Month: December 2024

  • Ölkəyə gətirilən şprislər üçün gömrük güzəştlərinin müddəti daha 5 il uzadılıb

    Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

    Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

    Qərara əsasən, Azərbaycana gətirilən şprislər üçün gömrük güzəştlərinin müddəti daha 5 il uzadılıb. Belə ki, 2029-cu il dekabrın 31-nə qədər insulin üçün nəzərdə tutulan və həcmi 1 millilitr və ya daha az olan iynəli və ya iynəsiz şprislərin idxalı gömrük rüsumundan azad edilir, həcmi 2 millilitr və ya daha az olan iynəli və ya iynəsiz şprislərin idxal üçün 0,02 ABŞ dolları (1 ədədi üçün), həcmi 2 millilitrdən çox, lakin 5 millilitrdən çox olmayan üçün – 0,025 ABŞ dolları, həcmi 5 millilitrdən çox, lakin 10 millilitrdən çox olmayan üçün 0,03 ABŞ dolları, həcmi 10 millilitrdən çox, lakin 20 millilitrdən çox olmayan və digərləri üçün – 0,04 ABŞ dolları gömrük rüsumu nəzərdə tutulub.

    Qərar dərc edildiyi tarixdən 30 gün sonra qüvvəyə minir.

  • Azərbaycanda polkovnik HƏBS EDİLDİ – FOTO

    Dövlət Sərhəd Xidmətinin (DSX) ehtiyatda olan hərbi qulluqçusu, polkovnik-leytenant Ramil Şamil oğlu İbrahimov barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

    Bu barədə Azərbaycan hərbi prokurorunun böyük köməkçisi – Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.

    Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsində istintaq olunan cinayət işi üzrə muvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Dövlət Sərhəd Xidmətinin ehtiyatda olan hərbi qulluqçusu, polkovnik-leytenant İbrahimov Ramil Şamil oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1-ci və 311.3.2-ci maddələri ilə ittiham elan edilmiş, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təqdimatına əsasən, Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcəkdir.

  • Sabiq qərargah rəisi saxlanıldı

    Azərbaycanda N saylı hərbi hissənin sabiq qərargah rəisi saxlanılıb.

    Median.Az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, polkovnik-leytenant Ramil İbrahimov rüşvət almaqda ittiham edilir.

    Hazırda Respublika Hərbi Prokurorluğunda ilkin istintaq işləri aparılır.

    Qeyd edək ki, eks-qərargah rəisi bir müddət əvvəl təqaüdə çıxıb.

  • Bakıda çətin tərbiyə edilən uşaqlar üçün müəssisə yaradılıb

    Bakı şəhərində çətin tərbiyə edilən uşaqlar üçün müəssisə yaradılıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinin rəisi Hikmət Quliyev parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında deyib.

    O qeyd edib ki, Elm və Təhsil Nazirliyi həmin müəssisəni Suraxanı rayonunda təşkil edib:

    “Bu ilin oktyabr ayında icra prosesi başlasa da, hələlik müəssisənin açılışı olmayıb”.

    Elm və Təhsil Nazirliyinin Uşaqların müdafiəsi idarəsi rəisinin müavini Günel Səfərova isə DİN rəsmisinə cavabında qeyd edib ki, həmin açıq tipli müəssisə 2025-ci ildə fəaliyyət göstərəcək.

  • Торжество справедливости: песни Шовкет Алекперовой очищены от армянских ярлыков на YouTube

    Агентство интеллектуальной собственности Азербайджана добилось удаления с YouTube-канала BehrooZ Abshar еще четырех песен в исполнении народной артистки Азербайджана Шовкет Алекперовой, которые были представлены там как образцы армянской музыки. Речь идет о композициях Töhfə, Getmə amandır, Yavaş-yavaş и Bayram şamları.

    Как сообщает Median.Az со ссылкой на агентство, в ходе расследования было установлено, что эти песни в исполнении Алекперовой были размещены на YouTube-канале BehrooZ Abshar под видом армянских музыкальных произведений с такими названиями, как “Armenian Music, Caucasian (Torkish languge) Music 10. Şövkət Ələkbərova (rare)” для песни Töhfə, “Armenian Music, Caucasian (Torkish languge) Music 11. Şövkət Ələkbərova (rare) Music 13.” для Getmə amandır, “Armenian Music, Caucasian (Torkish languge) Music 12. Şövkət Ələkbərova (rare)” для Yavaş-yavaş и “Armenian music, Caucasian (Torkish languge) Music 13. Şövkət Ələkbərova (rare) для Bayram şamları.

    Управление имущественными правами покойной певицы на YouTube осуществляет бакинская компания ООО Mikpro. Агентство интеллектуальной собственности привлекло эту фирму к делу, и в результате принятых мер четыре видео, нарушавшие права Алекперовой как исполнительницы, были удалены с YouTube-канала BehrooZ Abshar.

    Таким образом, руководство YouTube признало факт нарушения прав Шовкет Алекперовой как исполнительницы и восстановило ее права. Напомним, что несколькими днями ранее с того же YouTube-канала была удалена песня Yar gəldi yar в исполнении Алекперовой, также выдававшаяся за армянскую композицию.

  • Şövkət Ələkbərovanın ifa etdiyi daha dörd mahnının erməni musiqisi kimi təqdimatının qarşısı alınıb

    Azərbaycanın xalq artisti Şövkət Ələkbərovanın ifa etdiyi daha dörd mahnının (“Töhfə”, “Getmə amandır”, “Yavaş-yavaş” və “Bayram şamları”) “YouTube”da erməni musiqisi kimi təqdimatının qarşısı alınıb.

    Bu barədə Əqli Mülkiyyət Agentliyi məlumat yayıb.

    Bildirilib ki, Ş.Ələkbərovanın ifasında videolentə alınmış “Töhfə” mahnısının “Armenian Music, Caucasian (Torkish languge) Music 10. Şövkət Ələkbərova (rare)”, “Getmə amandır” mahnısının “Armenian Music, Caucasian (Torkish languge) Music 11. Şövkət Ələkbərova (rare) Music 13.”, “Yavaş-yavaş” mahnısının “Armenian Music, Caucasian (Torkish languge) Music 12. Şövkət Ələkbərova (rare)” və “Bayram şamları” mahnısının “Armenian music, Caucasian (Torkish languge) Music 13. Şövkət Ələkbərova (rare)” adı ilə erməni musiqi nümunəsi kimi “YouTube”un “BehrooZ Abshar” səhifəsində yerləşdirildiyi araşdırma zamanı müəyyən edilib.

    Qeyd olunub ki, mərhum müğənninin “YouTube”da əmlak hüquqlarının idarəçiliyini Bakıda fəaliyyət göstərən “Mikpro” MMC həyata keçirir. Əqli Mülkiyyət Agentliyi həmin şirkəti işə cəlb etməklə görülən tədbirlər nəticəsində Ş.Ələkbərovanın ifaçı kimi hüquqlarının pozulmasına səbəb olan dörd video “YouTube”un “BehrooZ Abshar” səhifəsindən silinib.

    Bununla da Ş.Ələkbərovanın ifaçı kimi hüquqlarının pozulması “YouTube” rəhbərliyi tərəfindən öz təsdiqini tapıb və onun pozulmuş hüquqları bərpa edilib.

    Xatırladaq ki, bir neçə gün əvvəl Ş.Ələkbərovanın ifa etdiyi “Yar gəldi yar” mahnısının “YouTube”un “BehrooZ Abshar” səhifəsində erməni musiqisi kimi təqdim olunmasının qarşısı alınıb və silinməsinə nail olunub.

  • Mahsun Kırmızıgül anasını itirdi

    Türkiyəli müğənni və rejissor Mahsun Kırmızıgülün anası Faike Bakencir 99 yaşında dünyasını dəyişib.

    Median.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Alzheimer xəstəsi Faike Bezencir iki ildir evdə müalicə alıb.

    Qeyd edək ki, Mahsun Kırmızıgülün şənbə günü axşam saatlarında keçiriləcək konsert proqramını ləğv etdiyi öyrənilib.
    //azxeber

  • На территории Азербайджана ожидается усиление ветра – ОБНОВЛЕНО

    В некоторых регионах Азербайджана объявлено желтое и оранжевое предупреждения в связи с ожидаемой 28 ноября ветреной погодой.

    Об этом сообщает Median.Az со ссылкой на Национальную службу гидрометеорологии Министерства экологии и природных ресурсов Азербайджана.

    В Хачмазском, Хызынском, Губинском, Гусарском, Гобустанском, Сальянском, Нефтчалинском районах будет дуть юго-восточный ветер, скорость которого составит 13.9-20.7 м/сек. В Шабранском и Сиязанском районах, согласно оранжевому предупреждению, подует умеренный юго-восточный ветер, скорость ветра составит 20.8-28.4 м/сек.

    * * * * * 

    Сегодня с вечера и до 9 декабря в Баку и некоторых местах Абшеронского полуострова будут идти кратковременные дожди, местами ливни.

    Об этом сообщает Oxu.Az со ссылкой на Национальную службу гидрометеорологии Министерства экологии и природных ресурсов Азербайджана.

    В районах Азербайджана с вечера 7 декабря до 9 декабря ожидаются кратковременные дожди. В Центральном Аране, Лянкяран-Астаре, Горном Ширване, Губа-Гусаре возможны ливни. В реках ожидается повышение уровня воды.

  • Rayonlarda güclü külək əsəcək – YENİLƏNİB

    Bəzi rayonlarda dekabrın 7-si axşam və 8-i güclü külək əsəcək.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Xaçmaz, Xızı, Quba, Qusar, Qobustan, Salyan, Neftçala rayonlarında fasilələrlə cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

    Bu da sarı xəbərdarlığa uyğundur.

    Şabran və Siyəzən rayonlarında isə narıncı xəbərdarlığa uyğun olaraq fasilələrlə cənub-şərq küləyinin əsəcəyi, küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.

    * * * * *

    Bu gün axşamdan dekabrın 9-u axşamadək Bakıda və Abşeron yarımadasının bəzi yerlərində fasilələrlə yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

    Azərbaycanın rayonlarında dekabrın 7-si axşam Şərq rayonlarından başlayaraq 9-u axşamadək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Yağıntıların Mərkəzi Aran, Lənkəran-Astara, Dağlıq-Şirvan, Quba-Qusarda leysan xarakterli olacağı, çaylarda sululuğun artacağı ehtimal olunur.

  • Ceyhun Bayramov III Avropa Azərbaycanşünaslıq Konfransında çıxış edib

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Maltaya işgüzar səfəri çərçivəsində III Avropa Azərbaycanşünaslıq Konfransında iştirak edib.

    Bu barədə nazirlik rəsmi “X” hesabında məlumat yayıb.

    Nazir COP29-a Azərbaycanın ev sahibliyi etməsi, nəticələri, eləcə də ölkənin enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar sahəsindəki təşəbbüsləri barədə çıxış edib.

    C.Bayramov çıxışı zamanı münaqişədən sonrakı səylər və regional təhlükəsizlik vəziyyəti barədə də məlumat verib.

    Nazir yekunda çoxsaylı sualları cavablandırıb.