Hökumə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs HƏBS EDİLDİ – FOTO

Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Alıyevə məxsus bank kartından oğurluq faktı üzrə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs müəyyən olunub.

Bu barədə Median.Az-a DİN-in Mətbuat Xidmətindən bildirilib.

DİN-in Baş idarənin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Ayaz Aydın oğlu İsgəndərov saxlanılıb.

Onun xarici ölkə vətəndaşları ilə əlaqələri müəyyən olunduğundan həmin şəxslər axtarışa verilib.

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *