Month: Yanvar 2025

  • Azərbaycan neftinin qiyməti 78 dolları keçib

    Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,78 ABŞ dolları, yaxud 2,3 % artaraq 78,78 ABŞ dolları təşkil edib.

    Bu barədə “Report”a neft bazarındakı mənbə məlumat verib.

    Hərracların nəticələrinə görə, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 76,18 ABŞ dolları təşkil edib.

    Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

    Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

  • Bəzi ərazilərdə 10 dərəcəyədək şaxta düşüb – FAKTİKİ HAVA

    Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

    Median.Az bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadən xəbər verir.

    Bildirilib ki, yanvarın 3-ü saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti, əsasən, yağmursuz keçib, qərb küləyi arabir Qobustanda 16 m/s-yə çatıb.

    Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5-8 dərəcə isti, Aran rayonlarında 1 dərəcə şaxtadan 5 dərəcəyədək isti, Naxçıvan MR-də və dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb.

  • İsrail Suriyanın tank bazasına zərbələr endirib

    İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Dəməşqdən 20 km cənubda, Sasa şəhəri yaxınlığında yerləşən keçmiş Suriya ordusunun 90-cı tank briqadasının bazasına hücum edib.

    Bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

    Hava hücumundan sonra hərbi obyektdə bir neçə güclü partlayış səsi eşidilib.

  • Türkiyə “Crocus” terrorçuları üçün 15 ilə qədər həbs tələb edir

    İstanbul Prokurorluğu (Türkiyə) Rusiyada “Crocus City Hall” konsert zalında terror aktında əli olan beş əcnəbi vətəndaş üçün 7.5-15 il həbs cəzası tələb edir.

    Bu barədə “Anadolu” agentliyi xəbər yayıb.

    Bildirilir ki, Türkiyədə saxlanılan əcnəbilər “Crocus”dakı terror aktını həyata keçirənlərə göstərişlər verib, onlara 800 min rubl (11.9 min manat) və yeni pasportlar vəd ediblər. Söhbət Hofizcon Usmanov, Muteullo Usoyev, Raxmatullo Salikov, Muhammadrahim Fayzov və Xamza Muhammaddan gedir.

    “İttihamnaməyə əsasən, Usmanov ilə Faridun (Faridun Şəmsəddin – red.) İstanbulun Avcılar rayonundakı mənzildə yaşayıb və bu mənzil İŞİD-in “təhlükəsiz” mənzili hesab edilib”, – deyə məlumatda qeyd olunur.

    Agentlik təqsirləndirilən Asoyevin terror aktını həyata keçirənlərdən biri ilə yazışmasını təqdim edib. Məsələn, Asoyev tapşırığı yerinə yetirməyi – “Vegas” ticarət mərkəzinə bomba qoymağı təklif edib. Terror aktının həyata keçirilməsi üçün 100 min rubl (1.5 min manat) avans, “tapşırığın” yerinə yetirilməsindən sonra isə qalan 700 min rublu (10.4 min manat) ödəməyi vəd edib.

    Xatırladaq ki, 2024-cü il martın 22-də axşam saatlarında Moskva vilayətindəki Krasnoqorskda yerləşən “Crocus City Hall” konsert zalında terror aktı baş verib – “Piknik” qrupunun çıxışından əvvəl silahlı şəxslər zala soxularaq tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar baş verib və yanğın başlayıb. Hücum nəticəsində 145 nəfər həlak olub, 550 nəfər yaralanıb. Hücumdan qısa müddət sonra “Telegram” kanalı vasitəsilə yayılan bəyanatda İslam Dövlətinin Cənubi-Mərkəzi Asiyada yerləşən regional qolu olan “İslam Dövləti – Xorasan Vilayəti” məsuliyyəti öz üzərinə götürüb. Rusiya İstintaq Komitəsi “terror aktı” (Rusiya Cinayət Məcəlləsinin 205-ci maddəsi) ilə bağlı cinayət işi açıb. Terror aktı ilə bağlı 18 nəfər həbs edilib.

  • Azərbaycan XİN: ABŞ-dəki terror aktını qətiyyətlə pisləyirik

    ABŞ-nin Yeni Orlean şəhərində onlarla insanın ölümü və yaralanması ilə nəticələnən dəhşətli terror aktını qətiyyətlə pisləyirik.

    Bu fikirlər Azərbaycanın Xarici İşlər Nazirliyinin “X”dəki hesabındakı paylaşımda yer alıb.

    Düşüncələrimiz və dualarımız qurbanlar və ailələri ilədir. Terrorçuluğunbütün hərəkətlərini, üsullarını, tətbiqlərini bütün forma və təzahürləri lə qeyd-şərtsiz pisləyirik.

  • Azərbaycan XİN: ABŞ-dəki terror aktını qətiyyətlə pisləyirik

    ABŞ-nin Yeni Orlean şəhərində onlarla insanın ölümü və yaralanması ilə nəticələnən dəhşətli terror aktını qətiyyətlə pisləyirik.

    Bu fikirlər Azərbaycanın Xarici İşlər Nazirliyinin “X”dəki hesabındakı paylaşımda yer alıb.

    Düşüncələrimiz və dualarımız qurbanlar və ailələri ilədir. Terrorçuluğunbütün hərəkətlərini, üsullarını, tətbiqlərini bütün forma və təzahürləri lə qeyd-şərtsiz pisləyirik.

  • Bu gün Yerə iki asteroid düşəcək – NASA-dan AÇIQLAMA

    NASA bu gün təyyarə böyüklüyündə iki asteroidin Yerə düşəcəyini açıqlayıb.
     
    Sfera.az xəbər verir ki, kosmik agentlik bu tranzitlərin Yer üçün heç bir təhlükə yaratmadığını bildirib. Belə ki, NASA 2024 YF7 və 2024 YR9 adlı asteroidlərin Yerə düşməsini izləyir.
     
    YF7 asteroidinin diametri təqribən 24 metr, böyük bir təyyarə ölçüsündədir və Yerə ən yaxın keçidini bu gün edəcək. Saatda 48 min 884 km sürətlə hərəkət edən bu asteroid Yerdən təxminən 3 milyon 347 min km uzaqlıqdan keçəcək. Asteroidin heç bir təsir və ya müdaxilə olmadan keçəcəyi proqnozlaşdırıldığı üçün heç bir təhlükə yaratmır.
     
    Digər asteroid 2024 YR9 isə ölçüsü 23 metrdir və saatda 74 min 574 km sürətlə hərəkət edəcək. Onun Yerə ən yaxın məsafəsi 3 milyon 347 min km olacaq. Digər asteroid kimi, bu da heç bir təhlükə yaratmayacaq.
     
    Astronomlar 2024 YF7 kimi göy cisimlərini çox vacib hesab edirlər, çünki asteroidlər erkən Günəş sistemi haqqında çox şey aşkar edə bilər. Yaşının 4,6 milyard il olduğu təxmin edilən bu göy cismində Günəş sisteminin əmələ gəlməsindən qalan materialların ola biləcəyi ifadə edilib. Bu qədim obyektləri başa düşmək alimlərə günəş sisteminin formalaşması zamanı mövcud olan şərtləri daha yaxşı şərh etməyə kömək edə bilər.
     
    NASA-nın Jet Propulsion Laboratoriyası kimi təşkilatlar tərəfindən istifadə edilən qabaqcıl radar sistemləri sayəsində alimlər asteroidlərin hara düşəcəyini dəqiq proqnozlaşdıra bilirlər. Bu, onlara gələcək təhlükələri qabaqcadan görməyə və Yerin təhlükəsizliyini təmin etməyi planlaşdırmağa imkan verir.

  • Aktyor Azər Baxşəliyevin ürək fəaliyyəti yenidən bərpa olunub

    Xəstənin bir müddət öncə ürək fəaliyyəti dayanıb. Həkimlərin səyi nəticəsində ürək fəaliyyəti yenidən bərpa olunub. Xəstə süni tənəffüs aparatına qoşulub.

    Bu barədə Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat katibi Günel Aslanova bildirib.

    Qeyd edək ki, vəziyyəti həddən artıq ağır kritik olaraq qalır.

  • Yeni ilə 2 dəfə daxil oldular

    Honq-Konq – Los-Anceles sərnişin təyyarəsində maraqlı an yaşanıb.

    Mülki təyyarənin göyərtəsində olan şəxslər Yeni ilə iki dəfə daxil olublar.

    Belə ki, 1 yanvar 2025-ci il saat 00:25-də Şərqi Asiyadan qalxan sərnişin təyyarəsi 2024-cü ilin dekabrın 31-i saat 20:55-də ABŞ-də eniş edib.

    Ölkələr arasındakı saat fərqi səbəbindən baş verən bu hadisə CPA880 saylı reysin ekipaj və sərnişin üzvlərinin 2025-ci ili iki dəfə qeyd etməsinə səbəb olub.

  • Bakıda meyit aşkarlanıb

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda 1 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

    Bu barədə FHN-dən bildirilib.

    Məlumatla əlaqədar FHN-in Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

    Tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.