Month: December 2024

  • Эрсин Татар позвонил Ильхаму Алиеву

    24 декабря президент Турецкой Республики Северного Кипра Эрсин Татар позвонил Президенту Азербайджанской Республики Ильхаму Алиеву.

    Как сообщает АЗЕРТАДЖ, он поздравил главу нашего государства с днем рождения, пожелал ему успехов в президентской деятельности и крепкого здоровья.

    Президент Ильхам Алиев поблагодарил за проявленное внимание и поздравление.

    В ходе телефонного разговора с удовлетворением были упомянуты встречи, проведенные главой нашего государства с Эрсином Татаром в Баку и в рамках других международных мероприятий, подчеркнута важность участия Эрсина Татара в неформальном Саммите глав государств Организации тюркских государств, состоявшемся в этом году в Шуше, состоялся обмен мнениями о будущих контактах

  • Ersin Tatar Azərbaycan Prezidentinə zəng etdi

    Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

    AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

    Ersin Tatar dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, prezidentlik fəaliyyətində ona uğurlar və möhkəm cansağlığı arzulayıb.

    Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını ifadə edib.

    Telefon söhbəti zamanı dövlətimizin başçısının Ersin Tatarla Bakıda və digər beynəlxalq tədbirlər çərçivəsində keçirdiyi görüşlər məmnunluqla xatırlanıb, Ersin Tatarın bu il Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirakının önəmi vurğulanıb, gələcək təmaslar barədə fikir mübadiləsi aparılıb.

  • Kür çayı can aldı

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Kür çayının Zərdab rayonu, Əlvənd kəndindən keçən hissəsində bir nəfərin batması barədə məlumat daxil olub.

    Bu barədə FHN məlumat yayıb.

    Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

  • Президент Ильхам Алиев принял участие в церемонии, посвященной спортивным итогам 2024 года

    24 декабря состоялась церемония, посвященная спортивным итогам 2024 года.

    Как сообщает АЗЕРТАДЖ, в ней принял участие Президент Азербайджанской Республики, глава Национального олимпийского комитета Ильхам Алиев.

  • İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib

    Dekabrın 24-də 2024-cü ilin idman yekunlarına həsr olunan mərasim keçirilib.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

  • Arvadını boğaraq öldürən şəxs: “Telefonda başqa şəxslə danışanda tutdum”

    Bakıda həyat yoldaşını qısqanclıq zəminində boğaraq öldürməkdə təqsirləndirilən Nurəddin Məmmədovun cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.

    Median.Az Pravda.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.

    İttiham aktına əsasən, Nurəddin Məmmədov 2024-cü il aprelin 28-də, saat 12 radələrində yaşadığı Bakı şəhəri, Ramana qəsəbəsindəki evində olarkən arvadı, zərərçəkmiş Ayşən Məmmədovanın pilləkəndə oturub istintaqa məlum olmayan şəxslə “WhatsApp”da görüntülü danışdığını görüb. O, arvadının əvvəllər də bir neçə dəfə başqa şəxslərlə əlaqəsi olduğunu aşkar bildiyindən ona xəyanət etdiyini düşünüb. Sonra təqsirləndirilən şəxs telefonu qadının əlindən alıb başına vurub, sinəsindən itələyib, bıçağın dəstəyi ilə onun təpə nahiyəsindən bir dəfə vurub.

    Bundan başqa, o, 2024-cü il mayın 5-də, saat 13 radələrində yaşadığı evə gəlib arvadı Ayşənin yataq otağında “WhatsApp”da kiminləsə aralarında intim münasibət olması barədə söhbət apardığını və yazışdığını görüb. Sonra Nurəddin həyat yoldaşının ona xəyanət etməsindən əmin olub. Bu zaman Ayşən isə etdiyi hərəkətlərə haqq qazandırmağa çalışıb. Onlar mübahisə edə-edə mətbəx otağına keçiblər. Daha sonra təqsirləndirilən şəxs qəflətən hər iki əli ilə qadının boğazından tutub yerə yıxıb. Nurəddin yerdə arvadını boğaraq öldürüb.

    Məhkəmə baxışı zamanı o, elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. Nurəddin ifadəsində qeyd edib ki, hadisə günü evə gəldiyini arvadına deməyib. O, evə əsas girişindən deyil, arxa tərəfdən daxil olub.

    “Otağın qarşısına kimi yavaş-yavaş gələrək Ayşənin telefonla danışdığını gördüm. Arvadımın telefonla danışdıqlarına bir az qulaq asdım və “uşaqlar evdə olduqlarından göstərə bilməməsini” söylədiyini eşitdim. Həmin anda içəri daxil oldum. Ayşən məni görən kimi yuxarı qalxmış köynəyini aşağı endirdi. Həmin vaxt qarşı tərəfdəki şəxs telefonu söndürdü. Ondan həmin şəxsin kim olduğunu soruşdum. O, telefonda danışdığı şəxsin bacısının tanışı olduğunu bildirdi. Lakin arvadıma inanmadım. Telefonu götürüb yazışmalara baxdım və bundan sonra mübahisəmiz başladı.

    Uşaqlar mübahisəmizi görməsinlər deyə mətbəx otağına keçdik. Sonra Ayşən təhqirə keçdi. Həmin an əsəbi olduğumdan arvadımı yerə yıxıb boğazından sıxdım. Onu öldürmək kimi bir məqsədim yox idi. Məqsədim telefondakı yazışmaları sübut kimi məhkəməyə təqdim edib uşaqları onun əlindən almaq idi”, – deyə Nurəddin ifadəsində söyləyib.

    O deyib ki, Ayşəni öldürdükdən sonra qardaşına zəng edərək hadisəni ona danışıb. Qardaşı onlara gəldikdən sonra Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng edib təslim olduğunu bildirib.

    Sonda Nurəddin himayəsində iki azyaşlı uşağının olduğunu və əməlindən peşmançılıq çəkdiyini qeyd edərək məhkəmədən ədalətli hökm çıxarmasını xahiş edib.

    Nurəddin Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 128-ci (qəsdən sağlamlığa az ağır zərərvurma) maddələri ilə ittiham irəli sürülüb.

    Məhkəmənin hökmü ilə o, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

  • Иран приостановил все авиарейсы в Сирию

    Иранские компании отменили все авиарейсы в Сирию до 22 января, так как авиасообщение между двумя странами не согласовано с новыми властями в Дамаске.

    Об этом сообщил глава Организации гражданской авиации Исламской Республики Хосейн Пурфарзане.

    “В настоящее время полеты в Сирию запрещены до 22 января, но в отношении Ливана никаких ограничений нет”, – приводит слова Пурфарзане агентство ISNA. Как отметил глава организации, чтобы возобновить авиасообщение, необходимо получить разрешения со стороны страны назначения. Такая же ситуация обстоит и с Египтом. “Власти двух стран должны прийти к единому итогу, чтобы мы смогли осуществлять рейсы из Ирана в Египет и обратно”, – добавил он.

  • İran Suriyaya bütün aviareysləri dayandırdı

    İran şirkətləri Dəməşqdəki yeni hakimiyyətlə iki ölkə arasında hava əlaqələri razılaşdırılmadığı üçün Suriyaya bütün uçuşları yanvarın 22-dək ləğv ediblər.

    Bu barədə İslam Respublikasının Mülki Aviasiya Təşkilatının rəhbəri Hüseyn Purfərzane xəbər yayıb.

    O qeyd edib ki, hava əlaqələrini bərpa etmək üçün təyinat ölkəsindən icazə almaq lazımdır.

    “Hazırda Suriyaya uçuşlar yanvarın 22-dək qadağandır, lakin Livana heç bir məhdudiyyət yoxdur”, – deyə təşkilat rəhbəri bildirib.

    O, Misirlə də eyni vəziyyətin mövcud olduğunu deyib.

    “İki ölkənin hakimiyyəti İrandan Misirə və geriyə uçuşları həyata keçirə bilməyimiz üçün vahid nəticəyə gəlməlidir”, – deyə Purfərzane əlavə edib.

  • “TikTok”da əxlaqsızlığı təbliğ edənlərə qarşı əməliyyat: Şairə İlhamə Elşadqızı da saxlanıldı

    “TikTok” sosial şəbəkəsində müxtəlif adlar altında əyləncə yarışları təşkil etməklə əxlaqsızlığı təbliğ edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

    Median.Az APA-a istinadla xəbər verir ki, bu tədbilər çərçivəsində şairə İlhamə Elşadqızı saxlanılıb.

    Onun polisin keçirdiyi əməliyyat nəticəsində saxlandığı bildirilir.

    Qeyd edək ki, vətəndaşların narazılığına səbəb olan “emin_resad” və “azerzahid6669966” adlı istifadəçilər tərəfindən tiktokerlərin iştirakı ilə təşkil olunan yarışlarda baş verənlər canlı yayımlanıb. Cəmiyyətdə birmənalı qarşılanmayan bu hərəkətlərlə bağlı aparılan araşdırmalar çərçivəsində “emin_resad” adlı “TikTok” səhifəsinin idarəçiləri – Abdullayev Emin və Rəşad qardaşları, “azerzahid6669966” adlı səhifənin idarəçisi Azər İsmayılov və digərləri polis əməkdaşları tərəfindən saxlanılıblar.

    Şair İlhamə Elşadqızı “azerzahid6669966” adlı istifadəçi tərəfindən tiktokerlərin iştirakı ilə təşkil olunan yarışlarda iştirakçı olub.

  • Nəriman Axundzadə ilin ən yaxşı futbolçuları SİYAHISINDA

    Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) Azərbaycan millisinin və “Qarabağ”ın hücumçusu Nəriman Axundzadəni 2024-cü ilin yaşı 21-dən aşağı olan ən yaxşı futbolçularının siyahısına daxil edib.

    Bu barədə CIES-nin təqvim ili üçün hazırladığı hesabatda bildirilib.

    Qurum 64 liqada 2004-cü il və daha sonra anadan olmuş oyunçularla bağlı araşdırma aparıb.

    Nəriman Axundzadə sağ vingerlər arasında ən çox məhsuldar ötürmə verən və qapıya zərbə vuran futbolçulardan hesab olunur. Hazırda 20 yaşı olan forvard bu göstəriciyə görə 75.1 əmsalla 7-ci pillədə qərarlaşıb.

    İlk sırada Türkiyə yığmasının və İspaniyanın “Real” klubunun futbolçusu Arda Gülər yer alıb. Onun əmsalı 81.4-dür.

    Qeyd edək ki, Nəriman Axundzadə 2024/2025 mövsümündə Misli Premyer Liqasında 7, UEFA Çempionlar Liqasının təsnifat mərhələsində 2 assistlə yadda qalıb.