Month: December 2024

  • Yağışlı günlərdə baş verən piyadavurma hadisələrinin STATİSTİKASI

    “Payız-qış mövsümü üçün xarakterik olan hava şəraiti digər hərəkət iştirakçıları kimi piyadalar üçün də bir sıra çətinliklər yaradır”.

    Bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yaydığı məlumatda bildirilib.

    Bildirilib ki, xüsusilə havanın tez qaralması, yağıntılarla əlaqədar yolların sürüşkən olması piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayına bilavasitə təsir göstərir:

    “Təsadüfü deyildir ki, yağışla müşahidə olunan son üç gün ərzində 4 nəfərin həlak olması, 4 nəfərin xəsarət alması ilə nəticələnən 7 piyadavurma hadisəsi qeydə alınıb ki, həmin qəzaların mütləq əksəriyyəti havanın qaranlıq vaxtı baş verib.

    Bununla yanaşı, əksər hallarda piyadaların qeyri-sabit hava şəraitini düzgün qiymətləndirməməsi, daha çox sürücülərin məsuliyyətinə güvənərək yolu nəzərdə tutulmayan yerlərdən keçməsi, qəflətən yolun hərəkət hissəsinə çıxması, səki, eləcə də piyada keçidləri olduğu halda yolun hərəkət hissəsi ilə səyahətə üstünlük verməsi sonda xoşagəlməz hadisələrə gətirib çıxarır”.

    Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadalara müraciət edərək onları hazırda ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraitini də nəzərə alaraq, yol hərəkəti qaydalarına sözsüz əməl etməyə, öz həyat və sağlamlıqlarına qarşı diqqətli olmağa çağırır.

  • Azərbaycanda bu məhsullar bahalaşdı – QİYMƏTLƏR (VİDEO)

    Süd, qaymaq, qatıq, şor, nehrə yağı və digər ağartı məhsullarının qiymətində son vaxtlar artım var.

    Qiymət artımını satıcılar da təsdiq edirlər. Bakının “8-ci kilometr” bazarına hər bölgədən məhsul gətirilir. Bura ən ucuzluq olan yer kimi tanınsa da, süd məhsullarının bahalaşdığı bildirilir.

    Satıcılar deyirlər ki, bəzi məhsullarda 30-50 qəpik arası qiymət artımı var.

    Alıcılar isə artım olsa da, bazardan məhsul almaq mağaza və marketlərdən ucuz başa gəldiyi qənaətindədirlər.

    İqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, yerli süd məhsullarının bahalaşmasının əsas səbəbi heyvandarlıqda xərclərin artmasıdır. Digər bir məqam isə xaricdən gələn süd məhsullarının bahalaşmasıdır.

    Xalid Kərimli qeyd edib ki, Ümumdünya Ərzaq Təşkilatının verdiyi məlumata görə, son 12 ay ərzində ağartı məhsullarının qiyməti 21.4 faiz yüksəlib. Bahalaşma son aylarda daha da sürətlənib. Dünyada süd məhsullarının bahalaşması Azərbaycana da təsir göstərir. Çünki idxal məhsullarının qiyməti yerli bazarın qiymətinə də təsir edir. Həm yerli fermerlərin xərclərinin artması, həm də idxal qiymətlərinin bahalaşması süd məhsullarının qiymətini artırır.

  • Evinin çıxarışı olmayanlara şad xəbər

    Azərbaycanda fərdi yaşayış evlərinin çıxarışının olmaması bir çox sakinləri narahat edir. Bu məsələdə əsas problem torpağın təyinatından düzgün istifadə olunmamasıdır.

    Median.Az Baku.ws-ə istinadən bildirir ki, qanunvericiliyə görə, Azərbaycan Respublikasının torpaq fondu yeddi kateqoriyaya bölünür. Bunlardan yalnız birindi – yaşayış məntəqələri torpaqlarında fərdi evlərin tikilməsinə icazə var.

    Lakin müxtəlif səbəblərdən vətəndaşlar digər təyinatlı torpaqlarda – kənd təsərrüfatı, meşə, sənayə və digər təyinatlı torpaqlarda evlər tikiblər. Həmin ərazilərdə inşa olunan fərdi yaşayış evləri məhz bu səbəbdən sənədləşdirilə bilmir. Eyi zamanda Xəzər dənizinin mühafiə zolağı, yüksək təzyiqli qaz xətləri və dəmir yollarının ərazilərində də həyət evlərinin tikilməsi halları baş verib. Bu evlərin də sənədləşdirilməsi vətəndaşlar üçün problemə çevrilib.

    Digər tərəfdən qanunsuz əldə olunan torpaqlarda inşa edilən evləri də göstərmək olar. Heç bir hüquqi sənədi olmadan şifahi razılaşma ilə əldə olunan torpaqlarda inşa edilmiş bu evlərin də sənədləşdirilməsi açıq problem olaraq qalır.

    “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini Elşad Məmmədov mövzu ilə bağlı bildirib ki, hazırda sənədsiz evlərlə bağlı dövlət xidmətində müəyyən işlər gedir və normativ tənzimləmə işləri görülür:

    “Həyat və sağlamlıq üçün təhlükəli olmayan, vətəndaşların müvafiq icazələr almaqdan yayınaraq əksər inşa etdikləri evlərin müəyyən prosedurlardan keçərək sənədləşdirilməsi istiqamətində iş aparılır və bununla bağlı normativ sənəd hazırlanır. Ədliyyə Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və digər qurumlarla birgə işçi qrup yaradılıb. İşlər artıq tamamlanmaq üzrədir və qarşıdakı il vətəndaşlar daha dəqiq məlumatlar alacaqlar”.

  • Azərbaycanda vəzifəli şəxslərə ŞİDDƏTLİ TÖHMƏT VERİLDİ

    14-16 noyabr tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Gəncə, Qazax, Tovuz Kolleclərində, eləcə də Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə monitorinq keçirilib.

    Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

    Bildirilib ki, yoxlamalar zamanı təhsil müəssisələrində tədris prosesinin təşkili və idarəetmə ilə bağlı bir sıra nöqsanlar aşkarlanıb. Nəticədə kolleclərin rəhbər şəxslərinə şiddətli töhmət verilib və xəbərdarlıq edilib.

    Qeyd edilib ki, agentlik tərəfindən orta ixtisas təhsil müəssisələrində idarəetməni təkmilləşdirmək, şəffaflığı və təhsilin keyfiyyətini artırmaq məqsədilə keçirilən tədbirlər davam edəcək.

  • “Kartdan-karta” üsulu ilə işləyən 400-dən çox sahibkara maliyyə sanksiyası tətbiq edilib

    İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) Bakı şəhərində “kartdan-karta” prinsipi ilə işlədiyinə görə 408 vergi ödəyicisinə maliyyə sanksiyaları tətbiq edib.

    Bu barədə DVX-dən məlumat verilib.

    Bildirilib ki, aparılan müşahidələr zamanı Bakı şəhəri ərazisində yerləşən bəzi ticarət və iaşə obyektlərində POS-terminalların quraşdırılmaması və nağdsız ödənişlərin qəbulundan imtina halları müəyyənləşdirilib. Belə ki, indiyədək 408 sahibkarlıq subyekti tərəfindən istehlakçılara nağdsız ödənişlər üçün “kartdan-karta” köçürmələrin təklif edildiyi, bəzi hallarda isə POS-terminalların qeydiyyat ünvanı üzrə istifadə olunmadığı aşkarlanıb. Həmin sahibkarlıq subyektləri ilə bağlı protokollar tərtib olunub və maliyyə sanksiyalarının tətbiqi barədə qərarlar qəbul edilib.

    DVX-dən bildirilib ki, nağdsız vəsaitin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna uyğun olaraq POS-terminalların quraşdırılması, “Elektron ticarət haqqında” Qanuna əsasən isə istehlakçıların elektron ödəniş etmək imkanının yaradılması vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir.

  • Naxçıvanda şura sədri intihar edib

    Naxçıvanda intihar hadisəsi baş verib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şuranın sədri, axund Sahib Məmmədov intihar edib. O, yaşadığı evdə özünü asıb.

    Faktla bağlı Naxçıvan Şəhər Prokurorluğunda araşdırma aparılır.

  • Azərbaycanda xəstəxanada həkim döyüldü

    Şirvan Şəhər Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Dəmir Səfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Pravda.az xəbər verir ki, hakim Ceyhun Mustafayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə ona 1000 manat məbləğində cərimə növündə cəza təyin edilib.

    İttihama görə, hadisə 22 aprel 2024-cü il tarixdə, saat 13:30-da Şirvan Şəhər Mərkəzi Xəstəxanasının həyətində qeydə alınıb.

    Belə ki, Dəmir Səfərov həmin xəstəxanada Yoluxucu xəstəliklər şöbəsində həkim işləyən zərərçəkmiş Mahir Fərəcovun (şərti) ünvanına ucadan nalayiq ifadələr işlədib. Sonra o, baş, yumruq və təpiklə Mahir Fərəcovun bədəninin müxtəlif nahiyələrindən bir neçə dəfə vurub. Nəticədə Dəmir ona qapalı kəllə beyin travması, sol gicgahda hematoma kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə xuliqanlıq edib.

    Hadisədən sonra Dəmir Səfərov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

  • Bakıda alabay itləri sahibini parçalayaraq öldürdü

    Bakıda it öz sahibini parçalayaraq öldürüb.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu NZS qəsəbəsində qeydə alınıb.

    Orada yaşayan, 70 yaşlı Ə.Y. saxladığı alabay cinsli itlər sahibinə hücum edib.

    Səs-küyə qonşular gəlsələr də, itlərin qarşısında aciz qalıblar.

    Nəticədə itlər sahibini parçalayaraq öldürüb.

    Hadisə yerinə polis əməkdaşları çağırılıblar.

    Polisin müdaxiləsindən sonra itlər zərərsizləşdirilib.

    Qonşuların bildirdiyinə görə, Ə.Y. biri erkək, biri dişi olmaqla 2 nəhəng it saxlayıb.

  • В поселке Масазыр мать четверых детей убила своего мужа

    Стали известны имена убитого и подозреваемой в убийстве, совершенном вечером 3 декабря в жилом комплексе Yeni Masazır в поселке Масазыр Абшеронского района.

    В результате происшествия Айхан Гаджизаде (1993 г.р.) получил колото-резаные раны в области живота и спины. Его не успели доставить в больницу, он скончался по дороге.

    Его супруга Назира Алиева (1993 г.р.) задержана в качестве подозреваемой.

    Отмечается, что у них четверо малолетних детей.

    По данному факту возбуждено уголовное дело, ведется расследование.
    //oxu.az

  • Masazır qəsəbəsində QANLI CİNAYƏT: Dörd uşaq anası öz həyat yoldaşını bıçaqlayıb?

    Abşeron rayonu, Masazır qəsəbəsi “Yeni Masazır” yaşayış kompleksində qətlə yetirilən və qətli törətməkdə şübhəli bilinən şəxslərin adları məlum olub.

    Hadisə nəticəsində 1993-cü il təvəllüdlü Ayxan Əhliman oğlu Hacızadə bıçaqlanıb. Qarın və kürək nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlər alan Ayxanı xəstəxanaya çatdırmaq mümkün olmayıb. O, yolda həyatını itirib.

    Ayxanın həyat yoldaşı 1993-cü il təvəllüdlü Nazirə Nazir qızı Əliyeva isə şübhəli şəxs qismində tutulub.

    Qeyd olunur ki, onların dörd azyaşlı övladı var.

    Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
    //oxu.az