Month: December 2024

  • В Азербайджане отменен конкурс на муниципальную землю

    Отменен назначенный на 19 декабря Государственной службой по вопросам имущества при Министерстве экономики Азербайджана конкурс на муниципальную землю.

    Об этом сообщает Median.Az со ссылкой на структуру.

    По информации, соответствующее решение вынес 27 ноября Гёйгёльский районный суд.

    Согласно решению №16(066)-34/2024, конкурс по передаче в собственность земельного участка площадью 1 200 кв.м, принадлежащего муниципалитету Учтепе Гёйгельского района, отменен.

  • Azərbaycanda bələdiyyə torpağına dair müsabiqə ləğv edilib

    İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin dekabrın 19-na təyin etdiyi bələdiyyə torpağına dair müsabiqə ləğv edilib.

    Median.Az bu barədə quruma istinadən xəbər verir.

    Məlumata görə, bununla bağlı qərarı noyabrın 27-də Göygöl Rayon Məhkəməsi qəbul edib.

    16 (066)-34/2024 nömrəli qərardada əsasən Göygöl rayonu Üçtəpə bələdiyyəsinin mülkiyyətində olan 1 200 kvadratmetr torpaq sahəsinin mülkiyyətə verilməsi məqsədilə keçiriləcək müsabiqə dayandırılıb.

  • Ukraynalı mer əsirlikdə öldü

    Zaporojiya vilayət administrasiyasının rəhbəri İvan Fyodorov bildirib ki, Rusiyanın əsarətində olan və 2022-ci ilin mart ayında qaçırılan Dneprorudnoye şəhərinin meri Yevgeni Matveyev vəfat edib.

    Qaynarinfo xəbər verir ki, bu barədə Fyodorovun “Telegram” hesabında bildirlib.

    “Zaporojiya vilayətinin Dneprorudnoye şəhəri 2022-ci ilin fevral ayının sonunda ruslar tərəfindən işğal edildi. Daha sonra şəhərin meri Yevgeni Matveyev əsir götürüldü. 2 il 8 ay ərzində o, işğalçıların əsarətində qaldı və işgəncələrə məruz qalaraq həlak oldu”, məlumatda deyilir.

    Vilayət rəhbərinin sözlərinə görə, son mübadilə zamanı həlak olanın cəsədi Ukraynaya qaytarılıb.

    Dneprorudnoye şəhər merinin Rusiya işğalçıları tərəfindən qaçırılması 2022-ci ilin 13 martında məlum olub.

    2024-cü il noyabrın 29-da Donetsk, Luqansk və Zaporojiya istiqamətlərində, eləcə də Rusiya ərazisində həlak olmuş 502 müdafiəçinin cəsədi Ukraynaya qaytarılıb.

  • Эмомали Рахмон позвонил Ильхаму Алиеву

    4 декабря президент Республики Таджикистан Эмомали Рахмон позвонил азербайджанскому коллеге Ильхаму Алиеву.

    Об этом сообщает АЗЕРТАДЖ.

    В ходе телефонного разговора Эмомали Рахмон поздравил с успешной организацией COP29 и подчеркнул важность ее результатов с точки зрения продвижения глобальной климатической повестки.

    Поблагодарив за поздравления, Президент Ильхам Алиев с удовлетворением отметил участие Эмомали Рахмона в Саммите лидеров COP29 и в целом активный вклад таджикской делегации в дискуссии.

    Во время телефонного разговора состоялся обмен мнениями по актуальным вопросам двусторонней повестки дня, а также вопросам сотрудничества в рамках предстоящего председательства Таджикистана в СНГ.

  • Tacikistan prezidenti İlham Əliyevə zəng etdi

    Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon dekabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

    AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

    Telefon söhbəti zamanı Prezident Emoməli Rəhmon COP29-un uğurlu təşkilinə görə təbriklərini çatdırıb və onun nəticələrinin qlobal iqlim gündəliyinin irəli aparılması baxımından vacibliyini vurğulayıb.

    Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirib, Emoməli Rəhmonun COP29-un Liderlər Sammitində iştirakını və bütövlükdə Tacikistan nümayəndə heyətinin müzakirələrə fəal töhfə verdiyini məmnuniyyətlə qeyd edib.

    Telefon söhbəti zamanı ikitərəfli gündəliyə aid olan aktual məsələlər, həmçinin Tacikistanın MDB-də qarşıdan gələn sədrliyi çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

  • В Баку совершено мошенничество на сумму более 33 000 манатов, есть задержанные

    В Наримановском, Хазарском, Насиминском и Низаминском районах столицы сотрудники полиции задержали 5 человек, подозреваемых в мошенничестве – 37-летнего П.Рзаева, 45-летнего Ф.Гюльмирзазаде, 55-летнего А.Наджафова, ранее судимого 25-летнего Ф.Ахмедова, а также 51-летнего Р.Рагимова.

    Об этом сообщили в пресс-службе Министерства внутренних дел.

    Было установлено, что они обманным путем завладели деньгами 6 человек на общую сумму 33 980 манатов и мобильным телефоном стоимостью 2 000 манатов.

    По данным фактам ведется расследование.

  • Bakıda 33 min manatdan çox dələduzluq edilib, saxlanılanlar var

    Paytaxtın Nərimanov, Xəzər, Nəsimi və Nizami rayonlarında dələduzluqda şübhəli bilinən 5 nəfər – 37 yaşlı P.Rzayev, 45 yaşlı F.Gülmirzəzadə, 55 yaşlı Ə.Nəcəfov və əvvəllər məhkum olunmuş 25 yaşlı F.Əhmədov, eləcə də 51 yaşlı R.Rəhimov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, onların 6 nəfərin ümumilikdə 33 980 manat pulunu və 2 000 manat dəyərində mobil telefonunu dələduzluq yolu ilə ələ keçirmələri müəyyən edilib.

    Faktlarla bağlı araşdırmalar aparılır.

  • Bakıda fantastik qiymətə alça satılır

    Başa çatmaqda olan payız mövsümdə Bakıda fantastik qiymətə alça satışa çıxarılıb.

    Ekzotik meyvə mağazasından Qaynarinfo-ya verilən məlumata görə, Avstraliyadan gətirilən göyçənin 5 ədədi 50 manata, 10 ədədi 70 manata, 15 ədədi isə 90 manata 10 təklif edilir.

    Məlumata görə, hazırda mağazada cümə endirimi başlayıb. Yəni, bir paketi 19 manat- 5 ədəd, 2 paketi 35 manat- 10 ədəd, 3 paketi 45 manat-15 ədəd olmaqla endirimli qiymətlə təklif edilir.

  • Dəmir yollarında 11 ayda 16 toqquşma – 11 ölü

    Bu ilin yanvar-noyabr aylarında ADY-yə məxsus dəmir yollarında qatarın qarşısına qəfil insan çıxması nəticəsində 16 toqquşma hadisəsi baş verib.

    Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.

    Bildirilib ki, baş verən hadisələr nəticəsində nəticədə 6 nəfər xəsarət alıb, 11 nəfər həyatını itirib.

    Məlumatda qeyd edilib ki, dəmir yolunda qəza hadisələri əksərən piyada və avtomobil sürücülərinin diqqətsizliyinə görə baş verir. ADY bu kimi halların qarşısının alınması üçün dəmir yolu ətrafında yerləşən məktəblərdə və yaşayış sahələrində maarifləndirmə işləri aparır, eyni zamanda, infrastrukturda təhlükəsizlik tədbirlərini gücləndirir.

    “Müasir qatarlar daha sürətli və səssizdir. Dəmir yollarından keçərkən yalnız təyin olunmuş yerlərdən və yerüstü keçidlərdən istifadə edin. Dəmir yolu xətlərinə yaxınlaşarkən sağa və sola baxın, qatarın gəlmədiyinə əmin olduqdan sonra hərəkətə davam edin”, – qurumdan bildirilib.

  • Sumqayıtdakı partlayışda xəsarət alanların SON VƏZİYYƏTİ AÇIQLANDI

    Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində mənzildə dünən səhər saatlarında baş verən partlayış nəticəsində xəsarət alanların son vəziyyəti açıqlanıb.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, tibb müəssisələrinə hospitalizasiya olunan altı nəfərdən iki nəfəri ambulator müalicə üçün evə buraxılıb.

    “Bir nəfər stasionar müalicədən imtina edib, üç nəfər isə paytaxtda yerləşən özəl tibb müəssisələrinin birinə təxliyə olunub”.