Month: December 2024

  • Azərbaycanda 24 yaşlı oğlan toyda insanların gözü qarşısında öldürüldü

    İyunun 10-da 2000-ci il təvəllüdlü Elmir Habil oğlu Abışovun bıçaqlanaraq öldürülməsinin təfərrüatı məlum olub.

    Median.Az Publika.az-a istinadən xəbər verir ki, hadisə Yevlaxdakı “Aytən” şadlıq sarayında qonaqların gözü qarşısında baş verib.

    2004-cü il təvəllüdlü Tahir Ceyhun oğlu Abdullayev toyda oynayan E.Abışova qəfil yaxınlaşaraq bıçaqla ona zərbə endirib. Ağır xəsarət alan Elmir vəfat edib.

    Araşdırmalar zamanı məlum olub ki, hadisənin baş verdiyi gün Tahirin əmisi oğlunun toyu olub. Toyda onların qonşusu Elmir də iştirak edib. Tahir əvvəllər Elmirin bacısı ilə sevgi münasibətinin olmasından şübhələnib və sərxoş halda bıçaqla ona hücum edib. O, Elmirin diqqətinin toyda oynayan şəxslərə yönəlməsindən istifadə edərək qəfil yaxınlaşaraq zərbə endirib.

    Həmçinin məlum olub ki, 2021-ci ildə də Tahir Abdullayev Elmirin qoluna bıçaqla xəsarət yetiribmiş. Lakin həmin vaxt 17 yaşlı Tahir barəsində cinayət işi açılmayıb və o, məsuliyyətdən kənar qalıb.

    Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.2 (Xuliqanlıq zəminində adam öldürmə), 120.2.4 (Xüsusi amansızlıqla adam öldürmə) və 221.3-cü (Xuliqanlıq) maddəsi ilə iş açılıb.

    Gəncə Ağır Cinayətlər Məhkəməsinin ötən həftə çıxardığı hökmlə Tahir Abdullayev 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

  • Курс биткоина установил новый рекорд – ФОТО

    Стоимость биткоина обновила исторический максимум, превысив 100 000 долларов.

    Об этом свидетельствуют данные площадки Binance.

    По данным на 07:12 по бакинскому времени, криптовалюта преодолела отметку 100 000 долларов и находилась на уровне 103 322 долларов.

  • “Bitcoin”in qiyməti 100 000 dollar həddini keçdi – FOTO

    “Bitcoin”in qiyməti 100 min dolları keçərək tarixi maksimumunu yeniləyib.

    Bunu “Binance” platformasının məlumatları təsdiqləyir.

    Bakı vaxtı ilə saat 07:12-yə olan məlumata görə, kriptovalyuta 103 322 dollar olub.

    Artım davam edir.

  • İlham Əliyev Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun iştirakçılarına müraciət ünvanlayıb

    Prezident İlham Əliyev Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun iştirakçılarına müraciət ünvanlayıb.

    President.az xəbər verir ki, müraciətdə deyilir:

    “Hörmətli Forum iştirakçıları!

    Əziz uşaqlar!

    Sizi Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun öz işinə başlaması münasibətilə səmimi-qəlbdən salamlayır, hamınıza cansağlığı və xoşbəxtlik arzulayıram.

    Uşaqlar cəmiyyətin sabahıdır. Bizim üzərimizə düşən əsas vəzifə onlara aydın səma altında etibarlı gələcək bəxş etməkdir. Ölkəmizdə uşaqlara hərtərəfli qayğının dövlət siyasətinin tərkib hissəsi olması Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindəndir. Bu istiqamətdə bir sıra mühüm işlər görülmüş və görülməkdədir. Uşaqlarımız yüksək təhsil almaq, bacarıqlarını inkişaf etdirmək və istedadlarını üzə çıxara bilmək üçün hər cür imkana malikdirlər. Forumunuzun ənənəvi şəkil alması da Azərbaycanda uşaq hüquqlarına diqqətin bariz təzahürlərindəndir.

    Builki Forum “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilir. Onun həsr olunduğu uşaqlar və ekologiya mövzusu aktuallığı ilə seçilir və övladlarımızın təhlükəsiz ətraf mühitdə yaşamaları baxımından xüsusi məna daşıyır. Bu yaxınlarda Azərbaycan nəhəng miqyaslı beynəlxalq tədbirə – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının növbəti 29-cu sessiyasına ev sahibliyi etdi. Konfransda ətraf mühit amillərinin uşaqların sağlamlığına təsiri, uşaqlar naminə iqlim fəaliyyətinin gücləndirilməsi məsələləri geniş müzakirə olundu. Çünki Yer üzündə bütün uşaqların sağlam və təmiz dünyaya, yaşıl gələcəyə ehtiyacı var və onlar buna layiqdirlər.

    Əziz iştirakçılar!

    Siz müstəqillik salnaməmizə şanlı səhifələrin yazıldığı günlərin şahidi olan ən yeni nəsli burada təmsil edirsiniz. Sizin şəxsinizdə Azərbaycan uşaqlarının hamısına üz tutub deyirəm: xoşbəxtsiniz ki, parlaq mədəniyyət yaratmış qədim və böyük bir xalqın övladlarısınız. Siz həm də gələcəyimizin təminatısınız. Qüdrətli Azərbaycanı məhz sizə əmanət edəcəyik. Siz bizim üçün çox dəyərlisiniz.

    İnanıram ki, Forum çərçivəsində aparacağınız əhatəli fikir mübadiləsi və qəbul edəcəyiniz qərarlar uşaqlarla bağlı dövlət siyasətimizin bundan sonra da uğurla gerçəkləşdirilməsi işinə öz töhfəsini verəcəkdir”.

  • Обновлен перечень особо важных объектов и объектов жизнеобеспечения, подлежащих охране

    Кабинет министров Азербайджанской Республики внес изменения в “Перечень особо важных объектов и объектов жизнеобеспечения, подлежащих охране”, утвержденный постановлением правительства от 31 марта 2014 года.

    Соответствующее постановление подписал премьер-министр Али Асадов.

    Согласно документу, в список добавлены ряд водохранилищ, их защитные и водорегулирующие гидротехнические сооружения, всего 60 объектов.

  • “Mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin Siyahısı” yeniləndi

    Nazirlər Kabineti 31 mart 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin Siyahısı”nda dəyişiklik edib.

    Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Qərara əsasən, bir sıra su anbarları, onların mühafizə və sutənzimləyici hidrotexniki qurğuları, ümumilikdə 60 obyekt siyahıya əlavə edilib.

  • Milli Məclisin sabiq vəzifəli şəxsi vəfat etdi

    Milli Məclisin sabiq əməkdaşı Rauf Həşimov vəfat edib.

    Bu barədə Modern.az-a Milli Məclisdən məlumat verilib.

    71 yaşlı R.Həşimovun xəstəlikdən vəfat etdiyi bildirilir.

    Qeyd edək ki, Rauf Həşimov 1996-2001-ci illərdə parlamentin spikeri olmuş Murtuz Ələsgərovun köməkçisi işləyib.

    Daha sonra IV çağırış Milli Məclisin (2010-2015) İmişlidən olan deputatı Əsabil Qasımovun köməkçisi vəzifəsində çalışıb.

  • Azərbaycanda 8 min kompüteri yoluxduran kiberqruplaşma ifşa edilib

    Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti daxil olan kiber insidentin araşdırılması zamanı 135 ölkədə faəliyyəti olan kiberqruplaşmanın izinə düşüb.

    Bu barədə Dövlət Xidmətindən bildirilib.

    Belə ki, zərərverici proqramın analizi və tərsinə mühəndisliyi yolu ilə araşdırılması nəticəsində əldə edilmiş məlumatlara əsasən əks-kiberkəşfiyyat tədbirləri tətbiq edilməklə zərərvericinin mərkəzi idarəetmə serveri ələ keçirilib.

    Əldə edilmiş məlumatların təhlili nəticəsində kiberqruplaşmanın ümumillikdə 135 ölkədə 270741 kompüteri yoluxdurduğu aşkar edilib. Sözügedən hədəflərin 7790-ı Azərbaycana məxsus kompüterlər olub. Ölkə üzrə qeydə alınan yoluxanların 35-i müxtəlif dövlət qurumlarına məxsus mərkəzləşdirilmiş antivirus sisteminə qoşulmamış kompüterlər olub. İnformasiya təhlükəsizliyinin təmini məqdəsilə Xidmət tərəfindən dövlət qurumlarında müvafiq təhlükəsizlik tədbirlərini həyata keçirməklə yanaşı, sözügedən zərərvericiyə aid indikatorların ölkə üzrə bloklanması təmin edilib.
    Bunula yanaşı, Xidmətin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi sözügedən yoluxdurulan kompüterlər barədə əməkdaşlıq etdiyi CERT mərkəzlərinə məlumat verərək bir çox ölkələrdə kiberqruplaşmanın fəaliyyətinin zərərsizləşdirməsinə nail olmuşdur.
    Xidmətin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi informasiya təhlükəsizliyinin təminatı üçün dövlət qurumlarına mərkəzləşdirilmiş antivirus sisteminə qoşulmağı, vətəndaşlara isə fərdi qaydada antivurslardan istifadə etməyi tövsiyə edir.

  • Azərbaycanda bu şəxslər 11 min manat cərimələnəcək

    Yararlılıq müddəti bitmiş dərmanların satışına görə cərimələr artırılır.
     
    Bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

    Qanuna əsasən, bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, bu əməllər az miqdarda törədildikdə inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.

    Həmin xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi min manatdan doqquz min manatadək məbləğdə cərimə edilir.

    Layihəyə əsasən, nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər doqquz min manatdan on bir min manatadək məbləğdə cərimə ediləcək.

  • Tbilisidə aksiyalar davam edir

    Gürcüstanın paytaxtı Tbilisinin Rustaveli prospektində etiraz aksiyası davam edir.


    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, etirazçılar əllərində Gürcüstan və Avropa İttifaqının bayraqlarını tutublar.
    Parlament binasına bitişik küçələrdə polis əməkdaşlarının səfərbər edildiyi bildirilir.
    Qeyd edək ki, Gürcüstanda etirazlar hakim “Gürcü Arzusu” partiyasının Avropa İttifaqına üzvlüklə bağlı danışıqları 2028-ci ilə qədər təxirə salmaq qərarından sonra başlayıb.
    Tbilisidə və respublikanın digər şəhərlərində etiraz aksiyaları artıq yeddinci gündür ki, davam edir. Gürcüstanın paytaxtında son günlər hər gecə nümayişçilərlə polis arasında qarşıdurma baş verir.