Month: January 2025

  • Кабмин Азербайджана готовит предложения по внедрению изменений по снижению призывного возраста

    Механизмы, касающиеся снижения возраста для прохождения срочной военной службы, уже представлены в Кабинет министров Азербайджана.

    В связи с этим премьер-министр Али Асадов подписал распоряжение об обеспечении исполнения закона Азербайджанской Республики №87-VIIQD от 10 декабря 2024 года “О внесении изменений в Положение о прохождении военной службы”.

    Согласно документу, ряд государственных органов, включая министерства юстиции, обороны и внутренних дел, а также другие профильные структуры, должны в течение пяти месяцев представить нормативно-правовые предложения, соответствующие новому законодательству.

    Отмечается, что эти изменения направлены на реализацию закона, подписанного Президентом Ильхамом Алиевым в декабре 2024 года, который устанавливает новый предельный возраст для срочной службы – с 18 до 30 лет вместо прежних 18-35 лет.

  • Əli Əsədovdan qurumlara hərbi xidmət keçmənin son yaşının endirilməsi ilə BAĞLI TAPŞIRIQ

    Azərbaycanda hərbi xidmətə çağırış və müddətli həqiqi hərbi xidmət keçməyə son yaş həddinin endirilməsinin tətbiqi üçün hazırlanan mexanizmlər Nazirlər Kabinetinə təqdim olunub.

    Bununla əlaqədar Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr tarixli 87-VIIQD nömrəli Qanunun icrasının təmin edilməsi haqqında Sərəncam imzalayıb.

    Sərəncamda qeyd edilib ki, Ədliyyə Nazirliyi, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Prezidentin Təhlükəsizlik Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının yeni qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini beş ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidirlər.

    Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Qanuna uyğunlaşdırılmasını təmin edib, bu barədə altı ay müddətində Nazirlər Kabinetinə məlumat verməlidir.

    Xatırladaq ki, Prezident İlham Əliyev hərbi xidmət haqqında müvafiq qanunlara edilən dəyişiklikləri 2024-cü il dekabrın 29-da təsdiqləyib. Həmin dəyişikliklərə əsasən, Azərbaycanda hərbi xidmətə çağırılanlar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycanın kişi cinsli vətəndaşları olacaq. Qanun təsdiqlənənə qədər həmin yaş həddi 18 yaşından 35 yaşınadək idi.

    Həmçinin, müvafiq olaraq Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət qulluqçularının xidmət keçmək üçün son yaş həddi 36,5-dən 31,5-ə endirilib.

  • Xaçmazda əməliyyatlar zamanı iki nəfər saxlanıldı

    Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.

    Bildirilib ki, rayon sakinləri Kamal Hacıyev və Əlixan İsmayılov saxlanılıblar. Həmin şəxslərdən ümumilikdə 3 kiloqram marixuana aşkarlanaraq götürülüb.

    Faktlarla bağlı cinayət işi başlanılıb və hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • В Гёранбое похитили ученицу 10-го класса с целью женитьбы

    В городе Гёранбой похищена ученица 10-го класса с целью женитьбы.

    Инцидент произошел вчера вечером.

    Ученица 10-го класса средней школы №1 города Гёранбой Лейла Гасымова (имя и фамилия условные, 2007 г.р. – ред.) была похищена с целью женитьбы 21-летним возлюбленным, жителем села Сафикюрд.

    В ответ на запрос Oxu.Аz старший инспектор гянджинской региональной группы пресс-службы Министерства внутренних дел Эшгин Гасымов сообщил, что по данному факту в Гёранбойском районном отделе полиции ведется расследование.

    “По его результатам будет дана правовая оценка деянию”, – сказал он.

  • Goranboyda 10-cu sinif şagirdi evlənmək məqsədilə qaçırıldı

    Goranboyda 10-cu sinif şagirdi evlənmək məqsədilə qaçırılıb.

    Hadisə ötən gün axşam saatlarında Goranboy şəhərində qeydə alınıb.

    Goranboy şəhər 1 saylı tam orta məktəbin 10-cu sinif şagirdi, 2007-ci il təvəllüdlü Leyla Qasımova (şərti ad) rayonun Səfikürd kənd sakini olan 21 yaşlı sevdiyi oğlan tərəfindən evlənmək məqsədilə qaçırılıb.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ ilə bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır:

    “Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

  • Пробка на проспекте Зии Буниятова: виновник – неисправная машина

    В Наримановском районе столицы из-за технической неисправности автомобиля на дороге образовался транспортный затор.

    Об этом сообщили в Центре интеллектуального управления транспортом Министерства внутренних дел.

    На пересечении проспектов Зии Буниятова и Ататюрка неисправный автомобиль застрял на дороге. По этой причине в направлении станции метро “20 Января” образовался транспортный затор.

  • Avtomobilin texniki nasazlıq səbəbindən yolda qalması sıxlığa səbəb oldu

    Paytaxtın Nərimanov rayonunda avtomobilin texniki nasazlıq səbəbindən yolda qalması sıxlığa səbəb olub.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Bildirilib ki, Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində nasaz nəqliyyat vasitəsi yolda qalıb.

    Bu səbəbdən metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb.

  • Ильхам Алиев принял генерального исполнительного директора и президента компании Franklin Templeton – ФОТО

    16 января Президент Азербайджанской Республики Ильхам Алиев принял генерального исполнительного директора и президента одной из ведущих мировых компаний по управлению активами Franklin Templeton Дженни Джонсон.

    Как сообщает АЗЕРТАДЖ, подчеркнув успехи нашей страны в экономической сфере и ее вклад в международное сотрудничество, Дженни Джонсон отметила, что проводимые Азербайджаном реформы, направленные на устойчивый экономический рост, и его растущий авторитет на международной арене воспринимаются с одобрением. Гостья сказала, что в этом контексте предприняты первые шаги по установлению долгосрочного взаимовыгодного партнерства между компанией Franklin Templeton и Государственным нефтяным фондом Азербайджанской Республики и изучаются возможности дальнейшего углубления сотрудничества в стратегических направлениях. Напомнив, что эти вопросы были обсуждены во время ее участия в мероприятиях, организованных Государственным нефтяным фондом Азербайджанской Республики в рамках COP29 в ноябре 2024 года, Дженни Джонсон выразила уверенность, что это взаимодействие откроет новые стратегические перспективы в соответствии с региональными и глобальными целями обеих сторон и позволит добиться долгосрочных эффективных результатов.

    Коснувшись успешного опыта сотрудничества Государственного нефтяного фонда Азербайджанской Республики с ведущими мировыми финансовыми структурами, Президент Ильхам Алиев отметил стратегическое значение партнерства с Franklin Templeton и подчеркнул наличие благоприятной среды для дальнейшего расширения связей в этом направлении.

    Следует отметить, что, согласно данным учрежденной в 1947 году в Нью-Йорке компании Franklin Templeton на сентябрь 2024 года, общая стоимость находящихся в ее управлении активов составляет 1,68 триллиона долларов США. Группа компаний Franklin Templeton включает в себя ряд бизнес-структур, специализирующихся на управлении акциями, облигациями, альтернативными инвестициями и другими видами активов.


  • İlham Əliyev “Franklin Templeton” şirkətinin baş icraçı direktorunu qəbul edib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da aktivlərin idarə edilməsi üzrə dünyanın aparıcı şirkətlərindən biri olan “Franklin Templeton” şirkətinin Baş icraçı direktoru və prezidenti Cenni Consonu qəbul edib.

    AZƏRTAC xəbər verir ki, ölkəmizin iqtisadi sahədə əldə etdiyi uğurları və beynəlxalq əməkdaşlığa verdiyi töhfələri vurğulayan Cenni Conson Azərbaycanın dayanıqlı iqtisadi artıma yönəlmiş islahatlarını və beynəlxalq arenada artan nüfuzunu təqdirlə qarşıladığını bildirib.

    Qonaq bu çərçivədə “Franklin Templeton” şirkətinin Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə qarşılıqlı fayda əsasında uzunmüddətli tərəfdaşlıq yaratmaq məqsədilə ilkin addımların atıldığını və strateji istiqamətlərdə əməkdaşlığın daha da dərinləşdirilməsi imkanlarının araşdırıldığını deyib. 2024-cü ilin noyabrında COP29 çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən təşkil olunan tədbirlərdə iştirakı zamanı da həmin məsələlərə dair müzakirələr aparıldığını xatırladan Cenni Conson bu işbirliyinin hər iki tərəfin regional və qlobal məqsədlərinə uyğun olaraq yeni strateji perspektivlər açacağına və uzunmüddətli, səmərəli nəticələr əldə etməyə imkan yaradacağına inamını ifadə edib.

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun dünyanın aparıcı maliyyə qurumları ilə uğurlu əməkdaşlıq təcrübəsinə toxunaraq, “Franklin Templeton” ilə tərəfdaşlığın strateji əhəmiyyətini qeyd edib və bu istiqamətdə əlaqələrin daha da genişləndirilməsi üçün əlverişli mühitin mövcud olduğunu bildirib.

    Qeyd edək ki, 1947-ci ildə ABŞ-nin Nyu-York şəhərində təsis edilmiş “Franklin Templeton” şirkətinin 2024-cü ilin sentyabrına olan məlumatına əsasən idarəetməsində olan aktivlərin ümumi dəyəri 1,68 trilyon ABŞ dollarına bərabərdir. “Franklin Templeton” şirkətlər qrupuna səhmlər, istiqrazlar, alternativ investisiyalar və digər aktiv növlərinin idarə edilməsi üzrə ixtisaslaşmış bir sıra biznes qurumları daxildir.


  • Mərkəzi Univermağın qızıl alverçilərinin 186 min manatı necə ələ keçirilib?

    Qızıl alverçilərinin külli miqdarda qızıl-zinət əşyalarını dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şəxs Günay Həziyevanın növbəti məhkəmə prosesi keçirilib.

    Median.Az “Unikal”a istinadla xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə baş tutub.

    İlk olaraq şahid Taleh Babayev ifadə verərək bildirib ki, atası Sevda xanımla ortaq qızıl alveri edib:

    “Atama aid olan qızılları Sevda xanım vermişdi Günaya. O da pulu vermirdi. Sonra Sevda xanımdan qızılımızı tələb etdik. Günay xanımla bir dəfə şəhərdə görüşmüşük. Orada dedi ki, hər ay 500-1000 manat ödəniş olunacaq. Ümumi borc məbləği 186 min manat idi. Onun 30 min manatı bizə çatmalı idi. Biz Sevda xanımla ortaq idik. Pulla bağlı Günay xanımın xalasıgilə getdik, orada mübahisə yarandı, onlar polisə müraciət etdilər. Bizim Mərkəzi Univermaqda qızıl piştaxtamız olub. Atam xəstələndikdən sonra həmin biznesi mən davam etdirdim”.

    Daha sonra Talehin istintaqda verdiyi ilkin ifadəsi elan olunub.

    Bəzi şahidlər məhkəmə prosesinə gəlmədiyindən onlar barədə məcburi gətirmə qərarı çıxarılıb.

    Təqsirləndirilən şəxsin vəkili lombard işçisi olan Orxan İsayevin məhkəmə prosesinə çağırılması barədə vəsatət verib.

    Zərərçəkən şəxsin vəkili isə lombard işçisinin çağırılmamasını, təqsirləndirilən şəxsin keçmiş həyat yoldaşı Səbuhi Həziyevin və anası Lətafət Məmmədovanın məhkəmədə dindirilməsi ilə bağlı vəsatət verib. Hakim müşavirə edərək vəsatətin qəbul olunması barədə qərar verib.

    Məhkəmə prosesi 30 yanvar tarixinə kimi təxirə salınıb.

    Qeyd edək ki, cinayət işində 4 nəfər qızıl alverçisi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxs Günay Həziyeva barəsində isə azyaşlı uşağı olduğu üçün polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.