Month: January 2025

  • Azərbaycanda məşhur polkovnikin qardaşı oğlu HƏBS EDİLDİ

    Qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə qızıl külçə keçirmiş şəxsin və həmin cinayətin törədilməsində iştirak etmiş vəzifəli şəxsin qanunsuz əməlləri barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsində başlanmış cinayət işinin ibtidai istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilir.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat verib.

    Bildirilib ki, istintaq zamanı Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Hədəfləmə və Koordinasiya şöbəsinin böyük inspektoru Əfsər Nüsrət oğlu Mirzəliyevin öz qulluq mövqeyindən istifadə edib vətəndaş Səfər Həsən oğlu Səfərov ilə qabaqcadan əlbir olaraq 27 dekabr 2024-cü il tarixdə saat 04:50 radələrində sonuncunun İstanbul-Bakı aviareysi ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına gələrək üzərində gətirdiyi ümumilikdə 461 min manat dəyərində olan 41 ədəd (3.145 qram) qızıl külçəni qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

    Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri çərçivəsində cinayət işi üzrə əhəmiyyət kəsb edən qızıl külçələr və digər maddi sübutlar aşkar edilərək götürülüb.

    Toplanmış sübutlar əsasında Səfər Səfərova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), Əfsər Mirzəliyevə isə müvafiq olaraq CM-in 206.3.2 və 206.3.3-cü (vəzifəli şəxs tərəfindən qulluq mövqeyindən istifadə edilməklə qabaqcadan olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddələri ilə ittiham elan edilməklə barələrində istintaq orqanının vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları əsasında məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

    Qeyd edək ki, həbs edilənlərdən biri, Əfsər Mirzəliyev məşhur polkovnik Abdulla Mirzəliyevin qardaşı oğludur.

  • В Узбекистане приняли в I чтении законопроект о запрете электронных сигарет

    Депутаты Законодательной (нижней) палаты парламента Узбекистана на своем очередном пленарном заседании приняли в первом чтении законопроект, предусматривающий запрет в республике электронных сигарет.

    Об этом сообщила пресс-служба Закпалаты.

    “Законопроектом запрещается оборот (производство, изготовление, хранение, транспортировка или перевозка, ввоз на территорию Республики Узбекистан и вывоз с территории Республики Узбекистан) электронных систем доставки никотина, в том числе электронных сигарет и жидкостей к ним”, – говорится в сообщении. По данным пресс-службы, также устанавливается ответственность за правонарушения, связанные с незаконным введением в оборот некурительной табачной продукции, устройств для потребления никотина, в том числе электронных сигарет.

    В сообщении отмечается, что по мнению экспертов, электронные сигареты, помимо никотина, содержат 80 различных канцерогенных и токсичных химических соединений и тяжелых металлов, которые наносят серьезный вред здоровью человека и окружающей среде. В частности, при нарастании никотиновой зависимости в организме это может привести к формированию мозговых патологических структур, снижению интеллекта, знаний и способностей у детей и подростков.

    “Принятие документа послужит формированию здорового образа жизни среди населения, особенно среди молодежи”, – добавили в пресс-службе.

    В соответствии с законодательством Узбекистана, законопроект после принятия в третьем чтении вступит в силу если будет одобрен Сенатом (верхней палатой парламента) и подписан президентом республики.

  • Özbəkistanda elektron siqaretlər qadağan edilib

    Özbəkistan parlamentinin Qanunverici (aşağı) palatasının deputatları növbəti plenar iclasda respublikada elektron siqaretlərin qadağan edilməsini nəzərdə tutan qanun layihəsini birinci oxunuşda qəbul ediblər.

    Bu barədə Qanunverici Palatanın Mətbuat Xidməti məlumat verib.

    Məlumata görə, həmçinin, tüstüsüz tütün məhsullarının, nikotin istehlakı üçün cihazların, o cümlədən elektron siqaretlərin qanunsuz dövriyyəyə buraxılması ilə bağlı hüquq pozuntularına görə məsuliyyət müəyyən edilir.

    Qeyd olunur ki, ekspertlərin fikrincə, elektron siqaretlər nikotindən əlavə, insan sağlamlığına və ətraf mühitə ciddi ziyan vuran 80 müxtəlif kanserogen və toksik kimyəvi birləşmə və ağır metallar ehtiva edir. Xüsusilə, orqanizmdə nikotin asılılığının artması beyində patoloji strukturların formalaşmasına, uşaq və yeniyetmələrdə intellekt, bilik və qabiliyyətlərin azalmasına səbəb ola bilər.

    “Sənədin qəbulu əhali, xüsusilə gənclər arasında sağlam həyat tərzinin formalaşmasına xidmət edəcək”, – mətbuat xidməti əlavə edib.

    Özbəkistan qanunvericiliyinə əsasən, qanun layihəsi üçüncü oxunuşda qəbul edildikdən sonra Senat (parlamentin yuxarı palatası) tərəfindən təsdiqləndikdə və respublika prezidenti tərəfindən imzalandıqda qüvvəyə minəcək.

  • Sumqayıtda qız sevgilisinə görə anasını 300 manat cərimə etdirdi

    Sumqayıtda qız onu başmaqla vuran anası barəsində polisə şikayət verib.

    Median.Az “Qaynarinfo”ya istinadən xəbər verir ki, 1974-cu ildə anadan olan C.N. saxlanılaraq, barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

    Məhkəmədə məlum olub ki, C.N. ilə qızı N.N. arasında yaşadıqları evdə mübahisə düşüb. Mübahisəyə səbəb C.N.-in qızının Elçin adlı şəxslə sevgi münasibətlərinə qarşı çıxmağı olub.

    Belə ki, bir neçə ay əvvəl C.N. qızı ilə sevgi münasibətində olan Elçin adlı şəxsdən polisə şikayət verib. Məhkəmənin qərarı ilə Elçin 300 manat cərimələnib.

    Ana və qızı arasında mübahisə də Elçinə görə yaranıb. C.N. qızına onunla münasibətlərinə son qoymağı tapşırıb. N.N. isə anasına qarşı çıxaraq onun istəyinə “yox” cavabı verib. Nəticədə C.N. ayağındakı başmaqla qızının ayağına vurub. Qız buna görə anasından şikayət edib və məhkəmədə anasının həbs olunmamasını, lakin cərimə edilməsini xahiş edib.

    Məhkəmənin qərarı ilə C.N. 300 manat cərimə olunub.

  • Pezeşkian Ermənistan səfirinin etimadnaməsini qəbul edib

    Ermənistanın İrandakı səfiri Qriqor Akopyan etimadnaməsini Prezident Məsud Pezeşkiana təqdim edib.

    Bu barədə İran Prezidentinin rəsmi saytında məlumat dərc edilib.

    İran Prezidenti İrlandiya, Böyük Britaniya, Niderland, Keniya, Mavritaniya, Türkmənistan, Kuba, Küveyt və Syerra Leone səfirlərinin də etimadnaməsini qəbul edib.

  • Prezident İlham Əliyev Çin sədrinə başsağlığı verib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə başsağlığı məktubu ünvanlayıb.

    Median.Az President.az-a istinadən bildirir ki, məktubda deyilir:

    “Hörmətli cənab Sədr,

    Sidzan Muxtar Rayonunun Şiqatse şəhərində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan itkisi və dağıntılar barədə xəbər bizi son dərəcə kədərləndirdi.

    Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Çin xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram”.

  • Şahin Bağırov rəisləri işdən azad etdi

    Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük orqanlarının fəaliyyətinin əlaqələndirilməsi şöbəsinin rəisi və Balakən Gömrük İdarəsinin rəisi Elçin Rüstəmov vəzifəsindən azad edilib.

    Median.Az “Qaynarinfo”ya istinadla xəbər verir ki, bununla bağlı DGK sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb.

    Əmrə əsasən, gömrük polkovniki Həmid Elxan oğlu Şirinov vəzifəsindən azad edilərək, Baş Gömrük Mühafizə Xidmətinin rəis müavini təyin olunub.

    Elçin Rüstəmov isə Dövlət Gömrük Komitəsinin Gömrük orqanlarının fəaliyyətinin əlaqələndirilməsi şöbəsinə rəisi təyin olunub.

    Qeyd edək ki, Həmid Şirinov ötən ilin aprel ayında Gömrük orqanlarının fəaliyyətinin əlaqələndirilməsi şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdi. O, 2018-ci ilin oktyabr ayından Dövlət Gömrük Komitəsinin İnsan Resursları İdarəsinin Kadrlarla işin təşkili şöbəsinin, 2023-cü il tarixindən isə qeydedilən idarənin Kadrlarla işin təşkili və uçotu şöbəsinin rəisi vəzifəsində də xidmət edib.

    Elçin Ədalət oğlu Rüstəmov isə 2023-cü ilin iyul ayında Balakən Gömrük İdarəsinin rəisi təyin edilmişdi.

    Bundan əvvəl Gömrük orqanlarının fəaliyyətinin əlaqələndirilməsi şöbəsinin rəisi gömrük polkovniki Həmid Elxan oğlu Şirinov vəzifəsindən azad edilərək, Baş Gömrük Mühafizə Xidmətinin rəis müavini təyin olunub.

  • Ряд представленных к увольнению лиц не будет направляться на обследование в ВВК

    В Азербайджане лица, представленные к увольнению из-за служебного несоответствия (за исключением военнослужащих срочной действительной военной службы), не будут направляться на обследование в военно-врачебную комиссию (ВВК).

    Как сообщает АПА, это нашло отражение в изменении в “Положении о прохождении военной службы”, утвержденном Президентом страны Ильхамом Алиевым.

  • Xidməti uyğunsuzluğa görə buraxılmaya təqdim olunanlarla bağlı YENİLİK

    Xidməti uyğunsuzluğa görə buraxılmaya təqdim olunanlar hərbi-həkim komissiyasının müayinəsinə göndərilməyəcəklər.

    APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə edilən dəyişiklikdə əksini tapıb.

    Qanuna əsasən, xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) buraxılmaya təqdim olunanlar hərbi-həkim komissiyasının müayinəsinə göndərilməyəcək.

  • В США зафиксирован первый случай смерти человека от птичьего гриппа

    В больнице американского штата Луизиана скончался пациент, госпитализированный в критическом состоянии с тяжелой формой птичьего гриппа.

    Об этом сообщает Median.Az со ссылкой на The Hill.

    В сообщениях подчеркивается, что это стало первым в США случаем смерти человека от вируса птичьего гриппа H5N1.

    Скончавшийся был старше 65 лет. Он заразился птичьим гриппом в результате контактов с домашними и дикими птицами.

    Новость о смерти пациента появилась после того, как Центры по контролю и профилактике заболеваний заявили в прошлом месяце, что вирус у пациента из Луизианы мутировал, что сделало его более заразным.

    Издание отмечает, что в США зарегистрировано не менее 66 случаев заражения людей вирусом H5N1. Все они, за исключением случая в Луизиане, были легкими – с респираторными симптомами или конъюнктивитом. Большинство случаев были вызваны контактами со скотом или птицей.