Month: December 2024

  • Cənubi Koreyada hərbi bazada güclü partlayış – Xəsarət alanlar var

    Cənubi Koreyanın cənub-şərqində yerləşən hərbi bazada güclü partlayış baş verib.

    Median.Az bu barədə “Yonhap” agentliyinə istinadən məlumat yayıb.

    Partlayış nəticəsində üç mülki şəxsin xəsarət aldığı bildirilir.

    Qeyd olunur ki, partlayış hərbi hissənin təchizat bazasında yerləşən, təhlükəli maddələrin saxlanıldığı çənə baxış zamanı baş verib.

    Hadisənin digər təfərrüatı hələlik məlum deyil.

  • Иран без свободного интернета: президент Масуд Пезешкиан не сдержал слово

    Критика в адрес президента Ирана Масуда Пезешкиана усилилась за невыполнение обещания устранить ограничение на доступ в интернет в стране.

    Об этом сообщает Median.Az со ссылкой на Telegram-канал Azad İran.

    Было отмечено, что некоторые призвали к его отставке либо смещению с поста нового министра связи в правительстве.

    Ряд пользователей соцсетей также, напомнив слова Пезешкиана во время президентских выборов, попросили его уйти в отставку, если он не выполнит свое обещание.

  • Pezeşkian internet məhdudiyyəti ilə bağlı vədini yerinə yetirmir

    İranda internet məhdudiyyətləri ilə bağlı verdiyi vədi yerinə yetirmədiyinə görə ölkə Prezidenti Məsud Pezeşkiana qarşı tənqidlər artıb.

    “Azad İran” “Telegram” kanalı bu barədə İran KİV-ə istinadən xəbər yayıb.

    Bildirilib ki, bəziləri onun istefasını və ya hökumətdəki yeni rabitə nazirinin vəzifəsindən kənarlaşdırılması ilə bağlı müraciətlər olub.

    Bir sıra sosial media istifadəçiləri də prezident seçkisi zamanı Məsud Pezeşkianın dediklərini yenidən xatırladaraq, sözünü yerinə yetirmədiyi təqdirdə istefa etməsini istəyiblər.

  • Prezident: “Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir”

    “Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu, əsrlər boyu milli-mədəni rəngarənglik və tolerantlıq mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı etimad və hörmət şəraitində birgə yaşadığı nadir diyarlardan biridir. Biz bütün bunlarla fəxr edir və bu dəyərləri milli sərvət kimi qoruyuruq”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Milad bayramı münasibətilə Roma Papası Fransiskə ünvanladığı təbrik məktubunda yer alıb.

    Dövlətimizin başçısı bildirib ki, Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi olan xristian icması tərəfindən bu bayramın daim xüsusi coşqu və yüksək əhvali-ruhiyyə ilə qeyd edilməsi ölkəmizdə hökm sürən etnik-mədəni müxtəliflik, zəngin multikulturalizm ənənələrinin bariz təzahürüdür.

    “Təsadüfi deyil ki, xalqlararası dostluğun və dinlərarası harmoniyanın, multikulturalizm və tolerantlıq ənənələrinin qorunması Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən olmaqla yanaşı, ilk növbədə, xalqımızın təbii yaşam tərzidir”, – deyə Prezident İlham Əliyev məktubunda vurğulayıb.

  • Президент Ильхам Алиев поздравил Папу Римского

    Президент Азербайджанской Республики Ильхам Алиев направил поздравительное письмо Папе Римскому Франциску.

    Как передает АЗЕРТАДЖ, в послании говорится:

    “Ваше Святейшество,

    Я очень рад выразить Вам и в Вашем лице всем Вашим единоверцам-христианам мои самые искренние поздравления и наилучшие пожелания по случаю Рождества.

    Этот светлый праздник, несущий обновленный дух и символизирующий такие чистые чувства, как милосердие и благожелательность, является воплощением взаимопонимания, поддержки и единства между людьми. Будучи неотъемлемой частью азербайджанского общества, христианская община отмечает этот праздник, как всегда, с особым энтузиазмом и воодушевлением, что является ярким свидетельством этнического и культурного разнообразия и богатых традиций мультикультурализма, царящих в нашей стране.

    Азербайджан – одно из уникальных мест, где сливаются различные цивилизации, где на протяжении веков процветают национально-культурная мозаика и атмосфера толерантности, представители различных национальностей и вероисповеданий сосуществуют в мире, безопасности, взаимном доверии и уважении. Мы гордимся этими ценностями и бережно относимся к ним как к национальному достоянию. Неслучайно сохранение дружбы народов, межконфессионального согласия, традиций мультикультурализма и толерантности в рамках политики, проводимой азербайджанским государством, – это, прежде всего, естественный образ жизни нашего народа.

    Христианская община занимает особое место в современном азербайджанском обществе. Наши граждане-христиане, поселившиеся в Азербайджане и живущие здесь одной семьей на протяжении сотен лет, играют значимую роль в общественной, политической, социальной и культурной жизни нашей родины, внося огромный вклад в процветание нашей любимой страны. Древнее христианское наследие, святыни, церкви и другие культовые сооружения на всей территории нашей страны охраняются Азербайджанским государством наравне с мечетями и синагогами. Одновременно наша страна играет активную роль в сохранении христианских памятников, которые считаются жемчужинами мирового культурного наследия, способствуя тем самым межкультурному диалогу.

    Мы довольны установившимися отношениями между Азербайджаном и Святым Престолом. Наши двусторонние связи отмечены многочисленными взаимными визитами, постоянными контактами и важными вехами. С чувством удовлетворения хочу отметить предстоящее строительство в нашей стране второго католического храма в честь Папы Иоанна Павла II. Этот проект является демонстрацией большого внимания и заботы о католической общине нашей страны и символизирует высокий уровень отношений между Азербайджаном и Святым Престолом.

    Ваше Святейшество,

    Хочу поблагодарить Вас за вклад в укрепление отношений между Азербайджаном и Святым Престолом и выразить признательность за то, что Вы по-прежнему высоко цените традиции мультикультурализма и толерантности нашей страны.

    Уверен, что плодотворное сотрудничество между Азербайджаном и Святым Престолом будет и впредь способствовать межконфессиональному и межкультурному взаимопониманию во всем мире, служа делу защиты общечеловеческих ценностей и обеспечения солидарности между людьми.

    Пользуясь этой приятной возможностью, сердечно поздравляю Вас с днем рождения и наступающим Новым 2025 годом. Желаю Вам крепкого здоровья, счастья и успехов в Вашей благородной и священной миссии”.

  • Prezident İlham Əliyev Roma Papasını təbrik edib

    Prezident İlham Əliyev Roma Papası Fransisk Həzrətlərinə təbrik məktubu ünvanlayıb.

    Median.Az President.az-a istinadən bildirir ki, məktubda deyilir:

    “Zati-müqəddəsləri, Müqəddəs Milad bayramı münasibətilə Sizə və Sizin simanızda bütün həmməzhəblərinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

    Mərhəmət, xeyirxahlıq kimi ülvi hissləri özündə təcəssüm etdirən, yeni ruh gətirən bu nurlu bayram özünün bütün məramı ilə insanlar arasında qarşılıqlı anlaşmanı, dəstəyi və birliyi tərənnüm edir. Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi olan xristian icması tərəfindən bu bayramın daim xüsusi coşqu və yüksək əhvali-ruhiyyə ilə qeyd edilməsi ölkəmizdə hökm sürən etnik-mədəni müxtəliflik, zəngin multikulturalizm ənənələrinin bariz təzahürüdür.

    Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu, əsrlər boyu milli-mədəni rəngarənglik və tolerantlıq mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı etimad və hörmət şəraitində birgə yaşadığı nadir diyarlardan biridir. Biz bütün bunlarla fəxr edir və bu dəyərləri milli sərvət kimi qoruyuruq. Təsadüfi deyil ki, xalqlararası dostluğun və dinlərarası harmoniyanın, multikulturalizm və tolerantlıq ənənələrinin qorunması Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən olmaqla yanaşı, ilk növbədə xalqımızın təbii yaşam tərzidir.

    Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır. Yüz illər boyu Azərbaycanda məskunlaşıb vahid ailə kimi yaşayan xristian vətəndaşlarımız Vətənlərinin ictimai-siyasi və sosial-mədəni həyatının bütün sahələrində yaxından iştirak edərək doğma ölkəmizin rifahına böyük töhfələr verirlər. Ərazimizdə mövcud olan qədim xristian irsi, məbədlər, kilsələr və digər ibadət yerləri, məscidlər və sinaqoqlar kimi eyni səviyyədə Azərbaycan dövləti tərəfindən mühafizə olunur. Ölkəmiz, eyni zamanda, dünya mədəni irsinin incilərindən sayılan xristian abidələrinin qorunmasında fəal rol oynayaraq mədəniyyətlərarası dialoqu təşviq edir.

    Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında formalaşmış münasibətlər bizi sevindirir. İkitərəfli əlaqələrimizin tarixi çoxsaylı qarşılıqlı səfərlər, daimi təmaslar və əlamətdar hadisələrlə zəngindir. Məmnunluqla qeyd etmək istərdim ki, ölkəmizdə sayca ikinci olacaq və Papa II İohann Pavelin şərəfinə ucaldılacaq yeni katolik kilsəsi ölkəmizdə katolik dini icmasına göstərilən böyük diqqət və qayğının təzahürü, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında yüksək səviyyəli əlaqələrin yeni rəmzidir.

    Zati-müqəddəsləri, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlərin möhkəmlənməsinə verdiyiniz töhfəyə görə Sizə təşəkkürümü bildirir, ölkəmizin multikulturalizm və tolerantlıq ənənələrini daim yüksək dəyərləndirdiyiniz üçün minnətdarlığımı ifadə edirəm.

    Əminəm ki, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı səmərəli əməkdaşlıq bundan sonra da dünyada dinlərarası və mədəniyyətlərarası anlaşmanın təşviqi, ümumbəşəri dəyərlərin qorunub-saxlanması, insanlar arasında həmrəyliyin bərqərar olmasına xidmət edəcəkdir.

    Bu xoş fürsətdən istifadə edərək Sizə doğum gününüz və qarşıdan gələn Yeni, 2025-ci il münasibətilə də ən səmimi təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, xeyirxah və müqəddəs missiyanızda uğurlar diləyirəm”.

  • Bakıda iş adamının müəmmalı ölümü – Meyiti tapılanda qolunda şpris qalıbmış

    Bir neçə gün öncə Bakıda evində meyiti tapılan “Aze Bilişim Finance” MMC-nin (AZEBİRJA) direktoru Ali Akşunun ölümü ilə bağlı maraqlı iddialar səsləndirilib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı onun hüquqlarını müdafiə edən Rəhim Xoyski feysbuk hesabında paylaşım edib.
    Hüquqşunas onun ölümündən bir gün sonra xəbər tutduğunu bildirib:

    “Ali Akşun ilə dekabrın 14-ü danışarkən mənə bir dəfə izlənilən 2-3 saniyəlik video göndərmişdi ki, ona sistem vurulur. Videoda kimsə görünmürdü. Sual verdim ki, sənə kim yardım edir? Demişdi ki, tibb bacısı gəlib. Sonuncu danışığım və cavabsız qalan mesajlarım isə gecə yarısı olub. Ayın 15-i günorta Ali Akşundan mesajlarıma hələ də cavab gəlmədiyi üçün onun kirayədə yaşadığı evinə getdim və qapını açan olmadı. Daha sonra evin sahibi və polislər vasitəsilə mənzilə daxil olduqda Ali Akşunu divanda uzanıqlı vəziyyətdə qolunda şpris qalmış formada ölü vəziyyətdə tapdım”.

    R.Xoyski bildirib ki, evə polislər və prokurorluq əməkdaşları ilə baxış keçirərkən, şprisdə olan dərmanın ampulasını tapa bilməyiblər:

    “Sistemə aid dərman və digər vasitələr də evdə nə zibil yeşiyində (sadəcə tualetin zibil yeşiyində bir flakon dərman vasitəsi tapıldı), nə də mərhumun yanında tapıldı. İki vurulmuş şpris var idi, biri stolun üzərində qalmışdı, digəri isə qolunda. Qolundakı şprislə bağlı bildirim ki, onun hər hansısa narkotik vasitə olmadığı istintaq tərəfindən artıq anlaşılıb. Nə olduğu, hələ ekspertiza tərəfindən araşdırılır. Hazırda ölüm faktıyla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma davam edir, istintaqın gedişatıyla bağlı ona təsir etməmək üçün daha detallı məlumatlar verə bilməyəcəm”. 

    R.Xoyski bildirib ki, Ali Akşunun özü yox, şirkəti barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində iki aya yaxın idi araşdırma gedirdi. Aparılan araşdırma fakta görə idi, Ali Akşun nə təqsirləndirilən, nə də şübhəli şəxs idi. Şirkətin sənədləriylə bağlı aparılan araşdırmada hər hansısa nöqsan tapılmamışdı.

    Qeyd edilir ki, bir müddət əvvəl kriptovalyuta alqı-satqısı ilə məşğul olan “Aze Bilişim Finance” MMC-nin fəaliyyəti ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma başladılıb. 
    Onu da əlavə edək ki, mərhumun cənazəsi artıq vətəni Türkiyəyə göndərilib.

  • Bu həftə ardıcıl 7 gün iş olacaq

    Xəbər verdiyimiz kimi, Baş nazir Əli Əsədovun imzaladığı Qərara əsasən, Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib.

    “Qafqazinfo”nun məlumatına görə, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib.

    Belə ki, 28 və 29 dekabr tarixləri iş günü olduğundan, bu həftə ardıcıl 7 gün iş olacaq. 30-31 dekabr, 1-5 yanvar tarixləri isə qeyri-iş günü olacaq.

    Qeyd edək ki, Yeni ilin ilk iş günü yanvarın 6-sına təsadüf edəcək.

  • Yeddi yaşlı uşağı öldürməkdə təqsirləndirilən məşqçi yenidən hakim qarşısına çıxarılır

    Sumqayıtda məşq zamanı yeddi yaşlı uşağı öldürməkdə təqsirləndirilən idmançı Mehman Xəlilovun barəsindəki qərardan kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, Ali Məhkəmədə keçiriləcək proses dekabrın 24-nə təyin edilib.

    Şikayət hakim Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq.

    Xatırladaq ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehman Xəlilov 19 il müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. İttihama görə, 2023-cü il aprelin 29-da 2016-cı il təvəllüdlü Fərid Bakarovun Sumqayıt Şəhər Uşaq Xəstəxanasında ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

    İlkin araşdırma zamanı 1994-cü il təvəllüdlü Mehman Xəlilovun Sumqayıt şəhəri ərazində yerləşən məktəblərdən birində sambo idman növü üzrə keçirilən məşq zamanı Fərid Bakarova xəsarətlər yetirməsi nəticəsində sonuncunun həmin xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Mehman Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulub.

    Qeyd: Sumqayıt Şəhər Məhkəməsində Mehman Xəlilov barəsindəki 4 aylıq həbs qətimkan tədbiri seçilib. Təqdimata baxılarkən Mehman Xəlilov özünü təqsirli bilmədiyini, uşağın ölümündə günahkar olmadığını deyib. Mehman Xəlilov ilkin olaraq Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirli bilinib. Daha sonra ona Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

  • Bu ərazilərdə işıq olmayacaq

    Bu gün Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsində, Binəqədi kəndi və ətrafında yerləşən yeni yaşayış məhəllələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

    Bu barədə Azərişıq” ASC-dən məlumat verilib.

    Bildirib ki, Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan bir sıra ərazilərdə 6 kV-luq hava xətlərində aparılan yenidənqurma və təmir işləri ilə əlaqədar dekabrın 23-də elektrik xətləri sifarişə əsasən açılacaq.

    Bununla əlaqədar olaraq saat 10:00-dan saat 14:00-dək Sulutəpə qəsəbəsində, saat 10:00-dan saat 15:00-dək Binəqədi kəndi və ətrafında yerləşən yeni yaşayış məhəllələrində, Mədən 1, 2, 3, 4 və Korpuslar adlanan ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma və təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.