Month: April 2025

  • Cəlilabadda ticarət mərkəzindən 1 ton noxud oğurlanıb

    Cəlilabad şəhərində fəaliyyət göstərən “Rizvan” Ticarət Mərkəzində oğurluq hadisəsi baş verib.

    Qaynarinfo-nun məlumatına görə, sözügedən ticarət mərkəzində kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olan N.B.-nin mağazasından noxud oğurlanıb. Sonradan məlum olub ki, hadisəni törədən ticarət mərkəzinin fəhləsidir.

    İstintaqla müəyyən edilib ki, H.D. sözügedən mağazadan üç dəfə oğurluq edib. Hər üçündə noxud oğurlayıb. O, birinci dəfə 400 manat dəyərində 200 kiloqram, ikinci dəfə 150 manat dəyərində 75 kiloqram, üçüncü dəfə isə 1450 manat dəyərində 725 kiloqram noxud oğurlayıb.

    Cəlilabad Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə mühakimə olunan H.D. verilmiş ittiham üzrə özünü təqsirli bilib. Təqsirləndirilən şəxs törətdiyi əməli maddi imkansızlığı ilə izah edib.

    Məhkəmənin hökmü ilə H.D. 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Onun şübhəli şəxs kimi tutulduğu 2 gün 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin olunmuş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 5 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

  • Sabirabadda Hacıqabul sakinini elektrik cərəyanı vuraraq öldürüb

    Sabirabadda 34 yaşlı kişini elektrik cərəyanı vurub.

    “Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Dadaşbəyli kəndi ərazisində qeydə alınıb.

    Belə ki, Hacıqaqbul rayonu, Qarasu kənd sakini, 1991-ci il təvəllüdlü Qarayev Rasif Barat oğlunu elektrik cərəyanı vuraraq öldürüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Qeyri-sabit havanın dəmir yollarında səbəb olduğu çətinliklər aradan qaldırılıb

    “Azərbaycan Dəmir Yolları” QSC (ADY) qeyri-sabit hava şəraiti ilə əlaqədar yaranan problemləri operativ şəkildə aradan qaldırıb.

    Median.Az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

    Bildirilir ki, şəhər saatlarında güclü külək və aramsız yağış səbəbindən ağacın kontakt şəbəkənin üzərinə aşması, bəzi sahələrdə su yığılması və elektrik enerjisinin kəsintisinə görə gecikmələr olsa da, ADY bütün resurslarını səfərbər edərək yaranmış çətinliklərin aradan qaldırılmasını təmin edib.

    “Ərazilərə əlavə işçi qüvvəsi, su nasosları və müvafiq avadanlıqlar cəlb edilərək operativ tədbirlər görülüb. Gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirən ADY-nin əməkdaşları tərəfindən bütün ərazilərə nəzarət edilir”, – məlumatda deyilir.

  • Завершился официальный визит президента Грузии в Азербайджан

    16 апреля завершился официальный визит президента Грузии Михаила Кавелашвили в Азербайджанскую Республику.

    Как сообщает АЗЕРТАДЖ, в Международном аэропорту Гейдар Алиев, где развевались государственные флаги обеих стран, в честь высокого гостя был выстроен почетный караул.

    Президента Грузии Михаила Кавелашвили в аэропорту провожали первый заместитель премьер-министра Азербайджанской Республики Ягуб Эюбов, заместитель министра иностранных дел Ялчын Рафиев и другие официальные лица.

  • Gürcüstan prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

    Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycan Respublikasına rəsmi səfəri aprelin 16-da başa çatıb.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

    Gürcüstan Prezidenti Mixeil Kavelaşvilini hava limanında Azərbaycan Respublikasının baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər yola saldılar.

  • Bakının bəzi ərazilərində saatlardır İŞIQ YOXDUR

    Bakının bir sıra əraziləri saatlardır ki, işıqsız qalıb.

    Bu barədə oxu.az-a sözügedən ərazilərdə yaşayan sakinlər müraciət ediblər.

    Bildirilib ki, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu ərazisində səhər saat 11-dən, Sulutəpə qəsəbəsi, Laçın rayon 10 saylı məktəbi, Xocahəsəndə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialının ətrafı, Abşeron rayonu, Məmmədli qəsəbəsinin ərazilərində isə gecə saatlarından bəri işıq yoxdur.

    Sakinlər qeyd ediblər ki, aidiyyəti quruma müraciət etsələr də, problem həll edilməyib.

    Qeyd edək ki, məsələ ilə bağlı “Azərişıq” ASC-yə sorğu ünvanlasaq da, sorğumuz cavabsız qalıb.

  • Horadizə gedən dəmiryol xəttində işlərin başa çatacağı vaxt açıqlandı

    Osmanlı-İmişli-Horadiz dəmir yolu xəttində işlərin 2028-ci ildə başa çatacağı planlaşdırılır.

    Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədrinin müşaviri, Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Tural Abbaslı “Nəqliyyat İnfrastrukturunun inkişafına dair sual və təkliflərin müzakirəsi” mövzusunda keçirilən “Milli Biznesin İnkişafı Forumunun ilk sessiyası”nda bildirib.

    “Osmanlı-İmişli-Horadiz dəmir yolu xəttinin Osmanlı-İmişli hissəsində layihələndirmə davam etdirilir. Prosesin başa çatdırılması Zəngəzur dəhlizinin funksionallığının tam təmin olunmasına, yüklərin həcminin artmasına və hərəkətin təhlükəsiz, sürətli və fasiləsiz təşkilinə şərait yaradacaqdır. Yenidənqurma layihəsinin 2028-ci ildə tamamlanması nəzərdə tutulur”, – o vurğulayıb.

    Bundan başqa, ADY rəsmisinin sözlərinə görə, Yevlax-Bərdə dəmir yolu xəttinin və rabitə işarəvermə sisteminin layihələndirilməsi üçün işlər davam edir: “Yolun yenidən qurulması Yevlax-Ağdam dəmir yolu xəttinin funksionallığının təmin olunmasına xidmət edəcək. Layihənin 2027-ci ildə tamamlanması nəzərdə tutulur”.

  • Coratda üç nəfəri qətlə yetirən şəxs ömürlük həbsə məhkum olundu

    Coratda evə silahlı basqın edərək 3 nəfəri öldürüb, 3 nəfəri yaralamaqda şübhəli bilinən Müşfiq Tağıyevin cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.

    Bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, təqsirləndirilən şəxs ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

    Xatırladaq ki, dövlət ittihamçısı Müşfiq Tağıyevin ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini istəmişdi.

    Qeyd edək ki, 2023-cü il oktyabrın 28-də saat 05:50-də Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində iki nəfər – Susana Karakaş və Dağbəyi Fərəcov ölüb.

    Hadisə zamanı Tərlan Fərəcova, Serkan Karakaş, daha sonra isə hadisə yerinə gələn qonşular – Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıblar. Sonradan yaralılardan biri – Türkiyə xəstəxanasına köçürülən Serkan Karakaş da orada vəfat edib.

    Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Corat qəsəbə sakini, 1987-ci il təvəllüdlü Tağıyev Müşfiq Məhəmməd oğlu saxlanılıb.

    İstintaqla 1987-ci il təvəllüdlü Müşfiq Tağıyevin qonşusu Anar Fərəcovdan qisas almaq məqsədilə sonuncunun ailəsinin yaşadığı həyətə gələrək evin divarlarına benzin töküb yandırması və özünün hazırladığı partlayıcı qurğunu partlatdıqdan sonra odlu silahdan atəş açaraq evdən çıxan Dağbəyi Fərəcov, Susana Karakaş və Serkan Karakaşı qəsdən öldürməsi, sonuncuların evdə aşkar surətdə köməksiz vəziyyətdə olan 2 azyaşlı övladını, eləcə də Tərlan Fərəcovanı və köməyə gələn qonşuları Etibar Sarıyev və Mehman Sarıyevi qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Müşfiq Tağıyevə Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 (xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla iki və ya daha çox şəxsi öldürmə), 29,120.2.3, 29,120.2.4, 29, 120.2.7 (xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla ictimai borcunu yerinə yetirən iki şəxsi öldürməyə cəhd), 29,186.2.1, 29,186.2.2 (külli miqdarda ziyan vurmaqla yandırmaqla və partlatmaqla əmlakı qəsdən məhv etməyə cəhd), 228.1, 228.4 (qanunsuz olaraq odlu və soyuq silah əldə etmə və gəzdirmə) və 229.1, 229.4-cü (qanunsuz olaraq partlayıcı qurğuları, qaz silahını, soyuq silahı hazırlama) maddələri ilə ittiham elan edilərək barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorunun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • Azərbaycanlı gənc böyrəyini 200 min dollara satıb – Orqan transplantasiyası şirkəti ifşa edildi

    Keniyanın Eldoret şəhərində yerləşən “Mediheal” xəstəxanasında həyata keçirilən qanunsuz orqan transplantasiyası əməliyyatlarında donorlar arasında Azərbaycan vətəndaşları da yer alırlar.

    Median.Az Teleqraf.az-a istinadən xəbər verir ki, bu, Almaniyanın aparıcı mətbuat orqanları olan “Der Spiegel”, ZDF və “Deutsche Welle”nin birgə araşdırması nəticəsində üzə çıxıb.

    Məlum olub ki, Almaniya və İsraildən gələn və böyrək köçürülməsi gözləyən imkanlı pasiyentlər üçün donorlar Azərbaycan, Qazaxıstan və Pakistan kimi ölkələrdən seçilirlər.

    Bu şəxslər xəstələrlə heç bir qohumluq əlaqəsi olmadığı halda sənədlərdə saxta şəkildə “yaxın qohum” kimi göstərilirlər və onlardan böyrək götürülür. Ən narahatedici məqam isə odur ki, bəzi donorlar hələ yetkinlik yaşına çatmamış olur və çox vaxt ingilis dilini bilmədikləri üçün risklərdən xəbərsiz şəkildə sənədləri imzalayırlar.

    Donorların sağlamlığı və hüquqlarına əhəmiyyət verilmədən həyata keçirilən bu əməliyyatlar, əslində, bir neçə ölkəni əhatə edən, çoxmilyonluq gəlir gətirən cinayətkar şəbəkənin fəaliyyətidir.

    Araşdırmada göstərilib ki, Almaniyada böyrək donoru çatışmazlığı səbəbindən transplantasiya gözləyənlərin sayı 10 000 nəfəri ötür və gözləmə müddəti 8-10 ilədək uzana bilər. Məhz bu səbəbdən bir çox pasiyentlər, o cümlədən Almaniyanın Guntzenhauzen şəhərindən olan 57 yaşlı Sabine Fişer-Kugler çıxış yolunu ölkə xaricində, qeyri-qanuni yollarla böyrək əldə etməkdə görürlər.

    Onun donoru isə 24 yaşlı Azərbaycan vətəndaşı olub. Rəsmi sənədlərdə əməliyyatın “tamamilə təmənnasız” olduğu göstərilsə də, pasiyent “MedLead” agentliyinə 100 000 – 200 000 ABŞ dolları arasında məbləğ ödədiyini etiraf edib.

    Hesabatda adı keçən “Mediheal” xəstəxanasının qurucusu və rəhbəri hindistanəsilli keçmiş deputat Svarup Mişra hazırda dövlətə məxsus Kenya “BioVax” vaksin institutunun rəhbəridir və Ümumdünya Səhiyyə Təşkilatı ilə əlaqələrdə ölkəni təmsil edir. Onun barəsində dəfələrlə orqan alveri ilə bağlı ittihamlar səsləndirilsə də, o, jurnalistlərin sorğularına cavab verməkdən imtina edib.

    Hazırda isə Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdən bu cür əməliyyatlara cəlb olunan donorlar ciddi sağlamlıq problemləri ilə üzləşir, bir çox hallarda isə psixoloji travmalardan əziyyət çəkirlər.

  • Möylə Mirzəliyev yenidən reanimasiyaya köçürülüb

    “Bir müddət əvvəl “Yeni Klinika”da stasionar müalicəyə cəlb olunan Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyev ağırlaşma səbəbindən Reanimasiya şöbəsinə köçürülüb”.

    Median.Az xəbər verir ki, bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, hazırda onun müalicəsi davam etdirilir.

    “Süni tənəffüs dəstəyi ilə təmin olunan və dializ olunan xəstənin vəziyyəti stabil ağır olaraq dəyərləndirilir”, – deyə məlumatda qeyd edilib.

    Xatırladaq ki, Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyev bir müddət əvvəl boyun fəqərələrində spinal stenoz diaqnozu ilə özəl tibb müəssisəsində transpedikulyar fiksasiya (implant) əməliyyatı olunub. Əməliyyat sonrası xəstədə yuxarı və aşağı ətrafların iflici qeydə alındığından uzun müddət özəl tibb müəssisəsinin Reanimasiya və intensiv terapiya şöbəsində müalicə alıb.