Month: April 2025

  • Bakıda körpü uçdu: Mərkəz ilə əlaqə kəsildi – VİDEO

    Yağan aramsız yağış nəticəsində Bakıda körpü uçub. 
     
    Median.Az xəbər verir ki, hadisə Bakı şəhəri Qaradağ rayonu Çeyildağ qəsəbəsində baş verib.
     
    Yağışdan sonra yaranan güclü sel qəsəbəni rayon mərkəzi ilə əlaqələndirən körpünü uçurub.
     
    Nəticədə qəsəbə sakinlərinin hərəkəti çətinləşib, qəzalı vəziyyətə düşən körpünün tam uçma təhlükəsi yaranıb.  (Milli.az)

  • Bakıda körpü uçdu: Mərkəz ilə əlaqə kəsildi – VİDEO

    Yağan aramsız yağış nəticəsində Bakıda körpü uçub. 
     
    Median.Az xəbər verir ki, hadisə Bakı şəhəri Qaradağ rayonu Çeyildağ qəsəbəsində baş verib.
     
    Yağışdan sonra yaranan güclü sel qəsəbəni rayon mərkəzi ilə əlaqələndirən körpünü uçurub.
     
    Nəticədə qəsəbə sakinlərinin hərəkəti çətinləşib, qəzalı vəziyyətə düşən körpünün tam uçma təhlükəsi yaranıb.  (Milli.az)

  • Prezident 4 sədr müavininə yeni vəzifə verdi

    Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 iyul tarixli 198 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

    Median.Az xəbər verir ki, Prezidentin sərəncamı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini, Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini, Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini və Mənzil İnşaatı Dövlət Agentliyi İdarə Heyəti sədrinin müavini Təşkilat Komitəsinə daxil edilib.

  • Bakıda kişi özünü 14-cü mərtəbədən atıb — VİDEO

    Bakıda intihar hadisəsi baş verib. Kişi özünü 14-cü mərtəbədən atıb.

    Median.Az Musavat.com-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu, Abbas Mirzə Şərifzadə 196 ünvanında baş verib.

    Hələki şəxsiyyəti məlum olmayan kişi binanın 14-cü mərtəbəsindən özünü ataraq intihar edib.

    Hazırda hadisə yerində polis əməkdaşları araşdırma aparır.

  • Goranboyda sirkə turşusu içib, özünə bıçaqla xəsarət yetirən şəxs ölüb

    Goranboyda sirkə turşusu içib, sonra isə özünə bıçaqla xəsarət yetirən şəxs Bakıda xəstəxanaların birində dünyasını dəyişib.

    Apa-nın yerli bürosunun məlumatına görə 42 yaşlı X. Xudiyevin həyatını xilas etmək mümkün olmayıb.
    Qeyd edək ki, hadisə aprel ayının 9-da Goranboyun Goran qəsəbəsi ərazində baş verib.

    Belə ki, Kəlbəcər rayon sakini 1982-ci il təvəllüdlü X. Xudiyev xəstəxanaya yerləşdirilib. Müayinə zamanı məlum olub ki, 42 yaşlı kişi intihar məqsədilə sirkə turşusu içib və bıçaqla özünə müxtəlif xəsarətlər yetirib.
    Məlumata görə X. Xudiyev borcu olduğu üçün intihara cəhd edib.
    Qeyd edək ki X. Xudiyev Goranboy Regional Mühafizə Şöbəsi mülki mühafizəçi vəzifəsində işləyib.
    Onun Goran qəsəbəsində yerləşən mağazaların birinin mühafizəçisi olduğu bildirilir.
    Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

  • Lisey müəllimi vəfat etdi

    “Gənc istedadlar” liseyinin Təsviri incəsənət müəllimi Xalidə Qadir qızı Musayeva vəfat edib.

    Median.Az “Unikal”a istinadən xəbər verir ki, o, uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.

    Qeyd edək ki, Xalidə Musayeva 18 aprel 1964-cü ildə Naxçıvan şəhərində ziyalı ailəsində doğulub. 2016-cı ildən Bakı Dövlət Univetsitetinin nəzdində “Gənc istedadlar” liseyində Təsviri incəsənət müəllimi vəzifəsində çalışıb.

  • Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir – FAKTİKİ HAVA – YENİLƏNİB 2

    Aprelin 16-sı saat 20:00-a olan faktiki hava açıqlanıb.
    Milli Hidrometeorologiya Xidmətindən apa-ya verilən məlumatda bildirilir ki, aprelin 16-sı saat 20:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir.

    Belə ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 60 mm (aylıq normanın 260%-i), Qusarda 144 mm (aylıq normanın 301%-i), Altıağacda 112 mm (aylıq normanın 154%-i), Xaltanda 90 mm (aylıq normanın 133%-i), Qubada 75 mm (aylıq normanın 157%-i), Xaçmazda 72 mm (aylıq normanın 238%-i), Şabranda 55 mm (aylıq normanın 188%-i), Mingəçevirdə 54 mm (aylıq normanın 158%-i), Oğuzda 49 mm (aylıq normanın 50%-i), İsmayıllıda 45 mm (aylıq normanın 44%-i), Sabirabadda 44 mm (aylıq normanın 148%-i), Qəbələdə 39 mm (aylıq normanın 38%-i), Göyçayda 34 mm (aylıq normanın 69%-i), Ağstafada 30 mm (aylıq normanın 79%-i), Qobustanda 29 mm (aylıq normanın 58%-i), Şəkidə 28 mm (aylıq normanın 31%-i), Neftçalada 24 mm (aylıq normanın 73%-i), Gəncədə 23 mm (aylıq normanın 74%-i), Şamaxıda 21 mm (aylıq normanın 31%-i), İmişlidə 21 mm (aylıq normanın 70%-i), Şəmkirdə 21 mm (aylıq normanın 59%-i), Şabranda 20 mm (aylıq normanın 68%-i), Biləsuvarda 19 mm (aylıq normanın 55%-i), Tovuzda 18 mm (aylıq normanın 58%-i), Yevlaxda 15 mm (aylıq normanın 45%-i), Göygöldə 15 mm (aylıq normanın 24%-i), Zərdabda 14 mm (aylıq normanın 45%-i), Qaxda (Sarıbaş) 14 mm (aylıq normanın 11%-i), Beyləqanda 13 mm (aylıq normanın 42%-i), Salyanda 12 mm (aylıq normanın 36%-i), Kürdəmirdə 12 mm (aylıq normanın 35%-i), Hacıqabulda 10 mm (aylıq normanın 33%-i), Gədəbəydə 8 mm, Astara, Lənkəranda 7 mm, Zaqatalada 6 mm, Yardımlıda 5 mm, Lerik, Balakəndə 3 mm, Kəlbəcər, Laçın, Xocalı, Füzuli, Ceyrançöldə 2 mm-dək olub.
    Dağlıq ərazilərdə – Daşkəsən, Xınalıq, Qrızda qar yağır. Qar örtüyünün hündürlüyü Xınalıqda 78 sm-dir.
    Şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25 m/s, Altıağacda 28 m/s, Qobustanda 16 m/s-dək güclənib.
    Çaylarda müşahidə olunan faktiki hidroloji vəziyyət
    Müşahidə olunan leysan xarakterli intensiv və güclü yağıntılar nəticəsində Zəyəmçay, Əsrikçay, Ağçay, Şabrançay, Dəvəçiçay, Qaraçay, Qusarçay, Vəlvələçay, Gilgilçay, Pirsaatçay, Ataçay, Ağsuçay, Cağacuqçay, Qabırrıçay, Dəmiraparançay, Qudiyalçay, Girdimançay və Göyçaydan sel keçib.
    Avtomat hidroloji stansiyaların aprelin 16-sı saat 20:00-a olan məlumatına əsasən ötən sutka ilə müqayisədə əksər çaylarda sululuq artıb. Ən çox artım Böyük Qafqaz ərazisindən axan çaylarda qeydə alınıb. Belə ki, Böyük Qafqaz ərazisindən axan Qarasuçayda 57 sm, Əyriçayda 40 sm, Qudiyalçayda 30 sm, Kiçik Qafqaz ərazisindən axan Əsrikçayda 28 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Quruçayda 36 sm, Köndələnçayda 19 sm, Lənkəran-Astara bölgəsindən axan Lənkərançayda 12 sm artım qeydə alınıb.

  • Azərbaycanda bu şəxslərə ictimai nəqliyyat pulsuz ola bilər

    Milli Məclisin deputatı Razi Nurullayev pensiyaçılara, tələbələrə və həssas kataqoriyadan olan şəxslərə ictimai nəqliyyatda güzəştlərin tətbiq olunmasını təklif edib.

    Qeyd edək ki, bir sıra inkişaf etmiş ölkələrdə ictimai nəqliyyatda ödənişlə bağlı müxtəlif yeniliklər təqdim olunur. Bu yeniliklər gediş haqqının müxtəlif kartlarla ödənilməsi, eləcə də müəyyən qruplara güzəştlərlə bağlıdır.

    Bəs, deputatın bu təklifi qanuniləşə bilərmi?
    Median.Az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan deputat Ceyhun Məmmədovun sözlərinə görə bu, bir fərdin qərarı ilə olan məsələ deyil. Dövlət qurumları, özəl şirkətlər müzakirə edib hansısa addımlar ata bilərlər:

    “Məsələ Azərbaycan cəmiyyətində dəfələrlə müzakirə olunub. Nəzərə almalıyıq ki, nəqliyyat sistemimiz özəl sistemdir, yəni, qazandığı qazanc əsasında öz fəaliyyətini qurur. Biz bu gün güzəştləri artırdıqca onların gəlirlərinə, xərclərinə də öz təsirini göstərəcək”.
    Dünya təcrübəsinə gəlincə, Ceyhun Məmmədov tələbələr üçün xaricdə müxtəlif güzəştlərin olduğunu vurğulayıb:

    “Mən bu məsələni bir neçə dəfə müzakirəyə çıxarmışam. Yəni tələbələr gün ərzində 3-4 nəqliyyat dəyişirlər. Tələbələrimiz və onlara dəstək üçün müxtəlif güzəştlər etməliyik. Amma bütün kateqoriyaya güzəşt estək, bu artıq əlavə məsələlər yaradacaq. Gərək dövlət özəl sahəyə əlavə subsudiya versin. Ona görə də bu gün tələbələrə güzəştlər məqsədəuyğundur”.

  • Bakı-Quba yolunun bir hissəsi aramsız yağış səbəbindən bağlanıb

    Bakı-Quba yolunun bir hissəsi aramsız yağış səbəbindən bağlanıb.

    Aramsız yağan yağışlar nəticəsində yolun 71-ci kilometrliyindən 75-ci kilometrliyinədək hərəkət iflic olub.

    Quba istiqamətindən Bakıya doğru hərəkət edən sürücülər yolda bir sıra çətinliklər yaşayıb.

    Problem səhər saatlarından davam edir.//Report

  • Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ

    Aprelin 17-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, Abşeron yarımadasında küləkli və yağıntılı hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.