Month: December 2024

  • Bakıda qadınlar arasında dava: Yaralı xəstəxanaya qaldırıldı

    Bakının Nərimanov rayonunda dava zamanı qadın xəsarət alıb.

    Hadisə iaşə obyektində qeydə alınıb.

    1963-cü il təvəllüdlü M.Əliyeva kafedə tanışı ilə əlbəyaxa dava edib.

    Qadınlar arasında düşən dava zamanı M.Əliyeva xəsarət alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

    Fakt üzrə Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
     
    ///APA

  • Rüfət Səfərova qarşı xuliqanlıq və dələduzluq maddəllərilə ittiham irəli sürülüb

    Hüquq müdafiəçisi Rüfət Səfərova qarşı cinayət məcəlləsinin 221.1 (xuliqanlıq) və 178.3.2 (dələduzluq) maddəllərilə ittiham irəli sürülüb.

    Bu barədə onun vəkili Bəhruz Bayramov apa-ya açıqlamasında bildirib.

    Hazırda Binəqədi Rayon Polis İdarəsində istintaq işləri aparılır.

  • Rüfət Səfərova qarşı xuliqanlıq və dələduzluq maddəllərilə ittiham irəli sürülüb

    Hüquq müdafiəçisi Rüfət Səfərova qarşı cinayət məcəlləsinin 221.1 (xuliqanlıq) və 178.3.2 (dələduzluq) maddəllərilə ittiham irəli sürülüb.

    Bu barədə onun vəkili Bəhruz Bayramov apa-ya açıqlamasında bildirib.

    Hazırda Binəqədi Rayon Polis İdarəsində istintaq işləri aparılır.

  • İran Suriyaya qoşun göndərə bilər – Əraqçi

    İran Suriyaya qoşun göndərə bilər.

    Median.Az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “Əl-Arabi əl-Cədid” nəşrinə müsahibəsində deyib.

    O söyləyib ki, Suriya hökuməti İrandan qoşun yeritməyi xahiş edərsə, Tehran bu tələbi nəzərə alacaq.
    Bundan başqa, nazir qeyd edib ki, o, Suriyadakı hadisələri müzakirə etmək üçün Rusiyaya səfər etməyi planlaşdırır.

    A.Əraqçi onu da qeyd edib ki, hazırda İran ABŞ ilə danışıqlara başlamaq niyyətində deyil: “Belə bir dialoq üçün heç bir əsas yoxdur”.

  • “BakıKart” problemi nə vaxt həllini tapacaq? – RƏSMİ AÇIQLAMA

    Avqust ayından etibarən “BakıKart” tətbiqində texniki nasazlıq yaranıb. Problemin yaranmasından 3 aya yaxın vaxt keçsə də, hələ də tətbiq istifadəyə verilməyib.

    Ölkə.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, “BakıKart” tətbiqində təkmilləşdirmə işləri davam etdirilir: “Tətbiq yaxın günlərdə istifadəyə veriləcək”.

    Qeyd edilib ki, vətəndaşların “BakıKart” mobil tətbiqində hesabları və oradakı vəsaitləri silinməyib:

    “Mobil tətbiqin işi bərpa olunduqdan sonra sərnişinlər hesablarındakı vəsaitdən istifadə edə biləcəklər. Sərnişinlər ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq “BakıKart” kartlarından və mövcud digər alternativlərdən (məsələn, “BirBank” və “M10″ tətbiqlərində QR-kod yaratmaqla) istifadə edə bilərlər”.

  • Salyanda idarə müdiri işdən ÇIXARILDI

    Salyan Şəhər Kommunal Təsərrüfatı İdarəsinin müdiri Elməddin Kazımov vəzifəsindən çıxarılıb.

    Median.Az “Unikal”a istinadən xəbər verir ki, o, öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub.

    Həmin vəzifəyə əvvəllər Salyan Rayon Gənclər və İdman İdarəsinin rəisi işləmiş Araz Hüseynov təyin olunub.

  • Kobaxidze onları HƏDƏLƏDİ

    “Gürcüstan parlamentinin binası yaxınlığında müxalifətin etiraz aksiyalarının təşkilatçıları cəzalandırılacaq”.

    Median.Az musavat.com-a istinadən bildirir ki, bunu baş nazir İrakli Kobaxidze deyib.

    “Tiflisdə keçirilən etiraz aksiyalarının arxasında Gürcüstanın müxalifət partiyalarının, eləcə də qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri dayanır. Bu zorakılığı təşkil edən, lakin öz kabinetlərində gizlənən siyasətçilər məsuliyyətdən yaxa qurtara bilməyəcəklər”, – Kobaxidze bildirib.

    Baş nazir iddia edir ki, etirazçıları gözyaşardıcı qazdan qorumaq üçün gözlüklə təmin edən və onlara pirotexniki vasitələr alan QHT olub.

    Qeyd edək ki, Gürcüstan Daxili İşlər Nazirliyi ötən gecə keçirilən mitinqlərdə 34 müxalifətçinin saxlandığını bildirib. Bundan başqa, 36 nəfər cərimələnib. Səhər saatlarında məlum olub ki, Gürcüstan xüsusi təyinatlıları Tbilisi Dövlət Universitetinin yaxınlığında müxalifətin etiraz aksiyasını dağıdıblar.

  • Xalq artisti məhkəmədən sonra nələr dedi? – “Onun aldığı maaşın 3 qatını verməsəm kişi deyiləm” – VİDEO

    Xəbərə video əlavə olunub.

    ***

    Xalq artisti Ağadadaş Ağayevin ittiham olunduğu cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

    Median.Az APA-ya istinadən bildirir ki, bu gün Binəqədi rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Xalq artisti sərbəst ifadə verib. Bildirib ki, həmin gün qəza keçirib və sözügedən hospitalda əməliyyat olunub: “Əməliyyatda qulağıma tikiş qoyuldu. Sonra məni evə buraxdılar. Səhər saat 7-də ağrılarım başladı. Eyvana çıxdım, qiyabi şəkildə tanıdığım hospitalın mühafizəçisinə vəziyyətimin ağır olduğunu dedim və içəridən həkim çağırmağı xahiş etdim. O isə mənə “sən kimsən ki, mənə əmr edirsən” deyərək təhqir etdi. Qapıma kimi gəldi. Onu oradan uzaqlaşdırdılar. Yenidən qapıma gəldi və “kişisənsə, aşağı düş” deyərək təhqiramiz ifadələr işlətdi. Mən aşağı düşdüm, özümü müdafiə məqsədi ilə həyat-bacada işlədilən həmin aləti götürdüm. Əgər onu vurmaq istəsəydim, qapımda vurardım. Bunun hüquqi cəhətdən fərqini bilirəm. Onu qorxutmaq və uzaqlaşdırmaq istədim. Mühafizəçi hətta o alətlə mənim üstümə gəlməyə cəhd etmək istəyib. Lakin yerdən götürüb uzaqlaşdırdılar. Sonra o mənə dəyənəklə hücum etdi. Qaşımdan və tikiş qoyulmuş qulağımın üstünə vurdu. Mən yıxıldım. Yıxılandan sonra da məni vurmağa davam etdi”.
    Daha sonra A.Ağayev dövlət ittihamçısının suallarını cavablandırıb. Bildirib ki, balta zərərçəkənə dəyəndə görməyib, bu epizodu yanlız videoda izləyib.
    Daha sonra A. Ağayev zərərçəkənlərin suallarını cavablandırıb və onların dediklərini məntiqsiz adlandırıb.
    Zərərçəkənlərin nümayəndələri isə bununla bağlı məhkəməyə etiraz edib. Hakim Xalq artistinə xəbərdarlıq edib.
    Zərərçəkən şəxsin hüquqi nümayəndəsi Ağadadaş Ağayevin indiki ifadəsi ilə istintaqa verdiyi ifadə arasında ziddiyyət olduğunu və ilkin ifadənin elan olunması ilə bağlı vəsatət verib.
    Dövlət ittihamçısı vəsatəti əsaslı sayıb və təmin olunmasını istəyib. Vəsatət təmin olunub və ifadə elan edilib.

    Məhkəmə dekabrın 17-də davam etdiriləcək.
    Qeyd edək ki, iş üzrə zərərçəkən kimi “Medera” hospitalın xadiməsi Nəzakət Paşayeva və mühafizəçi Nurəddin Cəlilov tanınıb.
    A.Ağayev Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) üzrə təqsirli bilinir.
    Hadisə bu il iyulun 23-də Binəqədi rayonu ərazisində baş verib. Xalq artisti Ağadadaş Ağayevlə “Medera Hospital”ın mühafizəçisi Nurəddin Cəlilov arasında insident baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb, balta klinikada çalışan N. Paşayevaya dəyərək xəsarət yetirib. Mühafizəçi isə Xalq artistini döyüb.
    Faktla bağlı cinayət işi başlanıb. A.Ağayev və Nurəddin Cəlilov cinayət məsuliyyətinə cəlb edilib. Sonradan N.Cəlilovun işi ayrıca icraata verilib.
    Xalq artisti Ağadadaş Ağayev isə “Medera Hospital”a qarşı mülki iddia qaldırıb.
    İşə Binəqədi Rayon Məhkəməsində baxılır. A.Ağayev “Medera Hospital”dan mənəvi zərərin ödənilməsini tələb edir. Öz növbəsində, “Medera Hospital”ın rəhbəri Qaraxan Əliyev də Ağadadaş Ağayevə qarşı iddia qaldırıb.

  • Mask: ABŞ faktiki iflasa yaxınlaşır

    Amerikalı iş adamı İlon Mask ABŞ-nin faktiki iflasa yaxınlaşdığını açıqlayıb.

    Apa xəbər verir ki, Mask bu barədə “X” hesabında yazıb.
    “Amerika faktiki iflasa yaxınlaşır”, – iş adamı qeyd edib.
    Bununla da, o, ABŞ dövlət borcunun artımı ilə bağlı proqnozu şərh edib.

  • Zelenski Ukraynada yeni raketlərin sınaqdan keçirildiyini açıqlayıb

    Ukrayna prezidenti Volodimir Zelenski Ukraynanın yeni raketlərinin sınaqdan keçirildiyini və istehsalın sürətləndirildiyini açıqlayıb.

    Apa xəbər verir ki, dövlət başçısı bu barədə “Telegram” kanalında məlumat verib.

    “Yeni növ raketlrin sınaqdan keçirilməsinə dair hesabat təqdim edilib. Biz ukraynalı raket istehsalçılarımıza təşəkkür edə bilərik. İstehsalı sürətləndiririk”, – Zelenski qeyd edib.