Month: December 2024

  • Təyyarə qəzasında həlak olan Balakən sakininin nəşi ailəsinə təhvil verildi

    Təyyarə qəzasında Balakən rayonundan həlak olan sonuncu sərnişinin nəşi dekabrın 30-da səhər saatlarında ailəsinə təhvil verilib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu, Yeni Şərif kənd sakini, 1969-cu il təvəllüdlü Rəna Abbas qızı Yeznayevadır.

    O, Yeni Şərif kənd qəbiristanlığında dəfn ediləcək.

    Xatırladaq ki, dekabrın 25-də AZAL-ın Bakıdan Qroznıya uçan sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər sağ qalıb.

    Qeyd edək ki, qəzaya uğrayan təyyarənin sərnişinlərindən 15 nəfəri Balakən sakini olub, onlardan 9-u həlak olub.

  • В Баку задержан мужчина, напавший с кинжалом на охранника – ВИДЕО (ОБНОВЛЕНО)

    Задержан мужчина, напавший с сувенирным кинжалом на охранника в жилом комплексе Capital Towers.

    Об этом сообщил старший инспектор пресс-службы Министерства внутренних дел, лейтенант полиции Эльбрус Ибрагимов.

    “Запечатленный на видео инцидент является спором между соседями. Сотрудники полиции задержали злоумышленника. По данному факту ведется расследование”, – подчеркивается в заявлении.

    * * * * *

    В жилом комплексе Capital Towers, расположенном в центре Баку, произошел жуткий инцидент.

    Как сообщает Oxu.Аz, жители здания заметили двух человек, употребляющих наркотики в фойе 20-го этажа, и немедленно сообщили об этом охраннику.

    Когда охранник прибыл на место происшествия, он потребовал от находящихся под воздействием наркотиков лиц спуститься вниз. Однако они проигнорировали это требование и начали оскорблять и избивать мужчину.

    Видя, что ситуация выходит из-под контроля, охранник попытался добраться до 1-го этажа. Однако один из наркоманов напал на него с сувенирным кинжалом.

  • Bakıda xəncərlə mühafizəçiyə hücum edən şəxs SAXLANILDI – VİDEO (YENİLƏNİB)

    “Capital Towers” yaşayış kompleksində mühafizəçiyə suvenir xəncərlə hücum edən şəxs saxlanılıb.

    Bu məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin baş inspektoru polis leytenantı Elbrus İbrahimov verib.

    “Görüntüdə əks olunan hadisə qonşular arasında mübahisədir. Həmin şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır”, – deyə açıqlamada vurğulanır.

    * * * * *

    Bakının mərkəzində yerləşən “Capital Towers” yaşayış kompleksində dəhşətli hadisə baş verib.

    Oxu.az-ın əldə etdiyi məlumata görə, bina sakinləri 20-ci mərtəbənin foyesində narkotik maddə istifadə edən iki nəfəri görüb və dərhal mühafizəçiyə xəbər veriblər.

    Mühafizəçi hadisə yerinə çatanda narkotikin təsiri altında olan şəxslərdən aşağı enməyi tələb edib. Lakin onlar bu tələbə məhəl qoymayaraq, mühafizəçini söyməyə və döyməyə başlayıblar.

    Vəziyyətin nəzarətdən çıxdığını görən mühafizəçi özünü 1-ci mərtəbəyə çatdırmağa çalışıb. Ancaq əlində xəncər olan narkomanlardan biri ona hücum edib.

    Həmin görüntüləri təqdim edirik:

  • Özbəkistandan Moskvaya uçan təyyarə təcili eniş edib

    Özbəkistanın Fərqanə şəhərindən Moskva istiqamətinə uçan Rusiyanın “Aeroflot” şirkətinə məxsus təyyarə Daşkənd hava limanına təcili eniş edib.

    Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Uzbekistan Airports” şirkətinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, təyyarənin təcili eniş etməsinə səbəb sərnişinlərdən birinin səhhətinin pisləşməsi olub. Sərnişin insult diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

  • Из Азербайджана в Сирию отправлено около 200 т гумпомощи

    По поручению Президента Азербайджана Ильхама Алиева, для оказания помощи населению Сирии отправлен гуманитарный груз.

    Как сообщает Report, об этом заявил журналистам руководитель пресс-службы Министерства иностранных дел Азербайджана Айхан Гаджизаде.

    Он отметил, что конвой из 10 грузовиков доставит около 200 т продовольственных товаров.

    “Гуманитарный конвой доставит грузы в Идлиб из Азербайджана через Грузию и Турцию. Ожидается, что распределением помощи среди нуждающихся в Сирии займется турецкая организация AFAD”, – говорится в сообщении.

  • Prezident göstəriş verdi: Azərbaycandan Suriyaya humanitar yardım yola düşdü

    “Azərbaycan Prezidentinin göstərişinə əsasən, Suriyada humanitar böhrandan əziyyət çəkən əhaliyə yardım məqsədilə müvafiq yardım göndərilib”.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə jurnalistlərə açıqlamasında bildirib.

    Onun sözlərinə görə, on yük avtomobilindən ibarət konvoyda ümumilikdə 200 tona yaxın ərzaq və qida məhsulları var:

    “Konvoy Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Suriyaya və oradan da İdlib şəhərinə çatdırılacaq. Yardımın Türkiyənin Fövqəladə Halların İdarə edilməsi Agentliyi (AFAD) vasitəsilə Suriyada ehtiyacı olan əhaliyə ayrılması nəzərdə tutulub”.

  • Bakıda fantastik qiymətə mənzil satılır

    Bakıda fantastik qiymətə mənzil satılır.

    Bu barədə məlumat elan saytlarından birində yerləşdirilib.

    Məlumata görə, Səbail rayonunda Dağüstü parka yaxın ərazidə yerləşən yaşayış kompleksində ümumi sahəsi 485 kvadratmetr olan 9 otaqlı mənzil satılır.

    12 və 13-cü mərtəbələrdə yerləşən dupleks mənzilin qiyməti 11 600 000 manat təyin olunub.

  • 66 человек погибли в результате ДТП на юге Эфиопии

    Смертельное ДТП произошло на юге Эфиопии. В результате аварии погибли 66 человек.

    Как передает Median.Az, об этом сообщило Agence France-Presse.

    Региональное бюро здравоохранения Сидамы подтвердило в соцсетях информацию о количестве погибших. Там не стали раскрывать обстоятельства аварии. Информации о возможных пострадавших также не поступало.

    Все обстоятельства ДТП, в том числе и его причины, устанавливаются.

  • Efiopiyada dəhşətli qəza: 60-dan çox insan həlak oldu

    Efiopiyada dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az “The Guardian”a istinadən xəbər verir ki, hadisə Sidama ştatının Bona Zuriya Boreda şəhərində qeydə alınıb.

    Qəza nəticəsində 66 nəfər həlak olub, dörd nəfər yaralanıb.

    Hadisənin səbəbləri ilə bağlı hələlik heç bir məlumat yoxdur.

  • Xırdalanda kafedə icarə haqqı DAVASININ TƏFƏRRÜATI

    Abşeron rayonunda 1977-ci il təvəllüdlü Fuad şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Akifə xəsarət yetirib.

    Median.Az Demokrat.az-a istinadən məlumat verir ki, hadisə Abşeron rayonu, Xırdalan dəmir yolu stansiyasının ərazisindəki “Ağ göl” kafesində baş verib.

    Fuad kafenin ümumi müştərilər üçün nəzərdə tutulmuş zalında tanışı Akif ilə həmin kafenin aylıq icarə haqqının ödənişi ilə əlaqədar aralarında yaranmış münaqişə zəminində onun bədəninin müxtəlif nahiyələrinə yumruq zərbələri endirib və ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

    Hadisəni törədən Fuad barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

    Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fuad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, 2023-cü ilin yanvar ayında Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan dəmir yolu stansiyasının ərazisində yerləşən “Ağ göl” adlı kafeni müqavilə əsasında icarəyə götürərək işlədib: “2023-cü ilin fevral ayında kafeni tanışım Füzulinin qohumu olan Akifə 600 manat müqabilində icarəyə verdim. Hər ay 600 manat olmaqla Akif mənə icarə haqqını ödədi. İyul və avqust aylarının icarə haqqını ödəmədiyinə görə dəfələrlə Akifə kafeni təhvil verməsini bildirdim. Lakin Akif kafenin icarə haqqını ödəməkdən yayınmaqla yanaşı kafeni təhvil vermək istəmədi”.

    Təqsirləndirilən şəxs qeyd edib ki, kafenin şüşəsi qırıq olduğundan 27 avqust 2023-cü ildə, təxminən saat 11:00-da kafenin şüşəsini yenisi ilə əvəz etmək üçün oraya gəlib: “Bu zaman Akif kafeyə gələrək əsəbi halda məni kafenin zalına çağırdı. Qapını arxadan bağlayaraq boynumdan tutub sifətimin sol nahiyəsinə dəfələrlə yumruqla vurmağa başladı. Mən Akifi itələyib kafenin arxa qapısından çölə çıxdım və məntəqəyə tərəf getdim. Həmin vaxt məntəqədə heç kim olmayıb. Geri qayıdanda Akiflə polis əməkdaşının məntəqəyə gəldiklərini gördüm. Polis əməkdaşları bizi şöbəyə apardı. Bədənimdə aşkar olunmuş xəsarətlər mənə Akif tərəfindən yetirilib. Ola bilsin ki, dava-dalaş əsnasında özümü müdafiə edərkən Akifi vurmuşam, ona xəsarət yetirmişəm. Hadisə zamanı kafedə başqa şəxslər olmayıb. Dava-dalaş təxminən 1-2 dəqiqə davam edib”.

    İş üzrə zərərçəkmiş qismində ifadə verən Akifin sözlərinə görə, 2023-cü ilin fevral ayında dayısı oğlu Füzuli Musayevin tanışı olan Fuad adlı şəxsdən Xırdalan dəmir yolu stansiyasının ərazisində yerləşən “Ağ göl” adlı kafeni aylıq 600 manat müqabilində icarəyə götürüb və 2023-cü ilin fevral ayının əvvəlində 1 illik 7 200 manat pulu, yəni icarə haqqını Fuadın qardaşı Fəxrəddinə verib: “May ayında Fuad mənə icarə haqqını 1 000 manata qaldıracağını bildirdikdə Fuada alver olmadığına görə 1 000 manatı ödəyə bilməyəcəyimi bildirdim. Avqustun 27-də, təxminən saat 11:00-da həmin kafeyə gələn zaman Fuadın kafedə olduğunu gördüm. Fuad məni kafedən qovmaq istədiyinə görə aramızda mübahisə yarandı. Mübahisə zamanı Fuadla əlbəyaxa oldum. Fuad yumruq-təpiklə mənim bədənimin müxtəlif nahiyələrinə, mən də öz növbəmdə yumruq-təpiklə Fuadın bədəninin müxtəlif nahiyələrinə vurdum”.

    Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Fuad aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.