Month: December 2024

  • İnternet vasitəsi ilə qumar oyunları təşkil edən qardaşlara hökm oxundu

    Abşeron Rayon Məhkəməsində qumar oyunlarının təşkili və ya keçirilməsində təqsirləndirilən Zamiq Babayev, qardaşı Samir Babayev və onların qohumları Arif Həsənovun (hər üçünün ad, soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə Zamiq Babayev 2 il 6 ay və digərləri isə 2 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. 

    İttihama görə, həmin şəxslər internet informasiya ehtiyatlarından və informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə pul vəsaitləri, maddi və sair nemət barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan qumar oyunları təşkil edib.

    Belə ki, Zamiq Babayev qardaşı Samir Babayev və qohumu Arif Həsənovla birgə 15 yanvar 2023-cü il tarixdə ölkə hüdudlarından kənarda yaradılmış və qanunsuz fəaliyyət göstərən idman mərc, loto və digər qumar oyunlarının şəxsiyyəti istintaqa məlum olmayan təşkilatçıları ilə əlaqə saxlayıb. O, onlardan “1XBet.com”, “Fastloto.com” və digər internet saytlarında təşkil edilmiş qanunsuz idman mərc, loto və digər qumar oyunlarının oynanılması üçün istifadə edilə bilən kodlar alaraq öz adına həmin saytlarda istifadəçi hesabı və virtual kassalar yaradıb. Sonra həmin şəxslər mobil telefonlar vasitəsi ilə qeyd edilən saytlardakı hesab və virtual kassalardakı oyun kodlarının müştərilərə pul müqabilində satıblar. Eyni zamanda “İnstagram” sosial şəbəkəsində qumar oyunları və oyun üçün kodlarının satışı ilə bağlı reklam yerləşdirib müraciət edən müştərilərə pul müqabilində satıblar.

  • Nişan günü qan töküldü: Arvadının başını kəsdi – Ötən gün baş verən qətlin təfərrüatı (VİDEO)

    Ağstafada ötən gün törədilmiş qətlin təfərrüatı məlum olub.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, rayonun Vurğun qəsəbə sakini, 23 yaşlı Valeh Qədimov həyat yoldaşı 19 yaşlı Mədinə Qədimovanı qətlə yetirməkdə şübhəli bilinir.

    Mədinə Qədimovanın valideynləri bildiriblər ki, ər-arvad arasında əvvəllər də münaqişələr olub.

    Valeh isə ailəsi ilə barışmaq üçün tez-tez qayınatasıgilə gedib.

    Mərhumun yaxınlarının iddialarına görə, Valeh Qədimov qayınanasıgili nişan mərasiminə apardıqdan sonra evə qayıdıb. Bu dəfə o, evdə heç kimin olmadığı vaxt hadisəni törədib.

    Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

    Ətraflı süjetdə:

  • Bu tarixdə günəşə rekord yaxınlıq baş verəcək

    NASA-nın “Günəşə toxunmaq” üçün hazırladığı “Parker Solar Probe” qurğusunun Günəşə ən yaxın mövqeyinə çatacağı bildirilib.
     
    Median.Az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə NASA-nın öz rəsi saytı məlumat yayıb.
     
    Məlumata görə, “Parker Solar Probe” 2018-ci ildə buraxıldıqdan sonra Günəşə getdikcə daha yaxın orbitdə fırlanır.
     
    Noyabrın 6-da planlaşdırılan sonuncu Venera uçuşunu həyata keçirərək Günəşə daha yaxına gəlməyə hazır olan Parker, dekabrın 24-də Günəş səthindən 6,1 milyon kilometr keçərək rekord yaxınlığa çatacaq.
     
    Parkerin Günəşə ən yaxın olduğu zaman siqnal ötürülməsindəki məhdudiyyətlər səbəbiylə Yerlə əlaqəsi kəsiləcək. Dekabrın 27-nə qədər siqnal göndərə bilməyəcək.
     
    Qeyd edək ki, qurğu 2025-ci ilin yanvar ayının sonunda Yeri aydın görəcəyi və Günəşə ən yaxın keçidi zamanı əldə etdiyi elmi məlumatlardan istifadə edə biləcəyi bir orbitə yerləşəcək.

  • Владимир Путин позвонил Ильхаму Алиеву

    24 декабря президент Российской Федерации Владимир Путин позвонил президенту Азербайджана Ильхаму Алиеву.

    Об этом Median.Az сообщает со ссылкой на пресс-службу главы государства.

    Владимир Путин поздравил главу нашего государства с днем рождения, пожелал ему успехов в президентской деятельности и крепкого здоровья.

  • Vladimir Putin İlham Əliyevə zəng edib

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

    Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

    Rusiya Prezidenti dövlət başçısına ad günü münasibətilə təbriklərini çatdırıb, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

    Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

    Telefon söhbəti zamanı həyata keçirilən qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyətinə toxunulub, Vladimir Putinin bu il Azərbaycana dövlət səfərinin ikitərəfli münasibətlərimizin daha da möhkəmlənməsi işinə mühüm töhfə verdiyi qeyd olunub.

    Telefon söhbəti zamanı strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrimizin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik bildirilib, əməkdaşlığımızın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

  • Xəzər dənizi ilə 23 kiloqramdan artıq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alındı

    Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi Komandanlığının bölmələri və sərhəd gəmilərinin qarşılıqlı fəaliyyəti nəticəsində külli miqdarda narkotikin xəzər dənizi ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.

    Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında rejim qaydalarını pozan üzmə vasitəsinin axtarışı ilə bağlı sərhəd gəmiləri və sahil nəzarəti bölmələri tərəfindən aparılmış tədbirlər nəticəsində dənizdə 13 ədəd şübhəli bağlama müəyyən edilib.

    Bağlamalara baxış zamanı ümumi çəkisi 23 kiloqram 745 qram (23 kq 475 qram marixuana, 270 qram tiryək) və 500 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar olunaraq götürülüb.

    Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

  • Ağdaşda narkotiklə bağlı 4 nəfər saxlanılıb

    Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib.

    DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, tədbirlərlə rayon sakinləri – Elnur Əhmədzadə, Elvin İsmayılov, İlqar Ələkbərov və Elman Kərimov saxlanılıblar. Onların yaşadıqları ünvanlardan və idarə etdikləri avtomobillərdən ümumilikdə 2 kiloqram marixuana aşkar olunub.

    Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

  • Özbəkistan Prezidenti İlham Əliyevə zəng edib

    Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev dekabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

    Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

    Şavkat Mirziyoyev dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.

    Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

    Telefon söhbəti zamanı yüksək səviyyədə qarşılıqlı səfərlərin və mütəmadi təmasların ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfə qeyd edilib, Prezident İlham Əliyevin bu il Özbəkistana dövlət səfərinin əməkdaşlığımızın daha da gücləndirilməsi işində xüsusi rol oynadığı vurğulanıb. Qeyd olunub ki, həmin səfər zamanı imzalanmış müttəfiqlik münasibətləri haqqında Müqavilə ikitərəfli münasibətlərimizin ən yüksək zirvəsini nümayiş etdirib.

    Özbəkistan Prezidenti COP29-un Azərbaycanda yüksək səviyyədə keçirilməsi ilə bağlı Prezident İlham Əliyevə bir daha təbriklərini çatdırıb və bu mühüm tədbiri ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsinin nümayişi kimi qiymətləndirib.

    Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını ifadə edərək, Şavkat Mirziyoyevin COP29-da fəal iştirakına görə bir daha təşəkkürünü bildirib.

    Prezidentlər ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildirib, əməkdaşlığımızın perspektivləri, gələcək təmaslar və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıblar.

  • Daha bir “TikTok”er həbs edildi

    “TikTok”da kustar üsulla kimyəvi maddələrin birləşməsindən təhlükəli partlayış yaratmaqla kütləvi paylaşımlar edilir. 

    DİN-in Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən sosial şəbəkələrdə təhlükəli trendə çevrilən bu halla bağlı qəti tədbirlər görülür. 

    Bərdə rayonunda partlayıcı maddə hazırlayaraq görüntülərini “TikTok” sosial şəbəkəsində yayan şəxs müəyyən olunub. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 2003-cü il təvəllüdlü Ziyadov Xanlar saxlanılıb. Onun yaşadığı ünvana baxış zamanı partlayıcı maddənin hazırlanması üçün vasitələr və partlayıcını istifadə etdiyi barədə “TikTok” sosial şəbəkəsində yayımladığı görüntü aşkarlanaraq maddi sübut kimi götürülüb. 

    Faktla bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb, X.Ziyadov həbs edilib. Araşdırmalar davam etdirilir.

    Diqqətə çatdırırıq ki, izləyici toplamaq üçün istifadə olunan hərəkətlər insan həyatı və sağlamlığı üçün təhlükə mənbəyidir, vətəndaşları belə əməllərdən çəkinməyə çağırırıq.

  • Makron hökumətin yeni tərkibini təsdiqlədi

    Fransa Prezidenti Emmanuel Makron ölkənin yeni hökumətinin tərkibini təsdiqləyib.

    Bu barədə TASS məlumat yayıb.

    Fransa Nazirlər Kabinetində əsas vəzifələr əvvəlki hökumətin üzvləri tərəfindən saxlanılıb.

    Siyahını Yelisey sarayının baş katibi Aleksis Koler açıqlayıb.

    Beləliklə, Jan-Noel Barro Xarici İşlər Nazirliyinə, Sebastien Lecornu isə ölkənin Müdafiə Nazirliyinə rəhbərlik etməyə davam edəcək.