Month: December 2024

  • Azərbaycanda prokuror təqaüdə GÖNDƏRİLDİ

    Uzun müddət prokurorluq orqanlarında şərəfli xidmət yolu keçmiş Azərbaycan Prokurorluğunun veteranları Namiq Əsgərov və Bəhruz Mahmudovun 70 illik yubileylərinin tamam olması, eyni zamanda prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış Kürdəmir rayon prokurorunun müavini Elxan Məmmədovun qulluq keçməsinə xitam verilməsi ilə əlaqədar Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə dekabrın 18-də tədbir keçirilib.

    Tədbirdə Baş prokuror tərəfindən veteran prokurorluq işçisi Namiq Əsgərova hədiyyə, Bəhruz Mahmudova isə “Azərbaycan Prokurorluğunun 100 illiyi” Azərbaycan Respublikasının yubiley medalı təqdim edilib.

    Namiq Əsgərov və Bəhruz Mahmudov prokurorluq orqanlarında qulluq keçmənin, prokurorluq işçisi kimi qanunçuluq və hüquq qaydalarının təmin olunmasında, dövlətçiliyimizin maraqlarının müdafiə edilməsində xidmət aparmanın qürurverici olduğunu bildirərək, veteran prokurorluq işçilərinə göstərilən diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildirib.

    Həmçinin, Baş prokuror tərəfindən uzunmüddətli səmərəli fəaliyyətinə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində əldə etdiyi nailiyyətlərə görə Elxan Məmmədova “Prokurorluğun fəxri işçisi” döş nişanı təqdim edilib.

    Görüşdə tədbir iştirakçıları xatirələrini bölüşərək səmimi söhbətlər edib və sonda xatirə şəkli çəkilib.

  • Ailələrin aylıq xərci 2500 manatı ÖTDÜ – RƏSMİ

    Azərbaycanda əhalinin adambaşına aylıq xərcləri (ərzaq, qeyri-ərzaq və pullu xidmətlər) 600 manatı, bir ev təsərrüfatına düşən aylıq xərc isə 2500 manatı ötüb.
     
    Median.Az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-noyabr ayları ərzində çəkilən xərclərin ay ərzində adambaşına düşən hissəsi 600,2 manat olub.
     
    Əvvəlki ilin eyni dövründə adambaşına aylıq xərclər 566,1 manat idi. Bu il əhalinin adambaşına düşən nominal xərcləri 6 faizdən çox artıb. Bir ev təsərrüfatının aylıq xərcləri isə 2521 manat təşkil edib. Azərbaycanda bir ev təsərrüfatının ölçüsü 4,2 nəfərdən ibarətdir.
     
    Qeyd edək ki, əhalinin adambaşına düşən xərclərinin daha çox hissəsi ərzağa (adambaşına 263,2 manat) gedir. Qeyri-ərzağa 216,8 manat, pullu xidmətlərə 120,2 manat xərclənib.

  • Gəncədə 10-cu sinif şagirdi azyaşlını bıçaqladı

    Gəncədə bıçaqlanma baş verib.

    Hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.

    M. adlı oğlanın bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirildiyi, vəziyyətinin orta-ağır olduğu bildirilir.

    Bıçaqlanan və hadisəni törədən şəxsin qəsəbədə yerləşən 21 nömrəli tam orta məktəbin şagirdləri olduğu deyilir. Məlumata görə, məktəbin 10-cu sinif şagirdi 8-ci sinif şagirdini bıçaqlayıb.

    Hadisənin dərsdən sonra baş verdiyi bildirilir.

    Hadisənin baş vermə səbəbləri araşdırılır.

    ///APA

  • “Yüksəliş” müsabiqəsinin keçirilməsi üçün 1 milyon manat ayrıldı (SƏRƏNCAM)

    Gələn il növbəti “Yüksəliş” müsabiqəsi keçiriləcək.

    Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

    Sərəncamla növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Prezidentin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə 1 milyon manat ayrılıb.

    Maliyyə Nazirliyinə nəzərdə tutulan maliyyələşməni təmin etmək tapşırılıb.

  • В Азербайджане отец не пережил смерть дочери, отравившейся грибами

    В октябре текущего года Median.Az сообщал о трагическом инциденте в Хачмазском районе, где две женщины скончались после отравления грибами, собранными в лесу около села Сеидли.

    Как передает lent.az, отец одной из погибших 38-летней Гюнель Абдуллаевой два дня назад скончался от инфаркта.

    По имеющейся информации, причиной инфаркта В.Абдуллаева стало то, что он не смог перенести смерть дочери.

    Напомним, трагедия произошла в октябре, когда Гюнель вместе со своей 47-летней подругой Илахой Байрамовой отправились в лес и съели там грибы. Вскоре состояние обеих женщин резко ухудшилось, и их доставили в центральную районную больницу. Позже пострадавших перевезли в Баку, в Клинический медицинский центр, но И.Байрамова скончалась по дороге, а Г.Абдуллаева умерла в больнице, несмотря на все усилия врачей.

    Отметим, Гюнель Абдуллаева приходилась сестрой помощнику министра науки и образования Талеху Ахмедову.

  • Nazir köməkçisinin atası infarktdan öldü: Qızının faciəsinə tab gətirmədi

    Bir müddət əvvəl Xaçmazda iki rəfiqənin göbələkdən zəhərlənərək ölməsi barədə xəbər vermişdik.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, onlardan Günel Abdullayevanın atası V.Abdullayev də iki gün əvvəl infarktdan dünyasını dəyişib.

    Məlumata görə, buna səbəb onun qızının ölümünə dözə bilməməsi olub.

    Qeyd edək ki, hadisə oktyabr ayında Xaçmaz rayonu Seyidli kəndində, meşədə baş verib. 47 yaşlı İlahə Vilayət qızı Bayramova rəfiqəsi Günel Valeh qızı Abdullayeva ilə birgə həmin meşədə göbələk yeyiblər. Bundan sonra hər ikisinin vəziyyəti pisləşib və onlar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Daha sonra onlar Bakıya, Kliniki Tibbi Mərkəzə gətirilərkən İlahə Bayramova yolda ölüb. 38 yaşlı Günel Abdullayeva isə həmin xəstəxanada həkimlərin göstərdiyi səylərə baxmayaraq, keçinib.

    Onu da xatırladaq ki, G.Abdullayeva elm və təhsil nazirinin köməkçisi Taleh Əhmədovun bacısıdır.

  • Paşinyanın müavini: “Zəngəzur dəhlizi olmayacaq”

    “Heç bir Zəngəzur dəhlizi olmayacaq”.

    Median.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan deyib.

    “Biz artıq dəfələrlə təkrar etmişik ki, bu olmayacaq (Zəngəzur dəhlizini nəzərdə tutur – red.)”, – deyə jurnalistlərə açıqlama verən M.Qriqoryan vurğulayıb.

  • Prezident Cənub Qaz Dəhlizi ilə bağlı Sərəncam imzalayıb

    Azərbaycan Prezidenti İlham Əliyev “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 25 fevral tarixli 287 nömrəli Sərəncamında dəyişiklik edilməsi və “Azərbaycan təbii qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 oktyabr tarixli 15 nömrəli Sərəncamını ləğv edib.

    Median.Az President.az-a istinadən bildirir ki, bununla bağlı Prezident müvafiq sərəncam imzalayıb.

    Sərəncamla “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 25 fevral tarixli 287 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 175 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 dekabr tarixli 389 nömrəli Sərəncamı) 3-cü və 6-cı hissələri ləğv edilib.

    Eyni zamanda, “Azərbaycan təbii qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 oktyabr tarixli 15 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu 2013, № 10, maddə 1188 (Cild I) ləğv edilib.

  • Dənizdə dalğanın hündürlüyü 3,4 metrə çatır – FAKTİKİ HAVA

    Milli Hidrometeorologiya Xidmətinin dekabrın 18-i saat 12:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində arabir güclənən qərb küləyi müşahidə olunur.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında və Qobustanda 20 m/s, Laçında 21 m/s, Goranboyda 19 m/s, Şamaxı, Naftalanda 18 m/s, Kəlbəcər, Şabranda 17 m/s, Zəngilan, Şəkidə 15 m/s, Oğuzda 14 m/s, Mingəçevirdə 13 m/s-yə çatıb.

    Bu sarı xəbərdarlığa uyğundur.

    Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3.4 metrdir.

  • В Хачмазе 30-летний мужчина скончался от отравления угарным газом

    На улице 20 Января в городе Хачмаз произошел случай отравления.

    Как сообщает Report, Роман Алияров (1994 г.р.) отравился угарным газом в ванной комнате своего дома.

    По данному факту ведется расследование.