Month: January 2025

  • Quş qripi mutasiyaya uğradı: ABŞ-də ilk ölüm

    ABŞ-nin Luiziana ştatında quş qripinin ağır forması ilə kritik vəziyyətdə xəstəxanaya yerləşdirilən xəstə vəfat edib.

    Bu barədə “The Hill” xəbər yayıb.

    Məlumatlarda qeyd olunur ki, bu, ABŞ-də H5N1 quş qripi virusundan ilk insan ölümü hadisəsidir.

    Vəfat edən şəxsin yaşı 65-dən yuxarı olub. O, vəhşi və ev quşları ilə təmasda olduqdan sonra quş qripinə yoluxub.

    O da vurğulanır ki, xəstənin ölümü haqqında xəbər Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin ötən ay Luizianadan olan xəstədə virusun mutasiyaya uğradığını və daha yoluxucu olduğunu bəyan etməsindən sonra yayılıb.

    Nəşr qeyd edir ki, ABŞ-də H5N1 virusuna insanlar arasında ən azı 66 yoluxma halı qeydə alınıb. Luiziana hadisəsi istisna olmaqla, bunların hamısı yüngül formada – tənəffüs simptomları və ya konyunktivitlə müşahidə olunub. Yoluxma hallarının əksəriyyəti mal-qara və ya quşlarla təmasdan qaynaqlanıb.

  • Распространились кадры “черных ящиков” самолета AZAL – ФОТО

    Центр расследования и предотвращения авиационных происшествий (CENIPA) распространил кадры “черных ящиков” самолета Embraer 190 ЗАО Azerbaijan Airlines (AZAL), разбившегося 25 декабря близ казахстанского Актау.

    Ранее Median.Az со ссылкой на бразильский портал G1 сообщил, что специалисты CENIPA завершили расшифровку записей бортовых самописцев.

    Позже в Министерстве транспорта Казахстана уточнили, что в ближайшие дни в Астану приедут члены комиссии по расследованию авиапроисшествия с расшифрованными материалами бортовых самописцев.

    Напомним, утром 25 декабря пассажирский самолет типа Embraer 190 авиакомпании AZAL, выполнявший рейс Баку – Грозный №J2-8243, потерпел крушение вблизи казахстанского города Актау. На борту находились 67 человек, включая 5 членов экипажа (37 граждан Азербайджана, 16 – России, шесть – Казахстана и три – Кыргызстана).

    По последним данным, в катастрофе погибли 38 человек, выжили – 29. В числе погибших – три члена экипажа, включая обоих пилотов.

  • AZAL təyyarəsinin “qara qutu”larının GÖRÜNTÜLƏRİ – FOTO

    Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan AZAL təyyarəsinin “qara qutu”larının deşifrə edilməsinin görüntüləri yayılıb.

    Bu işlə Braziliya Hərbi Hava Qüvvələrinin Təyyarə Qəzalarının Araşdırılması və Məlumatlandırılması Mərkəzi məşğul olub.

    Qeyd edək ki, Qazaxıstan Nəqliyyat Nazirliyi deşifrə edilmiş məlumatların araşdırılmasına yaxın günlərdə Astanada başlanılacağını bəyan edib.

    Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-ın sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və beş ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.

  • Aygün Kazımovanın ağsaqqalla rəqsi gündəm oldu – VİDEO

    Xalq artisti Aygün Kazımova yeni görüntüləri ilə gündəm olub.

    Sənətçi məclislərdən birində çıxış edərkən yaşlı bəy səhnəyə qalxıb və onunla rəqs edib.

    Həmin vaxt Kazımova reytinqlərdə ilk olan “Can ol” mahnısını ifa edirmiş.

    Sənətçi həmin bəylə rəqs edərək xoş və maraqlı görüntülərə səbəb olub.

    Xalq artistinin fanatı ilə bu rəqsinin görüntüləri sosial şəbəkələrdə yayılaraq çox bəyənilib.

    Həmin kadrları təqdim edirik:

  • Pensiya və maaş artımları nə vaxtdan qüvvəyə minir?

    “2025-ci ilin sosial paketinin icrasına start verilib. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Sərəncamına uyğun olaraq, bu aydan bır sıra artımlar qüvvəyə minib”.

    Bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

    Deputat qeyd edib ki, Azərbaycanda 3 milyon vətəndaşı əhatə edəcək sosial paketin əsas elementlərindən biri də məhz maaş artımlarıdır: “Azərbaycan Prezidentinin imzaladığı sərəncama uyğun olaraq, bu aydan ölkədə minimum aylıq əməkhaqqının məbləği 345 manatdan 16 faiz artımla 400 manata çatdırılıb. Bu o deməkdir, bu aydan etibarən həm dövlət, həm də özəl sektorda 400 manatdan az maaş vermək mümkün olmayacaq. Yəni, minimum əməkhaqqı alan vətəndaşlarımız yanvar ayı üçün maaşlarını 16 faiz artımla alacaqlar.

    Minimum əməkhaqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək.

    Belə ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da təxminən bir ay müddətində bu Sərəncama uyğunlaşdırılacaq və artırılacaq. Sosial, elm, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan dövlət qulluqçusu statusu olmayan işçilərin də əməkhaqqı artacaq. Bu artımlar isə Nazirlər Kabineti tərəfindən qərar imzalandıqdan sonra ödəniləcək”.

    V.Bayramov pensiya artımları ilə bağlı məsələyə də aydınlıq gətirib: “Mövcud qanunvericiliyə əsasən, pensiyalar hər il yanvar ayında əvvəlki ildə orta aylıq əməkhaqqında artım faizinə uyğun olaraq indeksasiya olunaraq artırılır. Hələlik dəqiq artım faizi bəlli olmasa da, artımlar məhz bu aydan hesablanır. 2024-cü ilin ilk 10 ayının yekunlarına əsasən, ölkə üzrə orta aylıq əməkhaqqı təxminən 8 faiz artıb. Dəqiq rəsmi göstərici isə gələn ayın əvvəllərində elan ediləcək.

    2024-cü ildə orta aylıq əməkhaqqında artımla bağlı rəsmi statistika fevral ayının ilk 10 günündə bəlli olduğu üçün indeksasiya da məhz o zaman aparılacaq. Pensiya artımları yanvarın 1-dən hesablanır, amma artımlar fevral ayında ikisi birlikdə ödəniləcək. Deməli, pensiyaçılar artımları gələn aydan etibarən alacaqlar. Amma yanvar ayı üçün hesablanmış artım da fevral ayının pensiya məbləğinə əlavə olunacaq.

    Qeyd edim ki, indeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur. “Əmək pensiyaları haqqında” Qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa, onun pensiya məbləğinə artım hesablanacaq.

    Minimum pensiya məbləği isə gələn aydan 280 manatdan 320 manata çatdırılacaq. Bu o deməkdir ki, minimum pensiya alanlar artıq gələn aydan artırılmış məbləği alacaqlar”.

    Deputatın sözlərinə görə, Prezidentin digər sərəncamı ilə isə bu aydan etibarən ehtiyac meyarı 285 manata çatdırılıb: “Ehtiyac meyarının artırılması ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşlarımızın aldığı yardım məbləğinin bu ildən artmasına səbəb olacaq. Bu 900 manat gəliri olan və 5 üzvü olan ailədə aylıq sosial yardım məbləğinin orta hesabla 450 manatdan 525 manatadək yüksəlməsi deməkdir.

    Artımların ödənilməsinə gəldikdə isə, yeni ehtiyac meyarı ünvanlı sosial yardım proqramı çərçivəsində yeni yardım almağa başlayanlara şamil olunacaq. Yəni, əgər vətəndaşın müraciətinə bu ay müsbət cavab verilib ona yardım ödənilməsi ilə bağlı qərar veriləcəksə, o artırılmış məbləğlə yardımı bu aydan alacaq.

    Prezidentin imzaladığı 23 dekabr 2024-cü il tarixli sənədə əsasən, Nazirlər Kabineti (NK) sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini üç ay müddətində dövlət başçısına təqdim etməlidir. NK tərəfindən təkliflər təqdim olunduqdan sonra müavinət və təqaüdlərin artırılması ilə bağlı sənəd imzalancaq. Bununla da müavinət və təqaüdlərin artırılması həyata keçiriləcək”.

  • Повысится ли стоимость проезда в бакинском метро?

    В азербайджанском сегменте Сети распространилась информация о том, что стоимость проезда в бакинском метро повысится до 55 гяпиков.

    Как заявил oxu.az пресс-секретарь ЗАО “Бакинский метрополитен” Бахтияр Мамедов, у акционерного общества нет полномочий регулировать тарифы на проезд.

    “Бакметрополитен” также не поднимал перед уполномоченными структурами вопрос о пересмотре действующих тарифов на проезд в метро”, – подчеркнул Б.Мамедов.

  • Metroda gediş haqqı 55 qəpik olacaq? – RƏSMİ CAVAB

    Metroda gediş haqqının 55 qəpik olacağı ilə bağlı sosial mediada iddialar yayılıb.

    Məsələ ilə bağlı oxu.az-a açıqlama verən “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, “Bakı Metropoliteni” QSC-nin gediş haqqı tariflərini tənzimləmə səlahiyyəti yoxdur:

    “Həmçinin metro nəqliyyatında gediş haqqı tarifinin tənzimlənməsinə yenidən baxılması ilə əlaqədar aidiyyəti səlahiyyətli qurumlar qarşısında məsələ qaldırmayıb”, – deyə o əlavə edib.

  • Şavkat Mirziyoyev İlham Əliyevə başsağlığı verib

    Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.

    Median.Az President.az-a istinadən bildirir ki, məktubda deyilir:

    “Hörmətli İlham Heydər oğlu.

    “Azərbaycan Hava Yolları” aviaşirkətinin mülki təyyarəsinin Aktau şəhəri yaxınlığında faciəvi qəzaya uğraması nəticəsində çoxsaylı insan itkisi ilə bağlı dərin hüznlə başsağlığımı qəbul edin.

    Həlak olanların ailələrinin kədərini bölüşür və onlara dəstəyimi ifadə edir, həmçinin bütün yaralananların tezliklə sağalmalarını arzulayıram”.

  • Пожар в жилом доме в Сумгайыте: есть пострадавший

    В Сумгайыте произошел пожар.

    Об этом сообщает Median.Az со ссылкой на Министерство по чрезвычайным ситуациям (МЧС).

    На балконе квартиры общей площадью 67 кв.м на втором этаже пятиэтажного жилого дома сгорели бытовой прибор и частично диван.

    Во время происшествия один человек получил ожоги. Остальная часть квартиры была защищена от огня. Возгорание ликвидировано подразделениями пожарной охраны.

  • Sumqayıtda yaşayış binasında yanğın olub, xəsarət alan var

    Sumqayıt şəhərində yanğın olub.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 67 kv.m olan mənzilin eyvanında bir ədəd məişət avadanlığı və bir ədəd divan qismən yanıb.

    Yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.