Month: December 2024

  • Venerada Yerdəki kimi həyat mövcud olub? – Alimlərdən cavab

    Yerdəki kimi həyat Venera planetində heç vaxt mövcud olmayıb.

    Qaynarinfo xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti Kembric Universitetinin araşdırmasına istinadən yazıb.

    Alimlərin fikrincə, planetin atmosferinin təhlili Veneranın daxili hissəsinin quru olduğunu göstərib. Tədqiqat qeyd edir ki, bu, onun heç vaxt Yerdə olduğu kimi ənənəvi olaraq həyatın yaranması üçün zəruri hesab edilən maye su okeanlarının olmadığını göstərir.

    “Bu, istənilən həyatı tamamilə istisna etmir. Amma Yer kürəsinə bənzər həyatın mövcudluğunu istisna edir”, deyə tədqiqatın müəlliflərindən biri olan Tereza Konstantinu bildirib.

    Bu sualın həlli astronomlara günəş sistemindən kənarda yaşamaq üçün əlverişli planetlər axtarışlarını daraltmağa kömək edə bilər.

    Sentyabr ayında Çikaqo Universitetindən olan amerikalı astrobioloqların Veneranın sərt şəraitində mövcud ola biləcək və həyatın yaranmasına töhfə verə biləcək bir sıra üzvi molekullar kəşf etdikləri barədə məlumat verilmişdi. Onların tədqiqatının nəticələri göstərib ki, bəzi lipidlər yalnız sulfat turşusunda həll olunmur, həm də aqressiv mühitdə strukturlar əmələ gətirir.

  • Bakının Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində qaz kəsiləcək

    Bu gündən Bakının Yasamal rayonunun, sabahdan isə Xəzər rayonunun bəzi ərazilərinin təbii qazla təchizatında müvəqqəti fasilə olacaq.

    Median.Az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

    Məlumata görə, Yasamal rayonunun Tbilisi prospektində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv edilməsi məqsədilə bu gün saat 23:00-dan etibarən işlər yekunlaşana qədər qaz təchizatı dayandırılacaq. Təmir-bərpa işləri aparılan müddətdə prospektin bir hissəsinin, “Şakir” MTK-nın, 1-ci Alatava ərazisinin bir hissəsinin, Diaqnostika, Aztelecom, Azercell, N.Tusi klinikası ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

    Sabah isə saat 10:00-dan etibarən Xəzər rayonunun Şüvəlan qəsəbəsinin Mayak bağları ərazisində yeni çəkilmiş qaz xəttinin şəbəkəyə qoşulması məqsədilə qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Şüvəlan qəsəbəsinin bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

  • “Abzas Media” işində təqsirləndirilən şəxslərin istintaqı başa çatıb

    “Abzas Media” işində təqsirləndirilən şəxslərin cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

    Ülvi Həsənli, Sevinc Abbasova, Hafiz Babalı, Məhəmməd Kekalov, Fərid Mehralızadə, Elnarə Qasımova və Nərgiz Absalamova barələrində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilərək hakim Rasim Sadıxovun icraatına verilib.

    Qeyd edək ki, onlar barəsində ötən il Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb və barələrində həbs qətimkan tədbiri seçilib.
    //report

  • Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların səlahiyyətləri genişləndirilir

    Azərbaycanda fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların adlarında dəyişiklik edilir.

    Bununla bağlı Ailə Məcəlləsinə və “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanuna dəyişikliklər təklif olunur.

    Təklifə əsasən, komissiyaların “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar” şəklində adlandırılması nəzərdə tutulur.

    Həmçinin, dəyişikliyə görə, uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar öz səlahiyyətləri daxilində təhsil müəssisələrində, habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, yetkinlik yaşına çatmayanların işlədikləri müəssisələrdə, təşkilatlarda ve idarələrdə onlar arasında tərbiyə işinin təşkilinin monitorinqini apara biləcəklər.
    //report

  • Azərbaycan Basketbol Liqasında V turun daha bir oyunu keçirilib

    Azərbaycan Basketbol Liqasının V turunda daha bir oyun keçirilib.

    A qrupunun görüşündə NTD “Sərhədçi” ilə qarşılaşıb.

    “Sərhədçi” İdman Mərkəzində baş tutan qarşılaşma ikincilərin 84:79 hesablı qələbəsi ilə yekunlaşıb.

    Qeyd edək ki, turun açılış matçında “Quba” klubu “Ordu”nu 101:75 hesabı ilə üstələyib.
    //report

  • Пашинян: Отношения Армении и ОДКБ перешли точку невозврата

    Возвращение Армении в ОДКБ становится все более трудным, если не сказать невозможным.

    Как передает Median.Az со ссылкой на армянские СМИ, об этом заявил премьер-министр страны Никол Пашинян.

    “Отношения Армении и ОДКБ перешли точку невозврата. Армения считает себя вне ОДКБ. Вместе с тем, из уважения к коллегам не препятствует решениям, которые принимают страны организации”, – отметил он.

  • Paşinyan: Ermənistan və KTMT münasibətləri geridönüş nöqtəsini keçib

    Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qayıtması getdikcə çətinləşir, hətta qeyri-mümkün olur.

    Bunu ölkənin baş naziri Nikol Paşinyan bildirib.

    “Ermənistan və KTMT münasibətləri geridönüş nöqtəsini keçib. Ermənistan özünü KTMT-dən kənarda hesab edir, bununla yanaşı, həmkarlara hörmət əlaməti olaraq təşkilat ölkələrinin qəbul etdiyi qərarlara mane olmur”, – o qeyd edib.

  • “Təmiz Hava” aylığı çərçivəsində reydlər keçirilib, 2 mindən çox sürücü cərimələnib

    “Təmiz Hava” aylığı çərçivəsində Azərbaycanın müxtəlif yerlərində reydlər keçirilib, 2 782 avtonəqliyyat vasitəsinin sürücüsü cərimələnib.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən birgə reydlər zamanı ümumilikdə 8 031 avtonəqliyyat vasitəsinə baxış keçirilib.

    2 782 avtonəqliyyatın mühərrikindən ayrılan zərərli maddələrin miqdarı normadan artıq olduğundan nəqliyyat vasitələrinin sürücüləri barədə protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.

    Reydlər Bakı, Sumqayıt, Xızı, Abşeron, Lənkəran, Yardımlı, Astara, Masallı,Cəlilabad, Qazax, Ağstafa,Tovuz, Gədəbəy, Şəmkir, Şirvan, Sabirabad, İmişli, Salyan, Neftçala, Biləsuvar, Hacıqabul, Saatlı, Quba, Qusar, Şabran, Siyəzən, Xaçmaz, İsmayıllı, Qəbələ, Ağsu, Şamaxı, Qobustan, Şəki, Oğuz, Qax, Zaqatala, Balakən, Ağdaş, Zərdab, Mİngəçevir, Kürdəmir, Yevlax, Göyçay, Ucar, Bərdə, Ağdam, Füzuli, Gəncə, Naftalan, Göygöl, Goranboy, Daşkəsən, Samux rayon Polis Şöbələrinin yol polisi bölməsinin əməkdaşları tərəfindən sözügedən rayon və şəhərlərin ərazilərində təşkil edilib.
    //report

  • İranda təlim təyyarəsi qəzaya uğrayıb, iki nəfər ölüb

    İranda dekabrın 4-də təlim təyyarəsi qəzaya uğrayıb.

    Bu barədə İranın “Mehr” Agentliyi məlumat yayıb.

    Bildirilib ki, İranın cənub-qərbində, Fars əyalətinin Kirokarzin və Firuzabad rayonlarında təlim təyyarəsinin qəzaya uğraması nəticəsində göyərtədə olan iki pilot ölüb.
    //report

  • В Стамбуле из-за отравления поддельным алкоголем умерли 17 человек

    В Стамбуле в результате отравления поддельным алкоголем умерли 17 человек.

    Об этом сообщил телеканал Haberturk со ссылкой на полицию.

    Случаи отравления поддельным алкоголем отмечены в восьми районах города, 46 человек обратились за медицинской помощью, из которых 17 умерли.

    Кроме того, 22 человека проходят лечение в больницах.

    В рамках расследования дела задержаны 19 человек, 8 из них по решению суда арестованы по обвинению в попытке умышленного убийства.