Month: December 2024

  • Hikmət Mirzəyev Bayraktaroğluyla görüşdü

    Azərbaycanın müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-polkovnik Hikmət Mirzəyev ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlu ilə görüşüb.

    Bununla bağlı MN məlumat yayıb.

    Bildirilib ki, görüşdə hərbi sahədə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib. Hər iki qardaş ölkənin hərbi qulluqçularının bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə keçirilən birgə təlimlərin intensivliyinin artırılmasının vacibliyi vurğulanıb.

    Görüş zamanı tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.

  • Bahalaşmaqda hətta bitkoini belə geridə qoyan məhsulun adı açıqlandı

    2024-cü ilin yekunlarına əsasən, dünya üzrə aktivlər arasında ən sürətli qiymət artımını kakao çəkirdəyi əldə edib və bu sahədə bitkoin və ABŞ-ın fond bazarını geridə qoyub.

    Qaynarinfo xəbər verir ki, bu barədə MarketWatch⁩ xəbər verir.

    İlin əvvəlindən bəri kakao çəkirdəyinin qiymətləri iki dəfə artıb, 18 dekabr tarixində isə bu qiymətlər yeni tarixi zirvəyə çataraq tonu 12,93 min dollar olub. Bu qiymət artımı hələ də davam edir və kənd təsərrüfatı bazarında son 60 ildə qeydə alınan ən böyük kakao çəkirdəyi çatışmazlığı müşahidə olunur.

    Mart ayı üçün kakao çəkirdəyi üzrə gələcək müqavilələrin qiyməti tonu 11,95 min dollar civarındadır. Bu isə ilin əvvəli ilə müqayisədə gələcək müqavilələrin qiymətinin 2,9 dəfə artdığını göstərir. Eyni dövrdə bitkoinin qiyməti 2,3 dəfə, S&P 500 indeksinin isə 25%-dən az artdığı bildirilir.

    Kakao çatışmazlığının əsas səbəbi olan iqlim şəraiti isə Kot-d’Ivuarda, dünyanın ən böyük kakao çəkirdəyi istehsalçısı ölkəsində qeyri-adekvat hava şəraiti ilə bağlıdır. Qlobal okeanın rekord yüksək temperaturu qərbi Afrika bölgəsində artıq iki ildir ki, baş verən ekstremal hava şəraitini daha da çətinləşdirir.

    Beynəlxalq Kakao Təşkilatının (ICCO) proqnozuna görə, 2023/2024 kənd təsərrüfatı ilində dünya üzrə kakao istehsalında 478 min ton çatışmazlıq olacaq və bu, keçən il ilə müqayisədə 13,1%-lik azalma deməkdir. Ancaq şokolad istehsalı üçün əsas tərkib hissəsi olan kakao çəkirdəyi qiymətinin artmasına baxmayaraq, bu hal tələbdə əhəmiyyətli dərəcədə azalmaya səbəb olmayıb.

    Şirkət rəhbəri Deyk Henli bu vəziyyəti kənd təsərrüfatı məhsulları üçün tipik hesab edib: “İqlim şəraiti istehsala ciddi təsir edir, amma tələbat yüksək olaraq qalır. İstifadəçilər kofe və şokolad kimi məhsullardan imtina etməkdə çətinlik çəkirlər”.

    Bildirilir ki, 2024-cü ilin dekabr ayının ortalarında bitkoinin kursu 106 min dollardan yuxarı olan rekorda çatıb.

  • Suriyaya Rusiya bazalarını təxliyə etmək üçün gedən gəmi batdı

    Rusiya yük gəmisi “Ursa Mayor” İspaniyanın Agilas şəhəri ilə Əlcəzairin Oran şəhəri arasında Aralıq dənizində partlayış nəticəsində batıb.

    Qaynarinfo xəbər verir ki, gəminin 14 ekipaj üzvü İspaniyanın Kartahena limanına dəniz xilasetmə xidməti tərəfindən çatdırılıb. İki nəfər isə itkin düşüb.

    Məlumata görə, partlayış bazar ertəsi, yerli vaxtla saat 12:30-da baş verib. Partlayış gəminin əyilməsinə səbəb olub və hadisə baş verən ərazi rus hərbi gəmisinin gəlişinə qədər gəmiçilik üçün təhlükəli zona elan edilib.

    Xilasetmə əməliyyatına həmin bölgədə balıqçılıqla məşğul olan bir neçə gəmi qatılıb və daha sonra İspaniya dəniz xilasetmə xidmətinin mütəxəssisləri də əməliyyata qoşulub.

    “Ursa Mayor” rəsmi məlumatlara görə, Sankt-Peterburqdan Vladivostoka tranzit keçidi edirmiş. Gəmi dekabrın 11-də yola düşmüş və yanvarın 22-də çatmalı idi.

    Gəminin kapitanı bildirib ki, qəza zamanı konteynerlər boş olub.

    Lakin “Mediasona” rus nəşri OSINT-analitiklərə istinad edərək bildirib ki, son vaxtlar Aralıq dənizinə beş Rusiya yük gəmisi daxil olub: üçü böyük desant hərbi gəmisi, ikisi isə “Oboronlogistika” şirkətinə məxsus yük gəmiləridir.

    “Sparta” və “Ursa Mayor” quru yükləri uzun illər “Suriya ekspresi” adlanan marşrutla Rusiyanın Suriya qoşunlarına təchizat daşıyıb.

    Analitiklər güman edir ki, həmin beş gəmi Suriya Tartus və Hmeymimdə yerləşən rus bazalarının təxliyəsi üçün nəzərdə tutulub.

    “Oboronlogistika” şirkətinin mətbuat məlumatında qeyd olunub ki, “Ursa Mayor” uzaq şərqə yollanaraq liman infrastrukturunun və Şimal dəniz yolunun inkişafı ilə bağlı dövlət tapşırıqları çərçivəsində iri layihə yükləri daşıyıb. Gəminin Vladivostok terminalının genişləndirilməsi üçün lazım olan 380 tonluq port kranları və yeni buzqıranlar üçün 45 tonluq lük örtüklərini apardığı bildirilib.

    Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi dekabrın 23-də məlumat yayıb ki, Rusiya Suriyadan silah və texnika çıxarmaq üçün göndərdiyi “Sparta” yük gəmisi hərəkət zamanı sıradan çıxıb.

    Xatırladaq ki, əvvəllər Avropa İttifaqı Suriya hakimiyyəti ilə dialoq zamanı Rusiyanın Suriyadakı hərbi mövcudluğuna diqqət yetirməyi planlaşdırdığını bəyan etmişdi.

  • Bakıda yumurta bahalaşıb? (AÇIQLAMA)

    “Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Mürvət Həsənli Bakıda broyler yumurtasının qiymətinin kəskin bahalaşmasına aydınlıq gətirib.

    Sədr Qaynarinfo-ya açıqlamasında ötən ilin bu dövrünə nisbətən yumurtanın qiymətinin 3 qəpik ucuz olduğunu bildirib:

    “Fabriklərdə yumurta yığılır, maşınlara və marketlərə təhvil verilir. Fabriklərdən topdansatış çıxış qiyməti 45 manata başa gəlir. 45 manatı 360-a böləndə qiymət təxminən 13-14 qəpik arasında olur. Qiymət qalxıbsa, bunu bilərəkdən şəbəkə marketlər qaldırıb. Əgər qiymət qalxmayıbsa, informasiya yalandır. Bu səhər hamısından bir-bir soruşmuşam. Fabriklərdən marketə təhvil verilən qiymətlər dəyişilməyib”.

    Mürvət Həsənli əlavə edib ki, noyabr ayında yumurtanın topdansatış qiyməti 52 manat (360 ədəd üçün) olub:

    “Bu ay isə qiymət 45 manat olub. Həm də toyuq ətinin qiyməti də dəyişməyib. Ötən illə müqayisədə fabrik qiymətlərində 5-7% ucuzlaşma var”.

    Qeyd edək ki, Azərbaycanda yumurtanın qiymətinin 22 qəpiyə qalxması ilə bağlı məlumat yayılıb. Bir neçə gün öncə marketlərdə 12-14 qəpiyə satılan broyler yumurtası hazırda 18-22 qəpiyə təklif olunduğuna dair məlumat yayılıb.

  • Rusiyalı politoloq: “Bakı Putin və Trampın görüşünün keçirilməsi məkanı üçün əsas namizəddir”

    “Azərbaycanın paytaxtı Bakı Rusiya Prezidenti Vladimir Putin və ABŞ-nin seçilmiş dövlət başçısı Donald Trampın potensial sammitinin keçirilməsi üçün ən ehtimal yerdir”.

    Bu barədə Rusiyanın dövlət və ictimai xadimi, diplomat, politoloq Sergey Markov özünün “Telegram” kanalında yazıb.

    Onun sözlərinə görə, məhz Bakı Rusiya Baş Qərargahı və ABŞ Ordusunun Qərargah Rəisləri Komitəsi başçılarının daimi görüş yeri olub.

    “Yəni həqiqətən yaxşı yoxlanılmış məkandır. Bu yaxınlarda BMT-nin böyük iqlim sammiti (COP29) keçirilib. Yaxşı logistikası var”, – deyə politoloq bildirib.

    Markov Azərbaycanın böyük dövlətlərlə münasibətlərdə vurğulanmış neytrallığını da mühüm faktor adlandırıb.

    O, Azərbaycanın namizədliyi üçün yeganə mümkün maneənin Vaşinqtondakı bəzi lobbi qruplarının ola biləcəyini vurğulayıb.

  • Prezident: “Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir”

    “Azərbaycan güclü dövlətdir, öz gücünə əsaslanan, öz yolu ilə gedən, heç kimin qarşısında heç bir öhdəliyi olmayan, heç kimin qabağında baş əyməyən, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir və bu, bizim böyük sərvətimizdir”.

    AZƏRTAC xəbər verir ki, bu fikri Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı səsləndirib.

    Bu gün dünyada gedən proseslərin göz qabağında olduğunu söyləyən dövlətimizin başçısı qeyd edib:

    “Qanlı toqquşmalar, müharibələr, münaqişələr, bəzi ölkələrin digər ölkələrin işlərinə kobudcasına qarışması, vəziyyətin gərginləşməsi – bütün bunları biz Azərbaycanda görmürük və görməyəcəyik”.

  • Prezident: “Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir”

    “2024-cü il də Azərbaycan idmanı üçün uğurlu olmuşdur. Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil etmişlər, 1700-ə yaxın medal qazanılmışdır”.

    AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı söyləyib.

    Bunun idmanımızın inkişafını göstərdiyini vurğulayan dövlətimizin başçısı qeyd edib:

    “Yeni nəsil idmançılar yetişir və beləliklə, Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir”.

  • Saxlanılan tiktokerlərə sponsorluq edənlər də cinayət məsuliyyəti daşıyır? – FOTO

    “TikTok”da müxtəlif adlar altında əyləncə yarışları təşkil etməklə əxlaqsızlığı təbliğ edən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb. Lakin məsələnin digər tərəfi maliyyə axını ilə bağlıdır. Belə ki, həmin verilişlərə bir çox şirkətlər sponsorluq edir, verilişin ərsəyə gəlməsinə maddi dəstək olurlar.

    Məsələyə hüquqi aspektdən yanaşsaq, həmin şirkətlər də məsuliyyət daşıyırmı?


    Median.Az xəbər verir ki, mövzunu oxu.az-a şərh edən hüquqşünas Emil Aslanov bildirib ki, əgər hər hansı bir cinayətin törədilməsinə kömək edilirsə, burada da təbii ki, kömək edən şəxslərin də əməlində cinayət tərkibi yaranır:


    “Bu da Cinayət Məcəlləsinin 32.5-ci maddəsində əksini tapır. Maddədə qeyd edilir ki, cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır və cinayət törətmiş şəxslə eyni qaydada məsuliyyətə cəlb edilir”.

  • Внуки Президента Азербайджана Ильхама Алиева поздравили его с днем рождения – ФОТО

    Внуки Президента Азербайджана Ильхама Алиева – Али и Микаил Агаларовы поздравили главу государства с днем рождения.

    Cоответствующие публикации они опубликовали в своих Instagram-аккаунтах. Внуки поделились своими фотографиями с дедушкой, написав “С днем рождения”.

    Отметим, Али и Микаил – дети дочери Президента, вице-президента Фонда Гейдара Алиева, основателя и руководителя Общественного объединения IDEA Лейлы Алиевой.

  • Nəvələri İlham Əliyevin doğum günü ilə bağlı paylaşım ediblər – FOTO

    Azərbaycan Prezidenti İlham Əliyevin doğum günü münasibətilə nəvələri Əli Ağalarov və Mikayıl Ağalarov dövlət başçısını təbrik ediblər.

    Bu barədə Əli və Mikayıl Ağalarov sosial media hesablarında paylaşım ediblər.

    Onlar babaları ilə birlikdə fotolarını paylaşaraq, “Ad gününüz mübarək”, – sözlərini yazıblar.

    Qeyd edək ki, Əli və Mikayıl Prezidentin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın övladlarıdır.