Month: December 2024

  • ООН приостановила гумоперации на северо-западе Сирии

    Гуманитарные операции ООН в провинциях Алеппо, Идлиб и Хама на северо-западе Сирии в значительной степени приостановлены по соображениям безопасности.

    Об этом говорится в сводке Управления ООН по координации гуманитарных вопросов (УКГВ).

    “Боевые действия также привели к перебоям в оказании гуманитарной помощи, и операции по оказанию помощи в некоторых районах Алеппо, Идлиба и Хамы по-прежнему в значительной степени приостановлены из-за соображений безопасности”, – сказано в документе.

    В ООН добавляют, что несмотря на трудности, гуманитарные организации мобилизуются, чтобы оценить потребности людей и расширить меры реагирования, когда это возможно.

  • BMT Suriyanın şimal-qərbində humanitar əməliyyatları dayandırıb

    BMT-nin Suriyanın şimal-qərbində Hələb, İdlib və Həma əyalətlərində humanitar əməliyyatları təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən dayandırılıb.

    Bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin məlumatında bildirilir.

    “Döyüşlər humanitar yardımı da dayandırıb, Hələb, İdlib və Həmanın bəzi bölgələrində yardım əməliyyatları təhlükəsizliklə əlaqədar olaraq dayandırılıb”, – sənəddə bildirilir.

    BMT əlavə edib ki, çətinliklərə baxmayaraq, humanitar təşkilatlar insanların ehtiyaclarını qiymətləndirmək və mümkün olan yerlərdə cavab tədbirlərini genişləndirmək üçün səfərbər olurlar.

  • QHT-lərin qrant və ianələrlə bağlı illik maliyyə hesabatını təqdim etməməsinə görə cərimələr artırılır

    Qeyri-hökumət təşkilatları, eləcə də nümayəndələrinin qrant və ianələrlə bağlı illik maliyyə hesabatını təqdim etməməsinə görə cərimələr artırılır.

    Bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

    Layihəyə əsasən, qeyri-hökumət təşkilatları, o cümlədən xarici qeyri-hökumət təşkilatlarının Azərbaycandakı filial və nümayəndəlikləri tərəfindən qrant və ianələr, həmçinin onlardan istifadə üzrə təfsilatlı illik maliyyə hesabatının müəyyən edilən nəzarət orqanına təqdim edilməməsinə, yaxud vaxtında, tam və ya düzgün təqdim edilməməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər isə iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə ediləcək.
    //report

  • Kosmik fəaliyyət haqqında qanunvericiliyin pozulmasına görə cərimələr müəyyənləşir

    Kosmik fəaliyyət haqqında qanunvericiliyin pozulmasına görə cərimələr müəyyənləşir.

    Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə edilir.

    Maddəyə əsasən, kosmik fəaliyyət haqqında qanunvericiliyin pozulmasına, yəni,

    – Azərbaycan vətəndaşı və ya hüquqi şəxsi Azərbaycan Respublikasından kənarda kosmik obyekt üzərində əmlak hüququnu əldə edənədək bu barədə milli kosmik operatora əvvəlcədən yazılı məlumat verməməsinə;

    – Azərbaycan Respublikasının kosmik obyektlərinin dövlət reyestrində qeydiyyata alınmış kosmik obyektin mülkiyyətçisinin kosmik obyektin istismardan çıxarılması barədə dərhal milli kosmik operatora yazılı məlumat verməməsinə;

    – Azərbaycan Respublikasından kənarda kosmik obyektin istehsalını sifariş etmiş Azərbaycan Respublikasının vətəndaşı və ya hüquqi şəxsi sifariş verdiyi andan 30 (otuz) gün müddətində bu barədə milli kosmik operatora yazılı məlumat verməməsinə görə fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilirlər.
    //report

  • Samuxda avtomobil piyadanı vuraraq öldürüb

    Samuxda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

    2002-ci il təvəllüdlü S.İsmayılovu avtomobil vurub.

    O, aldığı xəsarətdən dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.

  • Alkoqollu içkilərin aşağı qiymətə satılmasına görə yeni cərimə müəyyənləşir

    Alkoqollu içkilərin müəyyən edilmiş minimum qiymətdən aşağı qiymətə satılması hallarına görə yeni cərimə müəyyənləşir.

    Bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

    Yeni maddəyə əsasən, pərakəndə satışının minimum qiyməti müəyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılması hallarına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər səkkiz yüz manat məbləğində, hüquqi şəxslər isə iki min manat məbləğində cərimə ediləcək.

  • Украина подписала с ЕС соглашение о выделении Киеву 35 млрд евро

    Украина подписала с Европейским союзом (ЕС) кредитное соглашение о привлечении помощи Киеву в размере 35 млрд евро.

    Об этом сообщается на сайте Министерства финансов Украины.

    “Министр финансов Украины Сергей Марченко подписал меморандум о взаимопонимании и кредитном соглашении между Украиной и ЕС о привлечении до 35 млрд евро макрофинансовой помощи”, – говорится в информации.

    Отмечается, что средства являются частью инициативы Группы семи (G7) по программе экстренного кредитования Extraordinary Revenue Acceleration (ERA) Украины.

    28 ноября в рамках этой инициативы Киев уже получил 18.1 млрд евро. Минфин Украины добавил, что окончательный размер макрофинансовой помощи будет определен после утверждения суммы кредитов всех сторон инициативы.

  • Ukrayna 35 milyard avro məbləğində kreditə imza atdı

    Ukrayna Avropa İttifaqı (Aİ) ilə Kiyevə 35 milyard avro məbləğində yardımın cəlb edilməsi barədə kredit sazişi imzalayıb.

    Bu barədə Ukrayna Maliyyə Nazirliyinin saytında məlumat verilib.

    “Ukrayna maliyyə naziri Sergey Marçenko Ukrayna ilə Aİ arasında 35 milyard avroya qədər makromaliyyə yardımının cəlb edilməsi barədə anlaşma memorandumu və kredit sazişini imzalayıb”, – deyə məlumatda qeyd olunur.

    Bildirilir ki, vəsaitlər Yeddilik Qrupunun (G7) Ukraynanın Fövqəladə Gəlirlərin Sürətləndirilməsi təcili kreditləşmə proqramı üzrə təşəbbüsünün bir hissəsidir.

    Noyabrın 28-də bu təşəbbüs çərçivəsində Kiyev artıq 18.1 milyard avro alıb. Ukrayna Maliyyə Nazirliyi əlavə edib ki, makromaliyyə yardımının yekun məbləği təşəbbüsün bütün tərəflərinin kredit məbləğləri təsdiqləndikdən sonra müəyyən ediləcək.

  • Dövlət reyestrinə daxil edilməyən dərman vasitəsinin reseptə yazılmasına görə cərimələr artırılır

    Dövlət reyestrinə daxil edilməyən dərman vasitəsinin reseptə yazılmasına görə cərimələr artırılır.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklərdə öz əksini tapıb.

    Layihəyə əsasən, “Dərman vasitələri haqqında” Qanunda nəzərdə tutulan hal istisna olmaqla, dərman vasitələrinin dövlət reyestrinə daxil edilməyən dərman vasitəsinin reseptə yazılmasına görə vəzifəli şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilirlər.

  • UEFA Estoniya Futbol Assosiasiyasını Azərbaycan millisi ilə oyundakı davranışına görə cərimələdi

    UEFA Estoniya Futbol Assosiasiyasını azarkeşlərin Azərbaycan millisi ilə oyundakı davranışına görə cərimələyib.

    “Report”un məlumatına görə, buna oktyabrın 11-də Millətlər Liqasında keçirilmiş Estoniya – Azərbaycan matçında fanatların meydana yad əşyalar atması səbəb olub.

    Qurum buna görə Estoniya Futbol Assosiasiyası 4875 avro ziyana düşüb.

    Qeyd edək ki, oktyabrın 11-də Tallin şəhərində keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 3:1.