Month: December 2024

  • DİN Rüfət Səfərovun saxlanılmasına aydınlıq gətirdi

    Daxili İşlər Nazirliyi (DİN) Rüfət Səfərovun saxlanılmasına aydınlıq gətirib.

    Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, torpaq alqı-satqısı ilə əlaqədar Rüfət Səfərovla bir nəfər arasında münaqişə olub.

    Qeyd edilib ki, hazırda bununla bağlı araşdırma aparılır.

    Qeyd edək ki, sosial şəbəkələrdə hüquq müdafiəçisi Rüfət Səfərovun saxlanılmasına dair məlumat yayılıb.

  • İranda universitetdə Azərbaycan türkcəsi təliminə məhdudiyyət qoyulub

    Ərdəbil əyalətinin Mühəqqiq Ərdəbili Universiteti “Xətai” Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunan Azərbaycan türkcəsi təlim seminarının keçirilməsinə məhdudiyyət qoyub.

    Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

    16 seansdan ibarət bu seminar öyrəncilərə Ana dilinin öyrədilməsi və inkişaf etdirilməsi məqsədilə hazırlanıb, ancaq universitet rəhbərliyi seminarın təşkilinə süni maneələr yaradıb. Universitetin etirazına səbəb Mədəniyyət Mərkəzinin hazırladığı “Anama oxşarlığımdır, Ana dilim” başlıqlı banner olub. Senzuraya etiraz edən tələbələr universitetin şəhərciyində heç bir dizaynı və yazısı olmayan ağ pankart quraşdırıblar.

  • Qadın voleybolçular arasında Yüksək Liqada I turun qarşılaşmaları keçirilib

    Qadın voleybolçular arasında Yüksək Liqaya start verilib.

    “Report”un məlumatına görə, I turun bütün qarşılaşmaları eyni gündə keçirilib.

    “Abşeron” “Gəncə”yə, “Azərreyl” “Milli Aviasiya Akademiyası”na, “Murov Az Terminal” isə UNEC komandasına 3:0 hesabı ilə qalib gəlib.

  • Cənubi Koreya prezidenti ölkədə hərbi vəziyyət elan etdi

    Cənubi Koreya prezidenti Yun Seok-yeol “Şimali Koreya tərəfdarı qüvvələrin kökünü kəsmək və azad konstitusiya quruluşunu qorumaq üçün” hərbi vəziyyət elan edib.

    Qaynarinfo bu barədə “Yonhap” agentliyinə istinadən xəbər verir.

    Bundan əvvəl o, hökumətlə fövqəladə iclas zamanı ona qarşı impiçment prosesinin aparılması cəhdlərini açıqlamışdı. Ölkənin Müdafiə Nazirliyi bütün qoşun növlərinin komandirlərinə döyüş hazırlığının artırılması barədə göstəriş verib.

    “Azad Koreya Respublikasını Şimali Koreya kommunist qüvvələrinin təhlükəsindən qorumaq, xalqımızın azadlığına və xoşbəxtliyinə, konstitusiya quruluşuna qəsd edən vicdansız Şimali Koreyayönlü anti-dövlət qüvvələrinin dərhal kökünü kəsmək üçün hərbi vəziyyət elan edirəm”, deyə Yun Seok-teol xalqa müraciətində bildirib.

    Cənubi Koreya prezidentinə müxalifətdə olan və parlamentdə çoxluğa nəzarət edən Demokratik Partiya deputatların fövqəladə iclasını çağırıb.

  • ТЦ “Садарак” затоплен водой -ВИДЕО

    Торговый центр “Садарак”, расположенный в поселке Локбатан Гарадагского района Баку, затоплен водой.

    Соответствующие кадры опубликовал Baku TV.

    Вода, затопившая ТЦ, поставила владельцев магазинов в сложную ситуацию.

    Подробнее – в сюжете.

  • “Sədərək” ticarət mərkəzini su basdı – VİDEO

    Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzini su basıb.

    Bu barədə görüntülər Baku TV-də yayımlanıb.

    Kadrlarda ticarət mərkəzinə dolan suyun mağaza sahiblərini çətin vəziyyətdə qoyduğu deyilir.

    Ətraflı videonu təqdim edirik:

  • Azərbaycanda zavodda qurğuya düşən usta vəfat edib

    Ağcabədi rayonunda usta zavodda faciəli şəkildə ölüb.

    Lent.az xəbər verir ki, hadisə rayonun Hüsülü kəndində yerləşən pambıq zavodunda baş verib.

    Zavodda çilingər işləyən 47 yaşlı Rasif Tahir oğlu Quliyevin ayağı pambıq təmizləyən aparata düşüb. Nəticədə usta ağır xəsarətlər alaraq, xəstəxanaya yerləşdirilib.

    Lakin xəstəxanada görülən tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Yerə iki potensial təhlükəli asteroid yaxınlaşır – Detallar

    NASA-nın Reaktiv Hərəkət Laboratoriyasının məlumatına görə, çərşənbə günü, 4 dekabrda, Yer planetinin yaxınlığından iki asteroid keçəcək.

    Qaynarinfo xəbər verir ki, birinci asteroid, 447755 (2007JX2), uzunluğu 400 metrdən çoxdur və Yerdən təxminən 5,5 milyon kilometr məsafədən keçəcək.

    İkinci asteroid, 2020XR, bir qədər kiçikdir – təxminən 388 metr uzunluğunda – və Yerə 2,2 milyon kilometr məsafəyə qədər yaxınlaşacaq.

    NASA-nın təsnifatına əsasən, Yerə 7,5 milyon kilometrdən daha yaxın məsafədən keçən və ölçüsü 150 metrdən böyük olan asteroidlər “potensial təhlükəli” hesab edilir.
    Bununla belə, mütəxəssislər vurğulayırlar ki, bu cür obyektlər diqqətlə izlənilir və hazırda onların Yer planeti ilə toqquşma riski mövcud deyil.

    Xatırladaq ki, 2024-cü ilin oktyabr ayında kiçik bir asteroid Yer atmosferinə daxil olmuşdu – bu, elm adamları tərəfindən aşkarlandıqdan yalnız bir neçə saat sonra baş vermişdi.

  • Azərbaycanda mülki silahın əldə edilməsi proseduru elektronlaşdırılır

    Mülki silahın əldə edilməsi proseduru elektronlaşdırılır.

    “Report”un məlumatına görə, bununla bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirə edilən “Xidməti və mülki silah haqqında” qanuna dəyişiklik layihəsində öz əksini tapıb.

    Təklif edilən dəyişikliyə əsasən, qanunun doqquzuncu maddəsinə xüsusi hissə əlavə olunur.

    Həmin hissədə qeyd edilib ki, mülki silahı əldə etmək istəyən vətəndaş müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət etməli və bu orqana sağlamlıq haqqında tibbi arayışı və özünün şəxsiyyət vəsiqəsini təqdim etməlidir. Həmin sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, onlar vətəndaşdan tələb olunmur.

    Qeyd edək ki, mülki silah – özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır.

  • Naxçıvanda üç rayonun Təhsil Şöbəsinə yeni müdirlər təyin olunub

    Naxçıvan Muxtar Respublikası (MR) Təhsil Nazirliyi ilə üç rayonun Təhsil Şöbəsinə yeni şöbə və sektor müdirləri təyin edilib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Naxçıvan MR Təhsil Nazirliyində vakant vəzifələrin tutulması üçün keçirilən daxili müsahibədə uğur qazanan namizədlər Təhsil Nazirliyi və rayon Təhsil Şöbələrinə yeni vəzifələrə təyin olunublar.

    Məlumata görə, Elşən Qəbulov Təhsil Nazirliyi Aparatının Məktəbəqədər və ümumi təhsilin idarə edilməsi şöbəsinin müdiri, Gültəkin Rüstəmli həmin şöbəyə sektor müdiri, Sahil Əlizadə Babək, Murad Hümbətov Culfa, Ayaz Əliyev isə Kəngərli Rayon Təhsil Şöbəsinə müdir təyin ediliblər.