Month: April 2025

  • Gürcüstan Prezidenti Milli Məclisdə olub

    Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisdə olub.

    Bu barədə Milli Məclisdən məlumat verilib.

    Bildirilib ki, əvvəlcə Gürcüstan Prezidenti Milli Məclisin plenar iclas zalında olub. Sonra qonaq Heydər Əliyev xatirə zalındakı eksponatlarla tanış olaraq, buradakı Xatirə kitabına ürək sözlərini yazıb. Daha sonra tərəflər arasında geniş tərkibdə görüş keçirilib.

    Gürcüstan Prezidentini və rəhbərlik etdiyi nümayəndə heyətini Azərbaycanın Milli Məclisində səmimi salamlayan spiker Sahibə Qafarova bir müddət əvvəl Gürcüstana rəsmi səfəri zamanı Gürcüstanın dövlət başçısı ilə görüşünü məmnunluqla xatırlayıb.

    Parlamentin sədri Mixeil Kavelaşvilinin Gürcüstan Prezidenti kimi ilk xarici səfərini Azərbaycana etməsini xalqlarımız arasında dostluğun, qardaşlığın növbəti təzahürü kimi dəyərləndirib. Bildirib ki, bu, eyni zamanda, Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının bir göstəricisidir. Spiker bu səfərin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

    Milli Məclisin sədri Gürcüstanla əlaqələrdən danışarkən, xalqlarımızın bütün dövrlərdə həmişə dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşadıqlarını və bu gün də belə olduğunu vurğulayıb. Bu amilin münasibətlərimizin təməlində dayandığını söyləyib.

    Spiker diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, ölkələrimiz arasındakı siyasi əlaqələr bütün qonşular üçün nümunə ola bilər. Bildirilib ki, ikitərəfli əməkdaşlıqla yanaşı, Azərbaycan, Gürcüstan və Türkiyə arasında bir sıra sahələri əhatə edən çox uğurlu üçtərəfli əməkdaşlıq formatı da mövcuddur.

    İki ölkə arasında parlamentlərarası əlaqələrin yüksək səviyyədə olduğunu söyləyən Milli Məclisin sədri bu sahədə qarşılıqlı dostluq qruplarının rolunu xüsusi qeyd edib, parlament komitələri arasında əməkdaşlığın vacibliyindən danışıb, deputatlarımızın beynəlxalq parlament təşkilatlarında da sıx əməkdaşlıq etdiklərini vurğulayıb. Spiker bəzi beynəlxalq qurumların ölkələrimizə qarşı qərəzli münasibəti fonunda, parlamentlərimizin beynəlxalq səviyyədə əməkdaşlığının xüsusilə aktual olduğunu qeyd edib.

    Söhbətdə spiker Azərbaycanın sülh gündəliyinə sadiq olduğunu diqqətə çatdıraraq, Ermənistanla sülh müqaviləsinin imzalanmasının region üçün böyük perspektivlər açacağına inamını ifadə edib.

    Səmimi görüş üçün təşəkkürünü bildirən Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Prezident kimi ilk xarici səfərini Azərbaycana etməsinin önəmini qeyd edib.

    O, Prezident İlham Əliyevlə bu gün keçirdiyi görüş barədə təəssüratlarını bölüşüb. Bildirib ki, bu çox əhəmiyyətli görüş oldu və qarşılıqlı əlaqələrin daha da dərinləşdirilməsi baxımından çox faydalı idi. Prezident Mixeil Kavelaşvili Gürcüstan-Azərbaycan əlaqələrinin və strateji tərəfdaşlığının digər ölkələrə bir nümunə olduğunu diqqətə çatdırıb. O, qeyd edib ki, son illər ölkələrimiz bir sıra çağırışlarla üzləşdi, kənar qüvvələrin ölkələrimizin daxili işlərinə qarışmaq cəhdləri bizə onu göstərdi ki, biz milli və ailə dəyərlərimizi, tariximizi, ənənələrimizi müdafiə etməliyik. Bir-birimizi dəstəkləməyimiz vacibdir və böyük əhəmiyyət kəsb edir.

    İki ölkənin parlamentlərarası əlaqələrinin də yüksək səviyyədə olduğunu deyən Gürcüstan Prezidenti bu baxımdan qarşılıqlı səfərlərin rolunu qeyd edib.

    Görüşdə iki ölkənin gəncləri arasında əlaqələrin gücləndirilməsinin gələcəyimiz üçün böyük önəm daşıdığı diqqətə çatdırılıb.

    Prezident Mixeil Kavelaşvili Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətni üzrə razılaşmanın əldə olunmasını alqışladıqlarını və tezliklə sülh müqaviləsinin imzalanacağına inandıqlarını diqqətə çatdırıb. O, bildirib ki, sülh müqaviləsinin imzalanması regionda sülh və sabitliyi təmin edəcək.

    Cənubi Qafqaz regionunun böyük potensialının olduğunu vurğulayan Gürcüstanın dövlət başçısı bu potensialdan geniş istifadə olunmasının vacibliyini söyləyib.

    Söhbət zamanı digər mövzularda da fikir mübadiləsi aparılıb.

  • Şərurun bəzi kəndlərində sabah qaz olmayacaq

    Şərur rayonunun bir sıra kəndlərində sabah qaz təchizatında fasilə yaranacaq.

    159 mm boruya keçid verilməsi ilə əlaqədar Şərur rayonu Oğlanqala, Dizə, Mahmudkənd, Cəlilkənd, Zeyvə və Düdəngə kəndlərində aprelin 17-də saat 09:30 dan 17:00 dək qaz təchizatı müvəqqəti dayandırılacaq.

    Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.

  • СМИ: Трамп отказался поставлять Украине оружие даже за деньги

    Президент США Дональд Трамп отклонил предложение Украины о покупке американского оружия на сумму до 50 млрд долларов, сообщает Oxu.Az со ссылкой на немецкое издание Bild.

    По данным газеты, Киев был готов приобрести военную технику, включая системы противовоздушной обороны, чтобы укрепить свои позиции в условиях продолжающегося конфликта. Однако Трамп не проявил интереса к сделке, сосредоточив внимание на дипломатических контактах с президентом России Владимиром Путиным. Источники издания указывают, что для американского лидера приоритетным является достижение договоренностей с Москвой, а не наращивание военной поддержки Украины, даже если это могло бы принести экономическую выгоду США.

    Отказ от сделки стал очередным сигналом изменения подхода Вашингтона к украинскому вопросу. Предложение Киева, по данным Bild, включало долгосрочные закупки вооружений, таких как системы Patriot, которые могли бы усилить защиту украинских городов от воздушных атак. Трамп, однако, рассматривает военную помощь как рычаг давления в более широком геополитическом контексте, предпочитая вести переговоры о прекращении конфликта напрямую с Россией. Решение вызвало обеспокоенность в Киеве, где рассчитывали на продолжение поддержки со стороны США, остававшихся крупнейшим поставщиком оружия с 2022 года.

    Ситуация для Украины осложняет и без того напряженные отношения между Вашингтоном и Киевом. По данным Reuters, в марте 2025 года Трамп приостановил поставки военной помощи, что вызвало резкую критику со стороны украинских властей. Президент Владимир Зеленский тогда заявил, что без американской поддержки ВСУ теряют способность удерживать ключевые позиции. В апреле, как сообщает The Kyiv Independent, Киев предложил США сделку на 50 млрд долларов, подчеркивая готовность закупать оружие на коммерческой основе, а не получать его бесплатно. Зеленский уточнил, что средства могли быть направлены в специальный фонд или переведены напрямую, но Трамп, по данным Bloomberg, не поддержал инициативу, настаивая на экономических уступках, включая доступ к украинским минеральным ресурсам.

  • Tramp hətta pul qarşılığında Ukraynaya silah tədarükündən imtina etdi

    Ağ Ev rəhbəri Donald Tramp Ukraynanın 50 milyard dollarlıq ABŞ silahı almaq təklifini rədd edib.

    Bu barədə “Bild” nəşri öz mənbələrinə istinadla xəbər yayıb.

    Məlumatda bildirilir ki, Kiyev davam edən münaqişə şəraitində öz mövqelərini gücləndirmək üçün hava hücumundan müdafiə sistemləri də daxil olmaqla, hərbi texnika almağa hazır olub. Lakin Tramp bu sövdələşməyə maraq göstərməyib və diqqətini Rusiya Prezidenti Vladimir Putinlə diplomatik əlaqələrə yönəldib.

    Nəşrin mənbələrinin bildirdiyinə görə, Ağ Ev üçün prioritet Ukraynaya hərbi dəstəyi artırmaq deyil – hətta bu, ABŞ üçün iqtisadi fayda gətirsə belə – Moskva ilə razılaşmalara nail olmaqdır.

    Sövdələşmədən imtina Vaşinqtonun Ukrayna məsələsinə yanaşmasının dəyişdiyinin növbəti siqnalı hesab olunur.

    Məlumata əsasən, Kiyevin təklifi Ukrayna şəhərlərinin hava hücumlarından müdafiəsini gücləndirə biləcək “Patriot” sistemləri kimi silahların uzunmüddətli alışını əhatə edirdi. Tramp isə hərbi yardımı daha geniş geosiyasi kontekstdə təzyiq vasitəsi kimi görür və münaqişənin dayandırılması ilə bağlı danışıqları birbaşa Rusiya ilə aparmağa üstünlük verir.

    Bu qərar Kiyevdə narahatlıq doğurub. Belə ki, 2022-ci ildən bəri ABŞ Ukraynanın ən böyük silah tədarükçüsü olub və rəsmi Kiyev bu dəstəyin davam edəcəyinə ümid edirdi.

    Mövcud vəziyyət Ukrayna üçün Vaşinqton və Kiyev arasında onsuz da gərgin olan münasibətləri daha da mürəkkəbləşdirir.

    “Reuters”in məlumatına görə, 2025-ci ilin mart ayında Tramp hərbi yardım tədarükünü dayandırıb, bu isə Ukrayna hakimiyyəti tərəfindən kəskin tənqid olunub. Prezident Volodimir Zelenski həmin vaxt bəyan edib ki, ABŞ dəstəyi olmadan Ukrayna Silahlı Qüvvələri əsas mövqeləri saxlamaq qabiliyyətini itirir.

    “The Kyiv Independent”in məlumatına görə, apreldə Kiyev ABŞ-yə 50 milyard dollarlıq sövdələşmə təklif edib və silahı pulsuz deyil, kommersiya əsasları ilə almağa hazır olduğunu vurğulayıb. Zelenski qeyd edib ki, vəsaitlər xüsusi fonda yönəldilə və ya birbaşa köçürülə bilərdi. Lakin “Bloomberg”in məlumatına görə, Tramp bu təşəbbüsü dəstəkləməyib və Ukraynanın mineral resurslarına çıxış da daxil olmaqla, iqtisadi güzəştlərdə israr edib.

  • Prezident İlham Əliyev Riçard Armitacın vəfatı ilə bağlı başsağlığı verib

    Azərbaycan Prezidenti İlham Əliyev ictimai-siyasi xadim Riçard Armitacın vəfatı ilə bağlı onun ailəsinə başsağlığı məktubu ünvanlayıb.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:

    “Görkəmli dövlət xadimi, diplomat və ictimai-siyasi xadim, Azərbaycanın böyük dostu Riçard Armitacın vəfatı xəbəri bizi olduqca kədərləndirdi.

    Riçard Armitac uzun illərdən bəri beynəlxalq siyasət və diplomatiya sahəsində davamlı və səmərəli fəaliyyəti, zəngin təcrübəsi və yüksək peşəkarlığı ilə həm ABŞ-də, həm də ondan kənarda böyük nüfuz qazanmışdır. O, dünyada sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olması, münaqişələrin və gərginlik ocaqlarının aradan qaldırılması, qlobal təhdidlərin qarşısının alınması işinə mühüm töhfələr vermişdir.

    Riçard Armitac Azərbaycanın dostu idi. Ona Azərbaycanda hər zaman hörmət və rəğbətlə yanaşmışlar. Azərbaycan Respublikası ilə Birləşmiş Ştatlar arasında münasibətlərin inkişafında, dostluq əlaqələrimizin möhkəmlənməsində Riçard Armitacın xidmətlərini xüsusi qeyd etmək istərdim. Onunla görüşlərimi ən xoş təəssüratlarla xatırlayıram.

    Riçard Armitacın əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.

    Bu ağır anlarda dərdinizi bölüşür, Sizə və ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm”.

  • FHN: Su basmış yerlərdə ümumilikdə 53 nəfər təxliyə olunub – VİDEO

    Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar yaranan fəsadların aradan qaldırılması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

    Bu barədə FHN-dən məlumat verilib.

    Bildirilib ki, hazırda Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərləri və Xaçmaz, Şabran, Qusar, Xızı, Siyəzən, Samux rayonları üzrə müxtəlif istiqamətlərdə su basmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi fasiləsiz olaraq davam etdirilir.

    Həmçinin, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülən tədbirlər nəticəsində bir sıra ərazilərdə, o cümlədən Bakı şəhərinin ayrı-ayrı istiqamətlərində, Abşeron, Qobustan və Şamaxı rayonlarında suçəkmə və təxliyə işləri yekunlaşıb.

    Əməliyyat nəticəsində bu vaxtadək su basmış yerlərdə köməksiz vəziyyətdə qalmış 19-u uşaq olmaqla ümumilikdə 53 nəfər vətəndaş təxliyə olunub.

  • Bakıda tekila və viskilər saxta çıxdı

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, ev 15/1 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Rəşad Xanlar oğlu Qaraqurbanlıya məxsus “Pub 008” ictimai iaşə obyektində yoxlama keçiriblər.

    Bu barədə AQTA məlumat yayıb.

    Baxış zamanı iaşə obyektində aşkar saxtalaşdırma əlamətləri olan dörd ədəd 1 litrlik, üç ədəd 0.7 litrlik “Olmeca Tequila” əmtəə nişanlı tekila, iki ədəd 1 litrlik, dörd ədəd 0.7 litrlik, dörd ədəd 0.5 litrlik “Chivas Regal 12” əmtəə nişanlı viski, üç ədəd 0.7 litrlik, dörd ədəd 0.5 litrlik “Jack Daniel`s” əmtəə nişanlı viski aşkarlanıb.

    İçkilərin bir qismində qablaşdırılmada istifadə olunan başlığın kustar üsulla yapışdırıldığı, məhsulun qapağındakı və etiketlənmədəki LOT kodların fərqli olduğu və qapaq hissəsində qopmalar müəyyən edilib. Həmçinin qeyd olunan alkoqollu içkilərin keyfiyyət və təhlükəsizlik göstəricilərinə dair sənədlər yoxlamaya təqdim edilməyib.

    Faktla bağlı inzibati icraata başlanılıb, həmin məhsulların dövriyyədən çıxarılması və satışının qadağan edilməsi barədə qərar qəbul edilib və nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.

  • Zaqatalada 35 yaşlı kişi dəm qazından ölüb

    Zaqatalada 35 yaşlı kişi dəm qazından boğulub.

    Median.Az APA-ya istinadla xəbər verir ki, hadisə günorta saatlarında Zaqatala şəhəri Cəfər Cabbarlı küçəsində yerləşən evdə baş verib.

    İlkin məlumata görə, 1990-cı il təvəllüdlü Anar Abdullayevin meyiti yaşadığı evin hamamında aşkar edilib. Onun dəm qazından boğulduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Paşinyan: “Yeni konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır”

    Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, ölkəsinin yeni konstitusiyasının mətnində Qarabağ haqqında qeydi ehtiva edən Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır.

    Median.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə o, Ermənistan parlamentində jurnalistlərlə söhbəti zamanı bəyan edib.

    Hökumət başçısı bildirib ki, bu məsələ ilə bağlı öz mövqeyini dəfələrlə, o cümlədən bəyannamənin qəbul edilməsi günü münasibətilə müraciətlərində ifadə edib.

    “Mən Müstəqillik Bəyannaməsinin mətnini ətraflı şəkildə öyrəndim və belə qənaətə gəldim ki, o, faktiki olaraq, müstəqil Ermənistan Respublikasının, ümumiyyətlə erməni dövlətçiliyinin mövcudluğu imkanını şübhə altına alır. Bu, sadəcə, real deyil. Və əgər mən bunu açıq şəkildə bəyan edirəmsə, deməli, yeni konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad edilməli olduğunu iddia edə bilmərəm. Əksinə, hesab edirəm ki, ölkənin yenilənmiş əsas qanununda bu olmamalıdır. Amma qərar Ermənistan xalqınındır”, – deyən Paşinyan bunun öz siyasi mövqeyi olduğunu vurğulayıb.

  • Biləsuvarda mağazadan 270 ədəd saxta alkoqollu içki aşkarlandı

    Biləsuvar rayonu Heydər Əliyev prospektində yerləşən topdan satış obyektində saxtalaşdırma əlaməti olan alkoqollu içkilər aşkarlanıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şirvan-Salyan Regional Bölməsi tərəfindən sözügedən ünvanda – Samir Nizami oğlu Nağıyevə məxsus topdan satış obyektində plandankənar yoxlama vətəndaş müraciəti əsasında aparılıb.

    Yoxlama zamanı obyektin anbar hissəsində saxlanılan və ümumilikdə 270 ədəd saxtalaşdırma əlaməti daşıyan alkoqollu içki aşkarlanıb.

    Qeyd edək ki, normalara uyğun istehsal edilmiş içkilərin eyni marka adı ilə saxtalaşdırıldığı məlum olub. Aşkar edilən pozuntularla bağlı obyektin məsul şəxsi barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib edilib. Həmin məhsullar saxlanca götürülüb, nümunələr isə analiz üçün aidiyyəti laboratoriyaya göndərilib. Analiz nəticələrindən asılı olaraq qanunvericiliyə uyğun tədbirlərin görülməsi davam etdiriləcək.

    AQTA qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi tələblərinə ciddi riayət etməyə çağırır və istehlakçıların sağlamlığının qorunması istiqamətində nəzarət tədbirlərini davam etdirəcəyini bildirir.