Month: December 2024

  • KİV: Suriya ordusu Həma şəhərinin ətrafına nəzarəti ələ keçirib

    Suriya Silahlı Qüvvələri ölkənin qərbindəki Həma şəhərinin ətrafına nəzarəti ələ keçirib.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə “Al-İkhbaria” kanalı məlumat yayıb.

  • “Səbail” “Şamaxı”dan ayrılan futbolçunu heyətinə cəlb edib

    “Səbail” heyətinə yeni futbolçu cəlb edib.

    Bu barədə “dənizçilər”in mətbuat xidməti məlumat yayıb.

    “Şamaxı”dan ayrılmış İlkin Muradovla 1,5 illik müqavilə imzalanıb.

    Qeyd edək ki, 28 yaşlı oyunçu 2022/2023 mövsümündə “Səbail”in heyətində 13 oyunda meydana çıxıb.
    //report

  • Формула-1: Гран-при Нидерландов не войдет в календарь после 2026 года

    Гран-при Нидерландов не будет включен в календарь чемпионатов мира Формулы-1 после 2026 года.

    Об этом сообщает Median.Az со ссылкой на пресс-службу гонки.

    Контракт, срок которого истекал в 2025 году, был продлен еще на год.

    После проведенных обсуждений нидерландская сторона решила покинуть календарь серии.

  • “Formula 1”: 2026-cı ildən sonra Niderland Qran-prisi təqvimdə yer almayacaq

    Niderland Qran-prisi 2026-cı ildən sonra “Formula 1” üzrə dünya çempionatının təqvimində yer almayacaq.

    Bu barədə yarışın mətbuat xidməti məlumat yayıb.

    2025-ci ildə başa çatan müqavilənin müddəti daha bir il artırılıb.

    Aparılan müzakirələrdən sonra Niderland tərəfi 2026-cı ildən sonra təqvimdə qalmamağa qərar verib.
    //report

  • Kəmaləddin Heydərov Xaçmazda vətəndaşları qəbul edəcək

    Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Xaçmaz şəhərində vətəndaşları qəbul edəcək.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, Kəmaləddin Heydərov tərəfindən 6 dekabr 2024-cü il tarixdə Xaçmaz şəhərində, Nazirliyin Şimal Regional Mərkəzinin binasında saat 10:00-dan Xaçmaz və Şabran rayonları sakinlərinin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı 5 dekabr 2024-cü il tarixdə Nazirliyin Şimal Regional Mərkəzinin binasında saat 09:00-da başlayacaq.

    “Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidir”, – məlumatda qeyd olunub.

  • 2034-cü ildəki futbol üzrə dünya çempionatı yanvarda başlaya bilər

    2034-cü ildəki futbol üzrə dünya çempionatı qışda keçirilə bilər.

    Bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

    Mundiala ev sahibliyi etmək üçün müraciət ünvanlayan yeganə ölkə Səudiyyə Ərəbistanıdır. Bu, dekabrın 11-də FIFA-nın Konqresində rəsmən təsdiqlənəcək.

    Səudiyyə Ərəbistanında yay aylarındakı istini nəzərə alsaq, turnirin qışda təşkil olunma ehtimalı yüksəkdir.

    Yarışın Ramazan ayı ilə üst-üstə düşməməsi üçün dünya çempionatının yanvarın əvvəlində başlaması variantı müzakirə edilir.

    Qeyd edək ki, 2022-ci ildəki mundial noyabrın 20-dən dekabrın 18-dək Qətərdə baş tutub.

  • Россия и Азербайджан намерены создать рабочую группу для сотрудничества в области экологии

    Россия и Азербайджан намерены создать рабочую группу для сотрудничества в области экологии, уделяя особое внимание проблеме обмеления Каспийского моря и сохранению его биологических ресурсов.

    Как передает Median.Az со ссылкой на пресс-службу посольства Азербайджана в России, данный вопрос обсуждался во время приема заместителем председателя Государственной думы Алексеем Гордеевым посла Азербайджана в Москве Рахмана Мустафаева.

    В ходе встречи стороны подчеркнули, что отношения между Россией и Азербайджаном сегодня поступательно развиваются в русле стратегического партнерства и союзничества.

    Было отмечено, что в их основе лежат прочные традиции взаимного уважения и добрососедства, а ключевые приоритеты сотрудничества отражены в “Декларации о союзническом взаимодействии”, подписанной на высшем уровне 22 февраля 2022 года в Москве.

    Кроме того, было подчеркнуто, что межгосударственные контакты отличаются высокой интенсивностью на всех уровнях. Азербайджанский посол отметил, что в текущем году было совершено свыше 50 взаимных визитов высшего и высокого уровней.

    Достигнут ряд важных договоренностей, прежде всего в экономической сфере: развитие проектов в сфере топливно-энергетического комплекса, расширение международного транспортного коридора “Север–Юг”, а также создание на паритетной основе совместного азербайджано-российского университета в Баку на базе Санкт-Петербургского университета и азербайджанского вуза.

    В ходе встречи были затронуты также вопросы культурного сотрудничества между двумя странами. Посол проинформировал заместителя председателя ГД, что 2025 год будет Годом культуры Азербайджана в России, и выразил надежду на то, что мероприятия и проекты, проведенные в его рамках, будут способствовать дальнейшему сближению двух стран и народов.

  • Rusiya və Azərbaycan ekologiya sahəsində işçi qrupu yaratmaq niyyətindədir

    Rusiya və Azərbaycan Xəzər dənizinin dayazlaşması probleminə və onun bioloji resurslarının qorunmasına xüsusi diqqət yetirərək ekologiya sahəsində əməkdaşlıq üçün işçi qrupu yaratmaq niyyətindədir.

    “Report” Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu məsələ Dövlət Dumasının sədr müavini Aleksey Qordeyevin Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayevi qəbul etməsi zamanı müzakirə olunub.

    Görüş zamanı tərəflər Rusiya və Azərbaycan arasında münasibətlərin bu gün strateji tərəfdaşlıq və müttəfiqlik istiqamətində ardıcıl inkişaf etdiyini vurğulayıblar.

    Qeyd edilib ki, bu münasibətlər qarşılıqlı hörmət və mehriban qonşuluq ənənələrinə əsaslanır və əməkdaşlığın əsas prioritetləri 2022-ci il fevralın 22-də Moskvada imzalanmış “Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”də öz əksini tapıb.

    Bundan əlavə, dövlətlərarası təmasların bütün səviyyələrdə çox intensiv olduğu vurğulanıb. Səfirimiz cari ildə 50-dən çox qarşılıqlı ali və yüksək səviyyəli səfərlərin həyata keçirildiyini qeyd edib.

    Xüsusilə iqtisadi sahədə bir sıra mühüm razılaşmaların əldə edildiyi vurğulanıb. Buraya yanacaq-enerji kompleksi sahəsində layihələrin inkişafı, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin genişləndirilməsi, həmçinin Sankt-Peterburq Universiteti və Azərbaycan ali məktəbinin bazasında Bakıda birgə Azərbaycan-Rusiya universitetinin paritet əsaslarla yaradılması daxildir.

    Görüşdə iki ölkə arasında mədəni əməkdaşlıq məsələlərinə də toxunulub. R.Mustafayev Dumanın sədr müavinini məlumatlandırıb ki, 2025-ci il Rusiyada Azərbaycan Mədəniyyəti İli olacaq. Səfir bildirib ki, bu çərçivədə keçiriləcək tədbirlər, layihələr iki ölkə və xalqın daha da yaxınlaşmasına töhfə verəcək.

  • В 2025 году в Азербайджане пройдут Дни культуры Татарстана

    Дни культуры Татарстана планируется провести в Азербайджане в 2025 году.

    Как передает Median.Az со ссылкой на российские СМИ, об этом сообщил замминистра культуры Татарстана Дамир Натфуллин на заседании Координационного совета по делам соотечественников.

    “Министерство продолжает деятельность по сохранению и популяризации национальной культуры, удовлетворению духовных запросов соотечественников по доступности и восприятию наследия татар”, – сказал замминистра.

    По его словам, Дни культуры также пройдут в столице России, Абайской области Казахстана, Иране и Египте.

    Натфуллин добавил, что министерство проводит работу по сохранению родного татарского языка и литературы, обрядовой культуры, народных промыслов, традиций, национальной драматургии и театра.

  • Gələn il Azərbaycanda Tatarıstan Mədəniyyət Günləri keçiriləcək

    Gələn il Azərbaycanda Tatarıstan Mədəniyyət Günlərinin keçirilməsi planlaşdırılır.

    Median.Az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Tatarıstanın mədəniyyət nazirinin müavini Damir Natfullin Həmvətənlərlə İş üzrə Koordinasiya Şurasının iclasında bildirib.

    “Nazirlik milli mədəniyyətin qorunması və təbliği, tatar irsinin əlçatanlığı və qavranılması ilə bağlı mənəvi tələbatların ödənilməsi istiqamətində fəaliyyəti davam etdirir”, – nazir müavini bildirib.

    Onun sözlərinə görə, Mədəniyyət Günləri, həmçinin Rusiyanın paytaxtı Moskvada, Qazaxıstanın Abay vilayətində, İran və Misirdə keçiriləcək.

    D. Natfullin əlavə edib ki, nazirlik doğma tatar dili və ədəbiyyatının, mərasim mədəniyyətinin, xalq sənətlərinin, ənənələrinin, milli dramaturgiya və teatrın qorunması istiqamətində iş aparır.