Azərbaycanda bir ailənin aylıq xərci 2600 manatı ötüb – MÜQAYİSƏ

Azərbaycanda yaşayan əhalinin adambaşına mal və xidmətlərə xərclədiyi vəsait 2024-cü ildə 633 manata çatıb. 

Median.Az rəsmi dövlət statistikasına istinadən xəbər verir ki, bu məbləğ 2023-cü illə müqayisədə 38 manat artıb. 

Əhalinin adambaşına xərclədiyi vəsaitin 278,8 manatı ərzaq mallarının, 229,2 manatı qeyri-ərzaq mallarının, 125 manatı isə pullu xidmətlərin alınmasına sərf edilib. 

Bu məlumatlardan belə aydın olur ki, 2024-cü ildə bir ev təsərrüfatının (əsasən bir ailədən ibarət olur – red.) aylıq xərci 2677 manatı ötüb. 

2024-cü ilin sonuna olan məlumata əsasən, Azərbaycanda bir ev təsərrüfatı orta hesabla 4,23 nəfərdən ibarətdir. Bu hesabla son bir ildə ailələrin aylıq xərclərində orta hesabla 160 manat artım baş verib. 2023-cü ildə bir orta ölçülü ailənin aylıq xərci 2516 manat təşkil edirdi. 

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *