Month: December 2024

  • Верховный Меджлис утвердил проект бюджета Нахчывана на 2025 год

    Проект бюджета Нахчыванской Автономной Республики на 2025 год утвержден в Верховном Меджлисе.

    Проект бюджета был рассмотрен в третьем чтении на осенней сессии Верховного Меджлиса седьмого созыва под председательством первого заместителя председателя парламента Нахчыванской АР Бахтияра Мамедова.

    Премьер-министр Нахчывана Джейхун Джалилов выступил с докладом о социально-экономическом развитии автономной республики и бюджете на 2025 год.

    Наряду с проектом бюджета был также вынесен на голосование и принят проект постановления “О смете расходов Верховного Меджлиса Нахчыванской Автономной Республики на 2025 год”.

  • Naxçıvanın 2025-ci il büdcə layihəsi Ali Məclisdə təsdiq olunub

    Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcə layihəsi Ali Məclisdə təsdiq olunub.

    Büdcə layihəsinə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə yeddinci çağırış Ali Məclisin payız sessiyasında üçüncü oxunuşda baxılıb.

    Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov muxtar respublikanın sosial-iqtisadi inkişafı və 2025-ci il büdcəsi barədə çıxış edib.

    Büdcə layihəsi ilə yanaşı, “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2025-ci il üçün xərclər smetası haqqında” qərar layihəsi də səsə qoyularaq qəbul edilib.

  • Təyyarə qəzasında ölənlərin sayı açıqlandı

    Aktau yaxınlığında AZAL-ın təyyarəsinin qəzaya uğraması nəticəsində 38 nəfər həlak olub.

    Median.Az xəbər verir ki, bu barədə Tengrinews.kz Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayevə istinadən məlumat yayıb.

    “Cəsədlərin əksəriyyəti tanınmaz haldadır, əsasən yanıblar. 29 nəfərin şəxsiyyəti müəyyənləşdiriləcək, ikisi uşaqdır”, – deyə Bozumbayev bildirib.

    Bozumbayev onu da bildirib ki, 29 nəfər, o cümlədən iki uşaq qəza nəticəsində xəsarət alıb, yaralılardan 11-nin vəziyyəti ağır, yerdə qalanların isə vəziyyəti orta-ağır qiymətləndirilir.

  • Azər Zahid HƏBS EDİLDİ

    “TikTok”da əyləncə yarışları təşkil edən aparıcı Azər Zahid həbs edilib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, sosial şəbəkədə əxlaqsızlığın təbliğ edilməsi ilə bağlı saxlanılan Azərin cinayətləri ortaya çıxıb.

    Ona qarşı cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırma, qumar oyunları təşkil etmə və başqa maddələrlə ittiham irəli sürülüb.

    Prokuror ağır cinayətlərdə təqsirləndirilən aparıcının həbsini istəyib. Təqdimata Nərimanov Rayon Məhkəməsində baxılıb. Hakim Gültəkin Əsədovanın qərarı ilə Azər Zahid barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

    Qeyd edək ki, “TikTok” əməliyyatı ilə bağlı 15-dən çox saxlanılan var. Onların hamısı istintaqa cəlb edilib.

  • Qəzaya uğrayan Azərbaycan təyyarəsində iki çeçenistanlı uşaq olub

    Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan təyyarənin göyərtəsində iki çeçenistanlı uşaq olub.

    Bu barədə Çeçenistanın Uşaq Ombudsmanının nümayəndəsi bildirib.

    Onun sözlərinə görə, çeçenistanlı uşaqlardan birinin taleyi məlum deyil.

    Qeyd edək ki, bu gün səhər saatlarında Azərbaycan hava yollarına məxsus Bakı-Qroznı istiqamətində uçan sərnişin təyyarəsi Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.
     
    ///apa

  • Təyyarə qəzasında həlak olan qadın xəstə qızını görməyə gedirmiş

    “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

    AZAL-dan bildirilib ki, təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

    Faciə nəticəsində həyatını itirənlərdən biri Anqubazova Məleykə Murtuzəli qızıdır. O, Balakən rayonunun Meşəşambul kəndindəndir.

    Median.Az xəbər verir ki, onun əmisi oğlunun Modern.az-a verdiyi məlumata görə, mərhumun bir qız, bir oğlan övladı olub.

    “Məleykə təyyarə ilə Qroznı şəhərində yaşayan qızının yanına gedirmiş. Qızı xəstə olduğu üçün onu ziyarət etmək istəyib”, – açıqlamada bildirilir.

    Qeyd edək ki, Prezident İlham Əliyev qəza nəticəsində həlak olmuş və xəsarət almış şəxslərin ailələrinə müvafiq yardım göstərilməsi barədə tapşırıq verib.

  • Ağadadaş Ağayevə qarşı xuliqanlıqda ittiham olunan mühafizəçinin məhkəməsi: “Burnu qanayırdı”

    Xalq artisti Ağadadaş Ağayevə qarşı xuliqanlıqda ittiham olunan “Medera Hospital”ın mühafizəçisi Nurəddin Cəlilovun cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

    Median.Az APA-a istinadla xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

    İttiham aktına münasibət bildirən Nurəddin Cəlilov özünü təqsirli bilməyib.

    Zərərçəkmiş Ağadadaş Ağayevin vəkili Asim Abbasov müvəkkilinin səhhəti ilə əlaqəli prosesdə iştirak etmədiyini əsas gətirərək məhkəmənin təxirə salınmasını istəyib.

    Məhkəmə vəsatəti təmin etməyib və proses davam edib. Şahid qismində ifadə verən hospitalın xadiməsi Nəzakət Paşayeva bunları deyib:

    “Həmin gün işləyirdim, səs-küy gəldi. Baxdım, bir nəfər gəlir, əlində balta var. Fikir vermədim və işimin arxasınca getdim. Sonra səs-küy artdı. Ağadadaş Ağayev əlində balta ilə gəldi. Mən baxanda artıq şlaqbaumu keçmişdi. Mühafizəçi qapıya çıxdı. Mən də öz işimlə məşğul idim. Bu zaman ayağımda zərbə hiss etdim, baltanın sapı ayağıma dəymişdi. Baltanı qıraq bir yerə qoydum ki, heç kəs götürüb hücum etməsin. Bu zaman mühafizəçi burnu qanayaraq gəldi. Baltanı atanın Ağadadaş Ağayev olduğunu görənlər onun yanına yığışdılar. Ağadadaş Ağayev balta ilə gəldi, sonra qayıtdı. İkinci dəfə gələndə onu pəncərədən gördüm”.

    Nəzakət Paşayeva qeyd edib ki, Ağadadaş Ağayev baltanı atandan sonra Nurəddin Cəlilov onun üstünə gedib:

    “Mən baltanı alıb kənara qoyandan sonra gördüm ki, dalaşırlar, Ağadadaş Ağayev yıxıldı. O, içəri gələndə söyüş söyürdü. İçəridə olanlarla birgə çox qorxu keçirdim”.

    Daha sonra hospitalda baş tibb bacısı vəzifəsində çalışan Nəzakət Zülfüqarlı ifadə verib:

    “Ağadadaş Ağayev həyətdə söyürdü. Nurəddin də ona cavab verirdi. Ağadadaşla Nurəddini dalaşdıqları anda gördüm. Ağadadaş Ağayev söydüyü üçün Nurəddin üstünə getdi. Ağadadaş baltanı atanda Nurəddin başını çəkməsə, başına dəyəcəkdi. Nurəddinin əlində simə oxşar nəsə var idi. Amma o simlə Ağadadaşa zərər verdiyini görməmişəm”.

    Proses yanvarın 16-da davam etdiriləcək.

    Qeyd edək ki, Xalq artisti Ağadadaş Ağayevlə “Medera Hospital”ın mühafizəçisi Nurəddin Cəlilov arasında insident bu il iyulun 23-də Binəqədi rayonu ərazisində baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb, balta klinikada çalışan N.Paşayevaya dəyərək xəsarət yetirib. Mühafizəçi isə Xalq artistini döyüb.

    Faktla bağlı cinayət işi başlanıb. A.Ağayev və N.Cəlilov cinayət məsuliyyətinə cəlb ediliblər. Sonradan N.Cəlilovun işi ayrıca icraata verilib. A.Ağayevin ittiham olunduğu cinayət işinə də Binəqədi Rayon Məhkəməsində baxılır.

    Bundan başqa, Xalq artisti Ağadadaş Ağayev “Medera Hospital”a qarşı mülki iddia qaldırıb.

    İşə Binəqədi Rayon Məhkəməsində baxılır. A.Ağayev “Medera Hospital”dan mənəvi zərərin ödənilməsini tələb edir. Öz növbəsində, “Medera Hospital”ın rəhbəri Qaraxan Əliyev də Ağadadaş Ağayevə qarşı iddia qaldırıb.

    Müğənni mənəvi ziyana görə klinikadan 450 min manata yaxın, hospital isə Ağadadaş Ağayevdən 500 min manat pul tələb edir.

  • Heydər Əliyev Beynəlxalq Aeroportunda təcili tibbi yardım briqadası hazır vəziyyətə gətirildi

    Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən əlaqələndirilmiş qaydada təşkil edilən təcili tibbi yardım briqadası hava limanında hazır vəziyyətə gətirilib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, bu istiqamətdə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin könüllülərindən ibarət dəstək qrupu da formalaşdırılıb:

    “Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə yaradılan Dövlət Komissiyası Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəzaya düşməsi nəticəsində xəsarət alan şəxslərin vəziyyəti və onları Azərbaycana gətirilməsinin mümkünlüyünü öyrənir. Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, – məlumatda qeyd edilib”.

  • Azərbaycanda sabiq deputat vəfat etdi

    Milli Məclisin sabiq deputatı Fərhad Qəribov vəfat edib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 72 yaşlı Qəribov Bakıda dünyasını dəyişib. O, bu gün Kürdəmir rayonunda dəfn ediləcək.

    Qeyd edək ki, deputat seçilməzdən əvvəl uzun müddət meliorasiya sahəsində çalışmış F.Qəribov müstəqillik illərində biznes fəaliyyəti ilə məşğul olub. O, illər əvvəl lisenziyası ləğv edilmiş “Debutbank”ın və bir neçə digər iri kommersiya müəssisəsinin sahibi idi.

    F.Qəribov parlamentin üçüncü və dördüncü çağırış (2005-2015) deputatı olub.

  • İmişlidə istixana yanır

    İmişli rayonu ərazisində yanğın başlayıb.

    Median.Az “Unikal”a istinadən xəbər verir ki, yanğın istixana ərazisində qeydə alınıb.

    Hadisə yerinə yanğınsöndürənlər cəlb olunublar.

    Yanğının söndürülməsi üçün tədbirlər görülür.