Month: February 2025

  • Qanunvericiliyə “Azərbaycan işarət dili” anlayışı daxil edilir

    Qanunvericiliyə “Azərbaycan işarət dili” anlayışı daxil edilir.

    Bu, bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirəyə çıxarılan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

    Layihəyə əsasən, Azərbaycan işarət dili eşitmə qabiliyyəti tam məhdud olan azərbaycandilli şəxslərin qollar, əllər və barmaqlardan eyni zamanda istifadə edilməklə fikirlərini ifadə etməsidir.
    //APA

  • “Tərtər işi” ilə bağlı ittiham olunan bir qrup şəxs Ali Məhkəməyə müraciət edib

    “Tərtər işi” ilə bağlı ittiham olunan bir qrup şəxs – Ruslan Mikayılov, Sənan Maşıyev, Cabir Qəhrəmanov və Elçin Əliyevin barələrində olan hökmdən kassasiya şikayəti verib.

    APA xəbər verir ki, iş Ali Məhkəmənin hakimi Teyyub Muxtarovun icraatına verilib.

    Məhkəmənin keçirilmə tarixi təyin edilməyib.

    Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, Ruslan Mikayılov 6 il 10 ay, Sənan Maşıyev 4 il 10 ay, Cabir Qəhrəmanov 6 il 8 ay, Elçin Əliyev isə 5 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.

    Bakı Apellyasiya Məhkəməsi təqsirləndirilən şəxslərin hər birinin cəzası 3 ay azldılıb. Ruslan Mikayılova 6 il 7 ay, Sənan Maşıyevə 4 il 7 ay 10 gün, Cabir Qəhrəmanova 6 il 5 ay 5 gün, Elçin Əliyevə 5 il 5 ay 5 gün azadlıqdan məhrum etmə cəzası hesablanıb.

    Xatırladaq ki, 2021-ci ilin dekabrında Baş Prokurorluqda “Tərtər işi” ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və vəzifə səlahiyyətlərini aşılmasına əsaslı şübhələr müəyyən edilmiş onlarla şəxs cinayət məsuliyyətinə cəlb olunub.

    Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və digər maddələri ilə ittiham irəli sürülüb.

  • KTM: Yanvar ayında üç nəfər zəhərlənmədən ölüb

    Yanvar ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 102 nəfər qəbul edilib.

    Bu barədə KTM-in məlumatında bildirilib.

    Qeyd edilib ki, şöbəyə qəbul edilən xəstələrdən 48 nəfər dərmandan, 19 nəfər sirkə turşusundan, 5 nəfər botulizmdən, 3-ü spirtli içkidən, 1-i qidadan zəhərlənən şəxslərdir.

    Həmçinin 8 nəfər dəm qazından, 6 nəfər fosfor üzvi birləşmələrdən, 5 nəfər allergik reaksiyadan, 2 nəfər yandırıcı məhluldan zəhərlənmə, 5 nəfər anaflaksiya səbəbi ilə şöbəyə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 3-ü (kişi cinsli) dünyasını dəyişib.

    Ölüm halları sirkə turşusu, allergik reaksiya zəhərlənmələrindən qeydə alınıb.

  • Biləsuvarda qadın 3 kq narkotiklə tutulub – VİDEO

    Biləsuvar rayonunda narkotik vasitələr aşkarlanıb.

    DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən xəbərə görə, hadisə rayon ərazisindəki Cəbrayıl şəhərciyində qeydə alınıb.

    Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin və psixotrop həblərin qanunsuz dövriyyəsini təşkil edən Leyla Musayeva saxlanılıb.

    Ondan 3 kiloqram marixuana və psixotrop tərkibli metodon həbləri aşkar edilərək götürülüb.

    Faktla bağlı cinayət işi başlanılıb, L.Musayeva barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

  • Ermənistanda atışma olub, ölən və yaralananlar var

    İrəvan yaxınlığındakı Merdzavan kəndində atışma olub.

    APA-nın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bir sıra mətbuat səhifələrində həmin hadisədə kəndin icma rəhbəri Mqer Axtoyanın adı hallanır.

    Atışma nəticəsində ölən və yaralananlar var.

    Ölən və yaralanan şəxslərin kimliyi hələlik açıqlanmır.

  • Çinin tarifləri səbəbindən dünya bazarlarında qazın qiyməti arta bilər

    Çin ABŞ-ın mayeləşdirilmiş təbii qazına cavab rüsumları bu enerji mənbəyinin qlobal bazarını dəyişə bilər.

    Bu barədə “Bloomberg“ məlumat yayıb.

    “Tariflər bəzi əhəmiyyətli bazar səmərəsizliyi yaradacaq ki, bu da regional LNG treyderlərinə fayda verəcək”, – məlumatda deyilir.

  • Rusiya və Ukrayna arasında əsir mübadiləsi: Hər iki tərəfdən 150 hərbçi qaytarıldı

    Rusiya və Ukrayna arasında “150-150” qaydası əsasında əsir mübadiləsi baş tutub.

    Median.Az-ın “UNİAN” “Telegram” kanalına istinadən xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofisindən məlumat verilib.

    “Bəziləri 2 ildən artıqdır ki, əsirlikdədir. Bu gün onlar və ailələri üçün illərlə gözləməkdən daha əhəmiyyətli bir gündür. Onları evdə, sağ-salamat, ailələrinin yanlarında görmək əsl xoşbəxtlikdir”, – deyə Zelenski bildirib.

    Həmçinin Zelenskinin Ofisindən verilən məlumata görə, geri qayıdanlar əsgərlər, serjantlar və zabitlərdir, eyni zamanda Mariupolda və Zaporojye vilayətində əsir düşmüş Hərbi-Dəniz Qüvvələri və Hərbi-Hava Qüvvələrinin müdafiəçiləri, hava hücumu və quru qoşunlarının hərbçiləri, milli qvardiyaçılar, sərhədçilər, ərazi müdafiə qüvvələri, eləcə də polislərdir.

    Rusiya “Telegram” kanallarında da artıq bununla bağlı xəbərlər və fotolar paylaşılıb.

  • Zelenski ölkədə hərbi vəziyyət və səfərbərliyin müddətini uzatdı

    Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynada hərbi vəziyyət və səfərbərliyin müddətinin uzadılmasını nəzərdə tutan qanunlar imzalayıb.

    Bu barədə “24tv.ua” nəşri Ukrayna Ali Radasının saytında dərc olunmuş “4220-IX” və “4221-IX” nömrəli qanun layihələrinə istinadən məlumat verib.

    Məlumata görə, Zelenski Ukraynada hərbi vəziyyətin və ümumi səfərbərliyin daha 90 gün uzadılmasına qərar verib. Beləliklə də Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik 2025-ci il fevralın 8-dən 2025-ci il mayın 9-dək davam edəcək.

  • Flora Kərimovanın vəkili Sevinc Heydərovanın lisenziyasının ləğvindən danışdı

    Xalq artisti Flora Kərimovanın vəkili Elcan Həsənli plastik cərrah kimi tanınan həkim Sevinc Heydərovanın lisenziyasının ləğv edilməsindən danışıb.

    Median.Az xəbər verir ki, vəkil Teleqraf.com-a açıqlamasında deyib ki, birillik hüquqi mübarizə öz həllini tapıb.

    “Biz bu məsələ ilə bağlı 2024-cü ilin əvvəlindən Səhiyyə Nazirliyinə müraciət etdik. Səhiyyə Nazirliyinə müraciət əsasında məlum oldu ki, Sevinc Heydərovanın ixtisası əvvəl nevropatoloq olub, sonradan ixtisasını dəyişdirib. İxtisasını dəyişərkən əsas göstərib ki, guya Sevinc Heydərova Türkiyədə “Bağcılar Eğitim ve Araştırma Hastanesi”ndə 2019-cu ildə təhsil alıb və orada çalışıb. Biz bu faktlar əsasında həmin xəstəxanaya sorğu göndərdik. Xəstəxanadan bildirdilər ki, Sevinc Heydərova həmin müddətdə sadəcə bir-iki gün cərrahiyyə kurslarında iştirak edib. Üç-altı ay nə təhsil alıb, nə də praktiki fəaliyyətlə məşğul olub. Biz sənədləri Baş Prokurorluğa, Səhiyyə Nazirliyinə və Türkiyədə müvafiq quruma təqdim etdik.

    Çünki ortada saxta sənəd məsələsi və sənədlərin professor Mehmet Bozkurt tərəfindən verildiyi iddia edilmişdi. Amma Mehmet Bozkurt bildirdi ki, Sevinc Heydərovaya sertifikat verməyib və sənədlər ona aid deyil. Sonradan məlum oldu ki, Sevinc Heydərovanın ixtisas dəyişimi qanunsuz şəkildə aparılıb. Beləliklə, bu gün Sevinc Heydərovanın lisenziyası ləğv edildi”, – deyə vəkil bildirib.

    Qeyd edək ki, Xalq artisti Flora Kərimova 2021-ci ildə uğursuz göz əməliyyatına görə Sevinc Heydərovanı məhkəməyə verib.

  • Арестованная в Баку российская экс-судья Елена Хахалева освобождена из-под стражи

    Арестованная в Баку экс-судья Краснодарского края России Елена Хахалева освобождена из-под стражи.

    Как передает Qafqazinfo, в отношении бывшей судьи избрана мера пресечения в виде полицейского надзора.

    В ответ на запрос сайта в пресс-службе Генеральной прокуратуры сообщили, что в Бакинском апелляционном суде рассмотрена апелляционная жалоба на изменение меры пресечения в отношении Елены Хахалевой, которая была объявлена в международный розыск Следственным комитетом России как обвиняемая и задержана в Баку с избранием меры пресечения в виде ареста.

    Решением суда от 4 февраля 2025 года мера пресечения в виде ареста в отношении Е.Хахалевой была отменена, и Хазарской районной прокуратурой избрана мера пресечения в виде полицейского надзора.

    Кроме того, в настоящее время рассматриваются документы об экстрадиции Е.Хахалевой, поступившие в Генеральную прокуратуру Азербайджанской Республики от надзорного ведомства Российской Федерации.

    Елена Хахалева получила широкую известность в России после скандала с роскошной свадьбой ее дочери в 2017 году, на которую было потрачено около 2 млн долларов. Это вызвало вопросы об источниках доходов судьи. В 2020 году Хахалева лишилась статуса судьи из-за прогулов. В 2021 году против нее возбудили уголовное дело о мошенничестве.