Month: December 2024

  • Aviaqəzadan sağ çıxan zaqatalalı qız anasına video göndərdi (VİDEO)

    AZAL-ın qəzaya uğrayan təyyarəsindən sağ çıxan zaqatalalı qız ailəsinə video göndərib.

    Median.Az
    “Lent.az”a istinadən xəbər verir ki, yaralı Səlihət Ceerova avar dilində vəziyyətinin yaxşı olduğunu, onunla birgə təyyarədə olan atası, Xizri Ceerovdan xəbər almadığını bildirir:

    “Narahat olma, ana. Mən yaxşıyam. Atamı görməmişəm. İnşallah müalicə alıb qayıdacam”.

    Həmin videonu təqdim edirik:

  • “Rosaviasiya” AZAL təyyarəsinin qəza səbəbini açıqladı

    AZAL təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı Rusiya Federal Hava Nəqliyyatı Agentliyi “Rosaviasiya” rəsmi məlumat yayıb.

    Median.Az Oxu.Az-a istinadən xəbər verir ki, məlumatda bildirilir:

    “Bu gün Moskva vaxtı ilə saat 09:30 radələrində Xəzər dənizinin şərq sahili ərazisində Qazaxıstanın Aktau hava limanına eniş edərkən Azərbaycanın AZAL aviaşirkətinə məxsus “Embraer 190” təyyarəsi yerə çırpılıb. Təyyarə Bakıdan Qroznıya reys həyata keçirib.

    İlkin versiya ondan ibarətdir ki, quş sürüsü ilə toqquşmadan sonra təyyarənin göyərtəsində yaranan fövqəladə vəziyyətə görə, nəqliyyat vasitəsinin kapitanı alternativ aerodroma uçmaq qərarına gəlib. Alternativ aerodrom kimi Aktau seçilib.

    Axtarış-xilasetmə işlərini Qazaxıstan Respublikasının əməliyyat xidmətləri həyata keçirir.

    “Rosaviasiya” Azərbaycan və Qazaxıstanın aviasiya hakimiyyətləri ilə əlaqə saxlayır”.

  • Klarens Zeedorfun oğlu “Milan”ın əsas komandası ilə birlikdə məşqlərə başlayıb

    Niderland millisinin sabiq futbolçusu Klarens Zeedorfun oğlu Denzel Zeedorf İtaliya təmsilçisi “Milan”ın əsas komandası ilə birlikdə məşqlərə başlayıb.

    Median.Az Football Italia”ya istinadən xəbər verir ki, “rossoneri”lərin sabiq üzvü olan Klarensin oğlu klubun 18 yaşadək futbolçulardan ibarət komandasında çıxış edir.

    O, 12 yaşından “Milan”ın aşağı yaş qruplarından ibarət kollektivlərində forma geyinir.

    Qeyd edək ki, ata Zeedorf 2002-2012-ci illərdə “Milan”da çıxış edib və komandanın heyətində iki dəfə Çempionlar Liqası kubokunu qazanıb.

  • Biləsuvarda məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdən 17 ailə Cəbrayıla köçürülüb

    Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə sakinlərinin qayıdışı davam edir.

    Cəbrayıl Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, Biləsuvar rayonunda salınmış qəsəbələrdən 17 ailə – 84 sakin olmaqla bu gün Cəbrayıl şəhərinə köçürülüb.

    Bununla yanaşı, Bakı şəhərindən 23 ailə – 122 nəfər, Abşeron rayonundan 4 ailə – 21 nəfər, Şəki rayonundan 2 ailə – 10 nəfər, Sumqayıt şəhərindən 1 ailə – 6 nəfər, Saatlı rayonundan 1 ailə – 5 nəfər, Beyləqan rayonundan 1 ailə – 5 nəfər olmaqla 49 ailə – 253 nəfər Cəbrayıl şəhərinə yola salınıb.

    Həmçinin qeyd olunub ki, bugünədək respublikamızın müxtəlif bölgələrində məskunlaşmış cəmi 287 ailə – 1 169 nəfər rayon sakini Cəbrayıl şəhərinə köçürülərək daimi məskunlaşmaları təmin edilib.

  • Marketdən 8 ədəd yağ oğurladı, bir ay həbs aldı

    Nəsimi rayonunda yerləşən hiper-marketdən oğurluq edən şəxs həbs edilib. 

    Qaynarinfo-nun məlumatına görə, 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş N.G. saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib olunub.

    Məlum olub ki, N.G. həmin marketdən bir ədədinin dəyəri 25 manat olan 8 ədəd “Valio” yağı oğurlayıb. 

    Marketin müdirinin şikayəti əsasında N.G.-ya bir ay müddətinə inzibati həbs tətbiq edilib.

  • Matəm günü ilə əlaqədar teatr-konsert müəssisələrində bütün mədəni-kütləvi tədbirlər təxirə salınıb

    Matəmlə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki teatr-konsert müəssisələrində 26 dekabr tarixinə nəzərdə tutulan bütün mədəni-kütləvi tədbirlər təxirə salınıb.

    Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

    Mədəniyyət Nazirliyinin kollektivi təyyarə qəzasında həlak olanlara Allahdan rəhmət diləyir, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir.

    Dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insan həlak olub və yaralanıb.
    Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə qəza nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə 2024-cü il dekabrın 26-da Azərbaycan Respublikasında matəm elan edilib.

  • Təyyarə qəzasında həlak olan tələbə evin tək UŞAĞI İMİŞ (VİDEO)

    Bu gün səhər saatlarında Bakıdan Qroznıya uçan AZAL-a məxsus təyyarə Aktauda qəzaya uğraması nəticəsində təyyarədə Sumqayıt sakini 20 yaşlı Mahmud Tutunçiyev də olub.

    Median.Az APA TV-yə istinadən xəbər verir ki, bu barədə onun dostu Pərvin Aslanlı danışıb.

    O bildirib ki, Mahmud Çeçenistana istirahət məqsədilə gedibmiş:

    “Səhər 7 radələrində Hava Limanında görüşdük, onu yola saldım. Qrup yoldaşımdır. Milli Aviasiya Akademiyasında təhsil alırdı, evin tək uşağı idi, arzuları çox idi.

    Hələ ki xəbər ala bilməmişik. Sosial şəbəkələrdə həlak olduğunu öyrəndim. Ailəsi ilə əlaqə saxlaya bilməmişəm”- o bildirib.

    Ətraflı süjetdə:

  • Təyyarənin qara qutusu tapıldı

    Aktauda AZAL-a məxsus təyyarənin qəzaya uğradığı yerdə qara qutu aşkarlanıb.

    Bu barədə Qazaxıstanın Baş nəqliyyat prokuroru Timur Suleymenov bildirib.

    Qeyd edək ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub.

    Son məlumata görə, təyyarə qəzasından 32 nəfər sağ çıxıb.

    Hadisə ilə bağlı Azərbaycanda dekabrın 26-sı matəm günü elan edilib.

  • Tiktoker qardaşlar da həbs olundu

    DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən keçirilən “TikTok” əməliyyatlarında saxlanılan şəxslərdən 4-ü həbs edilib.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, internetdə onlayn qumar oyunları təşkil etmə maddələri ilə Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

    Cinayət işi üzrə həmin əməllərdə təqsirli olan Azər Zahid və onun köməkçisi Rövşən Təhməzov, Emin və Rəşad Abdullayev qardaşları həbs ediliblər.

    İstintaq tədbirləri davam etdirilir.

  • Təyyarə son yoxlamadan nə vaxt keçmişdi? – RƏSMİ AÇIQLAMA

    AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan 4K-AZ65 qeydiyyat nömrəli “Embraer 190” təyyarəsi 2013-cü ildə istehsal edilib.

    Bu barədə Azərtac-ın sorğusuna cavab olaraq AZAL-dan bildirilib.

    Məlumatda qeyd olunub: “İstehsalçının seriya nömrəsi: 19000630. Hava gəmisinin ümumi eniş sayı 9949, ümumi uçuş müddəti isə 15257,22 saat təşkil edir.

    Hava gəmisinin son tam texniki yoxlanışı 2024-cü il oktyabrın 18-də aparılıb. Son yoxlamadan sonra 671 uçuş saatı keçib.
    Təyyarəni idarə edən və böyük təcrübəyə malik olan hava gəmisinin kapitanı İqor Kşnyakin 15 min saatdan çox uçuş həyata keçirib ki, onlardan təxminən 11 200 saatını kapitan qismində olub.