Month: December 2024

  • Azərbaycanda ödənişli magistrallarla bağlı YENİ CƏRİMƏLƏR GƏLİR

    Ödənişli avtomagistrallardan istifadə qaydalarının pozulmasına görə yeni cərimələr tətbiq ediləcək.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni -352-1-ci maddəsində əksini tapıb.

    Layihəyə əsasən, ödəniş məntəqələrindən keçmədən kənar yollardan (yerlərdən) istifadə etməklə, habelə ödənişsiz gediş hüququna malik istifadəçilər üçün müəyyən edilmiş xidməti keçid zolağından belə hüququ olmayan istifadəçilər tərəfindən ödənişli avtomagistrallara daxil olmağa və ya oradan çıxmağa görə yüz əlli manat məbləğində cərimə edilir.

    Buraxılış məntəqələrinin normal işinə mane olmağa, o cümlədən buraxılış məntəqələrində nəqliyyat vasitələrinin keçidini bağlamağa, gediş üçün maneəni özbaşına götürməyə (şlaqbaumu açmağa) görə iki yüz manat məbləğində cərimə ediləcək.

  • 44 milyon manatdan çox vəsaiti ölkəyə qaytarmayan vəzifəli şəxslər İFŞA OLUNDULAR

    Xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olan pul vəsaitlərini Azərbaycan Respublikasına qaytarmamaları ilə bağlı Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlar əsasında prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

    İstintaq tədbirləri ilə Azərbaycan Respublikasında qeydə alınan hüquqi şəxslərlə xarici ölkələrdəki şirkətlər arasında kənd təsərrüfatı məhsullarının alqı-satqısına dair müxtəlif vaxtlarda müqavilələrin bağlanması və həmin fəaliyyət nəticəsində əldə olunan külli miqdarda gəlirlərin ölkəmizdə müvəkkil edilmiş bank hesablarına qaytarılmamasına, habelə vergilərin ödənilməsindən yayınmasına əsaslı şübhələr müəyyən edildiyindən bir sıra vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib.

    Belə ki, Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama) və 213.3-cü (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) maddələri ilə ibtidai istintaqı aparılan cinayət işi üzrə Vasif Həsənxan oğlu Kərimovun Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması zamanı xəsarət almış I qrup əlillik dərəcəsi olan şəxslər -Yalçın Oqtay oğlu Nemət və Şəmistan Kidır oğlu Askarovun adlarına qeydiyyata alınmış vergi ödəyicilərinin eyniləşdirmə nömrələrindən istifadə etməklə apardığı sahibkarlıq fəaliyyəti zamanı konsiqnasiya yolu ilə xarici ölkələrə ixrac edilmiş malların müqabilində əldə olunan ümumilikdə 19 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 33 milyon manatdan artıq) pul vəsaitini Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarmaması və 3 milyon manatdan artıq vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırması müəyyən edildiyindən Vasif Kərimov təqsirləndirilən şəxs qismində cəlb olunub və müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı ilə məhkəmənin qərarı əsasında barəsində həbs qətimkan tədbiri seçilib.

    Sabirabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1-ci maddəsi ilə istintaq edilən cinayət işi üzrə “Şam-Od” MMC tərəfindən konsiqnasiya yolu ilə xarici ölkəyə ixrac edilmiş malların müqabilində əldə olunan ümumilikdə 1.5 milyon ABŞ dollarından artıq məbləğdə (müvafiq dövrün məzənnəsi ilə 2.5 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Şamil Kamil oğlu Təhməzov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub, barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Bundan başqa, Bakı şəhəri Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1 və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə istintaq edilən cinayət işi üzrə “Ay&su” MMC tərəfindən Azərbaycan Respublikasından Rusiya Federasiyasına konsiqnasiya yolu ilə ixrac edilmiş kənd təsərrüfatı məhsullarından əldə olunan ümumilikdə 3 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 5.1 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Aysel Əbilfət qızı iş Aslanova üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

    Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1 və 308.1-ci maddələri ilə istintaq edilən cinayət işi üzrə “Exspressagro” MMC tərəfindən konsiqnasiya yolu ilə xarici ölkəyə ixrac edilmiş malların müqabilində əldə olunan ümumilikdə 2.3 milyon ABŞ dollarından artıq məbləğdə (müvafiq dövrün məzənnəsi ilə 3.9 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Toğrul Elşən oğlu iş Əliyev üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

    Ağsu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1-ci maddəsi ilə istintaq edilən cinayət işi üzrə “Fruit” MMC tərəfindən konsiqnasiya yolu ilə xarici ölkəyə ixrac edilmiş malların müqabilində əldə olunan ümumilikdə 114 min ABŞ dollarından artıq məbləğdə (müvafiq dövrün məzənnəsi ilə 193 min manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Asif Maarif oğlu iş Bədəlov üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

  • Bakıda məhkum həbsdə ölüb

    Bakıda məhkum həbsdə ölüb.

    Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb.

    Orada cəza çəkən məhkum Şadoğlan Əsədullayev dünyasını dəyişib.

    Onun xəstəlikdən öldüyü bildirilir.

  • Bakıda və rayonlarda leysan olacaq – XƏBƏRDARLIQ

    Bakıda və Abşeron yarımadasının bəzi yerlərində dekabrın 6-dan 7-si gündüzədək arabir yağış yağacağı, leysan xarakterli olacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Qeyd edilib ki, Azərbaycanın rayonlarında da dekabrın 6-dan 8-i gündüzədək bəzi şərq rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir.

    Ayrı-ayrı yerlərdə yağıntıların (Mərkəzi Aran, Lənkəran-Astara, Quba-Qusar) leysan xarakterli olacağı ehtimalı var.

  • Cinayət Məcəlləsində DƏYİŞİKLİK: Təhlükəli qida məhsulları satanları 10 ilədək həbs cəzası gözləyir

    Təhlükəli qida məhsullarını istehsal edənlər, satışını təşkil edənlər və ya satış məqsədilə saxlayanlar 10 ilədək müddətə azadlıqdan məhrum ediləcək.

    APA xəbər verir ki, bu, Cinayət Məcəlləsinə təklif edilən yeni – 200-3-cü maddədə əksini tapıb.

    Layihəyə əsasən, bilə-bilə insan həyatı və sağlamlığı üçün təhlükəli qida məhsullarının istehsalı, satışı və ya satış məqsədilə saxlanması, bu əməllər xeyli miqdarda törədildikdə iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə on min manatdan on beş min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

    Layihəyə əsasən, eyni əməllər:

    – təkrar törədildikdə;

    – qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;

    – külli miqdarda törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

    Yuxarıda nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

    Yuxarıda nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda – üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

    Yuxarıda nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda – üç ilədək müddətə müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

  • İstanbul-Bakı aviareysi ilə gələn azərbaycanlı saxlanıldı

    Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qızıl-zinət əşyalarının və diş implantı hissələrinin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

    Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

    Bildirilib ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşından gömrük orqanlarına bəyan edilməyən, çəkisi 682 qram olan qızıl-zinət əşyaları və zərgərlik məmulatları, ona məxsus çamadandan isə 228 ədəd diş implantı hissəsi aşkarlanıb.

  • Захарова: Москва изучает новые возможности взаимодействия в формате 3+3

    Россия изучает возможности укрепления сотрудничества со странами региона в рамках платформы регионального взаимодействия 3+3.

    Об этом на брифинге заявила официальный представитель МИД РФ Мария Захарова, отвечая на вопрос Report о возможности трансформации платформы 3+3 в региональную организацию.

    По ее словам, данный вопрос обсуждался на заседании глав МИД стран, состоявшемся 18 октября в Стамбуле.

    “С учетом итогов данного заседания, турецкая сторона, которая в настоящее время председательствует в этом формате, во взаимодействии с другими участниками ведет необходимую работу. На данном этапе координацию процесса осуществляет именно Турция”, – отметила Захарова.

    Отметим, что формат 3+3 включает Азербайджан, Армению, Россию, Турцию, Иран и Грузию. При этом в настоящее время в ней задействованы пять стран, так как Грузия не участвует в мероприятиях в рамках платформы. Цель платформы – укрепление регионального сотрудничества и содействие решению общих вызовов.

  • Zaxarova: “Moskva “3+3″ formatında qarşılıqlı əməkdaşlığın yeni imkanlarını öyrənir”

    “Rusiya “3+3″ platforması çərçivəsində region ölkələri ilə əməkdaşlığın möhkəmləndirilməsi imkanlarını araşdırır”.

    Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Maria Zaxarova dekabrın 4-də keçirdiyi brifinqdə “Report”un “3+3” platformasının regional təşkilata çevrilməsinin mümkünlüyünə dair sualını cavablandırarkən deyib.

    Onun sözlərinə görə, bu məsələ “3+3” ölkələri XİN başçılarının oktyabrın 18-də İstanbulda baş tutan iclasında müzakirə olunub.

    “Həmin iclasın nəticələrini nəzərə alaraq, hazırda bu formata sədrlik edən Türkiyə tərəfi digər iştirakçılarla məsləhətləşmə şəraitində lazımi işlər aparır. İndiki mərhələdə prosesin koordinasiyasını məhz Türkiyə həyata keçirir”, – Zaxarova qeyd edib.

  • В Баку мужчина обварил супругу кипятком: МВД взяло инцидент под контроль – ФОТО

    Женщина, воспитывающая троих детей, стала жертвой жестокого обращения со стороны мужа. Мужчина облил свою супругу кипятком из чайника, в результате чего женщина получила ожоги.

    Как сообщили в Министерстве внутренних дел (МВД) Азербайджана, данный инцидент, произошедший в Баку, взят под контроль.

    “Принимаются соответствующие меры”, – отметили в ведомстве.

    * * * * *

    35-летняя мать троих детей подверглась нападению со стороны собственного мужа. Супруг облил женщину кипятком из чайника, причинив ей серьезные ожоги. Сейчас она боится, что он может ее убить.

    Об этом сообщила в социальных сетях Мехрибан Зейналова, глава общественного объединения Təmiz Dünya (“Чистый мир”), помогающего женщинам.

    “Пострадавшая обратилась в полицию, начато расследование. Однако в ходе следствия подозреваемый был отпущен на свободу. После освобождения мужчина пришел к супруге и начал угрожать ей расправой, сказав, что отберет детей. Женщина прислала фотографии своих ран после пережитых истязаний. Очень просим срочно помочь ей”, – отмечает Мехрибан Зейналова.

    Согласно информации редакции сайта, пострадавшей около 35 лет. Сейчас она находится в доме своего отца в Баку. Ее супруг родом из Лянкяранского района.

    Отец женщины живет по соседству с братом ее мужа, поэтому женщина опасается, что супруг сможет легко проникнуть в их дом. Ведь когда она отводит одного ребенка в школу, двое других детей остаются дома одни. Это вызывает у матери самые серьезные опасения за свою жизнь и безопасность детей.
    //oxu.az

  • Bakıda DƏHŞƏT: Kişi üç uşaq anası olan arvadını yandırdı – Nazirlik məsələni NƏZARƏTƏ GÖTÜRDÜ (FOTO)

    Bakıda üç uşaq anasının əri tərəfindən yandırılması məsələsi nəzarətə götürülüb.

    Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

    “Müvafiq tədbirlərin görülməsi təmin edilir”, – deyə qurumdan verilən məlumatda bildirilib.

    * * * * *

    “Üç uşaq anası olan qadın əri tərəfindən çaydanla üzərinə isti su tökülərək yandırılıb və hazırda ərinin onu öldürməsindən qorxur”.

    Bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova öz sosial hesabında paylaşım edib.

    M.Zeynalova qeyd edib ki, qadın polisə müraciət edib və istintaq başlayıb.

    “Lakin istintaq dövründə həmin şəxs azadlığa buraxılıb. Ər buraxıldıqdan sonra yoldaşının yanına gedərək uşaqları əlindən alacağı və onun həyatına son qoyacağı ilə bağlı hədələr edib.

    Qadın işgəncədən sonra baş verən görüntüləri bizə göndərib. Çox xahiş edirik ki, ona təcili kömək olunsun”,- deyə paylaşımda yazılıb.
    //oxu.az