Month: January 2025

  • Суд принял решение о прекращении гражданского иска Агадаша Агаева

    Завершился судебный процесс по гражданскому иску народного артиста Агададаша Агаева против Medera Hospital.

    Как сообщает Report, на процессе, проходившем в Бинагадинском районном суде под председательством судьи Этибара Мустафаева, была представлена информация о примирении между сторонами.

    Отмечается, что примирение было достигнуто у нотариуса, и стороны отказались от гражданских исков друг против друга.

    Затем суд принял решение о прекращении производства в связи с отказом от иска.

    Напомним, что конфликт произошел в июле 2024 года. По уголовному делу, связанному с инцидентом, потерпевшими были признаны Нуреддин Джалилов, с которым подрался певец, и Назакет Пашаева, в которую попал брошенный Агададашем Агаевым топор.

    А.Агаев обвинялся по статье 221.3 (хулиганство с применением предметов, используемых в качестве оружия) Уголовного кодекса Азербайджана.

  • Ağadadaş Ağayev yarım milyonluq iddiasını geri çəkdi

    Xalq artisti Ağadadaş Ağayevin “Medera Hospital”a qarşı mülki iddiası əsasında məhkəmə prosesi yekunlaşıb.

    Median.Az “Report”a istinadla xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Etibar Mustafayevin sədrliyi ilə keçirilən prosesdə tərəflərin barışıq əldə etdiyi barədə hakimə məlumat verilib.

    Bildirilib ki, notariusda barışıq əldə olunub və tərəflər bir-birinə qarşı olan mülki iddiadan imtina ediblər.

    Daha sonra məhkəmə iddiadan imtina edildiyi üçün icraata xitam verilməsi barədə qərar qəbul edib.

    Qeyd edək ki, ötən ilin iyul ayında Xalq artisti Ağadadaş Ağayevlə “Medera Hospital”ın mühafizəçisi Nurəddin Cəlilov arasında insident baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb, balta klinikada çalışan N.Paşayevaya dəyərək xəsarət yetirib.

    Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb. Ağadadaş Ağayev “Medera Hospital”ı mülki hüquq pozuntularından yaranan öhdəliklər üzrə mübahisələr – mənəvi zərərin ödənilməsi üçün məhkəməyə verib.

    Öz növbəsində, “Medera Hospital”ın rəhbəri Qaraxan Əliyev də Ağadadaş Ağayevə qarşı iddia qaldırıb. Müğənni mənəvi ziyana görə klinikadan 450 min manata yaxın, hospital isə Ağadadaş Ağayevdən 500 min manat pul tələb edib.

    Qeyd olunan insident üzrə başlanmış cinayət işinə də Binəqədi Rayon Məhkəməsində baxılıb.

  • Masallı sakinindən altı kiloqram narkotik vasitə götürülüb

    Masallı Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat həyata keçiriblər. Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Masallı sakini saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

    Bildirilib ki, tədbirlərlə əvvəllər də eyni əmələ görə məhkum olunmuş 44 yaşlı Fariz Bağırov saxlanılıb. Ondan ümumilikdə 6 kiloqram marixuana, heroin və metamfetamin aşkarlanıb.

    Faktla bağlı cinayət işi başlanılıb, F.Bağırov barəsində həbs qətimkan tədbiri seçilib.

  • По инициативе Лейлы Алиевой в Евлахе проведены мастер-классы для детей

    По инициативе вице-президента Фонда Гейдара Алиева, основателя и руководителя общественного объединения IDEA Лейлы Алиевой в “Молодежном пространстве” Евлаха были проведены мастер-классы по рисованию и арт-терапии для детей.

    Мастер-классы, впервые проведенные для детей из регионов преподавателями Центра искусств Nine Senses, направлены на эффективную организацию их досуга.

    Основными целями мастер-классов являются раскрытие творческих способностей и потенциала детей через инновационные методы рисования и анимации, а также содействие в определении их будущей профессии.

  • Leyla Əliyevanın təşəbbüsü ilə Yevlaxda uşaqlara ustad dərsləri keçirildi

    Yanvarın 15-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Yevlax şəhərində yerləşən “Gənclər Məkanı”nda uşaqlar üçün rəsm və art-terapiya mövzularında ustad dərsləri keçirilib.

    “Nine Senses” İncəsənət Mərkəzinin müəllimləri tərəfindən regionlarda yaşayan uşaqlar üçün ilk dəfə keçirilən ustad dərsləri onların asudə vaxtının səmərəli təşkilinə yönəlib. İnnovativ üsulla rəsm və animasiya vasitəsilə uşaqların yaradıcılıq qabiliyyətinin və potensialının üzə çıxarılması, onların daha faydalı işlə məşğul olmaları, eləcə də gələcək fəaliyyət və peşə istiqamətlərini müəyyən etməyə töhfə verilməsi bu ustad dərslərin əsas məqsədlərindəndir.

    Ustad dərsləri ərzində uşaqlar müxtəlif alət və ləvazimatlardan istifadə edərək rəsm çəkmək üçün tələb olunan ilkin bilikləri mənimsəyib, habelə incəsənət vasitəsilə dərs həyəcanının aradan qaldırılması, asudə vaxtın səmərəli planlaşdırılması texnikası ilə tanış olublar. Uşaqlar üçün maraqlı və əyləncəli keçən, ən əsası da faydalı olan ustad dərsləri valideynlərin də rəğbətini qazanıb və dərslərin davamlı olması arzusu bildirilibdir.

    Qeyd edək ki, qazanılmış təcrübə və müsbət fikirlərə əsaslanaraq, bu və digər mövzularda ustad dərslərinin ölkəmizin digər regionlarında da təşkili nəzərdə tutulur.

  • В Гяндже студент пытался покончить с собой

    В Гяндже зафиксирован случай отравления.

    Как сообщает АПА, житель города Сумгайыта Т.Магеррамов (2004 г.р.) был госпитализирован с признаками интоксикации. Пациенту была оказана экстренная помощь, однако его состояние оценивается как тяжелое.

    Т.Магеррамов является студентом Азербайджанского государственного аграрного университета. По информации, он выпил уксусную кислоту из-за конфликта с любимой девушкой.

    По данному факту ведется расследование.

  • Azərbaycanda tələbə sevdiyi qıza görə sirkə turşusu içdi

    Gəncədə zəhərlənmə hadisəsi baş verib.

    Median.Az APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Ozan küçəsində qeydə alınıb.

    Belə ki, Sumqayıt şəhər sakini 2004-cü il təvəllüdlü T.Məhərrəmov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ona dərhal yardım göstərilsə də, vəziyyətinin ağır olduğu bildirilir.

    T.Məhərrəmovun Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi olduğu qeyd edilib. Onun sevdiyi qıza görə, sirkə turşusu içdiyi bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • В Баку пропал 13-летний подросток

    В Насиминском районе Баку пропал 13-летний подросток.

    Информация о его исчезновении опубликована в социальных сетях.

    15 января в полдень Вюсал Захид оглу Ахмедов выехал на велосипеде из дома №44 на улице Гусейнгулу Сарабского в неизвестном направлении и не вернулся.

    Мальчик был одет в серый спортивный костюм.

    По имеющейся информации, у Вюсала синдром аутизма.

    Тем, кто видел его, просят сообщить об этом, позвонив по телефону +994557466891 или обратившись в ближайшее отделение полиции.

  • Bakıda 13 yaşlı oğlan itkin düşdü

    Bakıda 13 yaşlı oğlan itkin düşüb.

    Bu barədə sosial şəbəkələrdə paylaşım edilib.

    Bildirilib ki, Vüsal Zahid oğlu Əhmədov yanvarın 15-də günorta saatlarında Nəsimi rayonu, Hüseynqulu Sarabski – 44 ünvanından velosipedlə çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.

    Evdən çıxarkən əynində boz idman dəsti olub.

    Məlumata görə, Vüsal autizm sindromludur.

    Onu görənlərdən +994557466891 nömrəsi ilə əlaqə saxlamaları və ya yaxınlıqdakı polis bölməsinə məlumat vermələri xahiş olunur.

  • В Шамкире сгорел 8-комнатный дом

    В Шамкире произошел пожар в одном из частных жилых домов.

    Как сообщает AПА, огнем охватило двухэтажный 8-комнатный дом площадью около 280 кв.м.

    На место происшествия сразу были направлены пожарные машины и личный состав Государственной службы пожарной охраны МЧС.

    Несмотря на принятые меры, сгорели воспламеняющиеся конструкции дома на площади 250 кв. м. Остальная часть дома была защищена от огня.

    По данному факту проводится расследование.