Month: December 2024

  • Polşada Hitlerin şəxsi bayrağı tapıldı

    Polşanın Poznan şəhərindəki Milli Muzey öz kolleksiyasında nasist Almaniyasının rəhbəri Adolf Hitlerin şəxsi ştandartını (bayraq) aşkar edib.

    Bu barədə PAP agentliyi məlumat yayıb.

    Artefakt sənət tarixçisi Aleksandra Paradovskaya tərəfindən müəyyən edilib. Ştandart eni və uzunu bir metr olan, qızıl saplarla tikilmiş yazı ilə bəzədilən kətan parçadan ibarətdir: mərkəzdə palıd yarpaqları ilə haşiyələnmiş svastika, künclərdə isə qartal təsvirləri var. Polşalı ekspertlər hesab edirlər ki, bu, Hitler üçün xüsusi olaraq hazırlanmış, indiyə kimi qorunub şaxlanmış yeganə ştandart ola bilər.

    Paradovskaya bu artefaktla Almaniyanın işğalı illərində memarlıq və məişət həyatına həsr olunmuş “Qüdrət illüziyaları” sərgisi üçün eksponatlar axtararkən rast gəlib.
    //oxu.az

  • Koronavirusun beyinə necə sızdığı müəyyən edildi: Türkiyəli alimdən sensasion kəşf

    Alimlər koronavirusun beyinə necə keçdiyini müəyyən edə biliblər.

    Median.Az-ın DHA-ya istinadla verdiyi məlumata görə, tədqiqat Almaniyanın “Helmholtz Munich” ağıllı biotexnologiyalar institutunun direktoru Ali Ertürkün rəhbərlik etdiyi komanda tərəfindən aparılıb.

    Araşdırma zamanı COVID-19-un insan orqanizminə daxil olmaq üçün istifadə etdiyi “spike” zülallarının kəllə sümüyündəki “gizli keçidlərdə” toplandığı və bu keçidlərdən istifadə edərək beyin səthinə yerləşə bildiyi öyrənilib.

    Bu kəşf Ertürkün “DISCO Transparency” texnikası ilə mümkün olub – bu üsulda orqan və toxumalar şəffaflaşdırılaraq rəqəmsal mühitdə xəritələndirilir.

    Tədqiqat kəllə sümüyünün sadəcə beyinin qoruyucusu olmadığını, beyinin canlı bir hissəsi olduğunu göstərib. Türkiyəli alimin bu ixtirası COVID-19-un nevroloji təsirlərinə yeni baxış gətirib.

  • Həkim qaynar yeməklərin ölümcül təhlükəsi barədə xəbərdarlıq etdi

    “İsti içkilər, şorbalar, eləcə də acılı yeməklər mədə və qida borusu xərçənginə səbəb ola bilər”.

    Median.Az-ın news.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı həkim-onkoloq, kimyaterapevt Maqomed Sulimanov xəbərdarlıq edib.

    Onun sözlərinə görə, belə qidalar selikli qişaların xroniki travmasına səbəb olur.

    “Qida borusu və ya mədə xərçənginin risk faktorlarından biri isti içkilər, şorbalar, acılı, duzlu qidaların qəbulu nəticəsində bu orqanların selikli qişasının xroniki travmasıdır. Xroniki travma xroniki iltihablanmaya səbəb olur, bu da öz növbəsində bədxassəli şişin inkişafı riskini daşıyır”, – deyə həkim vurğulayıb.

    Onkoloq bunu istisna etmək üçün sağlam həyat tərzinə riayət etməyi məsləhət görüb.

    “Bunun üçün isti və acılı yeməklərdən tamamilə imtina etmək lazım deyil. Lakin yeməyə daha az istiot əlavə etmək və onun bir qədər soyumasını gözləmək lazımdır”, – deyə Sulimanov sözlərini yekunlaşdırıb.

  • Оспа обезьян мутирует: готовы ли мы к новым вызовам?

    Директор российского Национального исследовательского центра эпидемиологии и микробиологии имени Гамалеи Александр Гинцбург предупредил о потенциальной опасности мутаций вируса оспы обезьян (mpox). По его словам, небольшие изменения в геноме вируса могут привести к повышению его вирулентности и способности передаваться воздушно-капельным путем, что фактически превратит его в натуральную оспу.

    Как передает Median.Az, об этом он сообщил ТАСС.

    “Оспа обезьян страшна тем, что она очень похожа по своему геному, последовательности своей нуклеиновой кислоты, ДНК, на черную оспу, натуральную оспу. И небольшие мутационные изменения, по которым вирус постоянно изменяется, и, как мы видим, все интенсивнее и интенсивнее, могут повысить его вирулентность, и он начнет передаваться не контактным путем, а воздушно-капельным путем – то есть может превратиться тем самым в фактически натуральную оспу. Вот тогда нам может понадобиться та вакцина, которую мы сейчас создаем”, – сказал Гинцбург.

    Ученые центра имени Гамалеи уже работают над созданием универсальной вакцины, способной защитить от всех вариантов оспы обезьян и черной оспы. “Мы создали генно-инженерные конструкции, которые лежат в основе будущей вакцины”, – сообщил Александр Гинцбург. Однако перед внедрением вакцина должна пройти все необходимые доклинические и клинические испытания.

  • Meymunçiçəyi daha təhlükəli oldu: Hava-damcı yolu ilə də yayıla bilər

    Kiçik mutasiyalar meymunçiçəyi virusunun hava-damcı yolu ilə ötürülməsinə səbəb ola bilər.

    Median.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə Rusiya Səhiyyə Nazirliyinin N.F.Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat İnstitutunun direktoru Aleksandr Qinzburq xəbərdarlıq edib.

    Alim vurğulayıb ki, meymunçiçəyi öz genomuna, DNT ardıcıllığına görə təbii qaraçiçək xəstəliyinə çox bənzəyir. Buna görə də virusun intensiv mutasiya dəyişiklikləri onun virulentliyini (xəstəliktörətmə qabiliyyətini) artıra bilər. Beləliklə o, kontakt yolu ilə deyil, hava-damcı yolu ilə də yayılmağa başlaya bilər.

    Qinzburq qeyd edib ki, bu hal üçün Mərkəzdə meymunçiçəyinin bütün variantlarından, həmçinin qaraçiçək xəstəliyindən qorumalı olan yeni peyvənd hazırlanır.

  • “Barselona” TOP-5 klublarını qabaqlayıb

    “Barselona” Avropanın aparıcı beş liqasından yeganə komandadır ki, bu mövsüm iki müxtəlif futbolçusu 10 və daha çox qol vurub.

    Median.Az “Opta” nəşrinə istinadən xəbər verir ki, “Barselona”nın futbolçusu Robert Levandovski rəqiblərini 15 dəfə, Rafinya isə 11 dəfə məyus ediblər.

    Qeyd edək ki, braziliyalı vinger “Malyorka”ya 5:1 hesabı ilə qalib gəldikləri oyunda dubl edib.

  • Пользователям Telegram стали доступны новые функции

    Разработчики мессенджера Telegram выпустили обновление, включающее новые функции, в том числе на базе искусственного интеллекта.

    Сообщение об этом появилось в блоге компании.

    Ключевым нововведением стало добавление в Telegram специально обученной ИИ-модели для поиска стикеров по сложным запросам с несколькими ключевыми словами. Например, при вводе запроса “кот пьет кофе” будут мгновенно показаны соответствующие результаты из более чем 40 тыс. официальных стикеров Telegram. Функция поддерживается на десятках языков, а подписчики Telegram Premium могут также пользоваться ИИ-поиском эмодзи.

    Также в Telegram ввели возможность создавать коллажи в “Историях” с возможностью объединения до шести фото или видео в один макет. Для создания идеальной композиции пользователи могут добавить медиафайлы из галереи или с камеры, выбрать макет, поменять фрагменты местами или удалить их.

    Кроме того, в Telegram анонсировали партнерские программы для мини-приложений, позволяющие пользователям и каналам зарабатывать виртуальную валюту Telegram Stars.

  • “Telegram” istifadəçiləri üçün yeni funksiyalar əlçatan olub

    “Telegram” mesencerinin tərtibatçıları süni intellekt (Sİ) əsasında yeni funksiyaları əhatə edən yeniləmə buraxıblar.

    Bu barədə şirkətin bloqunda məlumat yayılıb.

    Əsas yenilik “Telegram”a bir neçə açar sözlü mürəkkəb sorğular üzrə stiker axtarışı üçün xüsusi təlim keçmiş Sİ modelinin əlavə edilməsi olub. Məsələn, “pişik qəhvə içir” sorğusu daxil edildikdə “Telegram”ın 40 mindən çox rəsmi stikeri arasından müvafiq nəticələr dərhal göstəriləcək. Funksiya onlarla dildə dəstəklənir və “Telegram Premium” abunəçiləri, həmçinin emojilərin Sİ axtarışından istifadə edə bilərlər.

    Həmçinin “Telegram”da “Hekayələr”də altı fotoya və ya videoya qədər bir maketdə birləşdirmək imkanı ilə kollajlar yaratmaq mümkün olub. İdeal kompozisiya yaratmaq üçün istifadəçilər qalereyadan və ya kameradan mediafayllar əlavə edə, maket seçə, fraqmentlərin yerini dəyişə və ya onları silə bilərlər.

    Bundan əlavə, “Telegram” istifadəçilərə və kanallara “Telegram Stars” virtual valyutası qazanmaq imkanı verən mini-tətbiqlər üçün tərəfdaşlıq proqramlarını elan edib.

  • СМИ: Старший сын экс-президента Украины Петра Порошенко объявлен в розыск

    Сын бывшего президента Украины Петра Порошенко и народный депутат VIII созыва Алексей Порошенко объявлен в розыск из-за неявки по повестке в территориальный центр комплектования (ТЦК).

    Как передает Median.Az, об этом сообщает strana.today.

    По словам источников в Вооруженных силах Украины (ВСУ), Порошенко-младшего вызывали повестками дважды: 4 сентября и 21 октября. Однако он проигнорировал вызовы. При этом 39-летний экс-нардеп имеет воинское звание лейтенанта запаса.

    По данным СМИ, Алексей с женой, дочерью и сыном живут на два города: Лондон и Сингапур. Он дистанционно руководит семейным бизнесом в Украине, который переписал на него отец. В 2014 году сообщалось, что после начала АТО он добровольно мобилизовался и якобы служил командиром минометного расчета. Однако пресса тогда писала, что на Донбассе его охраняли 20 спецназовцев, причем Алексей для конспирации находился в зоне боевых действий под чужим именем и в военных действиях не участвовал. На службе он пробыл два месяца.

    Младший сын Порошенко, 23-летний Михаил, получает специальность финансового аналитика в магистратуре Лондонской школы бизнеса.

  • Ukraynanın keçmiş prezidentinin oğlu axtarışa verilib

    Ukraynanın sabiq prezidenti Pyotr Poroşenkonun oğlu və sabiq deputatı Aleksey Poroşenko çağırış vərəqəsinə əsasən ərazi çağırış mərkəzinə (ƏÇM) gəlmədiyi üçün axtarışa verilib.

    Median.Az strana.today-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın “Telegram” kanalları Ukrayna Silahlı Qüvvələrinin nümayəndələrinə istinadən məlumat yayıb.

    Mənbələrin məlumatına görə, A.Poroşenko iki dəfə hərbi xidmətə çağırılıb: sentyabrın 4-də və oktyabrın 21-də. Lakin o, hər iki dəfə çağırışa məhəl qoymayıb. Eyni zamanda, 39 yaşlı sabiq deputat ehtiyatda olan leytenant hərbi rütbəsinə malikdir.

    KİV-in məlumatına görə, Aleksey həyat yoldaşı, qızı və oğlu ilə iki şəhərdə yaşayır: London və Sinqapur. Ukraynada atasının onun adına keçirdiyi ailə biznesini uzaqdan idarə edir. 2014-cü ildə toqquşmalar başlayandan sonra onun könüllü səfərbər olduğu və minaatan ekipajının komandiri vəzifəsində işlədiyi bildirilir. Lakin sonra mətbuat döyüş əməliyyatlarında iştirak etmədiyini yazıb.