Month: December 2024

  • Cənubi Koreyada hərbçilər parlamentin binasını tərk ediblər

    Cənubi Koreyada hərbi vəziyyəti təmin edən qoşunlar ölkə parlamentinin binasını tərk ediblər.

    Apa xəbər verir ki, bu barədə “Yonhap” agentliyi parlamentin spikeri Vu Von Sika istinadən məlumat yayıb.

    “Parlamentin baş ofisinə daxil olan bütün hərbçilər çıxıblar”, – spiker qeyd edib.

  • Tbilisidə etirazlar zamanı ümumilikdə 143 polis əməkdaşı xəsarət alıb

    Noyabrın 28-dən Tbilisidə keçirilən kütləvi etirazlar zamanı 143 hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.

    Apa xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bundan əlavə, bu müddət ərzində 293 nəfər saxlanılıb.

    Qurum bildirib ki, aksiyalarda qanunsuz hərəkətlərə yol verən qruplar müəyyən edilib.Daxili İşlər Nazirliyi etirazçıları bir daha zorakılıqdan çəkinməyə çağırıb.

  • Kreml Putin-Ərdoğan telefon danışığına dair məlumat yayıb

    Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

    Apa-nın Moskva müxbiri Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı tərəflər Suriyada kəskin şəkildə pisləşən vəziyyəti ətraflı müzakirə ediblər.
    Liderlər həm ikitərəfli formatda, həm də Astana prosesi çərçivəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsinin tərəfdarı olduqlarını bildiriblər.

    Putin həmçinin radikal qrupların Suriya dövlətinə qarşı təcavüzünün dayandırılmasının vacibliyini qeyd edib.
    Məlumatda görə, Putin və Ərdoğanın Suriyada vəziyyətin normallaşdırılmasında Rusiya, Türkiyə və İran arasında sıx koordinasiyanın əsas əhəmiyyətini qeyd etdikləri vurğulanıb.

    Bundan əlavə, dövlət başçıları iki ölkə arasında ticarət, iqtisadi və enerji sahəsində əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparıblar.

  • Xırdalanda yaşayış binasında yanğın baş verib, 23 nəfər təxliyə olunub – VİDEO

    Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

    Apa xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

    Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

    Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yeddimərtəbəli yaşayış binasının elektrik şaxtasında baş vermiş yanğın yayılmasına, o cümlədən mənzillərə keçməsnə imkan verilmədən qısa müddətdə söndürülüb.

    Təhlükəsizlik tədbirləri çərçivəsində 23 nəfər bina sakini təxliyə olunub.

    Yanğın nəticəsində 2 ədəd elektrik lövhəsi və şaxtadan keçən elektrik naqilləri 6p.m. yanıb.

    Mənzillər və şaxtadan keçən elektrik naqillərinin böyük hissəsi yanğından mühafizə olunub.

    Xəsarət alan yoxdur.

  • Almaniya Ukraynaya humanitar yardım çərçivəsində 30 milyon avro ayıracaq

    Almaniya Ukraynaya humanitar yardım çərçivəsində 30 milyon avro ayıracaq.

    Apa xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok Brüsseldə NATO xarici işlər nazirlərinin toplantısına gələrkən jurnalistlərə bildirib.

    “Biz NATO çərçivəsində Ukrayna üçün 63,5 milyon avro, ikitərəfli əsasda humanitar yardım üçün isə daha 30 milyon avro ayırırıq”, – nazir qeyd edib.

  • Rüfət Səfərov saxlanıldı

    Hüquq müdafiəçisi Rüfət Səfərov saxlanılıb.

    DİN-in Mətbuat Xidmətindən məlumat “Qafqazinfo”ya təsdiq edilib.

    Məlumata görə, torpaq alqı-satqısı ilə əlaqədar Rüfət Səfərovla bir nəfər arasında münaqişə olub. 

    Bununla bağlı araşdırma aparılır.

  • İkiqat Olimpiya çempionu məşq zamanı qəzaya uğradı

    İkiqat Olimpiya çempionu, velosipedçi Remko Evenepul qəzaya uğrayıb.
     
    O, ölkəsi Belçikada məşq zamanı mikroavtobula toqquşub.
     
    24 yaşlı idmançı çiynindən və qolundan ciddi xəsarət alıb.
     
    Qeyd edək ki, R.Evenepul Fransada keçirilən Paris 2024 Yay Olimpiya Oyunlarında fərdi və qrup yarışlarında qızıl medal qazanıb.

  • Suriya ordusu Həmaya əlavə qüvvələr göndərir

    Suriya ordusu terror qruplaşmalarının mövqelərinə qarşı əks-hücuma hazırlıq çərçivəsində Həma vilayətinin şimalına əlavə qüvvələr göndərir.

    Bu barədə Suriyanın SANA dövlət agentliyi məlumat yayıb.

    “Suriya qoşunları müdafiə xəttini möhkəmləndirirlər. Həmin ərazilərdə terror qruplaşmalarının mövqelərinə qarşı əks-hücuma hazırlıq çərçivəsində Həma vilayətinin şimalındakı ön cəbhə xəttinə əlavə qüvvələr göndərirlər”, – agentlik yazıb.

    Məlumata görə, Həma vilayətinin şimal-qərbində Suriya hərbçiləri ilə terrorçular arasında şiddətli döyüşlər gedir.
     
    ///report

  • “Beşiktaş”ın yeni prezidenti dekabrın 29-da məlum olacaq

    Super Liqa təmsilçilərindən “Beşiktaş” növbədənkənar seçki konqresinə getməyə qərar verib.

    “Qara-ağlar” dekabrın 29-da yeni prezidentini seçəcək.

    Alınan qərara görə, Serdar Topraktepe qurultaya qədər komandanın başında qalacaq.

    Qeyd edək ki, Hasan Aratın istefasından sonra onu Hüseyn Yücel əvəz edib.

  • Latviya, Litva və Estoniyanın Gürcüstandakı səfirləri XİN-ə çağırılıblar

    Latviya, Litva və Estoniyanın Gürcüstandakı səfirləri bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıblar.

    Median.Az bu barədə Sputnik Gürcüstana istinadən xəbər verir.

    Məlumata görə, Litva, Latviya və Estoniya səfirləri hakim “Gürcü Arzusu” partiyasının qurucusu və fəxri sədri Bidzina İvanişvili və Daxili İşlər Nazirliyinin bütün rəhbərliyinə qarşı sanksiyalar tətbiq etmək qərarına görə Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıblar.

    Litva, Latviya və Estoniya İvanişvilinin, həmçinin daxili işlər naziri Vaxtanq Qomelauri, onun müavinləri Şalva Bedoidze, İoseb Çelidze, Aleksandr Daraxvelidze və Georgi Butxuzi, xüsusi tapşırıqlar departamentinin rəhbəri Zviad Xarazişvili və onun müavinləri Miller Laqazuri və Mirza Kezevadze, patrul polisi departamentinin rəhbəri Vaja Siradze və cinayət polisi departamentinin rəhbəri Teymuraz Kupatadzenin ölkələrinə girişini qadağan edib.

    Baltikyanı ölkələr öz qərarlarını Gürcüstanda insan hüquqlarının pozulmasına cavab kimi izah ediblər.