Month: January 2025

  • Суд над обвиняемыми в шпионаже в пользу Франции: что известно на данный момент

    Состоялось судебное заседание по уголовному делу арестованных Службой государственной безопасности (СГБ) Азербайджанской Республики (АР) Мартина Райана и Азада Мамедли, обвиняемых в шпионаже в пользу Франции.

    На открытом судебном заседании под председательством судьи Бакинского суда по тяжким преступлениям Эльмина Рустамова прокурор зачитал обвинительный акт подсудимым.

    Отметим, в процессе приняли участие представители местных и зарубежных СМИ, сотрудники иностранных посольств.

    Согласно обвинению, были установлены обоснованные подозрения в том, что М.Райан получал задания и действовал в направлении получения информации о производимых в АР вооружениях, комплектации азербайджанской армии во время 44-дневной Отечественной войны 2020 года, лицах, проходящих или находящихся в запасе в Вооруженных силах страны, лицах, получивших образование за рубежом на французском языке, иностранных гражданах и юридических лицах, действующих в Азербайджане, возможностях организации тайных денежных переводов в другие страны через АР по заданию французской спецслужбы, отношениях и связях между нашей республикой и Великобританией, Алжиром, Турцией, Пакистаном, Ираном, Китаем, Сомали, государствами Центральной Азии, планах военного сотрудничества, импортируемых в Азербайджан вооружениях.

    Мартина Райана подозревают в установлении связей, получении данных и передаче их зарубежным спецслужбам.

    В обвинительном акте указано, что обвиняемый М.Райан организовал встречу Азада Мамедли с сотрудниками французских спецслужб в арендованной квартире в Сабаильском районе Баку и в одном из ресторанов в этом же районе.

    А.Мамедли было обещано иностранное гражданство за работу, которую он должен был выполнить.

    Гражданин Франции Мартин Райан частично признал себя виновным.

    Если обвинения против подсудимых – М.Райана и А.Мамедли – подтвердятся, им грозит лишение свободы на срок от 12 до 20 лет.

    Следующее заседание продолжится 19 февраля.

    Отметим, Мартин Райан родился в 1988 году во Франции, имеет высшее образование. Он окончил Университет Монпелье по специальности “международные отношения, военная история и геополитика”, ранее не был судим.

    М.Райан был предпринимателем и занимался импортом французских вин в Азербайджан.

    Другой обвиняемый, А.Мамедли, окончил факультет международного права Московского государственного института международных отношений. В 2019-2023 годах работал юристом в Международном банке. В 2023 году на некоторое время переехал в Великобританию. Был арестован через 2 месяца после возвращения на родину.

    Мартин Райан и другие были арестованы 4 декабря 2023 года. Генеральному директору ООО Merkorama М.Райану предъявлено обвинение в шпионаже.

    Сотрудники Генерального директората по внешней безопасности Франции (DGSE) использовали М.Райан в качестве агента-шпиона и привлекли его к секретному сотрудничеству. Впоследствии сотрудники DGSE были выдворены из Азербайджана как “персоны нон-грата”.

    Напомним, 20 декабря 2023 года глава DGSE Бернар Эмье был освобожден от занимаемой должности после серии провалов французских спецслужб и разоблачения обширной шпионской сети.

  • DTX tərəfindən həbs olunan şəxs hansı vədlər müqabilində Fransaya casusluq edib? – MƏHKƏMƏ İŞİ

    Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən və Fransaya casusluqda ittiham olunan Martin Rayan və Azad Məmmədlinin cinayət işinin məhkəmə baxışı keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən açıq məhkəmə iclasında dövlət ittihamçısı təqsirləndirilənlərə ittiham aktını elan edib.

    Qeyd edək ki, prosesdə yerli və xarici media nümayəndələri, xarici səfirliklərin əməkdaşları iştirak ediblər.

    İttiham aktına görə, Martin Rayanın Azərbaycan Respublikasında istehsal edilən silah-sursatlar, 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ordusunun komplektləşdirilməsi, Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olan və ya ehtiyata buraxılmış əlaqəyə cəlb edilməsi mümkün olan şəxslər, xaricdə fransız dilində təhsil almış şəxslər, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə vətəndaşları və hüquqi şəxslər, Fransa xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan üzərindən digər ölkələrə gizli pul köçürülməsinin təşkili imkanları, Böyük Britaniya, Əlcəzair, Türkiyə, Pakistan, İran, Çin, Somali, Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında münasibət və əlaqələr, hərbi əməkdaşlıq planları, Azərbaycana idxal olunan silah-sursat barədə məlumatların əldə edilməsinə dair tapşırıqlar almasına və bu istiqamətlərdə fəaliyyətinə əsaslı şübhələr müəyyən edilib.

    Təqsirləndirilən Martin Rayan eyni zamanda bəzi xarici dövlətlərin Azərbaycandakı səfirliklərində işləmiş şəxslərlə məqsədyönlü şəxsi münasibət qurub məlumatlar alaraq xarici xüsusi xidmət orqanına ötürməkdə şübhəli bilinir.

    İttiham aktında qeyd olunub ki, təqsirləndirilən Martin Rayan Azad Məmmədlini Səbail rayonunda kirayə yaşadığı evdə və həmin ərazidə yerləşən restoranların birində Fransanın xüsusi xidmət orqanları əməkdaşları ilə görüşdürüb.

    Azad Məmmədliyə görəcəyi işlərin qarşılığında xarici vətəndaşlıq vəd olunub.

    İttihama görə, Fransa vətəndaşı Martin Rayan özünü qismən təqsirli bilib.

    Təqsirləndirilən şəxslər – Martin Rayan və Azad Məmmədliyə qarşı irəli sürülən ittihamlar təsdiqini taparsa, onları 12 ildən 20 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.

    Növbəti proses fevralın 19-da davam edəcək.

    Qeyd edək ki, Martin Rayan 1988-ci ildə Fransada anadan olub, ali təhsillidir. O, Fransada Monpelye Universitetinin beynəlxalq əlaqələr, hərbi tarix və geosiyasət ixtisasını bitirib, əvvəllər məhkum olunmayıb.

    Martin Rayan Azərbaycanda sahibkarlıq və Fransız şərablarının idxalı ilə məşğul olub.

    Digər təqsirləndirilən şəxs Azad Məmmədli isə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun beynəlxalq hüquq fakültəsini bitirib. O, 2019-2023-cü illərdə Beynəlxalq Bankda hüquqşünas işləyib. 2023-cü ildə bir müddətlik Böyük Britaniyaya köçüb. Vətənə qayıdandan 2 ay sonra həbs olunub.

    İttihama görə, Martin Rayan və digərləri 2023-cü il dekabrın 4-də həbs olunub. “Merkorama” MMC-nin baş direktoru olan Martin Rayana qarşı casusluq ittihamı irəli sürülüb.

    Martin Rayan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan “persona non-grata” elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib.

    Həmin cinayət işi üzrə Martin Rayanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad Məmmədlinin “dövlətə xəyanət” ittihamı ilə mühakimə olunacağı bəlli olub.

    Məlum olduğu kimi, geniş casus şəbəkəsinin ifşasından və xidməti uğursuzluqlardan sonra 2023-cü il dekabr ayının 20-də Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emye həmin vəzifəsindən azad edilib.

  • В Баку арестован спортсмен, обвиняемый в нападении на майора ГПС (ОБНОВЛЕНО)

    Следственный орган направил представление в суд в отношении группы спортсменов, обвиняемых в совершении хулиганства в Баку.

    Как сообщает АПА, в Хатаинском районном суде рассматривается соответствующее заявление.

    В отношении одного из задержанных – Эльчина Гусейнова избрана мера пресечения в виде ареста сроком на три месяца.

    Ему предъявлено обвинение по статье 221.2.1 (хулиганство, совершенное группой лиц) Уголовного кодекса Азербайджана.

    В настоящее время в суде рассматриваются представления в отношении Эльнура Гамидова и Мусы Ахмедова.

    Отметим, 4 января около 03:00 в Хатаинском районе Баку произошел инцидент на почве хулиганства, организованный группой кикбоксеров.

    Спортсмены напали на майора Государственной пограничной службы (ГПС) Азербайджана, заслуженного тренера по кикбоксингу и заслуженного мастера спорта Фуада Зейналова.

    По данному факту правоохранителями были задержаны спортсмены Эльнур Гамидов, Эмиль Гумбатов, Эльчин Гусейнов, Эльвин Мамедов, Муса Ахмедов и Рамал Асланов.

    Позже был задержан чемпион мира и Европы по кикбоксингу, вице-президент Федерации кикбоксинга Азербайджана Рамал Асланов как заказчик инцидента.

    * * * * *

    Трое спортсменов, обвиняемых в нападении на майора Государственной пограничной службы (ГПС) Азербайджана, заслуженного тренера по кикбоксингу и заслуженного мастера спорта Фуада Зейналова, предстали перед судом.

    Как сообщает Qafqazinfo, кикбоксеры – Эльнур Гамидов, Эльчин Гусейнов и Муса Ахмедов – привлечены к уголовной ответственности.

    Им предъявлено первоначальное обвинение по статье 221.2.1 (хулиганство, совершенное группой лиц или повторно) Уголовного кодекса Азербайджана.

    Прокурор требует ареста всех трех подсудимых на период предварительного следствия.

    Представление рассматривается в Хатаинском районном суде.

    Отметим, что в связи с инцидентом также задержаны экс-вице-президент Федерации кикбоксинга Рамал Асланов и Эмиль Гумбатов. Решение в их отношении пока не принято.

    Отметим, что по подозрению в нападении на майора ГПС, заслуженного тренера и заслуженного мастера спорта по кикбоксингу Фуада Зейналова были задержаны тренеры Эльнур Гамидов, Эмиль Гумбатов, Эльчин Гусейнов, Эльвин Мамедов и Муса Ахмедов. Позже был задержан чемпион мира и Европы по кикбоксингу, вице-президент Федерации кикбоксинга Азербайджана Рамал Асланов как заказчик инцидента.

  • Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən idmançılar həbs olundular (YENİLƏNİB)

    Bakıda xuliqanlıq zəminində insident törətməkdə ittiham olunan bir qrup idmançı barəsində istintaq orqanı tərəfindən təqdimata baxılıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, Xətai Rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə keçirilən iclasda istintaq orqanının təqdimatı üzrə qərar qəbul olunub.

    Qərara əsasən, təqdimat təmin edilib, saxlanılan Elnur Həmidov və Elçin Hüseynov barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib.

    Xatırladaq ki, onlar Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə ittiham edilir.

    * * * * *

    Bakıda xuliqanlıq zəminində insident törətməkdə ittiham olunan bir qrup idmançı barəsində istintaq orqanı tərəfindən məhkəməyə təqdimat göndərilib.

    Median.Az APA-ya istinadla xəbər verir ki, Xətai Rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılır.

    Saxlanılanlardan biri – Elçin Hüseynov barəsində üç ay müddətində həbs qətimkan tədbiri seçilib.

    O, Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə ittiham edilir.

    Hazırda məhkəmədə Elnur Həmidov və Musa Əhmədov barəsində təqdimatlara baxılır.

    Qeyd edək ki, yanvarın 4-də saat 3 radələrində paytaxtın Xətai rayonunda bir qrup idmançı xuliqanlıq zəminində insident törədib.

    İdmançıların DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum etdikləri bildirilir.

    Faktla bağlı idmançılardan Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov, Musa Əhmədov və Ramal Aslanov polis tərəfindən saxlanılıblar.

    Hadisənin sifarişçisinin Kikboksinq Federasiyasının I vitse-prezidenti Ramal Aslanov olduğu açıqlanıb.

    * * * * *

    Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, kikboksinq üzrə Əməkdar məşqçi Fuad Zeynalova hücum etməkdə ittiham edilən idmançılardan üçü məhkəməyə çıxarılıb.

    Median.Az “Qafqazinfo”a istinadla xəbər verir ki, insidentdə iştirak edən kikboksçular cinayət məsuliyyətinə cəlb edilib.

    Bunlar Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədovdur.

    Onlara qarşı Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə ilkin ittiham irəli sürülüb.

    Prokuror təqsirləndirilən şəxslərin hər üçünün ilkin istintaq müddətində həbsini tələb edir.

    Təqdimata Xətai Rayon Məhkəməsində baxılır.

    Qeyd edək ki, insidentə görə Kikboksinq Federasiyasının I vitse-prezidenti Ramal Aslanov və Emil Hümbətov da saxlanılıb. Onlar barəsində hansı qərar veriləcəyi hələ ki, bilinmir.

    Xatırladaq ki, DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum çəkməkdə şübhəli bilinən, məşqçilər Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov və Musa Əhmədov saxlanılıblar. Daha sonra kikboksinq üzrə dünya və Avropa çempionu, Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Ramal Aslanov insidentin sifarişini verən şəxs kimi saxlanılıb.

  • Планирует ли Минздрав Азербайджана закупать дополнительные вакцины против гриппа?

    В Азербайджане имеется достаточный запас вакцин против гриппа, поэтому закупка дополнительных партий не планируется.

    Об этом в ответ на запрос Report сообщили в Министерстве здравоохранения республики.

    Ведомство призывает граждан из группы риска пройти вакцинацию для защиты от сезонного гриппа.

    Граждане, желающие вакцинироваться, могут обратиться в государственные медучреждения по месту жительства или работы.

    Напомним, в осенне-зимний период на территории Азербайджана распространяются острые респираторные вирусные инфекции. С целью усиления профилактических и противоэпидемических мероприятий против гриппа и острых респираторных вирусных инфекций среди населения, Минздрав импортировал в страну полностью безопасные и высококачественные вакцинные препараты производства компании Abbott. Согласно соответствующему приказу министра здравоохранения, вакцинация началась с 10 сентября прошлого года.

  • Azərbaycanda qrip əleyhinə əlavə vaksinə ehtiyac var? – Səhiyyə Nazirliyi AÇIQLADI

    Azərbaycanda qrip əleyhinə kifayət qədər vaksin ehtiyatı olduğu üçün əlavə vaksinlərin alınması nəzərdə tutulmayıb.

    Median.Az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib.

    Nazirlik əhalinin sağlamlığının qorunması və kəskin respirator virus infeksiyalarına yoluxma hallarının qarşısının alınması məqsədilə risk qrupuna aid olan vətəndaşları mövsümi qripə qarşı peyvənd olunmağa çağırır.

    Məlumata görə, qripə qarşı peyvənd olunmaq istəyən şəxslər yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrinə müraciət edə bilərlər.

    Xatırladaq ki, payız-qış mövsümündə ölkə ərazisində kəskin respirator virus infeksiyaları yayılır. Əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əks-epidemik tədbirlərin gücləndirilməsi məqsədilə Səhiyyə Nazirliyi ölkəyə mövsümi qrip əleyhinə “Abbott” şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksəkkeyfiyyətli vaksin preparatları gətirib və səhiyyə nazirinin müvafiq əmrinə əsasən, ötən il sentyabr ayının 10-dan vaksinasiyaya başlanılıb.

  • В одной из тюрем Армении заключенный отрезал себе язык

    В Армении в уголовно-исполнительном учреждении “Армавир” произошло серьезное ЧП.

    Как передает Median.Az, об этом пишет газета “Жоговурд”.

    По информации издания, один из заключенных отрезал себе язык.

    Что побудило его пойти на такой шаг, пока неясно.

  • Ermənistanda məhbus öz dilini kəsib

    Ermənistanın “Armavir” cəzaçəkmə müəssisəsində məhbuslardan biri öz dilini kəsib.

    Bu barədə Median.Az erməni KİV-ə istinadən xəbər verir.

    Onu belə çarəsiz addım atmağa sövq edən səbəb hələlik bəlli deyil. Bunun onun barəsində açılan cinayət işi ilə bağlı olub-olmaması yaxın vaxtlarda bəlli olacaq.

  • Некоторым гражданам Азербайджана будут предоставлены новые квартиры

    В трех районах Азербайджана лицам с инвалидностью и семьям шехидов будут предоставлены новые квартиры.

    Как сообщает Trend, Агентство социальных услуг при Министерстве труда и социальной защиты населения уже начало подготовительные работы.

    Так, в Нефтчале будут переданы 20 трехкомнатных квартир, в Саатлы – 27 двухкомнатных и 18 трехкомнатных квартир, а в Сальяне – 44 трехкомнатные квартиры лицам с инвалидностью и семьям шехидов.

    Агентство прогнозирует, что обеспечение указанных лиц квартирами обойдется в 10.5 млн манатов.

  • Azərbaycanın üç rayonunda bəzi şəxslərə yeni mənzillər veriləcək

    Azərbaycanın üç rayonunda əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə yeni mənzillər veriləcək.

    Median.Az “Trend”ə istinadən xəbər verir ki, artıq bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi hazırlıq işlərinə başlayıb.

    Belə ki, Neftçalada 20 ədəd üçotaqlı, Saatlıda 27 ədəd ikiotaqlı, 18 ədəd üçotaqlı, Salyanda isə 44 ədəd üçotaqlı mənzil əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə təhvil veriləcək.

    Agentlik sözügedən şəxslərin mənzillərlə təmin olunmasının 10,5 milyon manata başa gələcəyini proqnozlaşdırıb.