Month: December 2024

  • Apple следит за своими сотрудниками с помощью iPhone?

    Сотрудник Apple подал иск против компании, обвинив ее в слежке с помощью шпионского ПО, которое требуют устанавливать на свои устройства.

    Об этом сообщает Reuters.

    По словам Амара Бхакта из отдела рекламных технологий Apple, компания требует от сотрудников установки на личные устройства ПО, которое дает ей доступ к электронной почте, фотоархивам, информации о состоянии здоровья и другим личным данным работников.

    “Если вы используете свою личную учетную запись на iPhone, iPad или компьютере, управляемом Apple или принадлежащем Apple, любые данные, хранящиеся на устройстве (включая электронные письма, фотографии, видео, заметки и многое другое), подлежат проверке со стороны Apple”, – говорится в иске.

    Кроме того, истец утверждает, что Apple запрещает сотрудникам обсуждать условия труда, взаимодействовать со СМИ и раскрывать информацию о нарушениях внутри Apple. Бхакт, работающий в компании с 2020 года, заявил, что ему запретили рассказывать о своей работе в подкастах и вынудили удалить информацию об условиях труда из своего профиля в LinkedIn.

    В Apple отреагировали на обвинения, заявив, что претензии необоснованны, а сотрудники ежегодно проходят обучение по вопросам обсуждения условий труда.

  • “Apple” şirkəti “iPhone” vasitəsilə öz işçilərini izləyir – İDDİA

    “Apple” şirkətinin əməkdaşı şirkətə qarşı iddia qaldırıb və onu öz cihazlarına yükləməyi tələb etdiyi casus proqram təminatı vasitəsilə izləməkdə ittiham edib.

    Median.Az bu barədə “Reuters”ə istinadən xəbər verir.

    Məlumata görə, “Apple” şirkətinin reklam texnologiyaları şöbəsinin əməkdaşı Amar Bhakt bildirib ki, şirkət işçilərdən şəxsi cihazlarına proqram təminatı yükləməyi tələb edir ki, bu da şirkətə işçilərin elektron poçtuna, foto arxivinə, sağlamlıq məlumatlarına və digər şəxsi məlumatlarına giriş imkanı verir.

    “Əgər siz şəxsi hesabınızı “Apple” tərəfindən idarə olunan və ya şirkətə məxsus “iPhone”, “iPad” və ya kompüterdə istifadə edirsinizsə, cihazda saxlanılan bütün məlumatlar (e-poçtlar, fotolar, videolar, qeydlər və s. daxil olmaqla) “Apple” tərəfindən yoxlanılır”, – iddiada qeyd olunub.

    Bundan əlavə, iddiaçı bildirib ki, “Apple” işçilərə əmək şərtlərini müzakirə etməyi, media ilə əlaqə saxlamağı və “Apple” daxilindəki pozuntular barədə məlumat verməyi qadağan edir. 2020-ci ildən şirkətdə çalışan Bhakt bildirib ki, ona podkastlarda öz işi barədə danışmağı qadağan ediblər və “LinkedIn” profilindən əmək şərtləri barədə məlumatı silməyə məcbur ediblər.

    “Apple” ittihama cavab olaraq bildirib ki, iddialar əsassızdır və işçilər əmək şərtlərinin müzakirəsi məsələləri üzrə hər il təlim keçirlər.
    //oxu.az

  • “Bavariya”nın 38 yaşlı qapıçısı Noyer karyerasında ilk dəfə birbaşa qırmızı vərəqə aldı

    “Bavariya”nın 38 yaşlı qapıçısı Manuel Noyer Almaniya kubokunun 1/8 finalında “Bayer Leverkuzen”lə matçın 17-ci dəqiqəsində karyerasında ilk dəfə birbaşa qırmızı vərəqə alıb.

    Bu barədə “Championat” məlumat verib.

    Birinci hissədə Noyer cərimə meydançasından kənara çıxıb və “Bayer”in müdafiəçisi Jeremi Frimponq ilə çiyin-çiyinə toqquşub. Bundan sonra o, digər oyunçunu aşkar qol imkanından məhrum etdiyi üçün meydandan qovulub.

    Xatırladaq ki, 38 yaşlı qolkiper 2011-ci ildən “Bavariya”da çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 539 qarşılaşmada iştirak edib.

  • Минуло 9 лет со дня трагедии на нефтедобывающей платформе “Гюнешли”

    Исполняется 9 лет со дня трагедии на морской платформе нефтегазового месторождения “Гюнешли” в азербайджанском секторе Каспия.

    4 декабря 2015 года в результате сильного пожара в ее южной части погибли 11 нефтяников, 19 пропали без вести.

    В мае 2020-го в море были обнаружены тела трех человек из числа пропавших.

    Отметим, что в момент пожара на платформе находились 63 нефтяника, 33 из которых были спасены.

    В связи с трагедией распоряжением Президента Ильхама Алиева 6 декабря 2015 года в Азербайджане был объявлен траур.

    В официальном сообщении SOCAR было сказано, что пожар на платформе №10 произошел из-за повреждения подводного газопровода высокого давления в результате шторма.

  • “Günəşli” neft yatağında baş verən faciədən doqquz il keçdi

    Bu gün “Günəşli” yatağında baş verən faciədən doqquz il ötür.

    Median.Az xatırladır ki, 2015-ci il dekabr ayının 4-də “Günəşli” neft yatağı platformasının cənub bölməsində baş vermiş dəhşətli yanğın nəticəsində 11 neftçi həlak olub, 19 nəfər isə itkin düşüb. 2020-ci ilin may ayında daha üç neftçinin cəsədi dənizdən tapılıb.

    Qeyd edək ki, qəza baş verən zamanı platformada olan 63 işçidən 33 nəfəri xilas edilib.

    Hadisə ilə əlaqədar Prezident İlham Əliyevin qərarı ilə Azərbaycanda 2015-ci ilin 6 dekabr tarixində matəm günü elan olunub.

    SOCAR-ın rəsmi açıqlamasında bildirilmişdi ki, su altındakı 10 saylı platformanın qaz kəməri qasırğa ucbatından zədələnib və nəticədə yanğın baş verib.

  • Макрон заявил, что не уйдет в отставку в случае вынесения вотума недоверия правительству

    Президент Франции Эммануэль Макрон планирует оставаться на своем посту до конца срока и не уйдет в отставку, даже если парламент проголосует против доверия нынешнему правительству страны.

    Как передает Median.Az со ссылкой телеканал LCI, об этом он заявил французским журналистам во время визита в Саудовскую Аравию.

    Отмечается, что Макрон назвал подобные предположения “политической фантастикой”. В то же время он подчеркнул, что “не верит” в то, что депутаты Национального собрания (нижней палаты парламента) проголосуют против доверия нынешнему Кабинету министров. По словам главы государства, самым удивительным для него станет, если призывы к вотуму недоверия от левой и правой оппозиции поддержит Социалистическая партия.

    Макрон также попытался сыграть на противоречиях между правой и левой оппозицией, выразив удивление по поводу того, что партия “Национальное объединение” Марин Ле Пен и Жордана Барделлы может поддержать инициативу левой партии “Неподчинившаяся Франция”.

    Ранее Кабмин Мишеля Барнье воспользовался статьей 49.3 конституции и принял социальную часть госбюджета Франции без голосования в парламенте. В ответ на это решение правительства “Новый народный фронт” и “Национальное объединение” внесли свои проекты резолюций о вотуме недоверия правительству.

    “Национальное объединение” вместе с союзниками имеет 124 мандата в Национальном собрании, “Новый народный фронт” контролирует 215 кресел. Сторонниками правительства являются 211 парламентариев. Для объявления вотума недоверия необходимы голоса 289 из 577 депутатов. Ожидается, что дебаты по данным резолюциям начнутся 4 декабря.

  • Makron istefa verməkdən imtina etdi

    Fransa Prezidenti Emmanuel Makron dövlət başçısı vəzifəsindən istefa verməkdən imtina edib.

    Median.Az “LCI” telekanalına istinadən xəbər verir ki, bu barədə o, Səudiyyə Ərəbistanına səfəri zamanı bildirib.

    Makron istefası ilə bağlı şayiələrin siyasi uydurma olduğunu vurğulayıb. O qeyd edib ki, parlament Fransanın hazırkı hökumətinə etimadsızlıq votumu versə belə, prezidentlik postunu tərk etməyəcək.

  • Bakıda 86 yaşlı kişini maşın vuraraq öldürdü

    Bakıda 86 yaşlı kişini maşın vurub.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə dünən Nəsimi rayonunda baş verib.

    Belə ki, Hikmət Əsədov idarə etdiyi “Chevrolet Cobalt” markalı avtomobillə 1938-ci il təvəllüdlü İbrahim Mustafayevi vurub.

    Piyada hadisə yerində ölüb.

    Faktla bağlı cinayət işi açılıb.

  • Yarım milyon manatı mənimsəyən direktor məhkəmənin qərarından narazıdır

    Bakıda külli miqdarda mənimsəmədə təqsirləndirilən sahibkar Tural Heydərlinin barəsindəki qərardan kassasiya şikayəti verilib.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi İlqar Qılıcovun sədrliyi ilə araşdırılacaq.

    Məhkəmənin ilkin baxış iclası hələlik açıqlanmayıb.

    Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tural Heydərli 10 il 6 ay azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

    İttihama görə, “Firstek” mağazasının direktoru Tural Sahib oğlu Heydərli barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan olunub. O, 551 min 135 manat mənimsəmədə təqsirli bilinir.

  • İlham Əliyev Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin millət vəkili və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunu qəbul edib.

    AZƏRTAC xəbər verir ki, Mövlud Çavuşoğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb.

    Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş edib.

    Dövlətimizin başçısı Mövlud Çavuşoğluna Qərbi Azərbaycan İcmasının Bakıda keçirəcəyi Beynəlxalq Konfransda iştirakına görə minnətdarlığını bildirərək, bu tədbirin əhəmiyyətinə toxunub.

    Mövlud Çavuşoğlu da öz növbəsində bu konfransın önəmini vurğulayıb və tədbirə dəvətə görə minnətdarlığını bildirib.

    O, Azərbaycanda bu il keçirilmiş Parlament seçkilərində Yeni Azərbaycan Partiyasının qələbəsi münasibətilə təbriklərini çatdırıb. Eyni zamanda Azərbaycanın ev sahibliyi etdiyi COP29-un çox yüksək səviyyədə təşkil olunması ilə bağlı Prezident İlham Əliyevi təbrik edən Mövlud Çavuşoğlu bu tədbiri tarixi zirvə toplantısı kimi qiymətləndirərək, burada qəbul edilmiş qərarların böyük önəm daşıdığını vurğulayıb.

    Dövlətimizin başçısı da COP29-un yüksək səviyyədə təşkil olunduğunu və əhəmiyyətini qeyd edərək, Türkiyə Prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətinin həmin tədbirdə iştirakını bir daha yüksək qiymətləndirib və bunun COP29-un önəminin daha da artırılması işinə töhfə verdiyini bildirib. Prezident İlham Əliyev xeyli sayda dövlət və hökumət başçısının, qonaqların tədbirdə iştirakına toxunub və konfransın qərarların qəbul edilməsi baxımından çox uğurlu olduğunu deyib, COP29-un Azərbaycanın potensialını və liderlik qabiliyyətini bir daha bütün dünyaya nümayiş etdirdiyini vurğulayıb. Dövlətimizin başçısı bunun Türk dünyasının da növbəti bir uğuru olduğunu deyib.

    Görüşdə ölkələrimiz arasında dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə, o cümlədən parlamentlərarası sahədə uğurla inkişaf etdiyi bildirilərək, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub.