac edilib, o cümlədən 24 min tonu Rusiyaya göndərilib.

  • “Sabah” – “Qarabağ” oyununu FIFA referisi idarə edəcək

    Misli Premyer Liqasının XVI turunda keçiriləcək “Sabah” – “Qarabağ” oyununun təyinatları müəyyənləşib.

    “Report” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı FIFA referisi Elçin Məsiyev idarə edəcək.

    Dekabrın 7-də “Bank Respublika Arena”da təşkil olunacaq matç saat 18:00-da start götürəcək.

    Misli Premyer Liqası

    XVI tur, II dövrə

    7 dekabr

    15:00. “Səbail” – “Araz-Naxçıvan”
    Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Müslüm Əliyev, Elvin Bayramov.
    VAR: Rəvan Həmzəzadə.
    AVAR: İnqilab Məmmədov.
    Hakim-inspektor: Orxan Məmmədov.
    AFFA nümayəndəsi: Erkin Hüseynov.
    “ASCO Arena”

    18:00. “Sabah” – “Qarabağ”
    Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov.
    VAR: Əliyar Ağayev.
    AVAR: Zeynal Zeynalov.
    Hakim-inspektor: Ömər Paşayev.
    AFFA nümayəndəsi: Elçin Məmmədov.
    “Bank Respublika Arena”

    8 dekabr

    16:00. “Kəpəz” – “Zirə”
    Hakimlər: Tural Qurbanov, Zöhrab Abbasov, Teymur Teymurov, Əli Əliyev.
    VAR: Rəşad Əhmədov.
    AVAR: Eyyub İbrahimov.
    Hakim-inspektor: Anar Salmanov.
    AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
    Tovuz şəhər stadionu

    18:00. “Sumqayıt” –“Neftçi”
    Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kamran Bayramov, Cavid Cəlilov.
    VAR: İnqilab Məmmədov.
    AVAR: Namiq Hüseynov.
    Hakim-inspektor: Rəhim Həsənov.
    AFFA nümayəndəsi: Elgiz Abbasov.
    Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

    9 dekabr

    19:00. “Turan Tovuz”– “Şamaxı”
    Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Asiman Əzizli, Rauf Allahverdiyev.
    VAR: Nicat İsmayıllı.
    AVAR: Şirmamed Mamedov.
    Hakim-inspektor: Babək Quliyev.
    AFFA nümayəndəsi: Asif Əliyev.
    Tovuz şəhər stadionu

  • Azərbaycanın U-19 yığmasının rəqibləri müəyyənləşib

    Azərbaycanın 19 yaşadək qızlardan ibarət millisinin 2024/2025 mövsümü üzrə Avropa çempionatının ikinci mərhələsindəki rəqibləri bəlli olub.

    “Report” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, B Liqasının 4-cü qrupunda yer alan U-19 Şimali İrlandiya, Albaniya və Monteneqro yığmaları ilə mübarizə aparacaq.

    Püşkatma mərasimi İsveçrənin Nyon şəhərində gerçəkləşib.

    İkinci mərhələnin oyunları 2025-ci ilin fevral-aprel ayları aralığında keçiriləcək.

  • Serbiyalı basketbolçu NBA-da yeni uğura imza atıb

    “Denver” klubunun üzvü Nikola Yokiç Milli Basketbol Assosiasiyasında (NBA) yeni uğura imza atıb.

    29 yaşlı oyunçu buna “Klivlend”ə uduzduqları (114:126) müntəzəm mövsümün matçında nail olub.

    Görüşdə tripl-dablla (27 xal, 20 ribaund, 11 assist) yadda qalan serbiyalı NBA-da bunu 139-cu dəfə bacarıb.

    Yokiç bu göstəriciyə görə keçmiş basketbolçu Mecik Consonu (138) keçərək üçüncü olub. Tripl-dabllarda “Denver”in digər üzvü Rassell Uestbruk (200) birinci, sabiq oyunçu Oskar Robertson (181) ikincidir.

  • В Азербайджане завтра ожидаются дожди

    7 декабря в Баку и регионах Азербайджана ожидаются кратковременные дожди.

    Об этом сообщает Национальная служба гидрометеорологии.

    В Баку и на Абшеронском полуострове будет преобладать пасмурная погода. В некоторых местах ожидаются кратковременные дожди. Северо-западный ветер днем сменится юго-восточным.

    Температура воздуха ночью составит 6-8° тепла, днем – 8-11° тепла. Атмосферное давление составит 775 мм рт.ст., относительная влажность – 70-80%.

    В регионах Азербайджана в основном будет без осадков, однако в некоторых восточных районах днем пройдут дожди. Местами будет туман. В некоторых восточных регионах усилится восточный ветер.

    Температура воздуха ночью составит 1-6° тепла, днем – 8-13° тепла, в горах ночью – 6-11° мороза, днем от 3° мороза до 2° тепла.

  • Sabah arabir yağış yağacaq – Şənbə gününün HAVASI

    Bakıda, eləcə də rayonlarda dekabrın 7-də arabir yağış yağacaq.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında tutqun hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gündüz yağıntıda qısa müddətə fasilə olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 6-8° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi 775 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şərq rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi gündüz bəzi şərq rayonlarında arabir güclənəcək.

    Havanın temperaturu gecə 1-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

  • “Темиз шехер”: Необходимы меры по обновлению автопарка страны

    татданные за 2023 год говорят о том, что порядка 15% транспортного парка Азербайджана приходится на автомобили возрастом до 10 лет, что указывает на необходимость принятия мер по его обновлению.

    Как передает Report, об этом сообщил начальник управления ОАО “Темиз Шехер” Мирза Лачынов.

    По его словам, ежегодно в стране происходит в среднем 1 600 дорожно-транспортных происшествий, что приводит к росту числа непригодных к эксплуатации автомобилей.

    Лачынов также затронул программу утилизации транспортных средств, в реализации которой определены три основных направления: повышение уровня безопасности дорожного движения, совершенствование экологической обстановки и стимулирование местного автопроизводства.

    “В подготовке программы приняли участие представители до 15 государственных органов и учреждений, а также специалисты и эксперты. Ее основной целью является обеспечение утилизации изношенных, технически и экологически непригодных к использованию транспортных средств”, – сказал он.

    Лачынов добавил, что утилизация является добровольной, бесплатной и осуществляется по принципу очередности: “В целях упрощения процесса передачи транспортных средств на утилизацию разработан и сдан в пользование портал www.nvu.gov.az”.

  • “Təmiz Şəhər”: Avtomobil parkının yenilənməsi üçün tədbirlər zəruridir

    Azərbaycanda avtomobil parkının yenilənməsi üçün tədbirlərin həyata keçirilməsi zəruridir.

    Bunu “Təmiz Şəhər” ASC-nin şöbə müdiri Mirzə Laçınov bildirib.

    “Hər il orta hesabla 1 600-dən çox yol-nəqliyyat hadisəsi baş verir ki, bu da nəticədə yararsız nəqliyyat vasitələrinin sayının artmasına təsir göstərir. 2023-cü ilin statistik məlumatlarına əsasən, ölkəmizin nəqliyyat parkının yalnız 15 %-ə qədərini istehsal-buraxılış ili 10 ilə qədər olan nəqliyyat vasitələri təşkil edib. Bu rəqəmin özü də nəqliyyat parkının yenilənməsi üçün tədbirlərin həyata keçirilməsini zərurətə çevirib”, – deyə o qeyd edib.

    Şöbə müdirinin sözlərinə görə, ölkə Prezidentinin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda nəqliyyat vasitələrinin utilizasiyası proqramının hazırlanması və tətbiqi nəzərdə tutulub: “Dövlət Proqramının Tədbirlər Planının 7.3.7.1-ci bəndinə əsasən, proqramın tətbiqində üç əsas istiqamət müəyyən edilib. Bunlar yol hərəkətinin təhlükəsizlik səviyyəsini yüksəltmək, ekoloji vəziyyəti yaxşılaşdırmaq və yerli avtomobil istehsalını stimullaşdırmaqdır. Proqramın hazırlanmasında 15-ə qədər dövlət orqan və qurumu, o cümlədən aidiyyəti mütəxəssis və ekspertlər iştirak edib, bir sıra ölkələrin təcrübələri araşdırılıb. Həmçinin, proqramın tətbiqi ilə əlaqədar mövcud qanunvericiliyə yeni müddəalar əlavə edilib, ümumilikdə 10-dan çox qanunvericlik aktına dəyişiklik və əlavələr olunub”.

    “Proqramın əsas məqsədi köhnəlmiş, texniki-təhlükəsizlik baxımından və ekoloji cəhətdən yararsız nəqliyyat vasitələrinin dövriyyədən çıxarılmasını təmin etməkdir. Bu baxımdan onun əsas predmeti ilkin istifadə xüsusiyyətlərini itirib, mənəvi və fiziki cəhətdən köhnəlmiş, o cümlədən yol hərəkətində istifadəyə yararsız olmaqla tullantı kimi xarakterizə olunan nəqliyyat vasitələridir. Bunu nəzərə alaraq, əsas aidiyyəti normativ-tənzimləyici müddəalar öz əksini “Tullantılar haqqında” qanunda tapıb. Bununla belə, nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi könüllülük prinsipi əsasında həyata keçirildiyindən, tullantı xüsusiyyətlərinə uyğun gəlməyən, tam və ya qismən yararlı nəqliyyat vasitələri də onların sahibləri tərəfindən öz istəkləri əsasında utilizasiyaya verilə bilər. Proqram birdəfəlik ödəniş və yerli istehsal olunmuş yeni nəqliyyat vasitələrinin satın alınmasında güzəşt kimi stimullaşdırıcı tədbirlərin tətbiqini də özündə ehtiva edir. Nəqliyyat vasitələrinin utilizasiyaya təqdim olunmasını asanlaşdırmaq məqsədilə www.nvu.gov.az elektron portalı hazırlanaraq ictimaiyyətə təqdim olunub”, – deyə “Təmiz Şəhər” rəsmisi əlavə edib.

    O həmçinin bildirib ki, nəqliyyat vasitələri utilizasiyaya könüllü şəkildə verilir:” Utilizatorlar nəqliyyat vasitələrinin utilizasiyaya qəbulunu növbəlilik qaydasında və ödənişsiz həyata keçirir. Utilizasiyaya verilməzdən əvvəl nəqliyyat vasitələri dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmaqla arayış əldə olunmalı; nvu.gov.az portalında qeydiyyatdan keçərək ərizə və tələb olunan sənədlər portala yüklənməklə utilizatorda növbə tutulmalıdır”.
    //report

  • СМИ: Маск потратил 260 млн долларов на предвыборную кампанию Трампа

    Основатель SpaceX Илон Маск потратил во время президентской гонки в США не менее 260 млн долларов, чтобы помочь Дональду Трампу возвратиться в Белый дом.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщила телекомпания CNN, на основе документов Федеральной избирательной комиссии.

    В публикации отмечается, что основатель SpaceX стал одним из крупнейших политических спонсоров президентской кампании и оказал большое влияние на исход выборов этого года.

    Избранный президентом США Трамп ранее объявил, что Маск и бизнесмен Вивек Рамасвами возглавят новое ведомство, которое будет заниматься повышением эффективности правительства и борьбой с бюрократией. Трамп уточнил, что новый орган будет сотрудничать с Белым домом и его Административно-бюджетным управлением с целью проведения крупномасштабной структурной реформы.

  • Mask Trampın seçki kampaniyasına 260 milyon dollar xərcləyib

    SpaceX-in qurucusu İlon Mask ABŞ-da prezident seçkiləri zamanı Donald Trampın Ağ Evə qayıtmasına kömək etmək üçün ən azı 260 milyon dollar xərcləyib.

    Bu barədə Federal Seçki Komissiyasının sənədlərinə əsaslanaraq CNN telekanalı məlumat yayıb. Məqalədə qeyd olunur ki, SpaceX-in qurucusu prezident kampaniyasının ən böyük siyasi sponsorlarından biri olub və bu ilin seçkilərinin nəticəsinə böyük təsir göstərib.

    ABŞ-nin seçilmiş prezidenti D.Tramp daha əvvəl elan edib ki, Mask və iş adamı Vivek Ramasvami hökumətin səmərəliliyinin artırılması və bürokratiyaya qarşı mübarizə aparacaq yeni quruma rəhbərlik edəcəklər. Tramp qeyd edib ki, yeni qurum geniş miqyaslı struktur islahatı aparmaq məqsədilə Ağ Ev və onun İnzibati Büdcə İdarəsi ilə əməkdaşlıq edəcək.