Month: December 2024

  • В России предотвратили серию покушений на высокопоставленных военных

    Сотрудники Федеральной службы безопасности (ФСБ) России предотвратили серию покушений на высокопоставленных сотрудников Минобороны и членов их семей в Москве. Подготовкой покушений занимались спецслужбы Украины.

    Об этом сообщили ТАСС в Центре общественных связей (ЦОС) ФСБ России.

    “Федеральной службой безопасности РФ пресечена серия готовящихся агентами украинских спецслужб покушений на жизнь высокопоставленных военнослужащих Министерства обороны РФ, принимающих участие в специальной военной операции, а также членов их семей, – сообщили в ЦОС. – В результате проведенных мероприятий задержаны четверо граждан России, причастных к подготовке указанных покушений”.

    По данным ФСБ, бомбы для убийств высокопоставленных военных в Москве были закамуфлированы под пауэрбанк и папку с документами.

  • Rusiyada yüksəkrütbəli hərbçilərə qarşı sui-qəsd cəhdlərinin qarşısı alınıb

    Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) əməkdaşları Moskvada Müdafiə Nazirliyinin yüksəkrütbəli əməkdaşlarına və onların ailə üzvlərinə qarşı sui-qəsd cəhdlərinin qarşısını alıblar.

    Bu barədə FTX-nin İctimai Əlaqələr Mərkəzindən bildirilib.

    Qeyd edilir ki, sui-qəsdlərin hazırlanması ilə Ukraynanın xüsusi xidmət orqanları məşğul olub.

    “Həyata keçirilən tədbirlər nəticəsində göstərilən sui-qəsdlərin hazırlanmasında iştirak edən Rusiya vətəndaşı olan dörd nəfər saxlanılıb”, – deyə məlumatda əlavə edilib.

    FTX-nin məlumatına görə, Ukrayna xüsusi xidmət orqanlarının agentləri Moskvada hərbiçilərin qətli üçün poverbank və sənəd qovluğu şəklində maskalanmış bombalardan istifadə etməyi planlaşdırıblar.

    Xatırladaq ki, dekabrın ortalarında Moskvada Rusiya ordusunun Nüvə, Kimyəvi və Bioloji Silahlardan Müdafiə Qüvvələrinin komandanı, general-leytenant İqor Kirillov və onun köməkçisi İlya Polikarpova qarşı sui-qəsd həyata keçirilib.

  • Bakıdakı şadlıq saraylarında toylar DAYANDIRILIB

    “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

    Təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Təyyarədə olan sərnişinlər arasında 37 Azərbaycan vətəndaşı olub, onlardan 23-ü həyatını itirib.

    Prezident İlham Əliyevin sərəncamı ilə dekabrın 26-da Azərbaycan ərazisində matəm elan edilib. Matəmlə əlaqədar bayraqlar endirilib.

    Bəs Bakıdakı şadlıq saraylarında vəziyyət necədir? Bu günə olan məclislərlə bağlı hansı tədbir görülüb?

    Median.Az xəbər verir ki, Modern.az mövzu ilə bağlı Bakıdakı şadlıq sarayları ilə əlaqə saxlayıb.

    Məşhur restoranların bəzisindən bildirilib ki, şadlıq saraylarında əvvəlcədən planlaşdırılan toy və digər mərasimlər ləğv edilib.

    Şadlıq saraylarının bəzisində bu gün əvvəlcədən toy planlaşdırılmayıb, əksəriyyətində isə toylar dayandırılıb.

  • Состоялся телефонный разговор глав МИД Азербайджана и Казахстана

    Заместитель премьер-министра Республики Казахстан (РК), министр иностранных дел Мурат Нуртлеу позвонил министру иностранных дел Азербайджанской Республики (АР) Джейхуну Байрамову.

    Как сообщает Median.Az со ссылкой на МИД АР, Мурат Нуртлеу отметил, что глубоко опечален известием о крушении самолета Azerbaijan Airlines в казахстанском городе Актау.

    Министр Казахстана выразил соболезнования семьям погибших в результате аварии, дружественному и братскому азербайджанскому народу. Было отмечено, что с первых моментов аварии казахстанские органы по чрезвычайным ситуациям были полностью мобилизованы и принимали участие в ликвидации последствий катастрофы. Для расследования причин аварии была создана следственная группа, приняты соответствующие меры.

    Министр Джейхун Байрамов поблагодарил казахстанского коллегу за соболезнования, в свою очередь выразил соболезнования семьям погибших граждан Казахстана. Была выражена благодарность за оказанную поддержку.

  • Azərbaycan və Qazaxıstan XİN rəhbərlərinin telefon danışığı olub

    Qazaxıstan Respublikasının baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng edib.

    Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Murat Nurtleu “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması xəbərini böyük kədər hissi ilə qarşıladıqlarını qeyd edib.

    Qazaxıstan naziri qəza nəticəsində həlak olanların ailələrinə, dost və qardaş Azərbaycan xalqına, dərin hüznlə başsağlığı verib. Qəzanın ilk anlarından Qazaxıstan fövqəladə hallar qurumlarının tam səfərbər olduğu və qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etdikləri diqqətə çatdırılıb. Qəzanın səbəblərinin araşdırılması istiqamətində istintaq qrupu yaradıldığı və müvafiq tədbirlər görüldüyü bildirilib.

    Ceyhun Bayramov qazaxıstanlı həmkarına başsağlığı diləklərinə görə təşəkkür edib, öz növbəsində həlak olan Qazaxıstan vətəndaşlarının ailələrinə, dost və qardaş Qazaxıstana başsağlığı verib. Göstərilən dəstəyə görə minnətdarlıq bildirilib.

    Qeyd edək ki, hadisə nəticəsinə 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.

  • Təyyarə qəzasında həlak olan Cəlilabad sakininin kimliyi müəyyən olundu

    Ötən gün qəzaya uğrayan təyyarədə həlak olanlardan birinin Cəlilabad rayon sakini olduğu müəyyən edilib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, Cəlilabad rayonunun Mirzəli kənd sakini, 1997-ci il təvəllüdlü Qoşqar Firudin oğlu Sadıqovun kimliyi atasından götürülən DNT analizindən sonra müəyyənləşib.

    Onun nəşinin bu gün ailəsinə təhvil veriləcəyi gözlənilir.

    Qoşqar Sadıqov Qroznıda çalışırmış.

  • Xəzərdə gün ərzində üçüncü dəfə zəlzələ baş verib

    Xəzər dənizində bu gün üçüncü dəfə zəlzələ qeydə alınıb.

    Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

    Qeyd edilib ki, təkanlar yerli vaxtla saat 10:52-də olub. 3,4 maqnitudalı zəlzələ ocağı 30 kilometr dərinlikdə yerləşib.

  • Qazaxıstan KİV: 7 nəfərin cəsədinin şəxsiyyəti müəyyən edilib

    Xəbər verdiyimiz kimi, dekabrın 25-də yerli vaxtla saat 11:30-da Bakıdan (Azərbaycan) Qroznıya (Rusiya) uçan “Azərbaycan Hava Yolları”na məxsus təyyarə Aktaudan 3 kilometr aralıda qəzaya uğrayıb. 
     
    Median.Az Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, aparılan xilasetmə əməliyyatları nəticəsində 3-ü azyaşlı olmaqla 29 nəfər xilas edilərək Aktau şəhərinin tibb müəssisələrinə yerləşdirilib. 
     
    Yenilənmiş məlumatlara görə, 38 nəfərin cəsədi tapılaraq Məhkəmə-Tibbi Ekspertiza Mərkəzinə aparılıb. 7 nəfərin cəsədi isə şəxsiyyəti müəyyən edilərək aidiyyatı qurumlara təhvil verilib.
    //azxeber

  • Qəzanın görüntülərini yayan bloger 10 sutkalıq həbs olundu

    Xəbər verdiyimiz kimi AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasıdan sonra hadisə yerindən həssas görüntüləri paylaşan fotoqraf-bloger Azamat Sarsenbayev dünən polis tərəfindən saxlanılmışdı.
     
    Xəbəri Sarsenbayev özü də təsdiq etmişdi.
     
    Bloger bu gün 10 sutkalıq həbs olunub.
    //azxeber

  • Sumqayıtda iynədən şoka düşən kişi ölüb

    Sumqayıtda iynədən şoka düşən kişi ölüb

    Sumqayıtda anası vurduğu iynədən şoka düşən 30 yaşlı kişi ölüb.

    Hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində qeydə alınıb.

    1994-cü il təvəllüdlü Qurbanov Murad Məlik oğluna evdə anasının vurduğu antibiotikdən öldüyü bildirilir.
    Meyit aidiyyəti üzrə təhvil verilib, fakt araşdırılır./apa.az