Month: December 2024

  • Azərbaycanda rektorun qızını aldadıb qızıllarını aldılar – FOTO

    Etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan şəxs cinayət məsuliyyətinə cəlb edilib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 36 yaşlı Mikayıl Mahir oğlu Əliyev 3 nəfərə qarşı dələduzluqda ittiham olunur.

    İstintaq materiallarında yazılanlara əsasən, Mikayıl Əliyevin əməlindən ən çox zərər çəkən Aygün Zöhrab qızı Xəlilovadır. Mikayılla uzun müddətdir tanış olan qadın onun kiməsə borclu olduğuna və ödəməyəcəyi halda həbs ediləcəyi ilə bağlı dediklərinə inanıb. A.Xəlilova sonradan qaytarmaq şərti ilə 57 600 manatlıq qızıl-zinət əşyalarını lombarda qoyub pul götürməsi üçün ona verib.

    Amma təqsirləndirilən şəxs qızıl-zinət əşyalarını geri qaytarmayıb. İş elə gətirib ki, əvvəl Mikayılın həbsə düşməməsi üçün ona borc verən Aygün sonradan onun həbsi üçün çalışıb.

    Məsələ ilə bağlı təqsirləndirilən şəxsin vəkili Vüqar Kazımovun münasibətindən belə aydın oldu ki, müvəkkili özünü heç bir epizod üzrə təqsirli bilmir. Onlar topladıqları dəlil və sübutları məhkəmə istintaqında ortaya qoyacaqlar. Müdafiəçi müvəkkilinə istinadən onu da qeyd edib ki, bu cinayət işinin başlanması üçün şikayət ərizəsini ilk olaraq zərərçəkmiş Aygünün rektor anası İradə Xəlilova yazıb.

    Məlumat üçün bildirək ki, fəlsəfə doktoru olan İradə Xəlilova Xəzər Universitetinin rektorudur. O, Xəzər Rayon Polis İdarəsinin (RPİ) İstintaq Şöbəsində müstəntiqə ifadə verib. Rektor məhkəmə istintaqında dindiriləcək şahidlər siyahısına da daxil edilib.

    İş üzrə digər zərərçəkənlər Fariz Ramiz oğlu İlyasov və Habil Əli Abas oğlu Tağıyevdir. Təqsirləndirilən şəxs onlara Gürcüstandan avtomobil gətirəcəyi ilə bağlı yalan vəd verib. Bu iş üzrə əsas zərərçəkən isə Aygündür. Digərlərinin itirdiyi pul cəmi 5 min manatdır.

    Mikayıl Əliyevə külli miqdarda dələduzluq ittihamı elan edilərək barəsində həbs qətimkan tədbiri seçilib. Artıq iş üzrə ibtidai istintaq hərəkətləri də tamamlanıb.

    Fotoda İradə Xəlilova


  • Pasiyentini ömürlük şikəst edən həkim yenidən məhkəməyə müraciət etdi

    Şirvan Apellyasiya Məhkəməsində “Bioloji Təbabət” klinikasının Masallı rayonundakı filialının neyrocərrahı Qəhrəman Aydın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Elşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, şikayət təmin edilməyib.

    Qeyd edək ki, “Bioloji Təbabət” klinikasının neyrocərrahı Qəhrəman Aydının barəsində Cinayət Məcəlləsinin 314.1-ci (Səhlənkarlıq – vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibətinin mühüm zərər vurulmaya səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

    Məhkəmədə bildirilib ki, bel fəqərəsi yırtığından əziyyət çəkən 1970-ci il təvəllüdlü A.Adıgözəlovanın sol ayağı zəif işləyib, sağ ayağında isə problem olmayıb. O, 2023-cü ildə klinikanın Masallı filialında fizioterapevt işləyən Günel Nəsibovanın xidmətindən istifadə edib və özünü yaxşı hiss edib. Lakin daha sonra ağrıları yenidən başladığı üçün klinikaya təkrar üz tutub. Həmin vaxt G.Nəsibova A.Adıgözəlovaya belindəki yırtığın böyüdüyünü bildirərək cərrahi əməliyyat məsləhət görüb.

    Bundan sonra pasiyent müayinələrdən keçib və klinikanın cərrahı Qəhrəman Aydın tərəfindən əməliyyat edilib. A.Adıgözəlova narkozdan ayıldıqdan sonra hər iki ayağının fəaliyyətini tam itirdiyi məlum olub. Təyin edilmiş ekspertizadan sonra Q.Aydının cərrahi əməliyyat vaxtı A.Adıgözəlovanın belindəki siniri kəsdiyi məlum olub. Zərərçəkmiş qadın əlil arabasından istifadə etməyə məcbur qalıb.

    Məhkəmədə Qəhrəman Aydın ekspertiza rəyi ilə razı olmadığını bildirib. O, A.Adıgözəlovanın müalicəsi və sağalması üçün tibbi üsulların mövcud olduğunu deyib.

    Zərərçəkmiş tərəf isə cərrahın onu ömürlük şikəst etdiyini bildirərək cəzalandırılmasını, dəymiş maddi və mənəvi zərərə görə 30 min manat təzminat ödəməsini tələb edib.

    Masallı Rayon Məhkəməsinin hökmü ilə Qəhrəman Aydın 1 il müddətə dövlət və yerli özünüidarə orqanlarında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilib. Ona aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri cəzası verilib. Əlavə olaraq mülki iddia qismən təmin edilib. Cərrahdan 15 226 manat pul tutularaq A.Adıgözəlovaya ödənilməsinə qərar verilib.

  • В Сумгайыте произошло ДТП: есть погибший

    В 19-м микрорайоне города Сумгайыт произошло дорожно-транспортное происшествие со смертельным исходом.

    Как сообщает Report, автомобиль, за рулем которого находился Анар Панахов, сбил переходившего дорогу пешехода.

    От полученных травм пострадавший скончался на месте происшествия.

    По данному факту ведется расследование.

  • Sumqayıtda yol-nəqliyyat hadisəsi olub: Ölən var

    Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin 19-cu məhəlləsində qeydə alınıb.

    Belə ki, sürücü Anar Əlirza oğlu Pənahov idarə etdiyi avtomobillə yolu keçmək istəyən piyadanı vurub.

    Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Против Microsoft подали антимонопольный иск на более чем 1 млрд долларов

    Коллективный антимонопольный иск на сумму 1 млрд фунтов стерлингов (1.27 млрд долларов) был подан в Великобритании в отношении американской технологической корпорации Microsoft.

    Об этом сообщила газета The Wall Street Journal (WSJ).

    По данным WSJ, в коллективном иске, представленном юридической фирмой Scott+Scott, компания обвиняется в завышении цен для британских корпоративных клиентов, использующих ОС Windows Server в сочетании с облачными платформами компаний-конкурентов, таких как Google и Amazon. Иск был подан 3 декабря в Апелляционный суд по вопросам конкуренции Великобритании.

    В конце ноября агентство Bloomberg со ссылкой на источники сообщило, что в США начали масштабное антимонопольное расследование в отношении Microsoft. По их данным, в центре расследования находится возможное использование Microsoft офисного пакета и программного обеспечения безопасности для привязки пользователей к своим облачным приложениям. Поскольку корпорация является крупным правительственным подрядчиком и получает от различных ведомств, включая Пентагон, контракты на миллиарды долларов, опасения комиссии вызывают, в том числе “провалы Microsoft в сфере кибербезопасности”.

  • “Microsoft”a qarşı 1 milyard dollardan çox antiinhisar iddiası qaldırılıb

    Böyük Britaniyada ABŞ texnologiya korporasiyası “Microsoft”a qarşı 1 milyard funt-sterlinq (1,27 milyard dollar) məbləğində kollektiv antiinhisar iddiası qaldırılıb.

    Median.Az bu barədə “The Wall Street Journal”a istinadən xəbər verir.

    “Scott+Scott” hüquq firması tərəfindən təqdim edilən kollektiv iddiada şirkət “Google” və “Amazon” kimi rəqib şirkətlərin bulud platformaları ilə birlikdə “Windows Server” əməliyyat sistemindən istifadə edən Britaniya korporativ müştəriləri üçün qiymətləri süni şəkildə artırmaqda ittiham olunur. İddia dekabrın 3-də Böyük Britaniyanın Rəqabət Apellyasiya Məhkəməsinə təqdim edilib.

    Noyabrın sonunda “Bloomberg” agentliyi mənbələrə istinadən ABŞ-də “Microsoft”a qarşı genişmiqyaslı antiinhisar araşdırmasının başladığını bildirmişdi. Onların məlumatına görə, araşdırmanın mərkəzində “Microsoft”un ofis paketi və təhlükəsizlik proqram təminatından istifadəçiləri öz bulud tətbiqlərinə bağlamaq üçün istifadə etməsi ehtimalı durur. Korporasiya iri hökumət podratçısı olduğu və Pentaqon da daxil olmaqla müxtəlif qurumlardan milyardlarla dollar dəyərində müqavilələr aldığı üçün komissiyanın narahatlığına səbəb olan məsələlərdən biri də “Microsoft”un kibertəhlükəsizlik sahəsindəki uğursuzluqlarıdır.

  • Названы самые популярные в мире интернет-браузеры

    Аналитики Statcounter опубликовали ноябрьские данные по использованию браузеров.

    Об этом сообщает Median.Az со ссылкой на gazeta.ru.

    Согласно статистике, Google Chrome продолжает лидировать, увеличив свою долю до рекордных 66.31%. Это на 1.09% больше, чем в октябре, и на 4.25% больше, чем в прошлом году.

    На втором месте значится Microsoft Edge, доля которого снизилась на 0.69% – до 12.87%. Несмотря на годовой рост с 11.23%, Edge испытывает трудности в конкуренции с Chrome, отчасти из-за критики пользователей за агрессивное продвижение браузера пользователям Windows.

    Третье место занимает Safari с долей 9.13%, доля которого увеличилась на 0.07%. Firefox сохраняет четвертую позицию с 6.45% (+0.06%), а пятерку замыкает Opera с долей 2.81% (-0.39%).

  • Dünyanın ən populyar internet brauzerlərinin adları açıqlanıb

    “Statcounter” analitikləri brauzerlərin istifadəsi ilə bağlı noyabr məlumatlarını dərc ediblər.

    Median.Az bu barədə Gazeta.ru-ya istinadən məlumat verir.

    Statistikaya görə, “Google Chrome” liderliyi davam etdirir və payını rekord həddə – 66.31%-ə qədər artırıb. Bu, oktyabr ayı ilə müqayisədə 1.09%, ötən illə müqayisədə isə 4.25% çoxdur.

    İkinci yerdə “Microsoft Edge” qərarlaşıb, onun payı 0.69% azalaraq 12.87%-ə düşüb. İllik artım 11.23% olsa da, “Edge” “Chrome” ilə rəqabətdə çətinlik çəkir ki, bu da qismən “Windows” istifadəçiləri üçün brauzerin aqressiv şəkildə təbliğ edilməsinin yaratdığı narazılıqla bağlıdır.

    Üçüncü yerdə 9.13% payla “Safari” qərarlaşıb və onun payı 0.07% artıb. “Firefox” 6.45% (+0.06%) göstərici ilə dördüncü yerdəki mövqeyini qoruyur, ilk beşliyi isə 2.81% (-0.39%) payla “Opera” tamamlayır.

  • Агададаш Агаев предложил работу пострадавшей при инциденте с топором – ВИДЕО

    Народный артист Агададаш Агаев дал интервью Baku TV после заседания в Бинагадинском районном суде, где рассматривается дело в связи с инцидентом в клинике.

    Он прокомментировал ситуацию и высказался о возможном примирении с пострадавшей стороной.

    “Могу сказать, что топор не попал в ногу Назакет ханым и она не получила ранения. Назакет ханым – женщина, я очень уважаю ее и надеюсь, что в итоге она согласится со мной. У меня нет вражды с Нуреддином, даже мыслей таких нет. Хотелось бы, чтобы они сами рассказали правду”, – добавил певец.

    А.Агаев также выразил готовность оказать любую помощь Назакет Пашаевой, работающей уборщицей в клинике. Он заявил, что может предложить ей работу: “Пусть Назакет ханым придет ко мне. Если я не возьму ее на работу, значит, я не мужчина”.

    Подробнее – в репортаже:

  • Ağadadaş Ağayevdən balta atdığı qadına PUL TƏKLİFİ – VİDEO

    Xalq artisti Ağadadaş Ağayev xəstəxana əməkdaşları ilə arasındakı insidentlə bağlı Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdən sonra Baku TV-yə müsahibə verib.

    Ağadadaş Ağayev bir sıra suallara aydınlıq gətirərək, qarşı tərəflə barışıq məsələsinə də toxunub:

    “Mən onu deyə bilərəm ki, Nəzakət xanımın ayağına balta dəyməyib. O, yara almayıb. Nəzakət xanım qadındır, ona çox böyük hörmətim var. Yəqin ki o, sonda mənimlə razılaşacaq. Nurəddinlə düşmən deyiləm, elə bir fikrim də yoxdur. İstəyərdim ki, özləri hər şeyi etiraf etsinlər”.

    Ağadadaş Ağayev insident zamanı atdığı balta zərbəsindən xəsarət alan və hospitalda xadimə işləyən Nəzakət Paşayevaya istənilən yardımı göstərməyə hazır olduğunu bildirib. Ağadadaş Ağayev deyib ki, o, hətta Nəzakət Paşayevanı işlə də təmin edə bilər: “Nəzakət xanım gəlsin, onu işə götürməsəm, kişi deyiləm”.

    Ətraflı süjetdə: