“Google” Polşa vətəndaşlarının süni intellektlə işləməyi öyrənməsi üçün 5 milyard dollar ayıracaq

ABŞ-nin “Google” korporasiyası 1 milyon Polşa vətəndaşına süni intellektlə (AI) işləməyi öyrədəcək.

Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk “Google”un baş icraçı direktoru Sundar Piçay ilə görüşdən sonra bildirib.

“Google” layihənin həyata keçirilməsinə başlayacaq və 1 milyon Polşa vətəndaşına müasir texnologiyalardan, o cümlədən süni intellektdən istifadəni öyrədəcək”, – Baş nazir mətbuat konfransında qeyd edib.

ABŞ korporasiyası bu məqsədlər üçün beş il ərzində 5 milyard dollar ayıracaq.

Bundan əlavə, S.Piçayın sözlərinə görə, Polşanın İnkişaf Fondu və “Google” süni intellektin tətbiqi sahəsində strateji tərəfdaşlıq haqqında memorandum imzalayıb. O bildirib ki, bu texnologiyadan geniş istifadə Polşa iqtisadiyyatının 8 % böyüməsinə imkan verəcək.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *