Month: April 2025

  • İstədiyi qızı vermədilər, bacısını qaçırdı: 20 yaşlı qız başına gətirilən dəhşəti danışıb

    Tərtərdə qız qaçırma hadisəsinə görə 2 nəfərə ağır cəza verilib. Qız qisas məqsədi ilə qaçırdıldığını, oğurlandığını deyib.

    Hadisə Tərtərin kəndlərindən birində baş verib. Qaçırılan zaman 20 yaşı olan Sevda (ad şərtidir) kursdan gəlirmiş. Onu avtobusdan düşəndə həmkəndlisi olan iki nəfər zorla maşına mindirib.

    Məlumata görə, onun əllərindən və ayaqlarından tutaraq zorla maşına mindiriblər və bu zaman qız bədən xəsarətləri də alıb. Bunu görən qonşulardan biri hadisəyə müdaxilə etmək istəyib. Əlində olan küt alətlə maşına zərbə də vurub. Maşının ön şüşəsi sınıb. Amma həmin şəxslər əməllərini sonlandırmaq üçün yollarına davam ediblər.

    Qızı evlənmək niyyəti ilə qaçırdığını deyən 38 yaşlı Rəşada (ad şərtdiri) öz qohumu kömək edib. Onlar qızı Rəşadın qardaşının evinə aparıblar. Amma yolda maşını dəyişiblər. Çünki düşünüblər ki, şüşəsi sınıq maşınla yollarına davam etsələr, polisin diqqətini çəkə bilərlər.

    Rəşad qızı zorla Qobu qəsəbəsinə gətirib və onunla cinsi münasibətdə olub. Buna görə ona qarşı adam oğurluğu ilə yanaşı zorlama maddəsi ilə də ittiham irəli sürülüb.

    Dindirilən zaman Rəşad deyib ki, qızı evlənmək niyyəti ilə qaçırıb və qızın da bunda razılığı olub. Əlavə edib ki, qızla onun razılığı əsasında münasibətdə olub.

    Zərərçəkmiş kimi tanınan Sevdanın dediklərində hadisənin digər təfərrüatları məlum olub.

    Sevdanın sözlərinə görə onu qaçıran Rəşad daha əvvəl onun bacısını sevirmiş: “Məni zorla qaçırıblar. Mən onu heç vaxt sevməmişəm. Aramızda yaş fərqi çoxdur. O əvvəl mənim bacımı sevirdi. Lakin bacım öz sevdiyi şəxslə qoşulub qaçdı. Bu adam da atama demişdi ki, səndən qisas alacam. Bacımın qisasını almaq üçün məni qaçırıb. Mən könüllü getmişdimsə, telefonum niyə maşında qaldı? Könüllü getsəydim, atama, anama məlumat verərdim. Məni apardıqları evdə iki xanım da var idi. Ağlayıb onlardan da kömək istədim. Zorla gətirildiyimi dedim. Amma mənə kömək etmədilər”.

    Açılan cinayət işi üzrə üçüncü şəxs- Rəşadın qardaşı da məsuliyyətə cəlb edilib. Lakin zərərçəkmiş şəxs ondan şikayətçi olmayıb. Digər iki şəxsə isə ağır cəza verilməsini tələb edib.

    Məhkəmə Rəşada 11 il, ona kömək edən və adam oğurluğunda təqsirli bilinən qohumuna isə 9 il azadlıqdan məhrum etmə cəzası təyin edib.

    Üçüncü şəxs isə şərti cəza alıb. Məhkəmə belə qənaətə gəlib ki, həmin şəxsin qızın zorla qaçırılmasından xəbəri olmayıb.
     
    ///Musavat.com

  • Tovuzda sel suları evlərə dolub, avtomobil dağıntı altında qalıb

    Tovuzda sel ciddi fəsadlar törədib.

    APA-nın yerli bürosunun məlumatına görə güclü yağışdan sonra rayonun Əsrik kəndinə sel gəlib.

    Nəticədə kənd sakini M.Abulova məxsus evin hasarı uçub və ev sahibinə məxsus VAZ 2107 markalı minik avtomobili hasarın altında qalıb.

    Bundan başqa sel suları kəndin yoluna ciddi ziyan vurub və nəticədə yol keçilməz hala düşüb. Bundan başqa kənddə bir neçə evin həyətyanı sahəsini sel basıb.

    Hazırda qərb bölgəsində qeyri sabit hava şəraiti hökm sürür.

  • Hava şəraitinin daha bir fəsadı: Ağac avtomobilin üzərinə aşdı – FOTO

    Güclü külək və yağan intensiv yağışlar bir sıra fəsadlar törədib.
     
    Median.Az xəbər verir ki, paytaxtın Nərimanov rayonu Atatürk prospektində güclü külək nəticəsində bir sıra ağaclar kökündən qopub, bir neçə avtomobilin üzərinə düşərək fəsadlar törədib.
     
    Hadisə axşam saatlarında baş verib. Xəsarət alanların olmadığı ehtimal edilir.
     
    Hadisə yerindən fotolar təqdim  edirik:

  • Tramp ABŞ limanlarında Rusiya gəmilərinə qoyulan qadağanı bir il müddətinə uzadıb

    ABŞ prezidenti Donald Tramp Rusiya bayrağı altında üzən və ya başqa şəkildə Rusiya Federasiyası ilə əlaqəli olan gəmilərin ABŞ limanlarına qəbuluna qoyulan qadağanı daha bir il müddətinə uzadıb.

    Apa xəbər verir ki, bu barədə ABŞ Federal Reyestrində yer alan sənəddə deyilir.

    Qeyd olunur ki, qadağa Rusiyaya qoşulan bütün gəmilər üçün parklanma və ABŞ limanlarına hərəkətə şamil edilir.

    “Rusiya Federasiyası ilə bağlı milli fövqəladə vəziyyəti və Rusiyaya aid gəmilərin ABŞ limanlarına girişini və hərəkətini tənzimləmək üçün fövqəladə vəziyyətin səlahiyyətlərini bir il müddətinə uzadıram”, – sənəddə deyilir.

    Qeyd edək ki, Rusiya Federasiyasına qarşı fövqəladə vəziyyət 2022-ci il aprelin 21-də ABŞ-ın keçmiş prezidenti Co Bayden dövründə qəbul edilib

  • FHN: Sabunçuda tuneldən suyun çəkilməsi işləri yekunlaşıb

    Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülən tədbirlər nəticəsində paytaxtın Sabunçu rayonunda Dəmiryol stansiyası yaxınlığında yerləşən tuneldən suyun çəkilərək kənarlaşdırılması işləri yekunlaşıb.

    Nazirlikdən apa-ya verilən məlumata görə hazırda digər istiqamətlərdə subasma ilə bağlı əməliyyat davam etdirilir.

  • Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ

    Aprelin 17-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Abşeron yarımadasında küləkli və yağıntılı hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

  • Bir evdə üç nəfəri öldürüb, üçünü yaralayan şəxsə ömürlük həbs

    Aprelin 16-da Sumqayıt Ağır Cinayətlər Məhkəməsində bir ailənin üç üzvünü qətlə yetirməkdə, digər üç üzvünü yaralamaqda təqsirləndirilən Müşfiq Tağıyevin məhkəməsi başa çatıb.

    Qaynarinfo xəbər verir ki, o, ömürlük həbs cəzasına məkum edilib.

    Hadisə 28 oktyabr 2023-cü il tarixdə baş verib. Səhərə yaxın Corat sakini Müşfiq Tağıyev qonşusuqdakı mənzilə odlu silahla basqın edib. Onun atəş açması nəticəsində Susana Karakaş və Dağbəyi Fərəcov həlak olub. Hadisə zamanı Tərlan Fərəcova, Serkan Karakaş, səs-küyə gələn qonşular – Etibar Sarıyevlə Mehman Sarıyev xəsarət alıb. Güllə yarası alan Serkan Karakaş vətəninə – Türkiyəyə aparılaraq xəstəxayana yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

    Bir neçə ay davam edən məhkəmə prosesində zərərçəkmiş Tərlan Fərəcova ifadə verərək iddia edirdi ki, hadisəni törədən şəxs tək olmayıb: “Yuxudan səsə ayıldım. Mən aşağı düşəndə o qızımı gülləylə vurdu. Sonra da silahı mənə tərəf tuşladı, atəş açdı, məni yaraladı. Müşfiqin anası mənim qapıma dəfələrlə pul üçün gəlib. Həmişə də əl tutmuşuq. Müşfiq o qəfəsdə tək oturmamalıdır. Bunu “killer” tutan da cəzalandırılsın”.

    Müşfiq Tağıyev isə ifadəsində tək olduğunu, qonşuluqda yaşayan Anar Fərəcovla aralarında münaqişə olduğunu, ondan qisas almaq məqsədilə silahlanaraq ünvanlarına gəldiyini və hadisəni törətdiyini etiraf edib.

  • Güclü sel bəzi ərazilərdə qaz xətlərini sıradan ÇIXARDI

    Siyəzən rayonu ərazisində Ataçaya gələn güclü sel diametri 159 millimetr olan qaz xəttini qıraraq, sıradan çıxarıb.

    Xətdə yaranan qəza səbəbindən hazırda Siyəzən şəhəri, Gənclik qəsəbəsi, Böyük və Kiçik Həmyə kəndlərində 1800 abonentin təbii qazla təminatında fasilə yaranıb.

    Şabranda da çaylarda suların səviyyəsinin kəskin artması nəticəsində qaz xətləri zədələnib. Bu səbəbdən Şabran şəhərinin bəzi hissələrində, Əmirxanlı, Qazbabalı, Ceyranlı və Vələsli kəndlərində 7260 abonentin qazla təminatında məhdudiyyət var.

    Hazırda idarə əməkdaşları tərəfindən abonentlərin yenidən mavi yanacaqla təminatı üçün iş aparılır.

    Abonentlərdən qaz avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsiz tədbirlərinə riayət etmək tövsiyə olunur.

  • Bu il Azərbaycanın daha 5 rayonunda donuzların kökü kəsilib (SİYAHI)

    Bu ilin yanvar-mart aylarında Azərbaycanda 3 min 408 baş donuz mövcud olub.

    Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə donuzlar 31,4% və ya 1 557 baş azalıb.

    Açıqlanan məlumatlardan belə görünür ki, donuzların sayı Naxçıvan şəhəri ilə, Şərur, Abşeron, Kürdəmir və Biləsuvar rayonlarında 100% azalıb.
    Şəhər və rayonların əksəriyyətində donuzların sayı azalıb. Artım isə ancaq Kəlbəcər, Oğuz və İsmayıllı rayonlarında qeydə alınıb.

    Məlumat üçün onu da bildirək ki, son 21 il ərzində Azərbaycanda donuzların sayı 7 dəfəyə yaxın azalıb. 21 il əvvəl – 2004-cü ildə ölkədə 22 min 932 baş donuz olub.

    Son 2 ildə Azərbaycanın şəhər və rayonlarında donuzların sayı belə olub:

  • Taksi şirkətlərinin yağışlı havalarda qiyməti qaldırması doğrudurmu? – Ekspert

    “Çətin hava şəraitində taksi qiymətlərini bu qədər qaldırmaq olmaz. Artım qanunsuz deyil, amma insafsızlıqdır”.

    Bu barədə Qaynarinfo-ya açıqlamasında nəqliyyat eksperti Yasin Mustafayev bu gün taksilərdə gediş qiymətlərinin fantastik dərəcədə bahalaşması faktlarının səbəblərini izah edərkən deyib.

    O bildirib ki, sıxlıq, çətinlik, tələbat artan kimi taksilərdə qiymətlər artır:

    “İstər təyyarədə olsun, istər sürət qatarında, dünya təcrübəsində bu var. Tələbat artan kimi qiymət artır, adi vaxtlarda isə azalır. Bu düzgün deyil, amma şirkətlər də belə siyasət qurublar. Yəni, dünyada qəbul eilmiş bir sistemdir. Taksi fəaliyyətində qiymət artımı hava şəraitinə görə dəyişir”.

    Ekspert hesab edir ki, qiymət artımı sərnişinlərə çox ciddi təsir göstərir:

    “Bir də görürsən iki, hətta 3 dəfəyə kimi qiymət qalxa bilir. Buna görə də insanlar əziyət çəkir. Belə halda biz onlara qiyməti niyə qaldırırsınız deyə bilmərik. Bu gün taksi fəaliyyətində sabit qiymət yoxdur. Qiyməti bazar və rəqabət tənzimləyir. Rəqabətdə də bir çox seçimimiz var”.

    Yasin Mustafayev bildirib ki, bu günlərdə hansı şirkət ucuz xidmət göstərirsə, onlara müraciət etmək daha məqsədəuyğun olar.

    Xatırladaq ki, bu gün Bakıda kəskin yağışlı hava şəraitindən istifadə edərək taksi fəaliyyətində qiymətlər kəskin artıb.