Month: December 2024

  • Azərbaycanda toyda dava: Qonaqlar bir-birini döydülər

    Sabirabad rayonunda 1981-ci il təvəllüdlü Elşən şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmkəndlisi Sadiqə xəsarət yetirib.

    Median.Az Demokrat.az-a istinadla xəbər verir ki, hadisə 28 may 2024-cü ildə, saat 20:00-da Sabirabad rayonunun Kovlar kəndində baş verib.

    Kənd sakini Elşən həmkəndlisi Əfsərin həyətində keçirilən toy məclisində, alkoqol təsiri altında Sadiqin çayçını yüksək səslə çağırmasına görə, əsaslı səbəb olmadan sonuncunu nalayiq ifadələrlə söyərək təhqir edib.

    Elşən yumruqla Sadiqin sağ qaş nahiyəsinə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Bu əməlləri ilə Elşən xuliqanlıq hərəkətləri törədib.

    Hadisəni törədən Elşənin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib.

    Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elşən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

    O, ifadəsində göstərib ki, həmkəndlisi Sadiqlə əvvəllər heç bir ədavət və düşmənçiliyi olmayıb, normal münasibətləri olub:

    “Mayın 28-də, saat 17:00-da həmkəndlim və qohumum Əfsər məni həyətində keçirilən oğlunun kiçik toy məclisinə dəvət edib. Mən həmin vaxt Əfsərin həyətinə toy məclisinə getdim. Həmkəndlim Sadiq də toyda iştirak edib. Təxminən 2-3 saat sonra, saat 20:00-da çay verildi. Sadiq də mənim oturduğum cərgənin sonunda musiqiçilərin yaxınında əyləşmişdi. Aramızda isə iki-üç nəfər tanımadığım şəxslər oturub. Bu zaman gördüm ki, Sadiq qışqıraraq çayçını çağırır.

    Elə başa düşdüm ki, Sadiq söyüş söyüb. Ona dedim ki, anqırma, camaat var. Sadiq isə mənə nəsə dedi. Lakin başa düşə bilmədim. Sadiqin yüksək səslə çayçını çağırması, həm də özünün içkili olmağı istər-istəməz mənə pis təsir etdi. Yerimdən durub ona yaxınlaşdım və yumruq zərbəsi vurdum. Sadiq sağ gözünü tutub başını aşağı əydi, onun sağ qaşı partlayıb qanadı. Mən artıq orada durmadım və getdim. Bir müddət sonra Sadiqin Daxili İşlər Nazirliyinin 102 xidmətinə şikayət verməsini eşitdim”.

    İş üzrə zərərçəkmiş Sadiqin sözlərinə görə, həmkəndlisi təqsirləndirilən Elşən ilə münasibətləri normal olub, ədavətləri olmayıb:

    “Həmkəndlim və qohumum olan Əfsər mayın 28-də məni oğlunun kiçik toy məclisinə dəvət etdi. Məclisdə mən Elşənlə bir sırada oturmuşdum. Orada başqa yerdən gəlmə tanımadığım kişi qonaqları da olub. Məclisdə çörək yeyib araq da içdim. Təxminən 40 dəqiqə keçdi, hava isti olduğundan toydan çıxaraq evimə getdim. Yuyunaraq paltarımı dəyişdim, yenidən toya qayıtdım. Təxminən saat 20 radələrində toy məclisi öz qaydasında davam etdi.

    Toy məclisinə qayıdarkən Elşən də orada öz yerində oturmuşdu. Mən keçib eyni cərgədə musiqiçilərin yanında sonuncu sırada əyləşdim. Aramızda 2-3 nəfər qonaq əyləşmişdi, onlar gəlmə olduğu üçün tanımamışam. Toy məclisində oturandan sonra çayçını səsləyib çay gətirməsini xahiş etdim. Bu zaman Elşən mənə irad bildirdi ki, niyə anqırırsan, səsindən qonaqlar narahat olur. Dedim ki, qışqırmıram, musiqinin səsindən eşidilmir, bu səbəbdən çayçını səsləyirəm. Bu söhbətə görə aramızda yüngül narazılıq olub.

    Üstündən 2-3 dəqiqə keçdikdən sonra Elşən yaxınlaşdı, məni nalayiq söyüşlərlə təhqir edərək qəflətən sağ qaşımın üstünə yumruq zərbəsi vurdu. Mən sifətimi tutaraq əyildim, sağ qaşımın üstü yarılaraq qanadı. Təkrar söyüb vurmaq istəyərkən tanımadığım qonaqlar onun qarşısını aldılar.

    Sonra qonaqlardan kimsə mənə salfet isladaraq verdi, qanayan qaşımın üstünə qoydum. Həmin vaxt toy sahibi Əfsər yaxınlaşaraq nə baş verdiyini soruşdu. Dedi ki, Elşənlə sözümüz oldu, yumruqla vurdu. Təxminən 15 dəqiqə orada oturandan sonra evimə getdim. Bir müddət gözlədim. Elşən gələrək üzrxahlıq etmədiyi üçün Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdim. Sonra da rayon polis şöbəsinə şikayət ərizəsi yazdım”.

    Bu cinayət işinə Sabirabad Rayon Məhkəməsində baxılıb.

    Məhkəmənin hökmü ilə Elşən 1 000 manat məbləğində cərimə cəzasına məhkum edilib.

  • Mayk Taysonla Ceyk Pol arasında revanş döyüşü keçirilə bilər

    Dünya boksunun canlı əfsanəsi Mayk Tayson ilə tanınmış yutuber Ceyk Pol arasında revanş döyüşü keçirilə bilər.

    Median.Az xarici mediaya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Əyləncələr Departamentinin rəhbəri şahzadə Turki Ələlşix 19 ildən sonra peşəkar döyüş keçirən əfsanəvi boksçuya yenidən rinqə çıxmağı təklif edib.

    O, C.Poulu 3 dəqiqəyə nokaut edəcəyi təqdirdə amerikalı idmançıya 700 milyon dollar ödəməyə hazır olduğunu bildirib.

    Qeyd edək ki, boksçular arasında noyabrın 16-da keçirilən qarşılaşma məşhur yutuberin qələbəsi ilə yekunlaşıb. Görüş bu günə qədər ən çox izlənilən idman hadisəsi olub. Peşəkar karyerası ərzində 56 döyüş keçirən Mayk Tayson 50 qələbə qazanıb. O, 44 görüşdə rəqiblərini nokautla məğlub edib. 58 yaşlı dünya çempionu 6 qarşılaşmada isə uduzub. “Dəmir Mayk” ləqəbli boksçu peşəkar karyerasını 2005-ci ildə başa vurub. Ceyk Pol isə rinqə ilk dəfə 2018-ci ildə həvəskar döyüşlə çıxıb. İndiyədək peşəkar səviyyədə 11 döyüş keçirən yutuber 10 qələbə və 1 məğlubiyyətlə yadda qalıb. Onun yutub platformasında 20 milyondan çox izləyicisi var.

  • Скончался бывший футболист “Нефтчи” – ФОТО

    Известный футболист и тренер Тофик Аббасов скончался в возрасте 75 лет.

    Соответствующая информация распространилась в социальных сетях.

    Бывший полузащитник в течение своей футбольной карьеры защищал честь клубов “Полад” и “Нефтчи”. Также он работал главным тренером клубов “Термист”, “Хазар” и “Гёязян”.

    Последним местом работы Тофика Аббасова была должность спортивного директора женской баскетбольной команды российского клуба “Динамо”.

  • “Neftçi”nin sabiq futbolçusu vəfat etdi – FOTO

    Tanınmış futbolçu və məşqçi Tofiq Abbasov 75 yaşında dünyasını dəyişib.

    Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

    Keçmiş yarımmüdafiəçi futbol karyerası ərzində “Polad” və “Neftçi” klublarının şərəfini qoruyub. Eyni zamanda, “Termist”, “Xəzər” və “Göyəzən” klublarının baş məşqçisi kimi də fəaliyyət göstərib.

    Tofiq Abbasov son olaraq Rusiyanın “Dinamo” klubunun qadınlardan ibarət basketbol komandasının idman direktoru vəzifəsində çalışıb.

  • Оказавшийся в неловкой ситуации заслуженный артист: Нане Агамалыева не виновата в произошедшем

    Заслуженный артист Азербайджана, известный ханенде Илькин Ахмедов дал разъяснения по поводу недавнего скандала, произошедшего во время телепередачи 7 Tamam.

    Тогда он оказался в центре внимания после того, как в прямом эфире узнал о рождении своего третьего ребенка. Кадры, на которых запечатлено, как исполнитель мугама удивлен неожиданной новостью, вызвали критику в социальных сетях.

    Комментируя ситуацию в программе Xəbərin var? Илькин Ахмедов заявил, что ведущая Нане Агамалыева не виновата в произошедшем. “Нане ханым ничего об этом не знала. Продюсер передачи убедила ее, что я якобы в курсе”, – рассказал ханенде.

    Артист также отметил, что у него были аудиозаписи, подтверждающие его несогласие с подобной постановкой вопроса. “Я собирался принять меры в отношении той женщины. Но то, что она признала свою вину, заставило меня передумать”, – добавил он.

    И.Ахмедов подчеркнул, что не хотел бы, чтобы название канала упоминалось в связи с этим инцидентом, и добавил, что считает постыдным оказываться в центре внимания из-за подобных ситуаций.

  • Əməkdar artist qalmaqallı sürprizdən DANIŞDI: “Məndə səs yazıları var”

    Əməkdar artist İlkin Əhmədov iştirak etdiyi verilişdə yaşadığı qalmaqalla bağlı açıqlama verib.

    “Xəbərin var?” proqramında qonaq olan xanəndə bildirib ki, baş vermiş hadisədə aparıcı Nanə Ağamalıyevanın heç bir günahı olmayıb:

    “Nanə xanımın bu məsələdən xəbəri olmayıb. Orada bir işçi var, təəssüf ki, belə işçilər də olur. Prodüser Nanə xanımı razı salıb ki, guya İlkin bəyin xəbəri var. Məndə isə səs yazıları var idi və onları ortaya çıxartdım ki, mən etiraz etmişəm. Həmin xanım barədə ölçü götüzdürəcəkdim. Sona kimi getmişdim. Amma onun qadın olması və səhvlərini etiraf etməsi məni fikrimdən daşındırdı. Həm də kanalın adının hallanmasını istəmədim. Mən belə şeylərlə gündəmdə olmaq istəmirəm, ayıbdır”.

    Qeyd edək ki, Əməkdar artist İlkin Əhmədova daha əvvəl “7 Tamam” proqramında sürpriz edilərək üçüncü övladının dünyaya gələcəyi xəbəri çatdırılmışdı. Muğam ifaçısının bu görüntüləri sosial şəbəkədə tənqid edilmişdi.

  • Жительницу Баку привлекли к ответственности из-за неприличных записей в Getcontact

    Жительницу Баку привлекли к ответственности из-за записей, оставленных в популярном мобильном приложении Getcontact.

    Как передает Qafqazinfo, 33-летняя Фахрия Шарифова (имя и фамилия условные – ред.) была признана виновной в оскорблении бывшего родственника и оштрафована на 1 000 манатов.

    Пострадавший Г.Гулиев обратился в суд с заявлением о том, что Ф.Шарифова написала в его адрес неприличные выражения, записав его номер телефона в Getcontact. Благодаря премиум-статусу в приложении Г.Гулиев смог увидеть, кто именно оставил оскорбительные комментарии, и сделал скриншоты в качестве доказательства.

    В ходе расследования выяснилось, что Ф.Шарифова является бывшей женой брата Г.Гулиева. Их брак продлился всего 40 дней в прошлом году, после чего пара официально развелась. Впоследствии женщина вышла замуж за другого человека. Ф.Шарифова утверждает, что бывшие родственники подали на нее жалобы из-за ревности к ее новому замужеству.

    Также стало известно, что ранее женщина уже была оштрафована на 50 манатов за подобные высказывания в адрес экс-родственников.

    Бинагадинский районный суд признал Ф.Шарифову виновной по статье 148 (оскорбление) Уголовного кодекса АР и назначил наказание в виде штрафа в размере 1 000 манатов.

  • Qadın “Getcontact”da yazdıqlarına görə məhkəməlik oldu

    Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Fəxriyyə Şərifova (ad və soyadlar şərtidir) barəsində xüsusi ittiham qaydasında məhkəməyə müraciət edilib.

    “Qafqazinfo” xəbər verir ki, məhkəməyə müraciət edən Q.Quliyev qadının “GetContact” mobil tətbiqində onun telefon nömrəsini işarələyərək ünvanına nalayiq ifadələr yazdığını bildirib.

    Şikayətçi qeyd edib ki, mobil tətbiqdə premium istifadəçi statusu əldə edərək ünvanına kimin hansı söz yazmasını görməsi mümkündür. O bu yolla mobil tətbiqdə barəsində təhqiramiz sözlər yazan şəxsi müəyyən edib və skrinşotlar götürüb.

    Məlum olub ki, Q.Quliyevin barəsində ifadələr yazan şəxs onun qardaşının keçmiş həyat yoldaşı 33 yaşlı F.Şərifovadır. Araşdırmalar zamanı müəyyən edilib ki, ötən il F.Şərifova Q.Quliyevin qardaşı ilə 40 gün evli olub. Daha sonra onlar rəsmi qaydada boşanıblar. Bundan sonra qadın başqa şəxslə evlənib.

    F.Şərifova keçmiş qohumlarının onun yenidən ərə getməsini qısqandıqları üçün barəsində şikayətlər etdiklərini bildirib. Həmçinin, o da məlum olub ki, qadın keçmiş qohumları barəsində yazdığı sözlərə görə daha əvvəl də 50 manat cərimə edilib.

    Binəqədi Rayon Məhkəməsi xüsusi ittiham qaydasında verilmiş şikayəti təmin edib. F.Şəfiyeva Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinib. Ona 1 000 manat cərimə cəzası təyin edilib.

  • ŞAD XƏBƏR: Sənədsiz evlərlə bağlı işlər artıq tamamlanır – VİDEO

    Sənədsiz evlərlə bağlı işlər artıq tamamlanmaq üzrədir.

    Median.Az “Xəzər Xəbər”ə istinadla xəbər verir ki, valideynlərin sözlərinə görə, rəsmi qurumlara müraciət etsələr də, hələ ki nəticə yoxdur.

    Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri xidmətinin məlumatına görə, həyat və sağlamlıq üçün təhlükəli olmayan, vətəndaşların müvafiq icazələr almaqdan yayınaraq inşa etdikləri evlərin müəyyən prosedurlardan keçərək sənədləşdirilməsi istiqamətində iş aparılır və bununla bağlı normativ sənəd hazırlanır. Gələn il vətəndaşlar daha dəqiq məlumatlar alacaqlar.

    Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, sənədsiz evlərin böyük hissəsi əsasən paytaxt ərazisində yerləşir. Onlara isə müxtəlif səbəblərdən çıxarış verilmir.

    Elnur Fərzəliyev bildirib ki, sənədsiz fərdi yaşayış evlərinin çıxarışla təmin olunması həm də bu evlərin ipoteka predmeti olmasına səbəb olacaq. Bu da aztəminatlı ailələrin də yararlanmasına şərait yaradacaq.

    Əmlak eksperti onu da bildirib ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilən fərdi yaşayış evlərində torpağın təyinatı dəyişdirildikdən sonra çıxarış verilə bilər.

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

  • Трагедия на свадьбе: житель Евлаха убил соседа из-за подозрений в любовной связи с сестрой

    Стали известны подробности убийства Эльмира Габиль оглы Абышова (2000 г.р.) 10 июня этого года.

    Как сообщает рublika.az, инцидент произошел на глазах у гостей в доме торжеств Aytən в городе Евлахе.

    Так, Таир Джейхун оглы Абдуллаев (2004 г.р.) внезапно подошел во время свадьбы к танцующему Э.Абышову и ударил его ножом. От полученных ранений последний скончался.

    В ходе следствия выяснилось, что в день происшествия была свадьба двоюродного брата Таира. На ней присутствовал и их сосед Эльмир. Т.Абдуллаев, подозревавший Э.Абышова в любовных отношениях со своей сестрой, улучил момент и, когда внимание Эльмира было приковано к танцующим гостям, будучи в состоянии алкогольного опьянения, подошел к нему и нанес смертельный удар ножом.

    Выяснилось, что это была не первая атака Таира на Эльмира. Еще в 2021 году он нанес ему ножевое ранение в руку, однако тогда 17-летний Т.Абдуллаев избежал уголовной ответственности.

    По данному факту было возбуждено уголовное дело по статьям 120.2.2 (убийство, совершенное из хулиганских побуждений), 120.2.4 (убийство, совершенное с особой жестокостью) и 221.3 (хулиганство, совершенное с применением оружия или предметов, используемых в качестве оружия) УК АР.

    Гянджинский суд по тяжким преступлениям приговорил Т.Абдуллаева к 18 годам лишения свободы.